Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11387/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(001)-482/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 3273,6 ABŞ dolları əsas borc, 3075,06 ABŞ dolları faiz borcu, 2029,86 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.06.2018-ci il tarixdən, 17.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% ilə hesablanmış 522,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8901,03 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 14 aprel 2014-cü il tarixli, 2-MZ2-2-0-210-14 saylı saylı kredit müqaviləsi üzrə 3273,16 (üç min iki yüz yetmiş üç dollar, on altı sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın digər borc məbləğinin tutulması hissəsində və zamin Cavabdeh3 münasibətdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Hazırda Bakı Binəqədi Səbail Rayon Məhkəməsi 11.11.2021-ci il tarixli məktubla müraciət edərək, məhkəmənin 23.08.2021-ci il tarixli, 2(001)-482/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən də şikayəti verildiyi üçün mülki işin Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366, 400-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11387/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11387/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver