Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11483/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/2021 saylı işi üzrə 04 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Suraxanı rayon Məhkəməsinin 2(010)-903/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 12170 manat məblələğində borc tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir (iş səh.60). Suraxanı rayon məhkəməsinin 11.08.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır(iş səh.64). Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir(iş səh.69,72). Suraxanı rayon məhkəməsinin 06.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işlə bağlı Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi və Cavabdeh münasibətdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-903/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır(iş səh.79). İddiaçı Suraxanı rayon məhkəməsinin 06.09.2021-ci il tarixli qərardadından narazı qalaraq şikayət vermişdir(iş səh.87). Suraxanı rayon məhkəməsinin iş üzrə 24.09.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/2021 saylı 06.09.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/2021 saylı 06.09.2021-ci il tarixli qərardadı ləğv edilmiş, Suraxanı rayon Məhkəməsinin 2(010)- 903/2021 saylı 20.04.2021- ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəyə baxılması 04.10.2021-ci il tarixinə, saat 12:00-a təyin edilmişdir(iş səh.95). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/2021 saylı işi üzrə 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə, Suraxanırayon Məhkəməsinin 2(010)-903/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və Suraxanı rayon Məhkəməsinin 2(010)-903/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər hazırki qərardad qanuni qüvvəsini aldıqdan sonra cavabdehə geri qaytarılması qərara alınmışdır(iş səh.103). Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 360-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-903/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsi qanunla müəyyən edilmiş qaydada tərəflərə poçt vasitəsi ilə göndərilmişdir. İş materiallarının 62-ci səhifəsində olan teleqramdan görünür ki, sifarişli məktub 17.05.2021- ci il tarixində cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanda onun bacısına verilmişdir.Cavabdeh qətnaməni rəsmi qaydada 25.08.2021-ci il tarixdə qəbul etsə də, iddiaçının təqdim etdiyi Suraxanı rayon İcra şöbəsinin icra məmuru R.Maqsudov tərəfindən verilmiş 04.06.2021-ci il tarixli "tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Cavabdeh Suraxanı rayon məhkəməsinin 2(010)-903/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsini könüllü icra etmək üçün 10 gün müddət verilmişdir. Həmin bildirişi Cavabdeh 13.07.2021-ci ildə şəxsən imza etməklə 04.06.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətini və bildirişi aldığını təsdiq etmiş və şöbədə izahat vermişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası ilə bağlı cavabdehin irəli sürdüyü dəlillər (buraxılmış müddət ərzində səhhətində yaranmış problemlərlə əlaqədar rayonda müalicə olunduğundan qətnaməni əldə etmək imkanının olmaması) əsassızdır və nəzərə alınmamalıdır. Cavabdeh qanunla müəyyən edilmiş müddətdə Suraxanı rayon Məhkəməsinin 2(010)-903/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmiş və apellyasiya şikayətinin üzrlü səbəbdən verilməməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən ötürülmüş prosessual müddətin üzrlü hesab ediləcək heç bir halı müəyyən edilmir. Cavabdeh apellyasiya şikayəti verərək, Suraxanı rayon məhkəməsinin 2(010)- 903/2021 saylı işi üzrə 04.10.2021-ci il tarixli qərardadını ləğv edib Suraxanı rayon Məhkəməsinin 2(010)-903/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbavean Respublikası Mülki Prosesual Məcəllənin 266, 267.2, 267.3, 268.1, 269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, İş üzrə ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmadığına görə məhkəmə iclasında iştirak elməmişdir. (iş səh.109 ) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır(iş səh.115). Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, may ayında rayona getdiyini, bu zaman xəstələndiyi üçün iyun ayını da rayonda olmaq məcburiyyətində olduğunu, rayonda qalaraq orada müalicə aldığını, qərar onlara göndərilən zaman bacısının yoldaşı tərəfindən alındığını, lakin ona vermədiyini, qərarı avqust ayının 25-i əldə edərək şikayət verdiyini bildirmiş və müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsi tərəfindən sorğu əsasında əldə edilmiş və iş materialına əlavə edilmiş icrada olan izahatına əsasən, cavabdehin 13 iyulda icraya gəlməsinin sübut olunduğunu bildirmiş və ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-133, 135, 357, 360, 385.2, 387.1, 395.1, 395.2, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü sənədlərin dövriyyəsi nəzərə alınmaqla hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd edilməlidir ki, 17.05.2021-ci il tarixində cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana çatdırılan (iş səh.62) qətnamədən cavabdehin 27.07.2021-ci il tarixdə verdiyi apellyasiya şikayətinin buraxılmış müddətin bərpası ilə bağlı əsas gətirdiyi dəlilləri (rayonda müalicə olunması və s.) sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən, müəmmalı və aşkar olmayan dəlillər əsasında ötürülmüş müddətin üzrlü hesab edilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-903/2021 saylı işi üzrə 04 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-11483/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11483/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver