Məhkəmə qərarları › İş №2(103)-1145/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1145/2021

20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1145/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh (digər Cavabdeh1 nümayəndəsi) Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2019 saylı iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 110000 manat pul məbləğinin, torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş 150000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 260030 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 noyabr 2014-cü il tarixdə Cavabdeh1 adından etibarnamə əsasında nümayəndə qismində hərəkət edən Səfərov Afiq Surxay oğlunun iştirakı ilə 99 il icarə müddətinə verilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 10 iyul 2008-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 məxsus olan ümumlikdə 1 ha. torpaq sahəsi üzrə olan icarə hüququnun satın-alınması haqqında müqavilə bağlamış və müqavilə üzrə satış qiyməti müəyyənləşdirilmiş 110000 manat pul məbləğini nümayəndə Səfərov Afiq Surxay oğluna ödəmişdir. Bundan sonra bu torpaq üzərində müxtəlif hərəkətlər apararkən ondan bəhər götürmək üçün istifadəsinə başlamışdır. Tərəfindən torpaq sahəsinin üzərində müxtəlif işlər görülmüş və qiymət baxımından bahalı, keyfiyyətli yaxşılaşdırma işləri də görülmüşdür. Bu vaxtdan etibarən torpağa bu günə kimi külli miqdarda pul xərcləmişdir. Lakin Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 iddiaları əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə bağladığı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, nəticə olaraq apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Aralarında olan müqavilə etibarsız hesab olunaraq ləğv olunsa da, pulun iddiaçıya qaytarılması məsələsi iddia predmeti olmadığına görə baxılmamışdır. Cavabdehlər pulunu mənimsəyərək onu qaytarmaqdan boyun qaçırırlar. Ona, bu vicdansızlıq nəticəsində külli miqdarda maddi ziyan, eləcə güclü mənəvi zərbə vurulmuşdur. Həmçinin iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyul 2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarış əsasında 19 noyabr 2004-cü il tarixdən başlayaraq 99 il müddətinə Cavabdeh1 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha. torpaq sahəsindən İddiaçı çıxarılması və torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 iddia tələbləri qismən təmin olunaraq, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu Sadıqov Rəşadət Zülfüqar oğlu tərəfindən 01 noyabr 2014- cü il tarixdə təsdiqlənərək reyestrdə 3-M-İ 1/3278 nömrə ilə qeyd edilmiş, Cavabdeh1 adından hərəkət edən Səfərov Afiq Surxay oğlu ilə İddiaçı arasında bağlanmış Cavabdeh1 məxsus olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin 19 noyabr 2004cü ildən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarının tam İddiaçı 110000 manata satmasına dair müqavilə etibarsız hesab edilmiş və Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi üzərində Cavabdeh1 19 noyabr 2004-cü ildən başlayaraq 99 il müddətinə icarə hüquqları bərpa olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2017-ci il tarixli qətnaməsi, daha sonra isə Azərbaycan Respublikası Ali Məhkəmənin 17 oktyabr 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi artıq icra edilmiş və torpaq üzərində Cavabdeh1 icarə hüquqları dövlət qeydiyyatı bərpa edilmişdir. Qanuni qüvvədə olan həmin qətnamənin tam icra olunması üçün İddiaçı qeyd olunan 1 ha torpaq sahəsindən məhkəmə qətnaməsi əsasında çıxarılması zəruridir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)- 59/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh3 105000 manat, Cavabdeh1 isə 9192 manat pulun İddiaçı xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia təmin edilərək, İddiaçı Cavabdeh1 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi, qətnamənin 9192 manat pulun Cavabdeh1 tərəfindən qaytarılması ilə Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən İddiaçı çıxarılması və torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)- 59/2019 saylı qətnaməsinin dəyişdirilməklə, ilk iddianın tam təmin edilməsi, 105000 manatın cavabdehlərdən müştərək qaydada tutulması, Cavabdeh1 isə torpaqda yaxşılaşdırma işlərinin dəyəri kimi 150000 manat pulun iddiaçının xeyrinə tutulması, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olmuş, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11130/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə, ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)-59/2019 saylı qətnaməsinin qismən, yəni İddiaçı ilkin iddiası üzrə torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 9.192 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, İddiaçı ilkin iddiasının torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzinin tutulması hissəsində qismən təmin edilməsi, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 121.300 (bir yüz iyirmi bir min üç yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)-59/2019 saylı qətnaməsinin mübahisələndirilən qalan hissələrdə (ilkin iddianın təmin olunmamış qalan hissələrində və qarşılıqlı iddianın təmin olunması hissəsində) verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş təkrar məhkəmə ekspertizasının dəyəri olaraq Cavabdeh1 300 (üç yüz) manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin hesabına (H/h AZ34AZEG********************, VÖEN 130608661, "xxxx" ASC, Kod 505817, VÖEN 990019651, Müxbir hesab AZ75NABZ********************, S.W.İ.F.T. AZEGAZ22) ödənilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(102)-3079/2020 saylı qərarı ilə ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin olunmuş, , Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11130/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh3 Xanlar oğlundan 105.000 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin digər hissədə ləğv olunması və iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (digər Cavabdeh1 nümayəndəsi) Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəkli iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə iddiaçı Rüstəmova Sədaqət Məmməd qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmayan hissəsinin, yəni Cavabdeh1 torpaqda yaxşılaşdırma işlərinin dəyərinin rədd edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) ümumiyyətlə mübahisələndirməmiş, qətnamə mübahisələndirilən digər hissələrdə, yəni Cavabdeh3 Xanlar oğlundan 105.000 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(102)-3079/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)-59/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı ilkin iddiası üzrə torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 9192 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı ilkin iddiası torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzinin tutulması hissəsində qismən təmin edilməli, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 102775 (bir yüz iki min yeddi yüz yetmiş beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ilkin iddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.11.2015-ci il tarixli, 2(005)- 3900/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdehlər Cavabdeh3, İddiaçı, Səfərov Afiq Surxay oğluna, Bakı şəhəri 21 saylı Notariat Kontoruna və Bakı şəhəri, 9 saylı Notariat Kontoruna qarşı razılıq ərizəsi, bu barədə qeyd, etibarnamələr və alqı-satqı müqaviləsinin etibarsız saylıması barədə iddiası qismən təmin edilmiş, Bakı şəhəri, 9 saylı Notariat Kontorunun xüsusi notariusu Sadıqov Rəşadət Zülfüqar oğlu tərəfindən 01.11.2014-cü il tarixdə təsdiqlənərək reyestrdə 3- M11/3278 nömrə ilə qeyd edilmiş, Cavabdeh1 adından hərəkət edən Səfərov Afiq Surxay oğlu ilə İddiaçı oğu arasında bağlanmış Cavabdeh1 məxsus olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin 19.11.2004-cü il tarixdən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarının tam İddiaçı 110.000 manata satılmasına dair müqavilənin etibarsız hesab edilməsi, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi üzərində Cavabdeh1 19.11.2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə icarə hüquqlarının bərpa olunması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 18.04.2017-ci il tarixli, 2(103)-2781/2017 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər Həsənliyev Nuriddin Xanlar oğlunun, İddiaçı, Səfərov Afiq Surxay oğlunun və Bakı şəhəri 9 saylı Notariat Kontorunun notariusu Rəşadət Sadıqovun tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.11.2015-ci il tarixli, 2(005)-3900/2015 nömrəli qətnaməsinin iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlaınlması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.10.2017-ci il tarixli, 2(102)- 5838/2017 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 18.04.2017-ci il tarixli, 2(103)-2781/2017 nömrəli qətnaməsindən cavabdehlər İddiaçı və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18.04.2017-ci il tarixli, 2(103)-2781/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13.06.2018-ci il tarixli, 17/11-A-88 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.10.2017-ci il tarixli, 2(102)-5838/2017 nömrəli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti üzrə Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina olunması barədə Konstitusiya Məhkəməsi Palatasının 16.05.2018-ci il tarixli qərardadı qəbul edilmişdir. İş materiallarında olan ƏN-İ seriyalı, 105692 nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər səlahiyyətləri Cavabdeh3 etibar etmişdir. İş materiallarında olan 21 saylı Notariat Kontorunda 22.02.2014-cü il tarixdə təsdiq edilmiş Cavabdeh2 ərizəsindən görünür ki, Cavabdeh2 arvadı Cavabdeh1 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin icra hüquqlarının satılmasına etiraz etmir. İş materiallarında olan 20.11.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 10.09.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, İddiaçı iddia tələbinin hazırkı iş üzrə mübahisələndirilən hissəsi torpaqda yaxşılaşdırma işlərinə çəkilmiş xərclərin əvəzinin Cavabdeh1 tutulması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar 121.300 manat pulun tutulmasına görə "xxxx" MMC-nin 13.11.2019-cu il tarixli, MB 12/963 saylı ekspert rəyinə istinad etmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxoz ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin abadlaşdırılmasının, bina və qurğulara çəkilmiş xərclər müəyyən olunmuşdur. Lakin bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi MM-nin 157.7-ci maddəsinin tələbləri baxımından ayrıla bilən yaxşılaşdırmaların (məsələn, İstixananın qurulması üzrə materialların, metal su çəninin və digər ayrıla bilən yaxşılaşdırmaların) müəyyən edilməsi üzrə müvafiq araşdırma aparmamışdır. Bundan əlavə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaqda yaxşılaşdırma işlərinin dəyərinin 9.192 manat müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olsalar da, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə həmin yaxşılaşdırmaların 121.300 manat məbləğində müəyyən edilməsi onların mühüm mənafeyinə toxunduğundan, hazırda qeyd olunan yaxşılaşdırmaların qanuni əsaslarla aparılıb-aparılmamasını mübahisələndirirlər. Buna görə işə yenidən apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən həmin yaxşılaşdırmaların qanuni əsaslarla aparılıb-aparılmamasına Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından da hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq iş üzrə məhkəmə tikinti-texniki еkspеrtizаsı təyin еtmiş və ekspеrtizаnın kеçirilməsi Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinə həvаlə еdilmişdir. İş materillarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 16.08.2021-ci il tarixli, 10/2405 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxoz ərazisində yerləşən Cavabdeh1 məxsus 1.0 ha torpaq sahəsində İddiaçı tərəfindən aparılan yaxşılaşdırmaların (tikili, mal-material və avadanlıqlar) əmlaka zərər yetirmədən torpaq sahəsindən ayrılması (çıxarılması) mümkün deyildir. Bundan başqa, ilk olaraq qeyd edilməlidir ki, ilk iddia üzrə cavabdehlərin məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməməsi, onların mübahisəli torpağın yaxışlaşdırılması məqsədi ilə aparılmış xərclərin kompensasiya edilməli olması və həmin kompensasiyanın 9192 manat həddində olması ilə razılıqlarını ifadə edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə aparılmış əlavə araşdırma zamanı ayrıla bilən yaxşılaşdırmalarını mövcudluğu təsdiq olunsa belə, ilk iddia üzrə cavabdehlərin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməməsi həmin hissə ilə bağlı apellyasiya məhkəməsinin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə onun mənafeyinə zidd nəticəyə gəlinməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Çünki apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Kollegiya yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq hesab edir ki, kassasiya instansiya məhkəməsinin işə yenidən apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən yaxşılaşdırmaların qanuni əsaslarla aparılıb-aparılmamasına, yəni Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından da hüquqi qiymət verilməli olmasına dair göstərişi üzrə əlavə araşdırmanın aparılması qanuni hesab edilə bilməz. Hazırki halda iş materillarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən edildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxoz ərazisində yerləşən Cavabdeh1 məxsus 1.0 ha torpaq sahəsində İddiaçı tərəfindən aparılan yaxşılaşdırmaların (tikili, malmaterial və avadanlıqlar) əmlaka zərər yetirmədən torpaq sahəsindən ayrılması (çıxarılması) mümkün olmadığından kompensasiyanın məbləği ilə əlaqədar mübahisə üzrə araşdırılma aparılmalıdır. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" İnstitutu MMC tərəfindən tərtib edilmiş toplu və lokal smetalardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu,Maştağa subtropik sovxoz ərazisində yerləşən həyətyani sahənin abadlaşdırılması üçün 1991-ci il qiymətlərinə əsasən tikintinin toplu smetanın ümümi qiyməti – 60.732 manat, o cümlədən, tikintiquraşdırılma işləri – 59.837 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.08.2018-ci il tarixli, 9384 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən səbələrə görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən, Cavabdeh1 məxsus torpaq sahəsinin abadlaşdırılması, orada yerləşən tikililərin inşa olunması üçün çəkilən xərclərin ümumi dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılması mümkün deyildir. Ekspertiza xərci 100 manat təşkil edir. İş materiallarında olan MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi 19.11.2004cü il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə Cavabdeh1 icarəyə verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.04.2019cu il tarixli, 31833 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən həyətyanı sahədə aparılmış tikinti-quraşdırma işlərinin ümumi dəyəri təqribən 9.192 manat məbləğində müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 05.03.2018-ci il tarixli, ƏEM/M 18-259/18 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxozu ərazisində İddiaçı istifadəsində olan 1.0 ha torpaq sahəsində yerləşən tikili və qurğuların tikinti-təmir xərclərinin (əmək haqqıvə tikinti haqqı nəzərə alınmaqla) 05.03.2018-ci il tarixə dəyəri 120.307 manat təşkil etmişdir. İş materiallarında olan ekspert və mütəxəssis rəylərində mübahisəli torpaq sahəsində mövcud olan tikililərin və aparılmış yaxşılaşdırmaların dəyəri ilə əlaqədar kəskin fərq mövcud olduğundan apellyasiya araşdırılması zamanı təkrar məhkəmə-əmtəəşünaslıq və əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizaları təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertlərinə həvalə edilmişdir. "xxxx" MMC-nin 13 noyabr 2019-cu il tarixli, MB 12/963 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa subtropik sovxoz ərazisində yerləşən 1.0 ha torpaq sahəsinin abadlaşdırılmasının, bina və qurğuların 13 noyabr 2019-cu il tarixinə hesablanmış tikinti xərci 121300 manat təşkil edir. 1.0 ha. torpaq sahəsinin və üzərində yerləşən tikililərin 13 noyabr 2019-cu il tarixə hesablanmış bazar dəyəri isə 280000 manat təşkil edir. Məhkəmə kollegiyası mübahisələndirilən torpaq sahəsi üzərində tikililərin mövcud olmasının mübahisələndirilməməsini və onların dəyərinin cəmi 9192 manat təşkil etməsini ağlabatan və inandırıcı olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 88, 101.3 və 103.2-ci maddələrinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş təkrar məhkəmə ekspertizasının rəyini mötəbər sübut qismində qiymətləndirir. Kollegiya eyni zamanda qeyd edir ki, "xxxx" MMC-nin 13 noyabr 2019-cu il tarixli, MB 12/963 saylı ekspert rəyi ilə 1.0 ha torpaq sahəsinin abadlaşdırılmasının, bina və qurğuların 13 noyabr 2019-cu il tarixinə hesablanmış tikinti xərci ümumilikdə 121300 manat təşkil etsə də, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı torpaq sahəsindən kənarda-topaq sahəsinin xaricində dövlətə məxsus avtomobil yolunda aparılan müəyyən yaxşılaşdırmaların (mişar daşı toz ilə yolun döşənməsi-1875 manat, bərkitmə işləri-500 manat, texnikanın daşınması-250 manat və asfalt örtüyün L=300x3,5-15900 manat; ümumilikdə-18525 manat) məhz onun tərəfindən aparılmasını sübut edə bilmədiyi üçün, qeyd edilən yaxşılaşdırmaların dəyəri ümumi dəyərdən, yəni 121300 manatdan çıxılmaqla Cavabdeh1 tutulan məbləğ 102775 (bir yüz iki min yeddi yüz yetmiş beş) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən “Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər” Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvAfiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan "xxxx" MMC-nin hesabıtından görünür ki, iş üzrə keçirilmiş təkrar məhkəmə ekspertizasının dəyəri 300 (üç yüz) manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 16.08.2021-ci il tarixli, 10/2405 nömrəli ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar məhkəmə ekspertizası ilkin iddia tələbləri üzrə keçirildiyindən və həmin tələblər məhkəmə tərkibi tərəfindən əsas hissədə təmin edildiyindən, ekspertiza xərcləri həmin tələb üzrə Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)-59/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı ilkin iddiası üzrə torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 9192 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı ilkin iddiası torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzinin tutulması hissəsində qismən təmin edilməli, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 102775 (bir yüz iki min yeddi yüz yetmiş beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ilkin iddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(005)-59/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı ilkin iddiası üzrə torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 9192 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı ilkin iddiası torpaqda yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzinin tutulması hissəsində qismən təmin edilsin. Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq Cavabdeh1 102775 (bir yüz iki min yeddi yüz yetmiş beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş təkrar məhkəmə ekspertizasının dəyəri olaraq Cavabdeh1 300 (üç yüz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına (H/h AZ34AZEG********************, VÖEN 130608661, "xxxx" ASC, Kod 505817, VÖEN 990019651, Müxbir hesab AZ75NABZ********************, S.W.İ.F.T. AZEGAZ22) ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar