Məhkəmə qərarları › İş №2(103)-11476/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11476/2021

25.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11476/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1447/2021 saylı, 14.10.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5 B və ünvan 1 ünvanlarında yerləşən əmlakların Cavabdeh tərəfindən heç bir icazə alınmadan qanunsuz sökülməsi nəticəsində əldən çıxmış faydaya görə 360000 (üç yüz altmış min) AZN məbləğində pul vəsaitinin və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1447/2021 saylı, 14.10.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında olan İddiaçı cavabdeh Babək-94” X1rşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi və qanunsuz zəbt edilmiş torpaq sahəsinin azad edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır (sədrlik edən: Babək Qasımov). Həmin qərardaddan iddiaçı şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1447/2021 saylı, 14.10.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1447/2021 saylı, 27.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 254.1.4-cü maddəsində göstərilir ki, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, icraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə olan vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilən qədər həmin iş üzrə icraat dayandırılır....Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlanadək həmin işə baxılması, ümumiyyətlə mümkün olmasın. MPM-in 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. İddiaçının şikayətində göstərdiyi dəlillər qərardadın ləğvi üçün əsas ola bilməz. Çünki, hər iki iş üzrə iddia tələbləri fərqli olsalar da, iddia tələbləri eyni əmlakla (Bakı şəhəri, D.Bünyadzadə küçəsi, 5A və Bakı şəhəri, Qaradağ rayonu, Lökbata qəsəbəsi, D.Bünyadzadə küçəsi 5B) bağlıdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Babək-94” X1rşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi və qanunsuz zəbt edilmiş torpaq sahəsinin azad edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur. Sadalananlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1447/2021 saylı, 14.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar