Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11452/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(010)-358/2016 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Ləğvedicisi "xxxx" MMC iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2559,44 manat əsas, 2053,22 manat faiz, 665 manat cərimə borcunun, cəmi 5277,66 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22.01.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 2559,44 manat əsas borc, 1154,92 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 3814,36 (üç min səkkiz yüz on dörd manat otuz altı qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh 17.09.2021-ci il tarixdə apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(010)-358/2016 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(010)-358/2016 saylı qərardadından şikayət verilmiş, həmin şikayət məhkəmənin 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(010)- 358/2016 saylı qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, ərizəyə əlavə etdilən ümum vətəndaş pasportundan da görünür ki, cavabdeh 2014-cü il tarixdən Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmişdir. 10 ilə yaxın müddətdir ki, o, türkiyədə yaşayıb, orada işləmişdir. Qətnamə qəbul edilərkən cavabdeh Azərbaycan Respublikasında olmamışdır və həmin qətnamədən məlumatı olmayıb. 2021-ci il tarixdə Azərbaycana geri döndüyü vaxt icra məmuru vasitəsilə məlumat almış və qətnaməni rəsmi qaydada əldə etməmşdir. Yalnız icra məmuru vasitəsilə məlumatlı olandan dərhal sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bu günədək qətnamə cavabdehə rəsmi qaydada təqdim edilməyib. İş materiallarından qətnamənin cavabdehə təqdim edilməsi barədə poçt qəbzi yoxdur. İşdəki sənədlərdən görünür ki, nə məhkəmə iclaslan barədə bildiriş, nə də məhkəmə qətnaməsi Cavabdeh çatdırılmayıb. Bundan əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin Azərbaycan Respublikasında qeydiyyat ünvanı olmadığından Yasamal rayon Polis İdarəsinə qeydiyyata düşmüşdür və ona gələn məktublar barədə heç bir məlumat verilməmişdir. Həmçinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən başqa iş üzrə qətnamə qəbul edilmiş və bu iş üzrə də məlumatı olmadan icra məmuru vasitəsilə məlumat aldığı vaxtdan şikayət ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qətnaməni əldə etmədiyindən məhkəmə şikayətin müddətinin keçmədiyi qənaətinə gəlmişdir. Həmçinin Azərbaycan Respublikasında olmadığı üçün heç bir məhkəmə bildirişini əldə etməmiş, lakin Bakı şəhəri Suraxam rayon Məhkəməsi bu hala qiymət verməyərək, əsassız olaraq hesab edir ki, cavabdeh məhkəmə qətnaməsini əldə etməsinə dair məhkəməyə sübut təqdim etməlidir. Lakin, cavabdeh qətnaməni icra məmurundan əldə edə bilmişdir və iş materiallarında qətnaməni bundan öncə əldə etməyinə dair sübut olmadığından məhkəmə apellyasiya şikayətinin müddətinin ötmüş hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində göstərilir ki, qətnamənin alınması barədə poçt sənədi işdə olmalıdır. Qətnamənin nə vaxt alındığı cavabdeh deyil, məhkəmə sübut etməlidir. Cavabdeh Türkiyə Respublikasında olduğu vaxtda heç bir yaxın qohumu həmin məktubu əldə etməmiş və həmçinin oğlu həmin vaxt həbsdə olduğundan həmin məktublan və məhkəmə qətnaməsini əldə etmək mümkün olmamşdır. Qanundan da göründüyü kimi məhkəmə qərardad qəbul edərkən onu düzgün əsaslandırmalıdır və ona dair qərar qəbul edəkən şikayətdə qeyd olunan yazılara deyil maddi sübutlara istinad etməlidir. Lakin Bakı şəhəri Suraxanı rayon Məhkəməsi qərardad qəbul edərkən ona heç bir hüquqi qiymət vermədən əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 şikayəti qəbul etmədi, onun təmin edilməməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(010)-358/2016 saylı qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(010)-358/2016 saylı qərardadı ləğv edilməli, apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361, 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi, apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh şəxs olan Cavabdeh məhkəmənin 2(010)-358/2016 saylı, 22.01.2016-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verərkən Azərbaycan Respublikası MPM-nin tələblərinə düzgün riayət etməmişdir. Belə ki, apelyasiya şikayətinin forma yə məzmununa riayət olunmamış, buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət etməli olduğu halda verməmiş və qətnaməni nə vaxt alması barədə sübut təqdim olunmamışdır. MPM-nin tələbinə əsasən apelyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-nin tələbinə əsasən buraxılmış müddətin bərpası haqqında məhkə əyə aynca ərizə təqdim olunmalı ;ə məhkəmə iclasında həmin ərizə baxılmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, məhkəmə tərəfindən cavabdehə göndərilmiş qətnamə ünvanın tam olmaması səbəbi ilə geri qaytarılmışdır. Kollegiya hesab edir ki, qətnanin alınması ilə bağlı sübutun təqdim olunmasını cavabdehə aid etmək Mülki Prosessual Məcəllənin tələblərinə ziddir. Məhkəmə qətnamənin cavabdehə təqdim olunmasını sübut etməlidr. Digər tərəfdən iş materiallarından görünür ki, icra məməru tərəfindən 10 mart 2016-cı il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Belə olan halda, məhkəmə icra ilə bağlı sənədləri tələb edərək, cavabdehin qətnaməni alması ilə bağlı halları araşdırmalı idi. Həmçinin məhkəmə cavabdeh tərəfindən MPM-nin 361-ci maddəsinin tələblərinin pozulmasını qeyd etsə də, pozuntunun dəqiq nədən ibarət olmasını qeyd etməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əsasla apellyasiya şikayətini geri qaytararkən birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamışdır, ona görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361, 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Cavabdeh şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(010)-358/2016 saylı qərardadı ləğv edilsin. Cavabdeh apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361, 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş materialları Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-11452/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11452/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver