Məhkəmə qərarları › İş №2(103)-1154/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1154/2020

27.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1154/2020 27.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Məhkəmə iclas katibi: Kənan Hüseyn oğlu Hüseynovun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehtərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı etibardan sui-istifadə etməklə, aldatma yolu ilə əldə olunmuş pul vəsaitinin alınması, dəymiş maddi zərərin ödənilməsi məqsədilə Cavabdeh 27000 AZN pulun, 50000 manat maddi ziyanın alınaraq bu iş üzrə İddiaçı qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı binanın 135-ci mənzilində yaşayan, 16 ildir ki, qonşu, dost kimi tanıdığı, Qaradağ rayonunda daş karxanası işlədən Cavabdeh bu haqda qonşularla söhbət edərkən söhbət əsnasında ona demişdir ki, karxana yaxşı qazanc verir, Əliheydər adlı tanışı var, karxanasını “sərfəli" qiymətə satır, alsa yaxşı olar. Xanəli onu almağı, sonra karxananı o, yəni Xanəli işlədəcəyini demişdir. Xanəli onun çalışdıra bilməyəcəyini, satın almağı, onun işinə də nəzarət edəcəyini, hər ay gətirib pulunu verəcəyini demişdir. Xanəli onu inandırdıqdan sonra daş karxanasını satan Əliheydər adlı tanışı ilə görüş əsnasında Əliheydər Xanəlinin tərifli sözlərini təsdiq edərək, bir qovluq sənədləri göstərərək karxananın sənədləri qaydasındadır, heç bir borcu, məhkəmə mübahisəsi olmadığını bildirmişdir. Xanəlinin tövsiyəsi ilə Əliheydərə məxsus olan Daş karxanasını 180000 manata satın almış (əlyazmalı alqı-satqı müqaviləsi ilə). Torpağın istifadəsinə dair hüquq verən sənədlər isə «xxxx» MMC-yə aiddir, həmin MMC də ona məxsusdur. Bu səbəbdən MMC-nin müəyyən dəyərdə olan bütün paylarını karxananın əlyazmalı alqı-satqısı ilə paralel olaraq notarial qaydada həmin torpağa dair sənədlər də dərhal ona keçəcək. Bir müddət sonra Xanəlinin tövsiyyəsi ilə Əliheydərdən satın aldığı karxana ilə bağlı saxtakarlıqlar aldadılma faktları bir-birinin ardı ilə meydana çıxmağa başlamışdır. Xanəli alqı-satqıdan sonra sözügedən karxananı Əhməd və Sabir adlı şəxslərin vasitəsi ilə işlətməyə başlamışdır. Xanəli ona məxsus olan karyeri işlətdiyi 13 aylıq dövr üzrə aylıq 3000 manat pulu (Xanəliyə ona çatdırılması üçün verilən pulu) ondan gizlədərək verməmişdir. Çox sonradan vergi cəriməsini ödəməyi üçün ona olan borcundan 15000 AZN vermişdir. Bundan başqa Xanəli müxtəlif vaxtlarda ondan qaytarmaq adı ilə 9500 manat (karxananın istehsalatını gücləndirmək üçün 4500 manat + sosial müdafiə fondundan yoxlama ilə bağlı 5000 manat) pul almış, yalnız 6500 manatını qaytarmışdır. Sosial müdafiə fondundan gələn yoxlama ilə bağlı ondan qaytarmaq adı ilə aldğı 5000 manat pulu (guya tələb olunan ödəmələr ilə bağlı) ona qaytarmamışdır. Əksinə fond tərəfindən MMC ödəmə etmədiyi üçün məhkəmə qaydasında cərimə olunmuş, 2018-ci il ərzində məhkəmə mübahisələri getmiş, bu cərimə əsassız olduğu üçün şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1[102]-708/2018 saylı qərarı ilə tam ləğv edilmişdir. Sözügedən ərazidə istehsalat üçün yararlı məhsulun tükəndiyi barədə məlumat almışdır (halbuki, ona Xanəli və Əliheydər adlı şəxs tərəfindən alqı-satqı zamanı deyilirdi ki, orada uzun illər istehsalat üçün yararlı məhsul vardır). Məcbur olub rəsmi müraciət edərək MMC-nin və karyerinin fəaliyyətini dayandırmalı olmuşdur. Karxana ilə bağlı vergi yoxlamaları başlamışdır. Vergi əsassız olaraq şişirdilmiş istehsal rəqəmləri üzrə 44000 manat cəriməni MMC-yə görə ondan almış, bu cərimənin cəmi 15000 manatını karxananın yeganə gəliri adı ilə Xanəli vermiş (2018-ci ildə həmin cərimə əsassız hesab olunaraq qismən ləğv edilmişdir), qalan 29000 manatını isə yaxın adamlardan borc götürərək özü vermişdir. Karxana ilə bağlı vergi yoxlamaları aparılarkən ona məsul vergi əməkdaşları tərəfindən bildirilmişdir ki, satın aldığı karxananın torpaq sahəsinin MMC-yə heç bir aidiyyəti yoxdur, karyerin ərazisinin MMC-yə aid olması haqda bütün mövcud sənədlər saxtadır. Qeyd olunan saxtakarlıqlar və etibarından sui-istifadə halı ilə bağlı Əliheydər barəsində cinayət işinin açılması və aldadılaraq ondan alınmış pulun qaytarılması üçün müxtəlif hüquq-mühafizə orqanlarına (polis və prokurorluq) şikayət ərizələri ilə çoxsaylı müraciətlər etməyə başlamışdır. Onun barəsində Baş Prokurorun birinci müavini, möhtərəm Rüstəm Usubovun qərarı ilə cinayət işi açıldı, sonradan DİN-in BİTİ-dən mülki qaydada mübahisələndirilməsi tövsiyyə edildi. 2018-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılan araşdırma zamanı dindirilən şəxslərin ifadələrindən, üzləşdirmələrin aparılması zamanı ona məlum oldu ki, Xanəli ona məxsus olan karyeri işlətdiyi 13 aylıq dövr üzrə icarəçilərdən ona vermək adı ilə aylıq 3000 manat pulu (cəmi 39000 manat pulu) almış, lakin gizlədərək ona verməmişdir. Bu səbəbdən Cavabdeh əməllərində AR CM-nin 178.3.2-ci maddəsinin əlamətlərinin olması ilə bağlı ilkin olaraq xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-yə müraciət etmiş, sonradan iş Bakı şəhəri Xətai RPİ-nin İŞ-nə göndərilmiş, müstəntiq K.Vəliyev tərəfindən xx.xx.2018-ci il tarixdə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən ləğv edilərək, əlavə araşdırma aparılması üçün Bakı şəhəri, Xətai rayonu İŞ-nə göndərilmiş və müstəntiq Yalçın Məmmədov tərəfindən xx.xx.2019-cu il tarixdə Xanəlinin əməlində cinayət tərkibi olmadığına görə, onun əməli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmə hüququ olması ərizəçi olaraq ona izah edilməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Paralel olaraq xx.xx.2018-ci il tarixdə icra orqanından aldığı bildirişlə ona məlum olmuşdur ki, paylarını tam satın aldığı MMC barəsində daha bir aldadılma faktı var. Belə ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2(81)-225 saylı 30.04 2012-ci il tarixli icra sənədi mövcuddur (halbuki, o MMC-ni bu icra vərəqindən 2 il sonra, yəni 2014-də alanda notarial alqı-satqıda satan Əliheydərin sözü ilə qeyd olunmuşdur ki, heç bir məhkəmə mübahisəsi yoxdur) və məhkəmə qərarı ilə 33623 ABŞ dolları və 20 AZN borc vardır. Bu səbəbdən və istintaqın tövsiyyəsini nəzərə alaraq sözügedən saxta alqı-satqının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət olunmuş, Yasamal rayon məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə iddiası təmin olunmuş, alqı-satqı etibarsız hesab olunmuş və karxana üçün ödədiyi 180000 manat pulun ona geri qaytarılması qət olunmuşdur (Əliheydər isə adında heç bir əmlak olmadığı üçün icra vərəqi üzrə həmin ödənişi etməkdən qəti olaraq imtina edir). Hazırki vəziyyətə görə Cavabdeh ona borclu olduğu pul 27000 AZN təşkil edir. Xəlilov X7 Saleh Qulu oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı 21500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonunun ərazisində ona məxsus daş karxanasının yaxınlığında Əliheydər adlı şəxsin karxanası olmuş, sonuncu həmin daş karxanasını cavabdeh İddiaçı 2014-cü ilin əvvəllərində satmış, lakin cavabdeh İddiaçı daş karxanasının işindən baş açmadığı üçün həmin karxananı işlətmək üçün ona kömək etməyini və icarəçi tapmağını xahiş etmiş, Sabir Məmmədov adlı şəxsə hər ay 3.000 manat olmaqla icarəyə vermiş, sonuncu Salehə çatdırmaq üçün hər ay icarə haqqını ona vermiş, o da öz növbəsində hər ay 3.000 manat icarə haqqından Salehin xəbəri və razılığı əsasında karxananın işlədilməsinə xərcləmiş, qalan məbləği hər ay Salehə vermiş, lakin ona inandığı üçün bu barədə ondan hər hansı bir qəbz almamışdır. Həmin ərəfədə o, yaxın münasibətdə olduğu Ümid adlı şəxsdən bir dəfə 4.000 manat alaraq cavabdehə vermiş, bir dəfə də 5.000 ABŞ dolları Ümidin yanında sonuncunun qohumundan alaraq cavabdeh İddiaçı vermişdir. Karxanadakı işləri nizama salmaq, avadanlıqları yeniləmək, təmir etmək, elektrik və su xətləri çəkmək, fəhlələrə əmak haqqının ödənilməsi üçün aylıq icarə haqqından icarəçi Sabir Məmmədova 14.000 manat pul qaytarılmış, həmçinin həmin vaxtlar İddiaçı məxsus karxananın vergiyə olan 4.000 manat borcunu o ödəməklə qəbzi onun özünə vermişdir. Bundan başqa, 2016-cı il yanvarın 01-nə keçən gecə saat 03 radələrində karxanada baş vermiş yanğın hadisəsi nəticəsində gözətçi ölmüş, onun bütün dəfn və yas xərclərini, qəbrin üstünün düzəldilməsi üçün 7-8 min manat xərci cavabdehin xahişi ilə o öz vəsaiti hesabına çəkmişdir. İlkin iddia ərizəsində qeyd olunur ki, Saleh özünə məxsus daş karxanasının fəaliyyətini gücləndirmək və sosial müdafiə fondundan yoxlama ilə bağlı guya o 9.500 manat pul istəmiş, İddiaçı isə ona 6.500 manat pul vermişdir. Həqiqətə uyğun olan bir hal deyildir. Qeyd olunan məqsədlər üçün İddiaçı ondan 10.000 manat pul istəmiş, o həmin vaxtlar ona 6.500 manat borc pul vermiş (bu halı o, iddia ərizəsində də qeyd etmişdir), lakin ona inandığı və etibar etdiyi üçün qəbz almamış, sonradan münasibətləri pisləşdiyindən indiyə kimi həmin borc pulu ona qaytarmamışdır. Daha sonra, iddia ərizəsində qeyd edir ki, vergiyə ödənilən 44.000 manat borcundan 15.000 manatını, qalan hissəsini isə o, özü ödəmişdir. Bu da, həqiqətə uyğun deyildir, çünki, vergiyə görə həmin 44.000 manat pulu tam olaraq o özü ödəmiş, lakin karxana İddiaçı aid olduğundan qəbzi saxlamaq üçün ona vermiş, o isə həmin pulun 29.000 manatını guya özünün ödədiyini göstərmişdir. İlk iddia ərizəsində qeyd olunan 39.000 manat icarə haqqı pulunun bir hissəsini ona vermiş, qalan hissəsi yuxarıda qeyd etdiyi işlərə xərclənmiş, lakin qonşu, yaxın münasibətdə olduğu və duzçörək kəsdiyi üçün ondan bu barədə hər hansı yazılı qəbz almağı özünə sığışdırmamış və qəbahət hesab etmişdir. Hazırda cavabdeh İddiaçı ona olan borcu 21.500 (6.500 + 15.000) manat təşkil etdiyindən hesab edir ki, həmin məbləğ İddiaçı alınaraq ona qaytarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı aldatma yolu ilə əldə olunmuş, dəymiş maddi ziyanın ödənilməsi məqsədilə ilkin iddia üzrə cavabdehdən 27000 manat məbləğində pulun, 50000 manat məbləğində maddi ziyanın alınaraq ödənilməsi barədə ilkin iddiasının və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia üzrə cavabdehdən 21500 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi xeyrinə tutulması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti ilkin iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qeyd olunan qətnamədən həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X9 öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verməklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməklə, 27000 manat pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3539/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən məhkəmə həmin iş üzrə İddiaçı ilə X4 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış "xxxx” MMC-nin nizamnamə kapitalındakı paylara dair alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında qəbul edilmiş "xxxx" MMCnin təsisçilərinin xx.xx.2014-cü il tarixli qərarı etibarsız hesab edilməsini, İddiaçı ilə X4 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış "xxxx" MMC-nin nizamnamə kapitalındakı paylara dair alqı-satqı müqaviləsinin nəticəsində İddiaçı tərəfindən X2 ödənilmiş 180.000 (bir yüz səksən min) manat məbləğində pul vəsaitinin X1 tutularaq İddiaçı ödənilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3539/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-809/2019 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhər Xətai RPİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı ona məxsus “xxxx” MMC daş karxanasını tanışı Cavabdeh vasitəsi ilə X5 icarəyə verməsi, sonradan ona məlum olmuş, bir il ərzində Sabir Məmmədovun hər ay 3000 manat icarə haqqını Cavabdeh verməsi, sonuncunun həmin pulu gizlədərək İddiaçı aldatması barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsində şahid X10 ifadə verərək bildirmişdir ki, Saleh və Xanəli qonşusudur, onları 15 ildir tanıyır. Xanəli ilə bir yerdə işləmişlər. Vergiyə pul vermək məqsədilə Xanəliyə 5000 manat lazım olduğundan Xanəli pul istəmiş, Salehə verməli olduğunu bildirmişdir. O həmin məbləği Xanəliyə vermişdir. Onlar pulu 2 dəfə, birini ondan, birini xalası oğlundan almışlar. O, Salehə pul verməmişdir. Kafedə Xanəliyə zəng gəlmiş, bundan sonra sonuncu bildirmişdir ki, Salehlə İlham pul istəməyə gəlir. Xalası oğlu 5000 dollar gətirmişdir. O özü ikinci dəfə 5000 manat vermişdir. 1-ci ödəniş 2016-cı ilin əvvəlləri, 2-ci ödəniş 2016-cı ilin iyul ayında olmuşdur. Birinci instansiya məhkəməsində şahid X6 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehi 2014-2015-ci illərdən tanıyır. Yaxınlıqları olmuş, çörək kəsmişlər. 2015-2016-cı illərdə Kariyer açmaq məqsədilə vergi ilə bağlı ondan pul istəmiş, o bu səbəblə 10000 manat pulu Xanəlinin iştirakı ilə Salehə vermiş, lakin indiyə qədər pulu qaytarmayıblar. Kariyeri isə Sabir adında şəxs işlətmişdir. Birinci instansiya məhkəməsində şahid X8 verdiyi ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, 2015-ci ildə karxanaya gələndə oranı Əliheydər işlətmişdir. Özü oranı 13 ay rəsmi müqavilə olmadan işlətmiş, yalnız Xanəlini tanımış, ona ayda 3000 ödəniş vermişdir. Polisdə verdiyi izahatları məhkəmə iclasında da təsdiq edir. Kariyerin xərclərini, işçilərin əmək haqqını özü ödəmişdir. Saleh müəllimi əvvəllər tanımamış, onu 13 ay sonra tanımışdır. O karxananı 13 ay işlətmiş, 13 ayda arenda əsasında 3000 manat pul vermiş, kommunal xərcləri özü ödəmişdir. Şahid həmçinin bildirmişdir ki, 14000 manat məbləğində pulu Xanəli karxananın cari xərclərinin ödənilməsi üçün istifadə etmişdir İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini tam rədd etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, ilkin iddia üzrə İddiaçı verdiyi iddia ərizəsində Xanəlinin ona məxsus olan karyeri işlətdiyi 13 aylıq dövr üzrə aylıq 3000 manat pulu (Xanəliyə ona çatdırılması üçün verilən pulu) ondan gizlədərək vermədiyini, çox sonradan vergi cəriməsini ödəməyi üçün ona olan borcundan 15000 AZN verdiyini qeyd etmişdir. Bundan başqa Cavabdeh müxtəlif vaxtlarda ondan karxananın istehsalatını gücləndirmək üçün 4500 manat, sonra Sosial Müdafiə Fonduna ödəmək adı altında 5000 manat borc almış və həmin 95xx xxxxxxxx 6500 manat qaytarmışdır. Hazırda Cavabdeh ona 27000 manat borcu qalmışdır. (24000+3000) Beləliklə, iddiaçı Sabir Quliyevin, Cavabdeh, şahid Sabir Məmmədovun məhkəmədə, həmçinin polis və prokurorluq orqanlarında verdikləri izahatlarından görünür ki, 13 ay müddətində karxananı icarəyə götürmüş Sabir Məmmədov işlətmiş və icarə haqqı kimi hər ay 3000 manat pulu Cavabdeh vermiş, sonuncu həmin icarə haqqından cəmi 15000 manat İddiaçı vermiş, qalan 24000 manat məbləğində icarə haqqını isə Cavabdeh icarəçi İddiaçı çatdırmamışdır. Bundan başqa İddiaçı tərəfindən ona verilmiş 9500 manat pul vəsaitindən 6500 manat qaytarmış, qalan 3000 manat borcu isə qaytarmamışdır. İş materiallarında olan Bakı şəhər Xətai RPİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, izahat vermiş Cavabdeh bildirmişdir ki, onun Sadehə borcu yoxdur. Sabir həmin karyeri icarəyə götürmüş, hər ay ona 3000 manat 11 ay müddətində vermiş, o isə bu pulları Salehə vermişdir. Saleh ondan 44000 manat pul almışdır. Həmin məbləğdə pulun İddiaçı verilməsinə dair işin materiallarında heç bir sübut yoxdur və belə bir sübut məhkəmədə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməklə, 27000 manat pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilməlidir. Məhkəmə kollegiyası eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbini qalan hissədə, qarşılıqlı iddia tələbini isə tam olaraq təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, məhkəmə kollegiyası ilkin iddianın 50000 manat məbləğində maddi ziyanın ilkin iddia üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı bu tələb üzrə öz əsaslandırmasını məhkəməyə bildirməmiş və sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası eləcə də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 21500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb Cavabdeh qaytarılması barədə qarşılıqlı iddiasını araşdıraraq hesab edir ki, tərəflər arasında qeyd edilən öhdəlik münasibətlərinin qanuni və ya müqavilə əsası yaranmadığından, yəni 21500 manat məbləğində pulun Cavabdeh İddiaçı tərəfindən verilməsinə dair sonuncunun hər hansı öhdəliyinin olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbini rədd etməkdə birinci instansiya məhkəmə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməklə, 27000 manat pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İddiaçı ilkin iddia tələbi həmin hissədə qismən təmin edilməklə, 27000 manat pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar