Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11426/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit mübahisələri" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(008)-2416/2021 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən bankın xeyrinə 7522,28 manat əsas borcun və 1740,70 manat faiz borcu olmaqla, ümumilikdə 9262,98 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Cavabdeh2 arasında bağlanmış 07.10.2019-cu il tarixli, 109804-388486/3 saylı istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 29% olmaqla 8000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank ilə digər Cavabdeh1 arasında 07.10.2019-cu il tarixli, 109804- 388486/3 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borc alan şhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, banka olan borcu ödəməmişlər. 18.01.2021ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 7522,98 manat əsas borcu və 1740,70 manat faiz borcu olmaqla, ümumilikdə 9262,98 manat məbləğində kredit borcu yaranmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(008)- 2416/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında cavabdehlər məhkəməyə yazılı ərizə təqdim edərək, qətnamədən verilmiş apellyasiya şikayətindən imtina etdiklərini göstərmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1 və 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(008)-2416/2021 nömrəli qətnaməsindən cavabdehlərin apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(008)- 2416/2021 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11426/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11426/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver