Məhkəmə qərarları › İş №2(103)-11496/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11496/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11496/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Ləğv prosesində olan İddiaçı-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ləğv prosesində olan İddiaçı Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1838/2021 saylı, 06 sentyabr 2021-cı il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı-nin Cavabdeh1 qarşı olan bu mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5883/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə Ləğv prosesində olan İddiaçı-nin Cavabdeh1 qarşı olan bu mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, qeyd edilən mülki iş baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Çünki, işdən görünür ki, Cavabdeh ünvan 1 ünvanında, Cavabdeh1 isə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 87 M 11, mənzil 6 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəfindən iş bir məhkəmədən başqasına verilir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdeh kimi qeyd olunan şəxslər nə Şəki rayonu, nədə Suraxanı rayonu ərazisində qeydə alınmamışlar. Demək, onlara qarşı olan hazırki iddiaya Şəki və Suraxanı rayon(şəhər) məhkəmələrində baxılması üçün prosessual əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi prosessual qənaət prinsipini də nəzərə alaraq hesab edir ki, hazırki mülki iş baxılması üçün onlardan birinin rəsmi qeydə alındığı yerin məhkəməsinə, konkret olaraq Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 40.1, 45.4, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə r a r a a l d ı: Ləğv prosesində olan İddiaçı-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülk iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar