Məhkəmə qərarları › İş №2(103)-11605/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11605/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11605/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı "xxxx" KB ASC-nə qarşı “pozulmuş hüquqlarının bərpası, qanunsuz hesablanmış faiz məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərardadından verildiyi bildirilən şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Qeyd olunan mülki Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) 02 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçınn verdiyi bildirilən şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki işin materiallarından görünür ki, məhkəmənin həmin tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuş, qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti isə 30 sentyabr 2021-ci il tarixli qərardadla geri qaytarılmışdır. Başqa sözlə, mülki işin materiallarında müvafiq şikayət mövcud deyildir; belə olan halda isə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4740/2021 saylı iş üzrə 02 sentyabr 2021-ci il tarixli qərardadından verildiyi bildirilən şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş həmin məhkəməyə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar