Məhkəmə qərarları › İş №2(103)-1148/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1148/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1148/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” X2 nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6773/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ASC cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 3019,41 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 8884,58 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6773/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “xxxxxxxxxxxxxxxxxxxxx” X1 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 100 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5965,17 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan İddiaçı X9 ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsində əsas və faiz borcunun hesablanması hissəsindən narazıdır, həmçinin zaminə münasibətdə iddia tələbinə xitam verilməsi əsassız olmuşdur, bu səbəbdən qətnamənin ləğv edilməsi və cavabdehin adına olan borcun və faizlərin əvəzləşdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Gərayzadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi V.Əliyev apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədiqi: İddiaçı ASC ilə “xxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 12 ay müddətinə illik 24% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq digər cavabdeh X7 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu borcun ödənilməsi ilə bağlı məsuliyyəti öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxxxxxxxxx” MMC müqavilənin şərtlərinə əsasən kredit borcunu vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımınca yerinə yetirmədiyindən bank tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 3019,41 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 8884,58 manat məbləğində borcu yaranmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kollegiya birinci instasniya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə “xxxxxxxxxxxxxxxxxxxxx” X1 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 100 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5965,17 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan “İddiaçı ASC-yə ödənilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə kreditor hazırkı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə müraciət etdiyindən X4 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi hissəsində də doğru nəticəyə gəlmişdir. Belə ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditorla Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzə öhdəliyin icrası vaxtının xx xxxxxx 2017-ci il tarixdə başa çatması nəzərə alınarsa bankın zaminə qarşı hazırkı tələblə iddia müddəti xx xxxxxx 2018-ci il tarixədək müəyən edilir. Kreditor hazırkı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2019-cu ildə müraciət edərək iddia müddətini zaminə münasibətdə ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, qətnamənin “qət etdi” hissəsində iddia tələbinin qismən təmin edilməsini göstərmiş, iddia tələbinin digər hissəsi ilə bağlı gəldiyi nəticəni isə qeyd etməmişdir. Azərbaycan Respublikasının Ali Məhəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarının 9.1-ci maddəsinə əsasən, iddia tələbi qismən təmin edildikdə qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kolegiya qeyd edir ki, rayon məhkəməsi tərəfindən prosessual pozuntuya yol verildiyindən, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” X1 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 100 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5965,17 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan “İddiaçı ASC-yə ödənilməli, kreditor hazırkı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə müraciət etdiyindən X4 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməli, iddia tələbi ona aid hissədə rədd edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, cavabadeh “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 100 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5965,17 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan “İddiaçı ASC-yə ödənilməli, kreditor hazırkı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə müraciət etdiyindən X4 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” X1 alınaraq iddiaçıya verilməli və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxx” X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6773/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” X1 4452,85 manat əsas, 781,78 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 100 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 630,54 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5965,17 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı X9 ödənilsin. İddia tələbi qalan hissədə və cavabdeh X5 münasibətdə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar