Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11433/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Raul İsgəndərovun, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 04.02.2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 11.12.2014-cü il tarixli kredit müqaviləsi və kreditin restrukturizasiyasına dair 24.08.2015-ci il tarixli razılaşma üzrə borc tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin müqavilə və razılaşma ləğv edilsin, əsas borc kimi 23.205 ABŞ dolları, faiz borcu kimi 747,72 ABŞ dolları, penya kimi 16,80 ABŞ dolları, cəmi 23.969,52 ABŞ dolları, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehlərdən mütərək qaydada tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən – Cavabdeh1 aid hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçınn nümayəndəsi Raul İsgəndərov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin Cavabdeh1 aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılır. Həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh1 zamindir, onunla iddiaçının arasında 11.12.2014-cü il tarixli zaminlik müqavilıəsi bağlanıb. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, bank ilə kreditalanın arasında kreditin restrukturizasiyana dair 24.08.2015-ci il tarixli razılaşma əldə olunarkən zaminin buna razılığı alınmayıb, nəticədə isə öhdəliyin dəyişdirilməsi zaminin məsuliyyətinin artmasına səbəb olub. Lakin müəyyən olunur ki, zamin Cavabdeh1 banka 24.08.2015-ci il tarixli ərizə yazaraq restrukturizasiya razılığını bildirib. Ona görə də məhkəmə Mülki Məcəllənin 477.0.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, zaminliyə xitam verilməyib. Belə ki, həmin maddəyə görə zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Odur ki, zamin bankın qarşısında kreditalan ilə birgə məsuliyyət daşyır, bu məsuliyyət Mülki Məcəllənin 472-ci maddəinin göstərişinə əsaslanır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 04.02.2016-cı il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11433/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11433/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver