Məhkəmə qərarları › İş №2(103)-115/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-115/2025

27.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-115/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Rizvanova – X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X9 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X15, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Rizvanova – X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-957/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X24 İddiaçı (bundan sonra iddiaçı) arvadı, Cavabdeh isə (bundan sonra cavabdeh) anası olmuşdur. Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ona verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində istifadədə olan 0,06548 ha torpaq sahəsində yerləşən 1-(4) mərtəbəli, 12 otaqlı, 195 kv.m. yaşayış, 152,5 kv.m. köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X6 (1/6 hissədən C tik. – 3 otaq y/s 36,8 kv.m), X20 (2/6 hissədən – qalan hissə), X3 (1/6 hissə), X19 (1/6 hissədən B tik. – y/s 17,3 kv.m), X7 (1/6 hissə), X10 (1/6 hissə), X4 (2/6 hissədən – 1 otaq y/s 17,3 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

2. X24 ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X24 mülkiyyətində olan hissəni (1/6 hissədən “B” tikilisi, y/s 17,3 kv.m.) cavabdehə bağışlamış, bundan sonra cavabdehin həmin əmlaka dair mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. X24 xx.xx.2016-cı il tarixdə ölmüşdür. xx.xx.2020-ci il tarixdə iddiaçı ilə X13 arasında nikah bağlanmış, bundan sonra sonuncuya Rizvanova-Hüseynova soyadı verilmişdir (iş üzrə üçüncü şəxs).

4. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 2- 1(112)-2764/2023 nömrəli qərarı ilə Cavabdeh mülkiyyət hüququ ilə bağlı dövlət reyestrində aparılmış qeydə düzəliş (B tikilisi y/s 17,3 kv.m əvəzinə 1/6 hissədən “V” tikilisi, ümumi sahəsi 22,4 kv.m) edilmişdir. Bundan sonra paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinin 1/6 hissədən “V” tikilisi, yaşayış sahəsi 22,4 kv.m hissəsinə xx.xx.2023-cü il tarixdə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, 1/6 hissə X2, 2/6 hissədən 1 otaq y/s 17,3 kv.m. X11, 1/6 hissədən “C” tikilisi, 3 otaq, yaşayış sahəsi 36,8 kv.m X8, 2/6 hissədə X7, 2/6 hissənin qalan hissəsindən 2/3 hissə X16, 2/6 hissənin qalan hissəsindən 1/3 hissə X17 mülkiyyətindədir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-ü il tarixli, 3-16-16/2-10/1006 nömrəli ekspert rəyi ilə mübahisəli ünvanda yerləşən və iddiaçının istifadəsində olan sahədə yerləşən "V" literli tikilinin sənəd üzrə sahəsinin 22,4 kv.metr, faktiki isə 29,56 kv.metr teşkil etdiyi, "V” literli tikilinin İddiaçı faktiki istifadəsində olan sahədə yerləşdiyi, iddiaçının faktiki istifadəsində olan sahənin digər sahələrdən sərhəd hasarı vasitəsilə təcrid olunduğunu nəzərə alaraq, həmin tikintinin sahə baxımından bu ünvanda yerləşən tikililərin mülkiyyətçilərinin olan sahələrə hər hansı aidiyyəti olmadığı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2a yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsindən onun istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildə ünvan 2a yerləşən 17,3 kv metr sahəsi olan fərdi yaşayış sahəsini Bakı şəhəri sakini mərhum X5 almış, həmin yaşayış sahəsini 2015-ci ildə qızı, hazırki işdə cavabdeh olan Cavabdeh bağışlamışdır. 2000-ci ildə həmin ünvanda, yəni ünvan 2a əlavə olaraq ümumi sahəsi 130 kv metr olan fərdi yaşayış evini öz vəsaiti hesabına tikmişdir. O, xx.xx.2016-cı il tarixindən həmin ünvanda qeydiyyatdadır. Başqa sözlə, sözügedən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsi üzərində onun 2000-ci ildən etibarən qanuni sahiblik və istifadə hüquqları yaranmışdır. xx.xx.2016-ci il tarixində həyat yoldaşı X24 vəfat etmişdir. xx.xx.2020-ci il tarixində X18 ilə ailə həyatı qurmuşdur. İkinci həyat yoldaşı onlar evləndikdən sonra onun yaşadığı ünvana köçmüşdür. Bir müddət heç bir problem olmadan həmin ünvanda yaşamışlar. 2020-ci ilin avqust ayının 21-də qızı, hazırki işdə cavabdeh olan Cavabdeh ikinci dəfə ailə qurmağını bəhanə edərək, ona və ikinci həyat yoldaşına yaşayış sahəsinə daxil olmaqlarına maneçilik törətməyə başlamış, onlara qarşı fiziki təhqirlər edərək onları yaşayış sahəsindən qovmuşdur. Həmin fərdi yaşayış evinin onun tərəfindən və onun vəsaiti hesabına tikilməsini şahid ifadələri, o cümlədən kommunal xidmət idarələri ilə bağladığı müqavilələr də təsdiqləyir. Beləliklə, cavabdeh heç bir halda onu və həyat yoldaşını qanuni istifadəsində olan yaşayış sahəsinə buraxmaq istəmir, onları həmin ünvandan qovur. Halbuki, həmin fərdi evə giriş-çıxışları ayrıdır, cavabdehə heç bir maneçilik törətmir və ümumiyyətlə bu işin ona heç bir aidiyyəti yoxdur. Onun 74 yaşı var, İİ qrup əlildir, bu ahıl çağında 2 ildən çox müddətdə kirayələrdə qaldıqdan və Prezident Aparatına şikayətdən sonra polis orqanı onu həmin ünvana yerləşdirmiş, lakin cavabdeh həyat yoldaşını həmin ünvana buraxmaq istəmir. Cavabdeh “C” yaşayış sahəsində yaşayır və qeydiyyatı isə “B” yaşayış sahəsindədir.

8. Məhkəmə tərəfindən mübahisəli ünvanda xx.xx.2023-cü il tarixdə yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı “A” tikilisi adlandırılan ünvanda yaşayır, həmin tikiliyə qonşu və eyni həyətdə cavabdehə məxsus “B” tikilisi yerləşir. Lakin cavabdeh “B” tikilisində yaşamır. İddiaçının yaşadığı ünvana daxil olarkən (iddiaçı giriş qapısını özü açmışdır) giriş qapısından sağda “J” və “E” tikililəri mövcuddur və həmin ünvanlar iddiaçı tərəfindən kirayəyə verilmişdir və əldə edilən gəlir də iddiaçıya məxsusdur. Bundan sonra iddiaçının yaşadığı tikili və cavabdehin mülkiyyətində olan “B” tikilisi mövcuddur. Cavabdehin faktiki olaraq yaşadığı fərdi yaşayış evi isə “C” tikilisi adlandırılmaqla iddiaçının yaşadığı ünvanla eyni-giriş çıxışları mövcud deyil. Hər ikisinin özünə məxsus giriş-çıxışları vardır və hasarla ayrılmışlar.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-957/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X30)

10. Məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, hazırda Məşədi Kazımov küçəsi, ev 12 ünvanında tərəflərin faktiki olaraq yaşadıqları ünvanlar özbaşına tikililərdir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı 2000-ci ildə ünvan 2a yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsinin onun tərəfindən tikildiyini və həmin ünvanın ona məxsus olduğunu bildirsə də, həmin ünvanda pay hüququnun olmasına və həmin sahənin mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, X19 mülkiyyətində ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 17,3 kv.metr olan fərdi yaşayış evi olmuş və o, həmin əmlakı xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh bağışlamış, bu zaman İddiaçı əmlakın bağışlanılmasına etiraz etməmişdir. Hazırda məhkəməyə mübahisələndirilən ünvan 2a yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsinə dair, həmçinin iddiaçının həmin əmlak üzərində pay hüququnun olmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçının iddia tələbində göstərdiklərinin hər hansı bir əsası yoxdur, sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı məhkəmə araşdırması zamanı tələbini sübuta yetirə bilməmiş və tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir. İddiaçı cavabdeh tərəfindən yaşayış sahəsinə daxil olmağa maneəçilik yaradıldığını, onu yaşayış sahəsindən qovulduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya mübahisəli ünvanda yaşamasına hər hansı manələrin yaradılması halı öz təsdiqini tapmamışdır. Hazırda iddiaçı mübahisəli ünvanda yaşayır. Həmin əsaslarla da məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.

11. İddia tələbi təmin edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 119.1-ci, 218.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış sahəsindən istifadə zamanı maneələr yaradılır. Belə ki, cavabdeh onu və həyat yoldaşını dəfələrlə hədələyərək, müxtəlif xəsarətlər yetirmişdir. Bununla bağlı, o, Nizami rayon Polis İdarəsinə müraciət edilmişdir. Nizami RPİ-nin 23-cü Polis Bölməsinin tətqoqatçısının xx.xx.2021-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törədən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 23-cü PB-nə göndərilmişdir. Həmin qərar cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneələr yaratdığını təsdiq edir. Məhkəmə tərəfindən Cavabdeh tərəfindən verilən şifahi izahat əsas götürülərək, onun tərəfindən təqdim edilən sübutlar düzgün qiymətləndirilməmişdir. Nəticədə tərəflərin bərabərliyi və çəkişmə prinsipi pozulmuşdur. Halbuki cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə razı deyil, iddiaçının yaşadığı sahəsindən istifadəsinə hər hansı maneə yaratmır. İddia tələbi əsassızdır və bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş, etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının təşəbbüsü ilə mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Rizvanova – X12 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçının qızıdır. Mübahisə predmetini təşkil edən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsində yerləşən 12 saylı fərdi yaşayış evi cavabdehin və bir sıra başqa şəxsin paylı mülkiyyətindədir. Belə ki, həmin evə dair X2 (1/6 hissə), X11 (2/6 hissədən 1 otaq, yaşayış sahəsi 17,3 kv.m), X8 (1/6 hissədən “C” tikilisi, 3 otaq, yaşayış sahəsi 36,8 kv.m), Cavabdeh (1/6 hissədən “V” tikilisi, yaşayış sahəsi 22,4 kv.m,), X7 (2/6 hissə), X16 (2/6 hissədən qalan hissə 2/3 hissə) və X17 (2/6 hissədən qalan hissə 2/3 hissə) mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır.

26. Bununla belə, bu əmlakın hər hansı hissəsi iddiaçının mülkiyyətində deyil. İddiaçı həmin ünvanda yerləşən və hüquqi vəziyyətinə görə özbaşına olan tikilidə yaşayır, həmin tikili onun istifadə və sahibliyindədir (lakin onun 130 kv.m. olmasını təsdiq edən hər hansı sübut mövcud deyil). Bu hal birinci instansiya məhkəməsindəki icraat zamanı mübahisəli ünvanda keçirilmiş yerində müayinə zamanı da öz təsdiqini tapmışdır. Hətta müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən 2 ədəd tikili məhz iddiaçı tərəfindən kirayə əsaslarla başqa şəxslərin istifadəsinə verilmişdir. Hər bir halda, cavabdeh tərəfindən maneə yaradılsa idi, həmin tikililər iddiaçı tərəfindən kirayə əsaslarla başqa şəxslərin istifadəsinə verilə bilməzdi. Qeyd edilənlər iddiaçının bu tikililərdən hər hansı maneə olmadan öz iradəsinə uyğun olaraq istifadə və onlara sahiblik etdiyini təsdiq edir. Həmçinin, yerində müayinə zamanı iddiaçının və cavabdehin yaşadığı tikililərin ümumi giriş-çıxış qapısının olmadığı müəyyən edilmişdir. Cavabdeh də iddiaçının yaşadığı sahənin onun istifadə və sahibliyində olduğunu qəbul edir və bu halı mübahisələdirmir.

27. Hazırda iddiaçının iddiasının əsasında onun yaşadığı yaşayış sahəsindən istifadə və sahibliyinə cavabdeh tərəfindən yaradılmış maneənin qanunsuz hesab edilərək, aradan qaldırılması dayanır. İddiaçı tələbi ilə bağlı o hala istinad edir ki, o, ikinci dəfə nikaha daxil olduqdan sonra cavabdeh onun yaşadığı sahəyə girişinə maneəçilik törətmiş, hətta cavabdeh fiziki zorakılıqla onları (iddiaçını və hazırki arvadını) qovmuşdur. Halbuki, bu mübahisə xx.xx.2021-ci il tarixdə baş vermiş, hazırki iddia isə 2023-cü ilin fevral ayında, yəni 1 il 3 aydan sonra qaldırılmışdır. Həmin müddət ərzində iddiaçının bu ünvanda yerləşən tikilidə yaşamasına cavabdeh tərəfindən hər hansı maneənin yaradılması müəyyən edilmir. Mübahisə ilə bağlı aparılmış araşdırmanın nəticələrinə dair Bakı şəhəri Nizami RPİ tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qərarda da bu mübahisənin tərəflər arasında şəxsi münasibətlər zəminində baş verdiyi göstərilmişdir.

28. Yerində müayinə nəticəsində iddiaçının yaşadığı tikinti “A”, cavabdehin mülkiyyətində olan tikinti “V”, faktiki yaşadğı tikinti isə C adlandırılmışdır. Hazırda iddiaçının və cavabdehin yaşadığı tikililərin ümumiyyətlə eyni giriş-çıxışları mövcud deyil. Hər ikisinin özünə məxsus giriş-çıxışları var və onlar hasarla ayrılmışlar. Cavabdehin mülkiyyətində olan “V” tikintisi isə iddiaçının yaşadığı “A” tikintisi isə qonşuluqda, eyni həyətdə yerləşir. Bundan başqa, “J” və “E” adlandırılan tikillər də iddiaçının istifadəsindədir.

29. Digər tərəfdən işə apellyasiya instansiya icraatında baxılarkən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində mübahisəli ünvanda yerləşən və iddiaçının istifadəsində olan sahədə yerləşən "V" literli tikilinin sənəd üzrə sahəsinin 22,4 kv.metr, faktiki isə 29,56 kv.metr teşkil etdiyi, "V” literli tikilinin iddiaçının faktiki istifadəsində olan sahədə yerləşdiyi, iddiaçının faktiki istifadəsində olan sahənin digər sahələrdən sərhəd hasarı vasitəsilə təcrid olunduğunu nəzərə alaraq, həmin tikintinin sahə baxımından bu ünvanda yerləşən tikililərin mülkiyyətçilərinin olan sahələrə hər hansı aidiyyəti olmadığı müəyyən edilmişdir.

30. Bu baxımdan məhkəmə kollegiyası iş materiallarında olan sənədləri və iş üzrə keçirilmiş ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyini hazırki iddia tələbi üzrə mötəbər sübut hesab edərək qeyd edir ki, iddiaçı hazırda onun istifadə və sahibliyində olan və hüquqi vəziyyətinə görə özbaşına hesab edilən tikililərdən sərbəst şəkildə istifadə edir, onun bu hüquqlarının cavabdeh tərəfindən pozulması, o cümlədən bu hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən hər hansı maneənin yaradılması müəyyən edilmir. Əksinə, keçirilmiş ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyinə əsasən cavabdehin mülkiyyətində olan “V” literli tikili iddiaçının istifadəsində olan sahədə yerləşir. Bu da öz növbəsində istifadəsində olan tikililərə hər hansı sənədi olmayan iddiaçının deyil, mülkiyyətçi olan cavabdehin öz mülkiyyətində olan əmlakdan sərbəst şəkildə istifadə etməsi ilə bağlı çətinliklərlə üzləşməsini istisna etmir.

31. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, mübahisəli sahə xx.xx.2015ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçının mərhum arvadı tərəfindən cavabdehə (qızına) bağışlanmış, bu zaman iddiaçı da əmlakın bağışlanılmasına etiraz etməmişdir. Lakin sonradan iddiaçı bu müqavilə bağlanan zaman ona hüquq və vəzifələrinin izah olunmamasını əsas gətirərək, həmin müqavilənin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirmişdir. Onun bu barədə iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Nəticədə həmin qətnamə qanuni qüvvəsini almışdır. Başqa sözlə, müddət etibarı ilə iddiaçının cavabdehə qarşı əmlak tələbləri onun cavabdeh tərəfindən maneənin yaradılması kimi qiymətləndirdiyi xx.xx.2021-ci il tarixli mübahisədən daha əvvəl olmuşdur. Halbuki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında mübahisənin yaranması və bunun nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya xəsarət yetirilməsi, iddiaçının da hüquq mühafizə orqanlarına müraciət etməsi özü-özlüyündə hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, iddiaçı ümumiyyətlə cavabdeh tərəfindən yaradılan maneələrin nədə ifadə olunduğunu, hansı hərəkətlərdə özünü biruzə verdiyini bildirə bilmir. Halbuki bu qəbildən olan işlər üzrə sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslığının təsdiqi olaraq iddiaçının cavabdeh tərəfindən onun yaşadığı sahəyə 1 saylı Bakı Ərazi idarəsinin əməkdaşlarının dəvət edilməsi barədə fikirləri isə yenə də cavabdeh tərəfindən maneənin yaradılması qənaətinə gəlmək üçün əsas yaratmır. İddiaçı tələbində ikinci dəfə nikaha daxil olduqdan sonra cavabdeh tərəfindən mane yaradıldığını iddia etsə də, həmin nikaha daxil olduqdan (xx.xx.2020-ci il) təxminən 1 il 8 ay sonra (2021-ci ilin noyabr ayı) şikayət ərizəsi ilə Bakı şəhəri Nizami rayon Polis idarəsinə, 3 il sonra isə hazırki iddia ilə (xx.xx.2023-cü il) məhkəməyə müraciət etmişdir.

33. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Hazırda yaşadığı tikilidən istifadə və ona sahiblik etməklə bağlı iddiaçıya cavabdeh tərəfindən hər hansı maneə yaradılmır. İddiaçı mülkiyyətçi olmasa da, hazırda cavabdehin mülkiyyətində olan əmlakın yerləşdiyi ünvanda bir neçə tikiliyə maneəsiz şəkildə sahiblik və onlardan istifadə edir, o cümlədən iki tikilini kirayə əsaslarla başqa-başqa şəxslərə də vermişdir. Cavabdehin mülkiyyətində olan əmlak da iddiaçının faktiki istifadəsində olan və onun tərəfindən sərhəd hasarı ilə təcrid olunan sahədə yerləşir.

34. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

35. Ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət gəlirlərinə alınmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-957/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar