Məhkəmə qərarları › İş №2(103)-1153/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1153/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1153/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qytarılması tələbinə dair” iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(005)- 4980/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 2018 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialından illik faiz dərəcəsi 12% olmaqla, 36 ay müddətinə 32280 ABŞ dolları məbləğində kredit götürmüşdür.

2. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, Cavabdeh bank tərəfindən 32280 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 2018 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 32280 ABŞ dolları əsas borcu, 14795 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1317.12 ABŞ dolları olmaqla, cəmi 48392,12 ABŞ dolları borcu qalmışdır.

4. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, NK-12-12062018/110237 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit götürmüşdür.

5. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, Cavabdeh bank tərəfindən 6000 manat məbləğində kredit verilmişdir

6. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, NK-12-12062018/110237 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə xx.xx.2021ci il tarixə 3840 manat əsas borcu, 1997,61 manat faiz borcu, 3840.18 (üç min səkkiz yüz qırx manat 18 qəpik) manat əsas, 1997,61 (bir min doqquz yüz doxsan yeddi manat 61 qəpik) manat faiz, 172.86 (bir yüz yetmiş iki manat 86 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,74 manat faiz borcu olmaqla, cəmi 6200 manat borcu qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyun 2018-ci il tarixli, NK-12-1206201S/110237 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə 3840,18 (üç min səkkiz yüz qırx manat 18 qəpik) manat əsas, 1997,61 (bir min doqquz yüz doxsan yeddi manat 61 qəpik) manat faiz, 172.86 (bir yüz yetmiş iki manat 86 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,74 manat faiz borcu; 16 avqust 2017-ci il tarixli, 2018 nömrəli kredit üzrə 32280 (otuz, iki min iki yüz söksən dollar) ABŞ dolları əsas, 14795 (on dörd min yeddi yüz doxsan beş dollar) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1317.12 (bir min üç yüz on yeddi dollar 12 sent) ABŞ dollar faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 12 iyim 2018-ci il tarixli, NK-12- 12062018/110237 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 6000 (altı min) manat və 16 avqust 2017-ci il tarixli 2018 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 12 faiz dərəcəsi ilə 32280 ABŞ dolları məbləğlərində kreditlər verilmişdir. Kredit müqavilələrinin 1-1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 12 iyun 2018-ci il tarixli, NK-12-12062018/11J237 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6200,39 (altı min iki yüz manat 39 qəpik) manat təşkil edir. Bundan 3840,18 (üç min səkkiz yüz qırx manat 18 qəpik) manat əsas, 1997,61 (bir min doqquz yüz doxsan yeddi manat 61 qəpik) manat faiz, 172,86 (bir yüz yetmiş iki manat 86 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cii il tarixli Plenum qərarına əsasən hesablanmış 189.74 (bir yüz səksən doqquz manat 74 qəpik) manat faiz borcu və 16 avqust 2017-ci il tarixli, 2018 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 48392,12 (qırx səkkiz min üç yüz doxsan iki dollar 12 sent) ABŞ dolları təşkil edir. Bundan 32280 (otuz iki min iki yüz səksən dollar) ABŞ dolları əsas, 14795 (on dörd min yeddi yüz doxsan beş dollar) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1317,12 (bir min üç yüz on yeddi dollar 12 sent) ABŞ dollar faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2021-ci il tarixli, **********157 saylı və xx.xx.2021-ci il tarixli, **********158 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdiıilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(005)- 4980/2021 saylı qətnaməsi (X2) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 12 iyun 2018-ci il tarixli, NK-12- 1206201S/110237 nömrəli kredit müqaviləsinə əsasən 3840,18 (üç min səkkiz yüz qırx manat 18 qəpik) manat əsas, 1997,61 (bir min doqquz yüz doxsan yeddi manat 61 qəpik) manat faiz, 172.86 (bir yüz yetmiş iki manat 86 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 189,74 manat faiz borcu, ümumilikdə 6200,39 manat məbləğində borc; 16 avqust 2017-ci il tarixli 2018 nömrəli kredit üzrə 32280 (otuz, iki min iki yüz söksən dollar) ABŞ dolları əsas, 14795 (on dörd min yeddi yüz doxsan beş dollar) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1317,12 (bir min üç yüz on yeddi dollar 12 sent) ABŞ dollar faiz borcu, ümumilikdə 48392,12 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 423.2, 424.2, 427.3, 442, 443.1, 448-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə hər hansı müqavilə bağlamamış, həmin müqavilələrdən xəbəri olmamışdır. Belə ki, iddiaçı qismində “AmrahBank" ASC bundan əvvəl də eyni məzmunlu ərizə ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə prosesi zamanı da o, göstərmişdir ki, müqavilələrdə olan imzalar ona məxsus olmamışdır, xahişinə əsasən xətşünaslıq ekspertizası keçirilmiş, dedikləri öz təsdiqini tapmışdır. Nəticədə “AmrahBank" ASC-nin iddiaçı qismində verdiyi iddia Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2.11.2021-ci il tarixli, 2(005)-2082/2021 saylı qətnaməsi ilə ləğv edilmişdir. Lakin görünür ki, “AmrahBank" ASC yenə də iddiasını davam etdirməklə ondan qanunsuz olaraq pul almağa çalışır. Bundan əlavə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4980/2021 saylı qətnaməsi qəbul edilərkən onun həmin prosesdən xəbəri olmamış, bu səbəbdən də müvafiq vəsatət vermək imkanından məhrum olmuşdur. Qeyd etdiyi məsələ ilə bağlı məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətini də şikayətinə əlavə edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

19. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

20. Maddə 445.2, 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

21. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır.

22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

30. Belə ki, iş matariallarında olan sənədlər ilə müəyyən olunur ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçı ilə iki kredit müqaviləsi bağlayaraq üzərinə öhdəliklər götürmüş, lakin həmin öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən o, Bank qarşısında cavabdehlik daşıyır, Bankın isə həmin borcun ödənilməsini tələb etmək hüququ yaranır.

31. İş üzrə ilkin olaraq məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 04.055.2022-ci il tarixli, 4/480 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 2(103)-1153/2022 saylı mülki işin 12-15-ci vərəqələrində olan 16 avqust 2017-ci il tarixli, 2018 nömrəli bank hesabı və kredit xətti müqaviləsinin bütün səhifələrində “Borcalan” qrafalarındakı 5 ədəd imza; i.v 19-da olan 12 iyun 2018-ci il tarixli kassa məxaric orderində “Müştərinin imzası” qrafasındakı imza; i.v 22- 25-də olan 12 iyun 2018-ci il tarixli, NK-12-1206201S/110237 nömrəli bank hesabı və kredit müqaviləsinin bütün səhifələrində “Borcalan” qrafasındakı 5 ədəd imza; i.v 53-də olan 16 avqust 2017-ci il tarixli kassa məxaric orderində “Müştərinin imzası” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.

32. Kollegiya hər iki müqavilə üzrə tələb edilən əsas borc, faiz borcu və cərimə borcunun həm kredit öhdəliyinin müddətinin bitdiyi tarixə, həm də iddia ərizəsində tələb edilən xx.xx.2021-ci il tarixə qədər nə qədər təşkil etməsi barədə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

33. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5358 saylı ekspert rəyində xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçıya "xxxx" ASC-yə borcunun müqavilə müddətinin bitmə tarixinə - xx.xx.2020-ci il tarixə əsas borc üzrə 3915,41 manat, faiz borcu üzrə 1190,29 manat; maliyyə arayışında qeyd edilən tarixə əsas borc üzrə 3915,41 manat, faiz borcu üzrə 1350,17 manat olması müəyyən edilmişdir.

34. Ekspertin rəyi tam olmadığı üçün məhkəmə tərəfindən iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.

35. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7578 saylı ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh iddiaçıya "xxxx" ASC-yə borcu xx.xx.2017-ci il tarixli, 2018 saylı kredit xətti müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə yəni, xx.xx.2020-ci il tarixə əsas borc üzrə: 32280,00 ABŞ dolları, faiz borcu üzrə: 11620,80 ABŞ dolları. Maliyyə arayışında qeyd edilən tarixə yəni, xx.xx.2021-ci il tarixə illik 5 % hesablanmaqla, Əsas borc üzrə 32280,00 ABŞ dolları, Faiz borcu üzrə 11620,80 ABŞ dolları. xx.xx.2018-ci il tarixli NK-12-12062018/110237 saylı kredit müqaviləsi üzrə: Əsas borc üzrə 3915,41 manat, Faiz borcu üzrə 1101,54 manat.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən qeyd edilən müqavilələr üzrə öhdəlikləri yerinə yetirilmədiyinə görə borcun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə tutulmalı olan faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissələrdə dəyişdirilməlidir.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən xx.xx.2021-cü il tarixə olan ekspert rəyində müəyyən edilən 11620,80 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən xx.xx.2021-cü il tarixə olan ekspert rəyində müəyyən edilən 1101,54 manat məbləğində faiz borcu tutulmalıdır.

38. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 310 (üç yüz on) manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır.

39. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 16 avqust 2017-ci il tarixli, 2018 nömrəli və 12 iyun 2018-ci il tarixl, NK-12-1206201S/110237 nömrəli kredit müqavilələri üzrə faiz borcunun tutulması hissəsində dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(005)- 4980/2021 saylı qətnaməsi – Cavabdeh 12 iyun 2018-ci il tarixli, NK-12- 1206201S/110237 nömrəli kredit müqaviləsinə əsasən 1997,61 (bir min doqquz yüz doxsan yeddi manat 61 qəpik) manat faiz; 16 avqust 2017-ci il tarixli, 2018 nömrəli kredit üzrə 14795 (on dörd min yeddi yüz doxsan beş dollar) ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 12 iyun 2018-ci il tarixli, NK-12- 1206201S/110237 nömrəli kredit müqaviləsinə əsasən 1101,54 (bir min yüz bir manat əlli dörd qəpik) manat faiz borcu və 16 avqust 2017-ci il tarixli, 2018 nömrəli kredit müqaviləsinə əsasən 11620,80 (on bir min altı yüz iyirmi ABŞ dolları səksən sent) ABŞ dolları faiz borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənə ilə manatla) iddiaçı LPO İddiaçı-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə xətşünaslıq, mühasibatlıq və əlavə mühasibatlıq ekspertizasının xərci olaraq 310 (üç yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar