Məhkəmə qərarları › İş №2(103)-1162/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1162/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1162/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(004)-4273/2009 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 56 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə (xx.xx.2006-cı il tarixədək) illik 18 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 50.000.000 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin məbləği qəbul etməyi və hər ay 5.600.000 manat (sonuncu ay 5.200.000 manat) məbləğində ödəniş etməyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin vaxt həyata keçirilmiş Azərbaycan manatının denominasiyası nəticəsində cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş məbləği 10.000 manat olaraq qəbul etmiş və kredit müqaviləsində göstərilmiş müddətdə və məbləğdə kredit məbləğini qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən cavabdehə xx.xx.2006-cı və xx.xx.2009-cu il tarixlərdə xəbərdarlıq məktubları göndərilərək, aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ondan tələb edilmiş, əks halda yaranmış borcun tutulması ilə bağlı qanunvericiliyə uyğun tədbir görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, borc məbləği bundan sonra da tam ödənilməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin kredit müqaviləsi üzrə xx.xx.2006-cı il tarixə 8.886 manat məbləğində əsas, 494,86 manat məbləğində faiz borcu yaranmış, cavabdehin son ödənişi xx.xx.2010-cu il tarixdə 150 manat məbləğində olduğundan, xx.xx.2024-cü il tarixə əsas borcun qalığı 8.736 manat olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 11.539,82 manat kredit borcunun (8.886 manat əsas və 2.653,82 manat faiz borcu) və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.

3. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, əsas borcdan fərqli olaraq faiz borcunun dəyişməsini nəzərə alaraq faizlərin mülki qanuvericiliyə uyğun olaraq qətnamə çıxarılan günə qədər hesablanıb ödənilməsini məqsədəmüvafiq hesab etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(004)- 4273/2009 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 11.539,82 manat kredit borcunun (8.886 manat əsas, 2.653,82 manat faiz borcu) və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Kapitalbank" ASC-yə ödənilməsi qət edilmişdir (hakim X3)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış kredit müqaviləsinə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 442ci, 445-ci, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və hаzırki iddiаya iddiа müddəti tədbiq etməklə iddiаnın rədd еdilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş mаtеriаllаrına əsasən bank iddiа tələblərini 3 dəfə dəyişmişdir, bu hаllаr dа iddia tələbinin əsassız оlduğunа dəlаlət еdır. Bеlə оlаn hаldа məhkəmənin qеyri-оbyеktiv оlduğu müşаhidə оlunur. Bаşqа sözlə, məhkəmə gеdişаtındа cаvаbdеh tərəfindən kifаyət qədər sübutlаr təqdim оlunmаsınа bаxmаyаrаq məhkəmə оnlаrı nəzərə аlmаmışdır. Lаkin məhkəmə cаvаbdеhin məhkəməyə vеrdiyi izаhаtını mötəbər sübut kimi qəbul еtməkdən əsаssız оlаrаq imtinа edilmişdir. Bununlа dа həmin sübutlаrа hüquqi qiymət vеrməkdən bоyun qаçırmаqlа səhv nəticəyə gəlmiş, qеyd оlunаn nоrmаlаrı pоzmuşdur. Mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. Məhkəmə isə məhkəmə-mühasibatlıq ekspertizası təyin еtməmişdir. Аzərbаycаn Rеspublikаsı MM-nin 440.4-cü mаddəsinə əsаsən borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri , sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir. Lаkin iddiаçı təşkilаt qаnunun bu müddəаsını pоzаrаq cаvаbdеh tərəfindən ödənilmiş pul vəsаitinin həddindən аrtıq çоx hissəsini fаizlərin silinməsinə yönəldilmiş, nəticədə cаvаbdеhin krеdit üzrə bоrcu çоx оlmuş və öhdəlik də аrtmışdır. Bеlə ki, iş mаtеriаllаrındаn görünür ki, götürülmüş krеditlə əlаqədаr cаvаbdеh tərəfindən 5.744 mаnаt pul ödənilmiş, lаkin iddiаçı bаnk təşkilаtı həmin puldаn yаlnız 1.114 mаnаtını əsаs bоrcdаn silmiş, ödənilən məbləğdən qаlаn 4.630 mаnаtı isə yаlnız fаiz bоrcunа silinmişdir. Lаkin işə bаxаn məhkəmə qеyd еdilən hаllаrı nəzərə аlmаmışdır. Həmçinin, iddiаçının iddiаnın pul tələbinə dаir hissəsində götürülmüş krеditin fаiz bоrcunun hеsаblаnmаsındа səhvlərə yоl vеrilməsinə bаxmаyаrаq, birinci instаnsiyа məhkəməsi bu xüsusаtа diqqət yеtirməmiş, ödənişin əsаssız şişirdilməsinə yоl vеrilmişdir. Bundаn bаşqа, müqаvilə üzrə yаrаrmış öhdəliklərə iddiа müddəti şаmil еdilir. İddiаçı bаnk ilə cаvаbdеh аrаsındа krеdit müгаviləsi 12 аy müddətinə xx.xx.2005-ci il tаriхdə bаğlаnmışdır. Həmin müqаvilə üzrə iddiа müddətinin ахımı xx.xx.2006-cı il tаriхdən bаşlаnır və 3 il dаvаm еdir. Bаşqа sözlə, iddiа müddəti xx.xx.2009-cu il tаriхdə bitmiş оlur. İddiаçı tərəfindən isə iddiа ərizəsi məhkəməyə xx.xx.2009-cu il tаriхdən sоnrа, yəni iddiа müddəti bitdikdən sоnrа məhkəməyə təqdim оlunmuşdur. Həmçinin, bаnkın bildirməsinə görə xx.xx.2006-cı ildən xx.xx.2009-cu il tаriхədək cаvаbdеh krеdit üzrə hеç bir ödəniş еtməmişdir. Bеlə оlаn hаldа hаzırki iddiа tələbinə iddiа müddəti şаmil еdilməli idi. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Lаkin cаvаbdеhin məhkəmə iclаsındа iştirаkı təmin еdilmədiyindən оnun qаnunun bü fürsətindən istifаdə еdilməsi süni şəkildə mümkünsüz еdilmişdir. Cаvаbdеhə həttа qətnаmə bеlə uzun illərdən sоnrа təqdim еdilmişdir. Bаşqа sözlə, hаzırki iddiа tələbinə iddiа müddəti şаmil еdilməli və qətnаmə ləğv еdilərək iddiа tələbi rədd еdilməlidir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu hallar məhkəmə iclаslаrındа təsdiqini tаpmаmış, iddiаçı tərəfindən göstərilmiş hаllаr işin həlli üçün əhəmiyyət kəsb еtməmiş, nəticədə əsаssız qətnаmə qəbul еdilmişdir. Bаşqа sözlə, mübаhisəli qətnаmənin əsаslаndırıcı hissəsində göstərilmiş dəlillər işin hаllаrınа uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı "xxxx" ASC isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Əvvəlki redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

14. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, nəticədə tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, xx.xx.2005-ci il tarixli, 56 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya yaranmış borcunu düzgün müəyyən etməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və cavabdehdən iddiaçının xeyrinə real olaraq yaranmış kredit borcu tutulmalıdır.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərdən keçirib, bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi də haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.

20. Məhkəmə kollegiyası hazırki iddiaya iddia müddətinin tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı vurğulayır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2006-cı il tarixdə bitmişdir. Bu baxımdan mülki qanunvericiliyin tələblərinə əsasən həmin müqavilə üzrə yaranmış borcun tələb edilməsi barədə iddia xx.xx.2009-cu il tarixədək irəli sürülməli idi. Lakin kredit müddətinin xx.xx.2006-cı il tarixdə bitməsinə baxmayaraq, həmin müqavilə üzrə öhdəliklərin icrası bundan sonra da davam etdirilmiş, o cümlədən xx.xx.2006-cı il, xx.xx.2006-cı il, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il tarixlərdə kredit borcu üzrə ödənişlər edilmişdir. Bununla da, iddia müddətinin axımı kəsilmişdir. xx.xx.2009-cu il tarixdə isə cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia irəli sürülmüşdür. Sonuncu ödəniş isə bu tarixdən də sonra, yəni xx.xx.2010-cu il tarixdə aparılmışdır. Qeyd edilənlər öz növbəsində hazırki iddiaya iddia müddətinin tətbiq edilməsini birmənalı şəkildə istisna edir.

21. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış borcun məbləği ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə müəyən edilmiş faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehin xx.xx.2009-cu il tarixinə 2.653,82 manat məbləğində faiz borcunun yarandığını iddia etmiş və həmin məbləğin tutulmasını tələb etmişdir. Halbuki, təqdim edilmiş maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2006-cı il tarixinə cavabdehin Banka 494,86 manat məbləğində faiz borcu yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 22 dekabr 2014-cü il tarixli qərarına istinadən iddiaçının kredit müqaviləsi üzrə faizlərin kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə hesablanmasını əsassız hesab edir və belə qənaətə gəlir ki, 18% dərəcəsi ilə faiz borcu kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2006-cı il tarixədək (son tarix xx.xx.2006-cı il) hesablanmalıdır. Bu qaydada aparılmış hesablama nəticəsində xx.xx.2006-cı il tarixə həmin müqavilə üzrə cavabdehin iddiaçıya 8.886 manat məbləğində əsas, 494,86 manat məbləğində faiz borcu yaranmışdır. Həmin tarixdən sonra xx.xx.2009cu il tarixədək isə iddia ərizəsinin məzmunu da (iddiaçı fazilərin kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən sonra da hesablanmasını istəyir) nəzərə alınmaqla, əsas kredit borcuna illik 5 faiz dərəcəsi ilə faiz borcu hesablanmalıdır.

22. Lakin ödənişlər kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən sonra da aparıldığından məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 432-ci maddəsi də tətbiq edilməklə, habelə müqavilə müddəti bitdiyi tarixdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə faizin hesablanması təmin edilməklə, cavabdehin iddiaçıya yaranmış borcu müəyyən edilməlidir.

23. Bununla belə, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixdə 8.886 manat əsas, 494,86 manat məbləğində faiz borcu yaranmışdır. Bu tarixdən sonra ilk ödəniş xx.xx.2006-cı il tarixdə aparılmış və 454 manat məbləğində olmuşdur. Əsas borcun 8.886 manat olduğu nəzərə alınmaqla, illik 5 faiz dərəcəsi ilə aparılmış hesablama nəticəsində xx.xx.2006-cı il tarixə, yəni 20 gün üçün (8.886 x 5% / 100 % = 444,30 manat / 12 ay = 37,03 / 30 gün = 1,23 x 20 = 24,60) 24,60 manat məbləğində faiz borcu, ümumilikdə (494,86 + 24,60 = 519,46) 519,46 manat məbləğində faiz borcu yaranmış olur. Bu məbləğdən də həmin tarixdə ödənilmiş 454 manat çıxıldıqda (519,46 - 454 = 65,46), məbləğ etibarı ilə xx.xx.2006-cı il tarixə 8.886 manat məbləğində əsas, 65,46 manat məbləğində faiz borcu qalmış olur.

24. Növbəti ödəniş xx.xx.2006-cı il tarixdə aparılmış və 872 manat məbləğində olmuşdur. Əsas borcun hələ də 8.886 manat olduğu nəzərə alınmaqla, illik 5 faiz dərəcəsi ilə aparılmış hesablama nəticəsində xx.xx.2006-cı il tarixə, yəni artıq xx.xx.2006-cı il tarixdən hesablanmaqla (24-cü bənddə xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək illik 5 faiz dərəcəsi ilə faiz borcunun hesablanması öz əksini tapmışdır) 7 ay 20 gün üçün (8.886 x 5% / 100 % = 444,30 manat - 1 il üçün / 12 ay = 37,03 - 1 ay üçün / 30 gün = 1,23 - 1 gün üçün /// (37,03 x 7 ay = 259,21) + (1,23 x 20 = 24,60) = (259,21 + 24,60 = 283,81) 283,81 manat məbləğində faiz borcu, ümumilikdə (283,81 + xx.xx.2006-cı il tarixə qalıq qalmış 65,46 = 349,27) 349,27 manat məbləğində faiz borcu yaranmış olur. Bu məbləğdən də həmin tarixdə ödənilmiş 872 manat pulun 349,27 manat hissəsi çıxılmalı, bununla da həmin tarixdə faiz borcu qalmadığından qalan (349,27 - 872 = - 522,73) 522,73 manat məbləğində pul isə artıq mövcud olan əsas borcdan silinməlidir. Nəticədə xx.xx.2006-cı il tarixə yalnız (8.886 – 522,73 = 8.363,27) 8.363,27 manat məbləğində əsas borc qalmış olur.

25. Növbəti ödəniş xx.xx.2007-ci il tarixdə aparılmış və 851 manat məbləğində olmuşdur. Əsas borcun artıq 8.363,27 manat olduğu nəzərə alınmaqla, illik 5 faiz dərəcəsi ilə aparılmış hesablama nəticəsində xx.xx.2007-cı il tarixə, yəni (xx.xx.2006-cı il – xx.xx.2007-ci il) 9 ay 25 gün üçün (8.363,27 x 5% / 100 % = 418,17 manat - 1 il üçün / 12 ay = 34,85 - 1 ay üçün / 30 gün = 1,16 - 1 gün üçün /// (34,85 x 9 ay = 313,65) + (1,16 x 25 = 29) = (313,65 + 29 = 342,65) 342,65 manat məbləğində faiz borcu yaranmış olur. Bu məbləğdən də həmin tarixdə ödənilmiş 851 manat pulun 342,65 manat hissəsi çıxılmalı, bununla da həmin tarixdə faiz borcu qalmadığından qalan (342,65 - 851 = - 508,35) 508,35 manat məbləğində pul isə artıq mövcud olan əsas borcdan silinməlidir. Nəticədə xx.xx.2007-ci il tarixə yalnız (8.363,27 – 508,35 = 7.854,92) 7.854,92 manat məbləğində əsas borc qalmış olur.

26. Növbəti ödəniş xx.xx.2008-ci il tarixdə aparılmış və 1.260 manat məbləğində olmuşdur. Əsas borcun artıq 7.854,92 manat olduğu nəzərə alınmaqla, illik 5 faiz dərəcəsi ilə aparılmış hesablama nəticəsində xx.xx.2008-cı il tarixə, yəni (xx.xx.2007-ci il – xx.xx.2008-ci il) 6 ay üçün (7.854,92 x 5% / 100 % = 392,75 manat - 1 il üçün / 12 ay = 32,73 - 1 ay üçün x 6 ay = 196,38) 196,38 manat məbləğində faiz borcu yaranmış olur. Bu məbləğdən də həmin tarixdə ödənilmiş 1.260 manat pulun 196,38 manat hissəsi çıxılmalı, bununla da həmin tarixdə faiz borcu qalmadığından qalan (196,38 – 1.260 = - 1.063,62) 1.063,62 manat məbləğində pul isə artıq mövcud olan əsas borcdan silinməlidir. Nəticədə xx.xx.2008-ci il tarixə yalnız (7.854,92 – 1.063,62 = 6.791,30) 6.791,30 manat məbləğində əsas borc qalmış olur.

27. Həmin müqavilə üzrə xx.xx.2008-ci il tarixdən borcun tələb edildiyi xx.xx.2009-cu il tarixədək hər hansı məbləğdə ödəniş aparılmamışdır. Əsas borcun artıq 6.791,30 manat olduğu nəzərə alınmaqla, illik 5 faiz dərəcəsi ilə aparılmış hesablama nəticəsində xx.xx.2009-cu il tarixə, yəni (xx.xx.2008-ci il – xx.xx.2009-cu il) 1 il 5 ay 24 gün üçün (6.791,30 x 5% / 100 % = 339,57 manat - 1 il üçün / 12 ay = 28,30 - 1 ay üçün / 30 gün = 0,94 - 1 gün üçün /// (339,57 – 1 il üçün) + (28,30 x 5 ay = 141,50) + (0,94 x 24 = 22,56) = (339,57 + 141,50 + 22,56 = 503,63) 503,63 manat məbləğində faiz borcu yaranmış olur.

28. Bununla belə, xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixə 6.791,30 manat məbləğində əsas, 503,63 manat məbləğində faiz borcu yaranmış olur. Bundan sonra xx.xx.2010-cu il tarixdə ödənilmiş 150 manat pul da bu borcdan silindikdə (503,63 – 150 = 353,63), hazırda cavabdehin iddiaçıya 6.791,30 manat məbləğində əsas, 353,63 manat məbləğində faiz borcu qalmış olur. Məhz bu məbləğdə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “11.539,82 manat məbləğində kredit borcunun – bunun 8.886 manatı əsas borc, 2.653,82 manatı isə faiz borcu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2005ci il tarixli, 56 saylı kredit müqaviləsi üzrə cavabdehdən 6.791,30 manat məbləğində əsas, 353,63 manat məbləğində faiz, cəmi 7.144,93 manat məbləğində borc tutularaq, iddiaçının xeyrinə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Məhkəmə kollegiyasının qənaətinə əsasən cavabdehdən iddiaçının xeyrinə hazırda tutulan ümumi borcun məbləği ilə birinci instansiya məhkəməsi tərəfindən tutulan ümumi borcun məbləği arasında məbləğ etibarı ilə fərqin 5.000 manatdan az olması İddiaçı ASC tərəfindən qətnamədən kassasiya şikayətinin verilməsini istisna edir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(004)-4273/2009 saylı qətnaməsi “11.539,82 manat məbləğində kredit borcunun – bunun 8.886 manatı əsas borc, 2.653,82 manatı isə faiz borcu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. xx.xx.2005-ci il tarixli, 56 saylı kredit müqaviləsi üzrə Cavabdeh 6.791,30 (altı min yeddi yüz doxsan bir manat, otuz qəpik) manat məbləğində əsas, 353,63 (üç yüz əlli üç manat, altmış üç qəpik) manat məbləğində faiz, cəmi 7.144,93 (yeddi min bir yüz qırx dörd manat, doxsan üç qəpik) manat məbləğində borc tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar