Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11388/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-78/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı İKB ASC (hazırkı - "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 24 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 26 150 ABŞ dolları əsas, 15 450,57 ABŞ dolları faiz, 3 444,49 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 45 045,06 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanının Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış və 15,6 kv.m yardımçı sahədən ibarət, 19 №-li evin 6 №-li mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına banka ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus ünvan 1 №-li evin 6 №-li mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, bank ilə Cavabdeh1 arasında bağlanmış 24 noyabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-78/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 24 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 26 150 ABŞ dolları əsas, 15 691,29 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 42 141,29 ABŞ dolları məbləğində borc (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış və 15,6 kv.m yardımçı sahədən ibarət, 19 №-li evin 6 №-li mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun hərracda satışdan əldə olunan vəsaitin hesabına banka ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus ünvan 1 №-li evin 6 №-li mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və banka təhvil verilməsi, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış və 15,6 kv.m yardımçı sahədən ibarət, 19 №-li evin 6 №-li mənzilin ilkin satış qiymətinin 62.000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətləri və onun dəlili: Cavabehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən ayrılıqda verilmiş apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirmiş, bu səbəbdən, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı İKB ASC (hazırkı - "xxxx" ASC) Cavabdeh1 arasında 24 noyabr 2015-ci il tarixli 6-MG-2-0- 800-15 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 illik 22%-lə 36 ay müddətinə 30 000 ABŞ dolları məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib edilmişdir. 30 000 ABŞ dolları bank tərəfindən Cavabdeh1 ödənilmişdir (24 noyabr 2015-ci il tarixli məxaric orderi). Borcalanın 24 noyabr 2015-ci il tarixli 6-MG-2-0-800-15 saylı kredit müqaviləsindən irləi gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 24 noyabr 2015-ci il tarixdə iddiaçı ilə cavabdehlər arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 3 otaqlı, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış, 15,6 kv.m yardımçı sahədən ibarət, 19 nömrəli evin 6 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsindən ipoteka predmetinin dəyəri «ipoteka qoyan»ın və «ipoteka saxlayan»ın razılığına əsasən 60 000 manat məbləğində müəyyən edilmişdir. ünvan 1 saylı evin 6 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh2dur (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 17.12.2014-cü il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış). Həmin mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində 1020 nömrəli reyestr kitabının 91736 nömrəli vərəqində qeydiyyata alınmışdır (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 25.11.2015-ci il tarixli RX seriyalı ******* №-li №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış). İpoteka saxlayan Bank cavabdeh - ipoteka verən Cavabdeh2 05 iyun 2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 13 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İş üzrə Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 noyabr 2015-ci il tarixli 6-MG-2-0- 800-15 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyan Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 19 saylı evin 6 saylı mənzilin orta bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş 0815/18/HB №-li 01 oktyabr 2018-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ünvan 1 ünvanındakı 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, 59,8 kv.m ümumi, 44,2 kv.m yaşayış və 15,6 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı, 6 nömrəli mənzilin hazırkı dövrə orta bazar dəyəri 85 000 manat təşkil edir. Bank tərəfindən Cavabdeh1 kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 26150 ABŞ dolları əsas, 15 450,57 ABŞ dolları faiz, 3 444,49 ABŞ dolları cərimə borcu, cəmi 45 045,06 ABŞ dolları borc hesablanmışdır (Bank tərəfindən 02.07.2018-ci il tarixdə verilmiş maliyyə arayşı). İş üzrə Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 noyabr 2015-ci il tarixli 6-MG-2-0- 800-15 saylı kredit müqaviləsi üzrə 23 iyul 2018-ci il tarixə əsas və faiz borcunun müəyyən edilməsi üçün məhkəmə - mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 03 aprel 2020-ci il tarixli 2535 №-li rəyinə əsasən 24 noyabr 2015-ci il tarixli 6-MG-2-0-800-15 saylı kredit müqaviləsi üzrə 23 iyul 2018-ci il tarixə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: Əsas borc üzrə - 26 150,00 ABŞ dolları Faiz borcu üzrə – 15 691,29 ABŞ dolları Cəmi - 41 841,29 ABŞ dolları Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Sabunçu rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərardadı ilə İş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 19 saylı evin 6 saylı mənzilin likvid qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş H/05-PLS №-li 19 aprel 2021-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 19, mənzil 6 üzrə tələblə təklifin təsiri nəticəsində bazar və likvid qiyməti aşağıdakı kimi olmuşdur: Mənzilin bazar dəyəri 70 000 manat Mənzilin likvid dəyəri 62 000 manat Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətlərinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Beləliklə, cavabdehlərin apellyasiya şikayətlərinin əsassızdır və təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla belə məlum olur ki, rayon məhkəməsi tərəfindən ipoteka predmetinin məhz likvid qiymətinin müəyyən edilməsi üçün ekspertiza keçirilmiş, ekspert rəyində məhz likvid qiymət (62.000 manat) müəyyən edilmiş, buna baxmayaraq qətnamənin nəticə hissəsində texniki səbəbdən ipotekanın “likvid” qiyməti yerinə, “ilkin satış” qiyməti kimi qeyd edilmişdir. Kollegiya hesab edir ki, bu texniki məsələ olmaqla, qətnamənin icrası mərhələsində izah verilməsi və sair yolla aradan qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-78/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11388/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11388/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver