Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11447/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Bakı şəhəri Cavabdeh1nə və ƏƏSM-nin tabeliyində olan DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “pensiyadan tutulmaların qanunsuz hesab edilməsi, dəymiş ziyanın ödənilməsi, yalan məlumatların silinməsi, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərardadından (iddianı təmin etmə tədbirinə dair ərizənin geri qaytarılması barədə) İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Cavabdeh1nə və ƏƏSM-nin tabeliyində olan DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasından hər ay aparılan tutulmanın qanunsuz hesab olunması, 6098,8 manat zərərin ödənilməsi, icra sənədinin geri qaytarılması, barəsində yerləşdirilmiş yalan məlumatların silinməsi, ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmaları” barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina olunmuşdur. Həmin məhkəmənin 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizəsi də geri qaytarılmış, məhkəmə bu zaman ona əsaslanmışdır ki, iddia ərizəsi icraata qəbul edilmədiyi üçün iddianı təmin etmə tədbirinin görülməsi məsələsinə baxılmamalıdır. Həmin qərardaddan İddiaçı verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı qərardadı ləğv olunmalı və iş, İddiaçı müvafiq ərizəsinə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərardadının apellyasiya instansiyası tərəfindən ləğv edildiyi və işin iddia ərizəsinin icraata götürülüb sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarıldığı aydın olur; bu isə o deməkdir ki, məhkəmə 13 sentyabr 2021-ci il tarixli qərardaddan verilən şikayətə baxarkən prosessual qanunvericiliyi düzgün tətbiq etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 269.2-ci maddəsinə görə, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3786/2021 saylı iş üzrə 13 sentyabr 2021-ci il tarixli qərardadı ləğv olunsun və iddiaçının iddianı təmin etmə tədbirinin (müvəqqəti təminat tədbirinin) görülməsinə dair ərizəsinə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-11447/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11447/2021
25.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver