Məhkəmə qərarları › İş №2(103)-11386/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11386/2021

22.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11386/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Sadıxova (Abbasova) Tərgül Tofiq qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(008)- 7716/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X2 və Sadıxova (Abbasova) Tərgül Tofiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(008)- 7716/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, idia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 14.10.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, qərardad qəbul edilən zaman tərəflərin subyektiv tərkibinə diqqət yetirilsə də, mübahisənin hansı münasibətlər kateqoriyasına aid olması nəzərə alınmamışdır. Mübahisənin ailə münasibətləri ilə birbaşa bağlılığı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Sərxan Sadıxov şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl, tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər və işin nəticəsindən aslı olaraq müvafiq arayışı və ya protokolu iddiaçı iddia ərizəsinə əlavə etməlidir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.-ci maddəsinə əsasən də kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Birinci instansiya məhkəməsi hazırki mübahisəni ailə mübahisələri kateqoriyasına aid edərək, qeyd edilən normaya istinad etmiş və tərəflərin ilkin mediasiya prosesində iştirak etməli olduqlarını hesab etmişdir. Lakin göründüyü kimi hazırki iddia tələbi cavabdehlərin, yəni iddiaçının oğlu və gəlininin yaşayış evinə istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaları olmuşdur, bu mübahisə isə ailə mübahisəsi kateqoriyasına aid olmadığından, tərəflərin məhkəyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməsi halı nəzərdə tutulmamışdır. Məhkəmənin bu əsasla iddia ərizəsini baxılmamış saxlaması barədə gəldiyi nəticə yalnışdır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(008)-7716/2021 saylı qərardadı ləğv edilsin və İddiaçı cavabdehlər X2 və Sadıxova (Abbasova) Tərgül Tofiq qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar