Məhkəmə qərarları › İş №2(103)-1153/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1153/2023

13.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1153/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərinin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(006)-4526/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01/2784 saylı müqavilə bağlanmışdır.

2. **********30000 saylı abonentin saldosuna əsasən cavabdehin borcu 12.002,42 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixində 01/2784 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X3 Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2012-ci il tarixli, 047697 saylı akt əsasında 230,4 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 281,2 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 58,4 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 77,8 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 399,4 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 60,4 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 137 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 147,8 manat; xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 514,2 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 772,8 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 153,6 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 234,2 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 278,2 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 85,6 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,2 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,6 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 109,8 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 109,8 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,8 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,8 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,8 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,8 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,8 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 501,12 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022ci il tarixli, ******* saylı akt əsasında 233,28 manat, cəmi 12.091,52 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 12.002,42 manat məbləğində zərərin və 126,01 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 12.128,43 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 12.002,42 manat məbləğində zərərin və 126,01 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 12.128,43 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 4526/2022 saylı qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1.080 manat borcun və 15 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.095 manat məbləğində pulun alınaraq İddiaçı İB-yə ödənilməsi, ödənilmiş 126,01 manat məbləğində dövlət rüsumunun qalan 111,01 manatının isə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı 2012-2022-ci il tarixlərində tərtib edilmiş aktlar üzrə 12.000,42 manat borcun hansı qaydada və nəyə əsasən hesablandığını sübut edə bilməmiş, həmin borcun 1.080 manat (36 x 30 =1.080) hissəsi 3 il üzrə orta sərfiyyat kimi cavabdehin istehlak etdiyi qaza görə hesablanmış borc olduğuna görə iddia həmin hissədə təmin edilməlidir.

8. Məhkəmə öz mövqeyini «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 139.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndi və bu Qaydaların 1.6-cı bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş və iddia tələbinin tam təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (akt, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə qərəzli olaraq mübahisələndirilən qətnamənin üçüncü səhifəsinin son abzasıdan başlayaraq qeyd etmişdir ki, “...iddiaçı 2012-2022-ci il tarixlərində tərtib edilmiş aktlar üzrə 12.002,42 manat borcun hansı qaydada və nəyə əsasən hesablandığını sübut edə bilməmişdir.... ” Belə mövqe məhkəmənin qərəzli olmasının, absurd nəticəyə gəlməklə qanunvericiliklə nəzərdə tutulmuş və tərtib edilmiş sübutlara göz yummasına və əsassız inkar edilməsinə fokuslanan bir səhv nəticədir. Maddi zərərin dəyməsi ilə bağlı halı sübut edən mötəbər sənədlər iş materiallarında vardır. Bu sənədlər rəsmi sənədlərdir və qanunsuz qoşulma halları aşkar edildikdə həmin sənədlərin tərtib edilməsi nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 81-ci maddəsində qeyd edilmişdir ki, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda iddiaçı hansı əlavə sübutlara istinad etməlidir ki? Həmçinin, qanunazidd əməllər kütləvi hall almışdır. Lakin birinci instansiya məhkəməsi qanunazidd qətnamə qəbul etməklə neqativ tendensiyanın formalaşdırılmasına, o cümlədən kütləvi xarakter daşıyan qaz sayğaclarına müdaxilə və qaz xətlərinə qeyri-qanuni qoşulma nəticəsində külli miqdarda dövlət müəssisəsinə ziyan vurulmasına, dövlət əmlakının talan olmasına zəmin yaradan qanunilik və əsaslılıq meyarlarına cavab verməyən qətnamə qəbul etməsinin fərqində olmamışdır. Həmçinin, iddia ərizəsində və izahatlarında da qeyd edilmişdir ki, cavabdeh 2017-ci ildən 2022-ci ilə qədər Saldo və GAZREP sənədlərindən görünür ki, abonentin ödənişləri yoxdur. Aşkar olunmuş qaz borusuna özbaşına qoşulma faktı (faktları) iddiaçının əməkdaşları tərəfindən rəşmiləşdirilmiş, dəymiş ziyanın miqdarı müəyyənləşdirilmiş, ziyanın məbləği cavabdehə məxsus abonent Saldosuna onun tərəfindən könüllu ödəməsi məqsədi ilə yerləşdirilmişdir. Digər tərəfdən cavabdeh bu faktı, yəni onun barəsində tərtib edilmiş Aktların mövcudluğundan xəbərdar olmuş, mübahisələndirməmiş, hətta şikayətlə və s. etirazla Birliyə müraciət etməmişdir. Məhkəmə özü dəymiş maddi zərərin miqdarını müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlmiş və bununla da iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddia tələbinin tamamilə təmin edilməməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh öz izahatında təbii qazdan qeyri-qanuni istifadə etməsini etiraf etmiş (qətnamədə bu hal öz əksini tapmamışdır), dəymiş zərərin əvəzini və debitor borcun ödənilməsi üçün məhkəmədən həmin pul məbləğlərinin hissə-hissə ödənilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Bütün bunlara rəğmən məhkəmə cavabdehin etiraflarına göz yumaraq, qərəzli, qismən düzgün olmayan, qismən səhv nəticəni özündə əks elətdirən qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi.

13. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2017-ci il tarixdə iddiaçının qaz sayğacı dəyişdirilmişdir, bununla bağlı iş materiallarına müvafiq akt mövcuddur. İkinci dəfə sayğacın dəyişdirilməsi barədə məlumatı yoxdur, bununla bağlı məlumat əldə edərək təqdim edəcəkdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 2000-ci ildən 2022-ci ilədək sayğac mövcud olmuşdur. Sayğac 2022-ci ilin yanvar, fevral aylarında aparılmış, sonra İddiaçı tərəfindən quraşdırılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”:

17. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

18. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

19. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

20. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

21. Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırki işdə iddia qismən təmin olunduğundan və iddiaçı qətnamənin qismən, yəni iddia tələbinin təmin olunmamış hissəsini apellyasiya qaydasında mübahisələndirildiyindən, qətnamə iddianın qismən təmin olunmadığı hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə ədalətli qətnamə qəbul etmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş 2012, 2017- 2022-ci illəri əhatə edən aktlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh qaz sayğacı yerləşdirilən qutunun içərisində sayğaca gedən və sayğacdan çıxan boruları birləşdirərək təbii qazdan istifadə etmişdir.

27. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, cavabdehin sayğacı 2017-ci ildə dəyişdirilmiş, ikinci dəfə sayğacın nə vaxt dəyişdirilməsi barədə məlumat əldə edib məhkəməyə təqdim edəcəkdir.

28. Cavabdeh isə bildirmişdir ki, 2022-ci ilin əvvələrindən sayğac çıxarılmış, sonra iddiaçının əməkdaşları tərəfindən yenisi quraşdırılmışdır.

29. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, cavabdehin ünvanında yeni sayğac quraşdırılmışdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsinə təklif edilməsinə baxmayaraq onun tərəfindən 2017-ci ildə dəyişdirilən sayğacın sonradan yenidən dəyişdirilməsi barədə sənəd təqdim edilməməsi, yalnız yeni sayğacın quraşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixli aktın təqdim edilməsi belə qənaətə gəlməyə əsas verir ki, 2017-ci ildən 2022-ci ilədək cavabdehin ünvanında qaz sayğacı olmuş, sonra qaz sayğacı cavabdehin bildirdiyi kimi 2022-ci ilin əvvələrində çıxarılmış və yalnız xx.xx.2022-ci il tarixdə yeni qaz sayğacı quraşdırılmışdır.

31. Belə olan halda, 2017-ci ildən 2022-ci ilədək cavabdehin ünvanında qaz sayğacı olduğundan onun tərəfindən fotoşəkillərdə əks olunduğu kimi sayğaca gedən və sayğacdan çıxan boruları birləşdirərək təbii qazdan istifadə etməsi qeyri-mümkündür.

32. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4526/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar