Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-115/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı“xxxxxxxxxxxx” X11 cavabdehlər X3 və X9 qarşı “kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)- 273/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnamədən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı“xxxxxxxxxxxx” X15 cavabdehlər X3 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx xxxxxx 2015-ci il tarixli, 100850-38103/2 nömrəli kredit müqaviləsi üzrəəsas borc-0, əsas borca hesablanmış faiz borcu-20724,56 ABŞ dolları olmaqla, cəmi 20724,56 ABŞ dolları məbləğində borcun, xx xxxxxx 2016-cı il tarixli, 100850-138103/3 nömrəli kredit müqaviləsi üzrəəsas borc 146134,85 manat, əsas borca hesablanmış faiz borcu-9184,67 manat olmaqla, cəmi 155319,52 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınmasıüçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yəödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə X9 məxsus olan Bakışəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılmasıüçün ilkin satış qiymətlərinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra bir ay ərzində Bakışəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247.3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı X11 nümayəndəsi Eyvazov Orxan Zöhrab oğlu məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə barədəərizə təqdim edərək, cavabdeh X1 xx xxxxxx 2015-ci il tarixli, 100850-38103/2 nömrəli kredit müqaviləsi üzrəəsas borc-0, əsas borca hesablanmış faiz borcu 20724,56 ABŞ dolları olmaqla, cəmi 20724,56 ABŞ dolları məbləğində borcun, xx xxxxxx 2016-cı il tarixli 100850-138103/3 nömrəli kredit müqaviləsi üzrəəsas borc-146134,85 manat, əsas borca hesablanmış faiz borcu-19726,82 manat olmaqla, cəmi 165861,67 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınmasıüçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yəödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə X9 məxsus olan Bakışəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılmasıüçün ilkin satış qiymətlərinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra bir ay ərzində Bakışəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247.3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-273/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X1 xx xxxxxx 2015-ci il tarixli 100850- 38103/2 nömrəli kredit müqaviləsi üzrəəsas borc-0, əsas borca hesablanmış faiz borcu- 20724,56 ABŞ dolları olmaqla, cəmi 20724,56 ABŞ dolları, (ödəniş günüüçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 100850-138103/3 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrəəsas borc 146134,85 manat, əsas borca hesablanmış faiz borcu-9184,67 manat olmaqla, cəmi 155319,52 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınmasıüçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yəödənilməsi, tutmanın cavabdeh Hacıyev Əhmədİslam oğluna məxsus olan Bakışəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi və qeyriyaşayış sahəsinin açıq hərracda satılması, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 272 000,00 manat məbləğində müəyyən edilməsi, qeyri-yaşayış binasının satışından əldə edilən vəsaitin hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin hərracda satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X6 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı məhkəmənin nəzərinəçatdırmışdır ki, bank tərəfindən ona faiz dərəcələri düzgün hesablanmamışdır. Bundan başqa məhkəmədən maliyyə-əmtəəşünaslıq ekpertizasının təyin edilməsini xahiş etsə də, ekspert qeyri-obyektiv rəy vermiş, məhkəmə isə buna əhəmiyyət verməmiş, tez-tələsik və yarımçıq qətnamə qət etmişdir.Sonrakı məhkəmə iclaslarında isə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada məlumatlandırılmadığıüçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə işə baxarkən işi tam və hərtərəfli araşdırmamış, tez-tələsik olaraq yarımçıq qətnaməçıxarmışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxııması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən iddiaçının nümayəndəsi hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehlər X4 və X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi, eyni zamanda iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərinə etiraz etdiyini bildirdi. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh Mübariz Hacıyevin nümayəndəsi və vəkili Tural Qasımov apellyasyia şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, eyni zamanda məhkəmə mühasibatlıq ekspertizasının verdiyi rəyə etiraz edərək, ipoteka predmeti iki il bundan əvvəl qiymətləndirildiyi üçün onun yenidən qiümətləndirilməsini xahiş etmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə cavabdeh X6 tərəfindən veilmiş apellyasiya şikayətinin sonunda “qətnamənin ləğv edilməsi” xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, apelyant qətnaməni iddianın ona qarşı təmin olunmuş faiz borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissələrdə mübahisələndirir. Odur ki, məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın cavabdeh Mübariz Hacıyevə qarşı təmin olunmuş faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissələrdə yoxlanılır. Belə ki, qətnamə qalan hissələrdə mübahisələndirilməmişdir. İş üzrə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdu ki, “xxxxxxxxxxxx” ASC ilə cavabdeh X6 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 100850-138103/2 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 17 faiz hesablanmaqla 136000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin xx xxxxxx 2016-cı il tarixli 100850-138103/2 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh X3 36 ay müddətinə, illik 18 faiz hesablanmaqla 169000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli, 100850-138103/2 nömrəli sonrakı ipoteka müqaviləsi ilə həmin kredit müqaviləsinin təminatı kimi “xxxxxxxxxxxx” ASC ilə cavabdeh X14 arasında xx xxxxxx 2015-ci il tarixli, 100850-138103/2 nömrəli və xx xxxxxx 2016-cı il tarixli, 100850- 138103/3 nömrəli sonrakı ipoteka müqavilələri imzalanmış və həmin ipoteka müqavilələrinə əsasən tam mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247.3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2016-cı il tarixli, TT16239BCM67 nömrəli kassa məxaric orderindən görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən X3 169,000.00 manat məbləğində pul ödəniş olunmuşdur. xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən xx xxxx 2017-ci il tarixə borcalanın banka 0 ABŞ dolları əsas borcu və 20724,56 ABŞ dolları faiz borcu olmaqla, cəmi 20724.56 ABŞ dolları borcu, xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən isə xx xxxx 2017-ci il tarixə borcalanın banka 146134.85 manat əsas borcu və 9184.67 manat faiz borcu olmaqla, cəmi 155319.52 manat borcu mövcuddur. İddiaçı bankın cavabdehə ünvanladığı xəbərdarlıqlara əsasən bank tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin həmin borc məbləğləri borclu tərəfindən tam ödənilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən tam təmin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin müvafiq normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə düzgün olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilədən yaranan əsas və faiz borcu cavabdehlərdən müştərək qaydada tutulmalı, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Lakin məhkəmə kredit münasibətləri üzrə yaranmış faiz borcunun məbləği, həmçinin ipoteka poredmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. İşdə olan və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 32554 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq müəyyən olunmuşdu ki, X2 xx xxxx 2017-ci il tarixə “xxxxxxxxxxxx” ASC-yə olan borcu ümumilikdə 15.934,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 0,00 ABŞ dolları, faiz borcu üzrə 15.934,83 ABŞ dolları, 100850-138103/3 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə isə borcu ümumilikdə 155.307,94 manat məbləğində müəyyən edilmişdir, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 145.351,37 manat, faiz borcu üzrə 9.956,57 manat təşkil edir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən növdə ekspertiza təyin olunarkən iddiaçının xx.xx.2018-ci il tarixdə verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən (i.v. 116-117) Banka olan borcun xx.xx.2018-ci il tarixə tələb olunduğu nəzərə alınmamış və nəticədə Banka olan borc məbləğləri ekspert rəyinə əsasən hər iki müqavilə üzrə xx.xx.2017-ci il tarixə hesablanmışdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29752 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən xx xxxxxx 2015-ci il tarixli 100850-138103/2 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin şərtləri nəzərə alınaraq, X2 müqavilə müddətinin sonuna, yəni xx.xx.2017-ci il tarixə “xxxxxxxxxxxx” ASCyə olan borcu ümumilikdə 15.934,83 ABŞ dolları məbləğində, o cümlədən: əsas borc üzrə 0,00 ABŞ dolları, faiz borcu üzrə 15.934,83 ABŞ dolları, 100850-138103/3 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə isə xx.xx.2018-ci il tarixə Banka olan borcu ümumilikdə 176747.27 manat məbləğində, o cümlədən: əsas borc üzrə 145.351,37 manat, faiz borcu üzrə 31.395.90 manat müəyyən olunmuşdur. Odur ki, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ekspert rəyi nəzərə alınaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 20724,56 ABŞ dolları məbləğində faizin tutulması hissəsində dəyişdirilərək, həmin müqavilə üzrə faizin miqdarı 15934,83 ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 19726,82 manat faizin tutulması hissəsində isə ekspert rəyində faiz məbləği qətnamədə olan faiz məbləğindən yüksək göstərildiyindən və qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyi üçün dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya baxışı zamanı cavabdehin vəsatətinə əsasən ipoteka predmetinin satış qiyməti mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmlakın qiymətinin işdə olan X13 xx.xx.2018-ci il tarixli rəyinə əsasən iki il əvvəl qiymətləndirilməsini nəzərə alaraq hazırki vaxta həmin ipoteka predmetinin qiymətinin müəyyən edilməsini “xxxxxxxxxxxxx” MMC-yə həvalə etmişdir. Həmin MMC tərəfindən verilmiş G-08/20-171 saylı xx.xx.2020-ci il tarixli rəyə əsasən müəyyən olunmuşdu ki, Bakışəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının mövcud bazar qiyməti 280000 manat, “xxxxxxxxxxxxx” MMC-nin xidmət haqqı isə 500 manat təşkil edir. “İpoteka haqqında” Qanuna əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). Məhkəmə kollegiyası işin hallarını, iş materiallarında olan rəylərin məlumatlarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 20724,56 ABŞ dolları məbləğində faizin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, xx.xx.2015-ci il tarixli müqavilə üzrə faizin miqdarı 15934,83 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş rəyə əsasən 280000 manat dəyərində müəyyən edilməli, qətnamə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 19726,82 manat faizin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Hazırki iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olaraq ümumilikdə 650 manat tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-273/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın cavabdeh Mübariz Hacıyevə qarşı təmin olunmuş faiz borcunun tutulması və ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi“ hissələrində dəyişdirilsin. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh X1 tutulmalı olan faizin miqdarı 15934,83 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiyməti isə 280000 manat dəyərində müəyyən edilsin. Qətnamə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 19726,82 manat faizin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pulun 50 manatı iddiaçı xxxxxxxxxxxx” X8, 100 manatı isə cavabdeh Mübariz Hacıyevdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 500 manat pulun 200 manatı iddiaçı xxxxxxxxxxxx” X8, 300 manatı isə cavabdeh X1tutularaq “xxxxxxxxxxxxx” MMC-nin hesabına (VÖEN **********, «xxxxxxxxx» ASC Əməliyyat filialı, M\h: AZ89NABZ********************, kod: 503314, S.W.İ.F.T. BİC: AMRAAZ22, H\h: AZ40AMRA********************) köçürülsün. Apellyasiya şikayətinin verilməsi ilə bağlı cavabdeh X6tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-115/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-115/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver