Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11587/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçıh oğlunun cavabdeh "xxxx" QSC-yə qarşı “pul tələbinə dair” iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2(006)-6718/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıh oğlu cavabdeh "xxxx" QSC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 1.055.050 ABŞ dolları (ödənilən günün manata olan məzənnəsi ilə) məbləğində və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2(006)-6718/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddiaçıya geri qaytarılmışdır. İddiaçı şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2(006)-6718/2021 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunan iddia ərizəsinə 30 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilərək 30 sentyabr 2021-ci il tarixdə sürətli poçt daşıma xidməti olan "xxxx" MMC-nin əməkdaşına təhvil verilmişdir. Lakin poçt xidmətinin əməkdaşı ayın son günü olduğunu diqqətdən qaçıraraq, yol qaiməsi üzərində 30 sentyabr 2021-ci il il tarixini deyil, 01 oktyabr 2021-ci il tarixini qeyd etmişdir. Bununla əlaqədar olaraq MMC-nin direktoru öz əməkdaşının yanlışlığına yol verməsini bildirərək iddiaçıdan üzr istəmişdir. Bundan aydın olur ki, iddia ərizəsi 30 sentyabr 2021-ci il tarixdə poçt xidmətinə verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(006)- 6718/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.5-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000.000 manatdan çox olduqda, 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu ödənilir. İddia ərizəsinə dövlət rüsumunun (30 manat) ödənilməsini təsdiq edən sənəd (qəbz) əlavə edilsə də, həmin sənəddən aydın olur ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu düzgün olaraq ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.5-ci maddəsinin tələblərinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır və şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, dövlət rüsumunun 30 sentyabr 2021-ci il tarixdə ödənilməsi barədə qəbz iddia ərizəsinin də həmin tarixdə poçt daşıma xidmətinə təqdim edilməsini təsdiq edən sübut hesab edilə bilməz. İş materiallarına əlavə edilmiş (iş vər.32-33) poçt daşıma xidmətinin qəbzindən görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin 01.10.2021-ci il tarixdə poçt daşıma xidmətinə daxil olması barədə qeydiyyat aparılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 151, 152, 263, 264, 397, 398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçıh oğlunun şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2(006)-6718/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11587/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11587/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver