Məhkəmə qərarları › İş №2(103)-11493/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11493/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11493/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8/2021 saylı 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Nəcəfova Ruhiyyə Dünyamalı qızına, Cavabdeh2, Babayeva Ayna Tofiq qızına, Nəcəfova Aysel Qurban qızına, Nəcəfov Rafiq Qurban oğluna, Nəcəfova Könül Tofiq qızına, Nəcəfova Şəfa Qurban qızına, Nəcəfova Vəfa Qurban qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh5 əsas borc – 93180.85 ABŞ dolları, əsas borca hesablanmış faiz borcu – 9056.69 ABŞ dolları olmaqla, cəmi 102237.54 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzilə (ümumi sahəsi 113.4 kv.m) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh5, Cavabdeh6, Nəcəfova Ruhiyyə Dünyamalı qızının, Cavabdeh2, Babayeva Ayna Tofiq qızının, Nəcəfova Aysel Qurban qızının, Nəcəfov Rafiq Qurban oğlunun, Nəcəfova Könül Tofiq qızının, Nəcəfova Şəfa Qurban qızının, Nəcəfova Vəfa Qurban qızının ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzildən (ümumi sahəsi 113.4 kv.m) çıxarılmaları və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Elçin Səmədov daha sonra ərizə verərək Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Kazımov Ziya Məhərrəm oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 09.02.2015-ci il tarixli, 104850- 131035/1 nömrəli kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən cavabdehə illik 19% olmaqla 48 ay müddətə 102.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Sonra tərəflər arasında həmin kredit müqaviləsinə 09.04.2015-ci il tarixdə 01 nömrəli əlavə razılaşma imzalanaraq kreditin faiz dərəcəsi 17 faizə endirilmişdir. 09.02.2015-ci il tarixli, 104850- 131035/1 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzilə (ümumi sahəsi 113.4 kv.m) dair 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli «İpoteka müqaviləsi» bağlamış və müqaviləyə əsasən Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzil (ümumi sahəsi 113.4 kv.m) ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, bank və digər cavabdeh - Cavabdeh5 arasında 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla bağlı dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi ilə barədə 13.05.2016-cı il tarixli, 001/007/6055/2016 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh5 göndərilmiş və ipotekaqoyan qeyd edilən bildirişi 20.05.2016-cı il tarixdə rəsmi qaydada aldıqdan sonra bildiriş 25.05.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında tərtib edilmiş «Ödəniş qrafiki»nə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdehlər dəfələrlə başqa məhkəmədə kredit və ipoteka müqavilələrini mübahisələndirməklə işin yekunlaşmasına maneəçilik törətmişlər. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8/2021 saylı 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh5 birgə qaydada 93180.85 ABŞ dolları əsas borc, 9056.69 ABŞ dolları faiz borcu, cəmi 102237.54 (yüz iki min iki yüz otuz yeddi ABŞ dolları, əlli dörd sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 30 (otuz) manat xərc və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nın xeyrinə tutulması, tələb ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzilinin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən edilməsi, cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan Cavabdeh5, Cavabdeh6, Nəcəfova Ruhiyyə Dünyamalı qızı, Nəcəfov Səbirə Tofiq qızı, Babayeva Ayna Tofiq qızı, Nəcəfova Aysel Qurban qızı, Nəcəfov Rafiq Qurban oğlu, Nəcəfova Könül Tofiq qızı, Nəcəfova Şəfa Qurban qızı, Nəcəfova Vəfa Qurban qızı, Cavabdeh3 mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri – 364 (üç yüz altmış dörd) manatın Cavabdeh1 tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sonradan işə cəlb edilmişdir. Suraxanı Rayon Məhkəməsində ona prosessual hüquqlarından necə istifadə edəcəyi ona izah etməmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı iddia tələbi Cavabdeh3 və Şəfa Nəcəfovanın mübahisələndirdikləri 09 fevral 2015-ci il tarixli. 104850-131035/1 saylı kredit müqaviləsindən irəli gəlir. Kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair Nərimanov Rayon Məhkəməsində olan mülki iş baxılıb həll edilənə kimi "xxxx" ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı həmin kredit müqaviləsi üzrə pulun tutulması tələbinə baxılması mümkün deyil. O öhdəlyi qərəzli və təqsirli olaraq pozmamış, hazırki krediti götürdükdən, bir ay sonra işlədiyi Sahil Ticarət Mərkəzi yanmışdır. Bu səbəbdən o öhdəliyin yerinə yetirilməməsində təqsirli deyildir. Dəflərlə iddiaçıya müraciət edib müansibətlərini güzəştlər əsasında yenidən qurmağı təklif elmiş, bank təkliflərini qəbul etməmişdir. Azərbaycan Respublikasında ödəniş vasitəsi manatdır, Konstitusiyanın tələbinə görə manat yeganə ödəniş vasitəsidir və başqa valyutaların ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Bank tərəfindən kreditin dollarla verilməsi ölkə Konstutusiyasının və mülki qanunvericiliyin tələbini pozulmasıdır. Bank hüquqazidd davranışa yol verib. Hüquqazidd əmələ görə iddia təmin edilməli deyil. Beləliklə, Suraxanı rayon Məhkəməsi maddi və prosessual normalara düzgün tətbiq etmədiyi üçün iş üzrə qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8/2021 saylı 08 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya illik 19 % olmaqla 48 ay müddətə 102.000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 09.02.2015-ci il tarixli 104850-131035/1 nömrəli “sonrakı ipoteka müqaviləsindən” görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzili (ümumi sahəsi 113.4 kv.m) ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 09.02.2015-ci il tarixli 104850-131035/1 nömrəli “zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh5 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 09.04.2015-ci il tarixli 104850-131035/1 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə razılaşmadan görünür ki, 09.02.2015-ci il tarixli, 104850- 131035/1 nömrəli kredit müqavilənin 1.1-ci bəndində 19% sözləri 17 % sözləri əvəz edilmişdir. Əlavə razılaşma imzalandığı tarixdən borcalana kredit borcunun qalığ məbləğində yeni ödəniş cədvəli tərtib edilərək təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 09.04.2015-ci il tarixli 104850-131035/1 nömrəli sonrakı ipoteka müqaviləsinə 1 nömrəli əlavə razılaşmadan görünür ki, 09.02.2015-ci il tarixli, 104850-131035/1 №-li müqavilənin 2.1-ci bəndində 19% sözləri 17 % sözləri əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş 08.04.2015-ci il tarixli 104850-131035/1 nömrəli zaminlik müqaviləsinə 1 nömrəli əlavə razılaşmadan görünür ki, 09.02.2015-ci il tarixli, 104850-131035/1 №-li müqavilənin 2.1-ci bəndində 19% sözləri 17 % sözləri əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş 10.02.2015-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ərazi İdarəsi tərəfindən verilmiş çıxarışından görünür ki, Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05.05.2007-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 410 nömrəli reyestr kitabının 38103 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh6 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Nəcəfova Ruhiyyə Dünyamalı qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Nəcəfov Səbirə Tofiq qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Babayeva Ayna Tofiq qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Nəcəfova Aysel Qurban qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Nəcəfov Rafiq Qurban oğlu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Nəcəfova Könül Tofiq qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Nəcəfova Şəfa Qurban qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Nəcəfova Vəfa Qurban qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İşə əlavə edilmiş "xxxx" MMC-nin 22.12.2017-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41/42 nömrəli mənzilin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 80.000 manat təşkil edir. İşə əlavə edilmiş 29.06.2017-ci il tarixli 28277 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh1 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqaviləsinin, eləcə də 09.04.2015-ci il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla kredit müqaviləsi üzrə 93.184,33 ABŞ dolları əsas borc, 9724.43 ABŞ dolları faiz borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 09.02.2015ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqaviləsi üzrə 93180.85 ABŞ dolları əsas borc, 9056.69 ABŞ dollar faiz borcu, cəmi 102237.54 ABŞ dolları borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17.06.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh5 cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilələrin etibarsızlığı, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsi və yenidən sübut edilməməsi” haqqında olan tələbi təmin edilməmişdir. Həmin qərardan görünür ki, Cavabdeh5 ilə İddiaçı ASC arasında bağlanmış 09.02.2015-ci il tarixli, 104850-131035/1 saylı sonrakı ipoteka və 09.02.2015-ci il tarixli,104850-131035/1 saylı zaminlik müqaviləsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 09.02.2015-ci il tarixli 104850- 131035/1 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən cavabdehə illik 19% olmaqla 48 ay müddətə 102.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Sonra tərəflər arasında həmin kredit müqaviləsinə 09.04.2015-ci il tarixdə 01 nömrəli əlavə razılaşma imzalanaraq kreditin faiz dərəcəsi 17 faizə endirilmişdir. 09.02.2015-ci il tarixli, № 104850-131035/1 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzilə dair (ümumi sahəsi 113.4 kv.m) 09.02.2015-ci il tarixli, № 104850-131035/1 nömrəli «İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh5 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzili (ümumi sahəsi 113.4 kv.m) ipoteka ilə yüklü edilmişdir. Həmçinin Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bunun nəticəsində borclunun bank qarşısında kredit müqaviləsindən irəli gələn ödənilməmiş 93180.85 ABŞ dolları əsas borc, 9056.69 ABŞ dollar faiz borcu, cəmi 102237.54 ABŞ dolları borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirmədiyindən Cavabdeh1 və Cavabdeh5 birgə qaydada 93180.85 ABŞ dolları əsas borc, 9056.69 ABŞ dollar faiz borcu, cəmi 102237.54 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumu İddiaçı ASC-nın xeyrinə tutulmalı, tələb ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzilinə (ümumi sahəsi 113.4 kv.m) yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc ödənilməlidir. Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzilin ilkin satış qiyməti (ümumi sahəsi 113.4 kv.m) 80.000 manat müəyyən edilməlidir. Cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan Cavabdeh5, Cavabdeh6, Nəcəfova Ruhiyyə Dünyamalı qızı, Nəcəfov Səbirə Tofiq qızı, Babayeva Ayna Tofiq qızı, Nəcəfova Aysel Qurban qızı, Nəcəfov Rafiq Qurban oğlu, Nəcəfova Könül Tofiq qızı, Nəcəfova Şəfa Qurban qızı, Nəcəfova Vəfa Qurban qızı, Cavabdeh3 mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətini ümumiyyətlə əsaslandırmamış, işin mahiyyətinə aid olmayan formal mülahizələri sadalamaqla kifayətlənmişdir. Cavabdeh3 apellyasiya şikayətində həmçinin məhkməmə tərəfindən ona hüquq və vəzifələrinin izah edilmədiyini qeyd etsə də, protokoldan və iş materiallarından (318-ci səhifə) görünür ki, cavabdehə hüquq vəzifələri izah edilmiş və hüquq və vəziflərə dair bildirişi imza etmişdir. Ona görə də Cavabdeh6 apellyasiya şikayəti əsasızdr və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Digər Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavabdeh3 və Şəfa Nəcəfovanın cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17.06.2021-ci il tarixli qərarı ilə yekun verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Kollegiya Cavabdeh1 apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri onun kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliklərin yerinə yetirilməsini istisna etmir. Həmçinin apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edilməlidir ki, cavabdeh iradə sərbəstliyi əsasında banka müqavilə bağlamış və kredit müqaviləsi üzrə pulu xarici valyuta ilə (ABŞ dolları) qəbul etmişdir. Göründüyü kimi, cavabdeh kreditin xarici valyuta ilə verilməsinə etiraz etməmiş və onun hesabına köçürülmüş pulu xarici valyuta ilə qəbul etməklə iradə ifadəsini bəyan etmişdir. Ona görə də, cavabdeh Cavabdeh1 da apellyasiya şikayəti əsasızdr və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8/2021 saylı 08 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8/2021 saylı 08 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar