Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1157/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X2, İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Vəkil, İlk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxslərin vəkili-nümayəndəsi X3 iştirakları ilə, İlk iddia tələbi üzrə İddiaçı ilk iddia tələbi üzrə Cavabdeh Firmasına qarşı “qeyri-yaşayış sahəsinin verilməsi və borcun qaytarılması” tələbinə dair ilk iddia tələbi üzrə, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Firmasının qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi üzrə, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X1 cavabdehlər Cavabdeh Firması və X5 qarşı istifadə hüququnun tanınması və qanunsuz icarə haqqının geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2207/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Firmasına qarşı “qeyri-yaşayış sahəsinin verilməsi və borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 2010-cu ildə İddiaçı ilə Cavabdeh Firması arasında bağlanmış 6055 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan X7 yerləşən 240 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh Firmasından maddi zərər qismində 43.200 və mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ümumilikdə 63.200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2010-cu ildə İddiaçı ilə "Cavabdeh” Firması arasında bağlanmış 6055 saylı Müqaviləyə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan- Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan X7 yerləşən 240 kv. metr qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması və sahədən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan olunmaqla möhürlənməsi; cavabdeh "Cavabdeh” Firmasının daşınar və daşınmaz əmlaklannın, o cümlədən də bank hesablannın üzərinə 81.200 (səksən bir min iki yüz) manat məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-2207/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020ci tarixli 2(002)-2207/2020 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon məhkəməsinin 2(002)- 2207/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə razı deyildir. Belə ki, mübahisə predmeti olan obyekt özəlləşdirilərək, başqa şəxsə satıldığı halda artıq hazırki iddia tələblərinin heç bir əhəmiyyəti qalmayacaq və işə məcburi olaraq vicdanlı alıcı olan üçüncü bir şəxs qoşulacaqdır. Digər tərəfdən pul tələbinin təmin olunacağı təqdirdə şirkət fəaliyyətini dayandıraraq, bank hesablarını boşaldacağı təqdirdə də qətnamənin icrası mümkünsüz olacaqdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-2207/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil Aftandil oğlunun şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkilləri-nümayəndəsi X6 şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddianın təmini tədbiri barədə ərizəni mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, iddianın təmini tədbirinə dair ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, hazırki iddianın predmetinə uyğun olaraq iddaçının ərizəsi qətnamənin icrasının təmin edilməsinə yönəlmişdir, bu isə iddianı təmin etmə tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi meyarlarına uyğun hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qanunvericilik iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Birinci instansiya məhkəməsi iddiaçının ərizəsini rədd edərkən, nəzərə almamamışdır ki, iddianı təmin etmə tədbirinin predmeti, Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan- Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan X7 yerləşən 240 kv. metr qeyri-yaşayış sahəsi hazırkı iddia tələbinin predmetidir və həmin əmlak cavabdehin sərəncamında olduğundan onun qorunub saxlanması zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisənin predmeti nəzərə alındıqda, tərəflər arasında mübahisənin gedişi zamanı qeyd olunan daşınmaz əmlakların özgəninkiləşdirilməsi ehtimalı mövcuddur. Kollegiya iddianı təmin etmə tədbirinin tədbiq edilməsinə dair ərizənin digər hissələri ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, ərizənin həmin hissədə təmin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlir ki, şikayət qismən təmin olunmalı, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-2207/2020 saylı qərardadı qismən ləğv olunmalı, ərizə qismən təmin edilməklə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan- Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan X7 yerləşən 240 kv. metr qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157,158, 263, 264, 365, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayət qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-2207/2020 saylı qərardadı qismən ləğv edilsin. Ərizə qismən təmin edilsin. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan- Xocasən yolunun cənub-şərq hissəsində tikintisi başa çatmaqda olan X7 yerləşən 240 kv. metr qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1157/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1157/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver