Məhkəmə qərarları › İş №2(103)-11460/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11460/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11460/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(002)-451/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(002)- 451/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraatın təzələnərək mülki işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(002)- 451/2021 saylı qərardadı ilə mülki iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Hazırda həmin qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə həmin qərardadı qəbul edərkən, MMC tərəfindən 27.01.2021-ci il tarixli prosesin iştirak olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsinə dair ərizəni nəzərə almamışdır. Elektron məhkəmə sistemi vasitəsi ilə göndərilmiş ərizə elə 27.01.2021-ci il tarixdə məhkəmə tərəfindən təhvil alınmışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübut təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə məhkəmə iclasında iştirak edilməməsini və bu haqda məhkəməyə məlumat verilməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında məhkəməyə heç bir sübut təqdim etməyərək, ərizə əsaslandırılmamışdır. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, 27.01.2021-ci il tarixli prosesin iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsinə dair ərizə nəzərə alınmamışdır. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən həqiqətən də həmin ərizə nəzərə alınmadan ərizənin baxılmamış saxlanılması barədə 16.02.2021-ci il tarixli qərardad qəbul edilmiş olsa da, iş materiallarından görünür ki, qeyd olunan qərardadın surətini iddiaçı 26.02.2021-ci il tarixdə aldığı halda, həmin vaxtdan 10 gün müddətində həmin əsasla qərardaddan şikayət vermək hüququndan istifadə etməmiş, qərardadı mübahisələndirməmişdir. İddiaçının istinad etdiyi dəlili ərizənin baxılmamış saxlanılması barədə 16.02.2021-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas verən hal olmuşdur. İddiaçı yalnız 26.10.2021-ci il tarixdə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(002)- 451/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar