Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-116/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı Cavabdeh, X3 və X6 qarşı “pulun tutulması, birgə nikah dövründə əldə olunmuş əmlakların və yaranmış borcların bölünməsi, müqavilələrin etibarsız hesab edilməsi, əmlakların hərracdan satılaraq pulunun bölüşdürülməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə X4 və X7 da cavabdehlər qismində göstərməklə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdehla nikahları dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin aralarında bərabər olaraq bölünməsi; “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillərin qiymətləndirilərək açıq hərracda satılması və dəyərinin aralarında bərabər bölünməsi; X5 adına olan “VAZ-21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25.04.2019-cu il tarixdə bağlanmış və X2 adına olan “X18” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 02.04.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin maddi dəyərinin qiymətləndirilərək açıq hərracda satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi; 02.04.2019-cu il tarixədək tərəfindən borc öhdəliklərinə görə ödədiyi 1 584 162,99 manatın 1/2 hissəsinin, yəni 792 081,50 manatın Cavabdeh tutularaq ona ödənilməsi; 02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdehla 1996-cı ilin avqust ayında nikaha daxil olaraq ailə qurmuş, iki övladları dünyaya gəlmiş, nikahları dövründə ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzili, “VAZ-21214” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili, “X18” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili, “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobili, “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili, “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmiş, hazırda Cavabdeh nikahlarının pozulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası DİN BDYPİyə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, 02.04.2019-cu il tarixdə Cavabdeh birgə nikah dövründə əldə etdikləri “VAZ-21214” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı və “X18” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilləri onun razılığı olmadan, faktiki olaraq ayrı yaşamalarından istifadə edərək özgəninkiləşdirmişdir Hesab edir ki, həmin alqı-satqı müqavilələri etibarsız hesab edilməli, həm özgəninkiləşdirilən, həm də digər əmlaklar bölgüyə cəlb olunmalıdır. Bundan başqa, Cavabdehla birgə nikahda olduqları müddətdə müxtəlif kommersiya banklarından müxtəlif həcmli kreditlər götürülmüş, kreditlərin böyük bir hissəsi biznes fəaliyyəti ilə əlaqədar alınmışdır. "xxxx" MMC-dən sorğu əsasında alınmış 02.04.2019-cu il tarixli SF5883 nömrəli çıxarışdan görünür ki, 09.10.2009-cu il tarixdən çıxarış verilən tarixədək, yəni 02.04.2019-cu il tarixə tam ödənilmiş kredit məbləği 1 387 237,43 manat təşkil etmişdir. Bundan başqa, "xxxx" ASC tərəfindən verilmiş 29.03.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, banka 29.03.2019-cu il tarixə borcu cəmi 128 046,20 manat, kreditin icra müddətinin bitəcəyi tarixə, yəni 13.12.2021-ci il tarixə 170 138,43 manat təşkil edir. “X19 Azərbaycan” QSC tərəfindən 05.04.2019-cu il tarixdə verilmiş maliyyə arayışından görünür ki, onun həmin banka olan borcunun ümumi məbləği 312 967,39 manatdır. Bundan əlavə, “X17 Pazarlama San və TİV A.Ş.” ilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “Royal Heights” adlı şəhərcikdə “Scallop” tipli 13 və 14 nömrəli mənzillərə dair müqavilələr qızları Ayşa Mədətovanın adına bağlanmış, bu müqavilələrə əsasən 01.04.2019-cu il tarixə satıcıya tərəfindən 102 464 Avro (manatla ekvivalenti 196.925 manat 56 qəpik) pul ödənilmiş, həmin tarixə şirkətə olan borc məbləği 127 536 Avro (manatla ekvivalenti 245 111 manat 43 qəpik) təşkil etmişdir. Göstərilən borc öhdəlikləri yalnız onun tərəfindən, qohumlarından aldığı və öz biznes fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər hesabına ödənilmişdir və hazırda da özü tərəfindən ödənilir. Adına götürülən kredit məbləğlərinin böyük bir hissəsi Cavabdeh tərəfindən səsyazma studiyası qurulması üçün alınmış, vəsaitdən qalan məbləğlər isə Cavabdeh tərəfindən ailələrinin mənafeyi ziddinə xərclənmişdir. Ümumilikdə, 02.04.2019-cu il tarixə olan borc öhdəliklərinin cəmi məbləği 483 105,82 manat, tərəfindən borc öhdəliklərinə görə ödədiyi cəmi məbləğ isə 1 584 162,99 manat təşkil edir. Hesab edir ki, göstərilən tarixədək tərəfindən borc öhdəlikləri üzrə ödənilmiş 1 584 162,99 manat vəsaitin 1/2 hissəsi, yəni 792 081,50 manat Cavabdeh tutularaq ona ödənilməli, eyni zamanda göstərilən tarixə olan borc məbləğini təşkil edən 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh aid edilməlidir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzilin, İddiaçı adına olan “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı (2012-ci il buraxılışlı, WPOZZZ97ZDL072325 ban №-li) avtomobilin, Türkiyə Respublikasının Bodrum şəhərində müqavilə əsasında ikisinin adına olan evin, İddiaçı adına olan ünvan 3 ünvanında yerləşən evin, Zaqatala rayonunun Car kəndində yerləşən evin, “Range Rover” markalı ** EL *** dövlət qeydiyyat nişanlı (SALLMAME4AA312003 ban №-li) avtomobilin və “X16” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı (SALLAAA147A441536 ban №-li, 2007-ci il buraxılışlı) avtomobilin aralarında bölgüsünün həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh, “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, X5 adına olan “VAZ 21214” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25.04.2019-cu il tarixdə bağlanmış və X2 adına olan “X18” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 02.04.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, 02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid olunması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və qarşlıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, ilkin iddiaçının banklar qarşısında yaranmış öhdlikləri ilə bağlı ilkin iddia tələbinə qiymət verərkən Ailə Məcəlləsinin 41-ci maddəsini düzgün tətbiq etmədiyi, “VAZ 21214” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı və “X18” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alqısatqı müqavilələrini etibarsız hesab etsə də, eyni yanaşmanı “Range Rover” markalı ** EL *** dövlət qeydiyyat nişanlı və “X16” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillərə münasibətdə tətbiq etmədiyi, ünvan 3 ünvanında yerləşən ev və Zaqatala rayonunun Car kəndində yerləşən evlə bağlı sübutların əldə olunması barədə vəsatətinə əhəmiyyət verməyərək əsassız şəkildə həmin əmlaklarla əlaqədar tələbini rədd etdiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019cu il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmış, ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, “VAZ-21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X11 arasında 25.04.2019-cu il tarixdə, “X18” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X9 arasında 02.04.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin, “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı, “VAZ-21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı və “X18” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ (ikidə bir) hissəsi üzərində İddiaçı, ½ (ikidə bir) hissəsi üzərində Cavabdeh mülkiyyət paylarının tanınması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin olunmaması qət edilmiş, eyni tarixli qərardadla İddiaçı “02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi” tələbinin İddiaçı ilə “X19 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi hissəsinin ayrı icraata ayrılaraq həmin tələb üzrə icraatın “X19 Azərbaycan” QSC-nin İddiaçı və Cavabdeh qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qaldırdığı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29.07.2020-ci il tarixli qətnaməsinin “İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170 138,43 manat borc öhdəliyinə tərəflərin ½ hissədə öhdəliyinin müəyyən edilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və həmin hissədə yeni qətnamə çıxarılması, “İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13.12.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170 138,43 manat borc öhdəliyinə tərəflərin ½ hissədə öhdəliyinin müəyyən edilməsi” tələbinin təmin edilməməsi qət olunmuşdur. 30 noyabr 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayan İddiaçı nümayəndəsi (vəkili) dayandırılmış icraatın təzələnməsini xahiş etmiş, xahişini “X19 Azərbaycan” QSCnə olan borcun təmsil etdiyi şəxs tərəfindən məhkəmədənkənar qaydada tam ödənildiyi və bu səbəblə bankın iddia ərizəsini geri götürdüyü ilə əsaslandırmışdır. Məhkəmənin 07 dekabr 2021-ci il tarixli qərardadı ilə dayandırılmış hissə üzrə mülki işin icraatı təzələnmişdir. İşə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, İddiaçı nümayəndələri (vəkilləri) Vəkil2 və Muxtar Mustafayev şikayətin əsassız olduğunu bildirərək qətnamənin müvafiq hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmuş “X19 Azərbaycan” ASC-nin nümayəndəsi X8 bildirmişdir ki, İddiaçı ilə “X19 Azərbaycan” QSC arasında 05 noyabr 2013-cü il tarixdə İddiaçı 705 000 manat kredit xəttinin açılması barədə müqavilə bağlanmış, bu müqavilə çərçivəsində ona 03.12.2015-ci il tarixli sazişlə illik 18%-lə 35 ay müddətinə 398 000 manat, 22.01.2013-cü il tarixli qarantiya müqaviləsi üzrə 50 000 Avro, 17.11.2014-cü il tarixli qarantiya müqavilələri üzrə 100 000 Avro və 75 000 Avro, 19.02.2015-ci il tarixli qarantiya müqaviləsi üzrə 50 000 Avro kredit verilmiş, 2018-ci ilin noyabr ayına qədər həmin kreditlər üzrə ümumilikdə 285 832,09 manat ödəniş həyata keçirilmiş, 19.04.2019cu il tarixinə onun ümumilkdə 312 967,39 manat və 302 830,87 Avro borcunun qaldığı hesablanmış, bank, sözügedən müqavilələrə istinadla tərəflərə (İddiaçı və Cavabdeh) qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” barədə iddia qaldırmış, cəmi 397 301,44 manat kredit borcunun İddiaçı tutulması və tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzilinə yönəldilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş, həmin iş üzrə Cavabdeh “ipoteka müqaviləsinin etibarsız hesab olunması” barədə qarşılıqlı iddia irəli sürmüşdür. Sonradan bankla İddiaçı arasında əsas borc üzrə 125 045 manat, faiz borcu üzrə 48 955 manat (cəmi 174 000 manat) ödəniləcəyi təqdirdə qalan borcun silinməsinə dair razılıq əldə edilmiş, adı çəkilən şəxsin kredit müqaviləsi üzrə borc öhdəliyi qalmamışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı “02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi” tələbinin ayrıca icraata ayrılan, yəni “İddiaçı ilə “X19 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamənin digər hissələri artıq kassasiya qaydasında yoxlanılmış, İddiaçı “02.04.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi” tələbinin "xxxx" ASC ilə bağlı hissəsi isə başqa icraatda davam etməkdədir. Kollegiya bu kontekstdə izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə ləğv olunaraq İddiaçınun “onunla “X19 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi” tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan hallarına görə Elnurə Ağayeva ilə Elnur Mədətov 1996-cı ilin avqust ayında nikaha daxil olmuş, birgə nikahlarından iki uşaqları dünyaya gəlmiş, 2018-ci ilin sonlarında münasibətləri pozulmuş və sonradan Cavabdeh nikahın ləğvi barədə məhkəmədə iddia qaldırmışdır. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında davam edən hazırkı məhkəmə mübahisəsi üzrə onların birgə nikah dövründə əldə etdikləri əmlakların hüquqi statusuna aydınlıq gətirilmiş, əmlakların bölünməsi ilə bağlı qətnamə artıq qanuni qüvvəsini almışdır. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınan vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu məhkəmə müəyyən etdikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilə bilər. Ailə qanunvericiliyində ümumi borcun anlayışı olmasa da, kollegiya hesab edir ki, hüquqtətbiqetmə təcrübəsinə əsasən ər-arvadın ümumi borcunun meyarlarını (əlamətlərini) belə xarakterizə etmək olar: borcun ər-arvadın hər ikisinin təşəbbüsü ilə ailənin ümumi ehtiyacları üçün yaranması (ər-arvaddan biri tərəfindən müqavilənin bağlanması zamanı digərinin razılığının alınması və ya borclu sayıldıqları müqavilənin birgə bağlanması, yaxud əmlakını ipoteka ilə yüklü etməsi); ər-arvaddan biri tərəfindən bağlanmış müqavilə üzrə aldıqlarının hamısının ailənin ümumi ehtiycları üçün sərf olunması. Ailə Məcəlləsinin 37.3-cü maddəsinin dispoziyasından göründüyü kimi, ümumi əmlak bölünərkən ər-arvadın bütün, yəni onlardan hər hansı birinə şəxsən aid olan deyil, yalnız ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Kollegiyanın qənaətinə görə, Ailə Məcəlləsinin 41.2-ci maddəsi 37.3-cü maddəni tamamlayıcı xarakterdədir və qanunverici ər-arvaddan birinin nigah dövründə yaranmış borclarının bölgüsü üçün həmin borcların ümumi olduğunun və ailənin ümumi ehtiyacları üçün xərcləndiyinin sübuta yetirilməsini zəruri hesab etmişdir. Əks təqdirdə, yəni ərarvaddan hər hansı birinə aid olan şəxsi borcun bölgüsü tərəflərdən birinin hüquqlarının əhəmiyyətli şəkildə pozulmasına və digər tərəfin əsassız fayda əldə etməsinə səbəb olar. Başqa sözlə, tərəflərdən hansının götürməsindən asılı olmayaraq ər-arvadın hər hansı birinin borcu yalnız o halda onların payına uyğun bölünə bilər ki, bu borcun ailənin ümumi ehtiyacları üçün sərf olunduğu müəyyən və sübut edilsin. Ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait - yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı, birgə kommersiya fəaliyyəti və s. daxil edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, nikah dövründə ər və ya arvadın kredit müəssisələrindən aldığı kreditin onların ümumi birgə əmlakına daxil olubolmaması məsələsi ilə bağlı ilk növbədə əşya hüquq institutunun əmlak anlayışına aydınlıq gətirilməlidir. Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Mülki Məcəllənin 391-ci maddəsində də tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilənin etibarsızlığı ilə bağlı müddəasında əmlak sözü məhz bu mənanı ifadə edir. Həmçinin Mülki Məcəllənin 6.1.3-cü maddəsində mülki qanunvericiliyin prinsipləri içərisində xüsusi qeyd olunan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipində də əmlak ifadəsi bu mənada istifadə olunmuşdur. ...Əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. ...Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. ...Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. İşin müəyyən olunan halına görə, İddiaçı ilə “X19 Azərbaycan” QSC arasında 05 noyabr 2013-cü il tarixdə İddiaçı 705 000 manat kredit xəttinin açılması barədə müqavilə bağlanmış, bu müqavilə çərçivəsində ona 03.12.2015-ci il tarixli sazişlə illik 18%-lə 35 ay müddətinə 398 000 manat, 22.01.2013-cü il tarixli qarantiya müqaviləsi üzrə 50 000 Avro, 17.11.2014-cü il tarixli qarantiya müqavilələri üzrə 100 000 Avro və 75 000 Avro, 19.02.2015-ci il tarixli qarantiya müqaviləsi üzrə 50 000 Avro kredit verilmiş, 2018-ci ilin noyabr ayına qədər həmin kreditlər üzrə ümumilikdə 285 832,09 manat ödəniş həyata keçirilmiş, 19.04.2019-cu il tarixinə onun ümumilkdə 312 967,39 manat və 302 830,87 Avro borcunun qaldığı hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, tərəflərin ailə münasibətlərinin 2018-ci ilin sonlarında pozulduğu və Cavabdeh nikahın ləğvi barədə məhkəmədə iddia qaldırdığı işin müəyyən olunan halıdır (iş üzrə Ali Məhkəmə tərəfindən qəbul olunan 24.06.2021-ci il tarixli qərarda tərəflərin ailə münasibətlərinin 2019-cu ilin fevral ayında pozulduğu ehtimalının mövcudluğu qeyd olunsa da, bu ehtimal işdəki sübutlarla öz təsdiqini tapmamışdır); həmçinin müəyyən edilmişdir ki, “X19 Azərbaycan” QSC sözügedən müqavilələrə istinadla tərəflərə (İddiaçı və Cavabdeh) qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq cəmi 397 301,44 manat kredit borcunun İddiaçı tutulmasını və tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzilinə (tərəflərin bərabər paylarının tanındığı mənzil) yönəldilməsini tələb etmiş, sonradan bankdan göndərilən sənədlər əsasında bankla İddiaçı arasında əsas borc üzrə 125 045 manat, faiz borcu üzrə 48 955 manat (cəmi 174 000 manat) ödəniləcəyi təqdirdə qalan borcun silinməsinə dair razılıq əldə olunduğu, 2018-ci ilin dekabr ayından sonra İddiaçı banka ümumilikdə 176 000 manat ödəniş həyata keçirdiyi və kredit müqaviləsi üzrə borc öhdəliyinin qalmadığı aydın olmuşdur. Kollegiya hesab edir ki, işin hallarına görə “X19 Azərbaycan” QSC-dən götürülmüş kreditləri tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc kimi qiymətləndirmək, habelə bu borcun ailənin ümumi ehtiyacları üçün sərf olunduğuna qənaət gətirmək mümkündür və buna görə də həmin borcun bölünməsinə dair İddiaçı iddiası qismən – onun 2018-ci ilin dekabr ayından sonra məhz özü tərəfindən ödənilmiş məbləğə münasibətdə - əsaslıdır. Nəzərə alınmalıdır ki, “X19 Azərbaycan” QSC-dən götürülmüş kreditlərin ailənin ümumi ehtiyacları üçün sərf edilməməsi barədə Cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır və həmin öhdəlik üzrə onun ipoteka qoyan qismində iştirakı da kreditin tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc kimi qiymətləndirilməsini zəruri edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında vurğulamışdır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Kollegiya onu da qeyd edir ki, İddiaçı müvafiq iddia tələbində banka qalan borcun bölünməsini tələb etsə də, hazırkı halda İddiaçı iddia tələbindən kənara çıxılması mümkündür və banka ödəmiş olduğu birgə borc məbləğinin Cavabdeh aid hissəsini ondan tələb etmək barədə yeni iddia qaldırmaq hüququnu ona izah etmək əvəzinə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin (hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər) verdiyi imkanı, prosessual qənaət prinsipini və İddiaçı iradə ifadəsinin məzmununu nəzərə almaqla müvafiq nəticəyə gəlinə bilər. Qeyd olunmalıdır ki, İddiaçı müvafiq iddia tələbini irəli sürdüyü zaman banka olan borc tam ödənilməmişdi və o, məhz bu səbəblə qalıq borcun bərabər hissədə bölünməsi tələbini irəli sürmək məcburiyyətində idi – ötən müddət ərzində isə borc tam şəkildə ödənildiyindən İddiaçı iddia tələbinin, “ödəmiş olduğu borcun Cavabdeh aid hissəsinin sonuncudan öz xeyrinə tutulması” kimi qəbul edilməsi məqsədəuyğundur. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür və İddiaçı hazırda baxılan iddia tələbinin predmeti mahiyyət etibarilə nikah dövründə yaranmış borcun bölünməsi, yəni onun bir hissəsinin Cavabdeh aid edilməsidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbi qismən təmin olunmalı, 2018-ci ilin dekabr ayından sonra “X19 Azərbaycan” QSC-nə həyata keçirdiyi kredit ödənişi məbləğinin ½ hissəsi, yəni 88 000 (səksən səkkiz min) manat Cavabdeh onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3432/2019 saylı saylı iş üzrə 05 sentyabr 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçınun “onunla “X19 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi” tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv olunsun. İddiaçı həmin iddia tələbi qismən təmin edilsin. İddiaçı 2018-ci ilin dekabr ayından sonra “X19 Azərbaycan” QSC-nə həyata keçirdiyi kredit ödənişi məbləğinin ½ hissəsi, yəni 88 000 (səksən səkkiz min) manat Cavabdeh onun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-116/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-116/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver