Məhkəmə qərarları › İş №2(103)-1164/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1164/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1164/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Edrees Ali X31 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: icarə müqaviləsinin etibarsız hesab edilməsi) X3 (sədrlik edən və məruzəçi), Aida Hüseyn Əli qızının və X14 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, İddiaçı Edrees Ali X31 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh3 (eyni zamanda, Cavabdeh2 nümayəndəsi), onun və digər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 və Vəkil2 (eyni zamanda, cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin vəkili) iştirakı ilə, İddiaçı Edrees Ali X31 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(005)-1772/2022 saylı qətnaməsindən iddiaçı Edrees Ali X31 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC-nin HD-336/21 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh3 USD valyutasında olan cari hesabına BƏƏ-dən X36 Ahmed Alameri tərəfindən xx.xx.2017-ci il tarixində 176.070,87 USD köçürmə olmuş, xx.xx.2017-ci il tarixində "xxxx" ASC-nin Baş İdarəsinin Müştəri Xidmətləri Departamentinin kassasından Cavabdeh3 tərəfindən 174.846,94 USD məbləğində vəsait nağdlaşdırılmışdır. Nağdlaşdırmaya görə komissiya 1.223,93 USD təşkil etmişdir.

2. AN-İ serialı, ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X24 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.09 ha olan torpaq sahəsini 32.000 manata Cavabdeh2 satmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX serialı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 179.6 kv.m olan 94 saylı bağ evi və bağ evinin yerləşdiyi sahəsi 0.09 ha olan torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

4. AN-İ serialı, ******* saylı, 28 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 179.6 kv.m olan 94 saylı bağ evini 120.000 manata X36 Ahmed Alameriyə satmışdır.

5. Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli İcarə müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən sahəsi 0.09 ha olan torpaq sahəsini 28 sentyabr 2023-cü il tarixədək, 5 il müddətinə X36 Ahmed Alameriyə icarəyə vermişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX serialı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 179.6 kv.m olan 94 saylı bağ evi üzərində Edrees Ali X31, bağ evinin yerləşdiyi 0.09 ha torpaq sahəsi üzərində isə Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən "xxxx" MMC xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi Edrees Ali X31dir.

8. Bakı şəhəri 9 saylı Notariat ofisinin 3040 saylı, 23 noyabr 2021-ci il tarixli məktubuna əsasən xx.xx.2018-ci il tarixli 4Ə/975 reyestr saylı Cavabdeh2 və X36 Ahmed Alameri arasında rəsmiləşən alqı-satqı müqaviləsi X36 Ahmed Alameriyə özü ilə gətirdiyi tərcüməçi tərəfindən tərcümə edilmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5720/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən iddiaçı Edrees Ali X31 iddiası təmin edilmiş, cavabdeh X7 ünvan 2 ünvanında yerləşən bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması, mülki iş üzrə 10 manat dövlət rüsumunun cavabdeh X5 alınaraq, iddiaçı X36 Ahmed Alameriyə verilməsi qət edilmişdir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh2 ilə X37 Ahmed Alameri arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə müqavilə üzrə ödənilməmiş 6.600 manat icarə haqqının X37 Ahmed Alameridən iddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 537/2022 saylı qətnaməsi ilə iddiaçılar Edrees Ali X31 və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pulun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3759/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(008)-537/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-108/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən iddiaçılar X36 Ahmed Alamer və "xxxx" MMC tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3759/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

14. X36 Ahmed Alameri cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat ofisində bağlanmış 28 sentyabr 2018-ci il tarixli, 3M- 1168 reyestr nömrəli “İcarə” müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya geri ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X6 əməllərində cinayət tərkibinin əlamətləri olduğu üçün onların əməllərinə hüquqi qiymət verilməsi üçün göstərilən şəxslər barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X12 vətəndaşıdır. Belə ki, o, Azərbaycan Respublikasında turist qismində olduğu vaxt hazırkı iş üzrə cavabdeh olan və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 ilə tanış olmuşdur. Sonuncu isə onu xx.xx.1961-ci il təvəllüdlü atası Cavabdeh3 ilə tanış etmişdir. Bundan sonra Cavabdeh2 onu xx.xx.1982-ci il təvəllüdlü X16 ilə tanış etmişdir. Daha sonra göstərilən şəxslər Bakı şəhəri 9 saylı Notariat ofisi ilə birləşərək onun ölkədə qonaq (turist) olmasından, Azərbaycan dilini bilməməsindən və ən əsası etibarından suiistifadə etməklə onun pullarını mənimsəyərək başına olmazın oyunlarını açmış və ona qarşı xeyli qanunsuz əməllərə yol vermişlər. Belə ki, 2017-ci ilin sentyabr ayında Cavabdeh2 ona ünvan 3 ünvanında yerləşən 0.09 ha ölçüdə guya ucuz qiymətə torpaq sahəsinin satıldığı və həmin torpaq sahəsinin onun tərəfindən alınaraq orada özü üçün yaxşı bir villa tikməsi və gələcəkdə Azərbaycana gələrkən otellərdə deyil, məhz öz şəxsi bağ evində qalması barədə təklif irəli sürmüşdür. Daha sonra o, Cavabdeh2 bu təklifi ilə bu şərtlə razı olmuşdur ki, həmin torpaq sahəsi tam şəkildə onun Azərbaycan Respublikasında yaradacağı şirkətin adına rəsmiləşdirilsin. Çünki o, əcnəbi şəxs olduğundan həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin mümkünsüz olmasından (qanunla buna yol verilmədiyindən) məlumatlı idi və buna görə də yalnız öz adına şirkət təsis etdikdən sonra həmin torpaq sahəsinin yeni yaradılan şirkətin adına alqısatqı edilməsi bərədə öz aralarında şifahi razılığa gəlmişlər. Daha sonra Cavabdeh2 bununla razılaşmış və torpaq sahəsinin alınması üçün göndərilməli pulun onun öz adına deyil, məhz atası və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh3 adına göndərilməsini ondan xahiş etmişdir. Daha sonra o, öz vətənindən, yəni BƏƏ-dən xx.xx.2017-ci il tarixində bank vasitəsilə 176.070,87 ABŞ dolları köçürmə etmiş və Cavabdeh3 da həmin göndərilən pulu şəxsən "xxxx" ASC-dən çıxardaraq oğlu Cavabdeh2 ilə birlikdə xərcləmişlər. Bunu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən "xxxx" ASC-nin HD-336/21 saylı, xx.xx.2021-ci il tarixli “Cavab məktubu” da açıq-aşkar sübut edir. Həmin “Cavab məktubu”na əsasən: “Cavabdeh3 USD valyutasında olan cari hesabına BƏƏ-dən X36 Ahmed Alameri tərəfindən xx.xx.2017-ci il tarixində 176.070,87 ABŞ köçürmə olmuş, xx.xx.2017-ci il tarixində "xxxx" ASC-nin Baş İdarəsinin Müştəri Xidmətləri Departamentinin kassasından Cavabdeh3 tərəfindən 174.846,94 ABŞ məbləğində vəsait nağdlaşdırılmışdır. Nağdlaşdırmaya görə komissiya 1.223,93 ABŞ təşkil etmişdir”. Göründüyü kimi, Əliyev X4 Məhəmmədəli Komu oğlu vasitəsi ilə ondan 299.320,47 manat (176.070,87 USD x 1.70 (həmin vaxtda 1 (bir) ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.70 AZN olmuşdur) = 299.320,47 manat) vəsait əldə etsə də, razılaşmaya əsasən 0.09 ha torpaq sahəsini onun təsis etdiyi şirkətin adına rəsmiləşdirməmiş, onu aldararaq həmin torpaq sahəsini guya onun təsis etdiyi şirkətin adına rəsmiləşdirmək adı ilə onunla icarə müqaviləsi bağlamışdır. Bu azmış kimi, göstərilən torpaq sahəsini ona aylığı 200 manat icarə haqqı olmaqla icarəyə vermişdir və nəticədə yalnız həmin torpaq sahəsinin üzərində yerləşən 179,6 kv.metrdən ibarət olan 94 saylı bağ evini onunla alqı-satqı etmişdir. Cavabdeh2 bir çox məsələlərdə atası Cavabdeh3 istifadə etməsinə baxmayaraq, ona qarşı yol verilən bütün bu qanunsuzluqlara birbaşa rəhbərlik etmişdir. Göründüyü kimi, tərəflər arasında qeyd olunan şərtlərlə şifahi müqavilə bağlansa da cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri qismən icra etmiş və 0.09 ha torpaq sahəsində yerləşən 179,6 kv.metrdən ibarət olan 94 saylı bağ evini onunla alq-satqı etmişdir. Yerdə qalan 0.09 ha torpaq sahəsini isə onu aldararaq, yalnız Bakı şəhəri 9 saylı Notariat ofisində 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsini bağlamaqla kifayətlənmişdir. Nəticədə cavabdeh ona qeyd olunan 0.09 ha torpaq sahəsinin də onun adına rəsmiləşdirildiyini bildirmişdir. O, isə Cavabdeh2 inanmış və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı Notariat ofisində göstərilən müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) elə məhz həmin icarə müqaviləsi ilə də həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 94 saylı bağ evi hazırda onun adına olmaqla ona məxsusdur. Bu Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrində 161 nömrəli reyestr kitabının 15934 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışla da bir daha təsdiq olunur. Belə ki, AN-İ serialı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakin Alqı-satqı Müqaviləsi”nə əsasən Cavabdeh2 göstərilən torpaq sahəsini onun Cavabdeh2 göndərdiyi pulla X24 adlı şəxsdən cəmi 32.000 manata almışdır. AN-İ serialı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi”nə əsasən Əliyev X8 İrina Yaqubovna adlı şəxsdən cəmi 32.000 manata aldığı daşınmaz əmlakı ona dəfələrlə yuxarı məbləğə, yəni 120.000 manat məbləğinə (88.000,00 manat bahasına olmaqla) satmış və bu azmış kimi, həmin torpaq sahəsini aralarında gəldikləri razılaşmaya uyğun olaraq onun təsis etdiyi "xxxx" MMC-nin adına rəsmiləşdirməmişdir. Qeyd olunan şəxslər bununla kifayətlənməyərək, həmçinin ona “tələ” qismində “Nikah müqaviləsi” də imzalatdırmışlar ki, gələcəkdə onun pullarını bir az mənimsəmək daha da rahat olsun. Hansı ki, həmin sənədin də heç bir hüqugi əsası yoxdur. Həmçinin, qeyd olunan bütün bu qanunsuz hərəkətlərə rəhbərlik edən Cavabdeh2 (əldə etdiyi məlumata əsasən Cavabdeh2 hazırda Azərbaycan Respublikasında yaşamır və ondan mənimsədiyi pullar vasitəsilə Kanadaya köçərək hazırda orada yaşayır, lakin onun Azərbaycan Respublikasında olması da istisna edilmir) onunla tanış etdiyi X10 da idarə edərək (hazırda da Dilrubə Elçinin bir növ burada nümayəndəsi olaraq onun qanunsuz göstərişlərini icra eləməkdədir), onu qanunsuz şəkildə onun bağ evinə salmış və ona tapşırıq vermişdir ki, oradan çıxmasın. Bununla bağlı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X7 qeyd olunan bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırılmış və məhkəmə tərəfindən iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Yuxarıda qeyd olunan işin hallarından tam şəkildə aydın olur ki, Cavabdeh2, Cavabdeh3, X16 və Bakı şəhəri 9 saylı Notariat ofisi Azərbaycan Respublikasında qonaq olan ona qarşı çoxlu sayda qanunsuz hərəkətlərə yol verərək, onun pullarını mənimsəmiş və onun Azərbaycan dilini bilməməsindən istifadə edərək, ona saxta sənədlərə qol çəkdirmişlər. Xüsusilə mühüm bir məqamı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, Azərbaycan Respublikasını sevən şəxsdir və turist olaraq qonağa qarşı belə qanunsuz hərəkətin edilməsi tam yolverilməzdir. Qeyd olunan özbaşınalığın qarşısı alınmayacağı təqdirdə bunun əcnəbilərə münasibətlə Azərbaycan Respublikası barədə mənfi fikir formalaşdırılmaması və turistlərə qarşı yerli vətəndaşlar tərəfindən bu cür qanunsuz əməllərə yol verilməsi kimi məlumatların yayılması qaçılmaz olacaqdır. Göründüyü kimi, tərəflər arasında şifahi razılaşmaya əsasən bağ evi onun adına, bağ evinin yerləşdiyi torpaq sahəsi isə ona məxsus şirkətin adına rəsmiləşdirilməli idi. Təəssüflər olsun ki, cavabdeh onun Azərbaycan dilini bilməməsindən istifadə edərək, torpaq sahəsini onun şirkətinin adına deyil, yalnız notariat kontorunda icarə müqaviləsi bağlayaraq onun istifadəsinə verməklə kifayətlənmişdir. Ona yalnız yaxın vaxtlarda onun qeyd olunan şəxslər tərəfindən aldadıldığı və etibarından sui-istifadə edilərək başına belə bir oyun açıldığı məlum olmuşdur. Təəssüflər olsun ki, Bakı şəhəri 9 saylı Notariat ofisi 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsinin onun bildiyi ərəb və ya ingilis dilinə tərcümə edilməsini təmin etməmiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun, həmçinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərini kobud şəkildə pozmaqla onu rəsmiləşdirmişdir. Xüsusilə qeyd olunmalıdır ki, xx.xx.2021-ci il tarixdə hazırkı iş üzrə nümayəndəsi və vəkilinə etibarnamə verərkən Bakı 5 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu X19 tərəfindən dərhal tərcüməçi dəvət olunmuş və yalnız X11 adlı tərcüməçi tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamənin məzmunu ona ingilis dilində izah olunduqdan sonra, həmçinin qeyd olunan etibarnamə göstərilən tərcüməçi tərəfindən şəxsən imza edildikdən sonra etibarnamə göstərilən notarius tərəfindən təsdiq edilmiş və bu barədə göstərilən etibarnamənin 2-ci səhifəsində lazımi qeydlər aparılmışdır. Belə olan halda sual yaranır: Necə ola bilər ki, Bakı 5 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu X19 xx.xx.2021-ci il tarixli etibarnamənin məzmununun ona ingilis dilində izah olunması üçün onu tərcüməçi ilə təmin edir, amma 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsini rəsmiləşdirərkən Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X15 onu bu hüquqdan məhrum edir? Məgər Bakı 5 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisi ilə Bakı şəhəri 9 saylı Notariat ofisi hər ikisi Azərbaycan Respublikasında fəaliyyət göstərmir və fərqli qanunlarla işləyirlər? Bu isə tam şəkildə onu deməyə əsas verir ki, Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X15 da ona qarşı müvafiq qanunsuz hərəkətlərin həyata keçirilməsində birbaşa maraqlı olmuş və belə kobud pozuntulara yol verərək, qeyd olunan icarə müqaviləsini rəsmiləşdirməklə onun hazırkı vəziyyətə düşməsinin səbəbkarlarından biri olmuşdur. Yuxarıda qeyd olunan hallarla bağlı vəkili tərəfindən Bakı şəhəri 9 saylı Notariat ofisinə sorğu verilmiş və sorğuya xx.xx.2021-ci il tarixli “cavab məktubu”nda göstərilmişdir ki, “müqavilənin tərcüməsi X36 Ahmed Alameri özü ilə gətirdiyi tərcüməçi tərəfindən təmin edilmişdir. Hansı ki, bu cavab tamamilə qəbuledilməzdir və yalandır. Çünki notariusun təbirincə deyilsə belə, əgər həmin icarə müqaviləsinin mətninin tərcüməsi onun öz tərcüməçisi tərəfindən təmin edilmişdirsə onda nəyə görə bununla bağlı müvafiq qeyd və tərcüməçinin imzası həmin müqavilədə əks edilməmişdir? Bu bir daha onu sübut edir ki, həmin icarə müqaviləsi qüvvədə olan qanunvericilik normalarına zidd olmaqla və onun əmlakını mənimsəmək məqsədilə onu aldatmaq yolu ilə tərtib edilmiş və Bakı şəhəri 9 saylı Notariat ofisi isə bütün bu əməliyyatların birbaşa icraçısı olmuşdur. Onun göstərilən şəxslər tərəfindən aldadıldığı ona məhz necə və hansı vaxt məlum olması ilə bağlı isə bildirilir ki, ünvan 4 ünvanında yerləşən 0.09 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına alqı-satqı edilmədiyi (rəsmiləşmədiyi) məhz onun tərəfindən BƏƏ-dən 11 iyun 2021-ci il tarixdə nümayəndəsi və vəkili əlaqə saxlanılaraq keçmiş tanışı X2 nikahdan olan qızı ilə birlikdə qanunsuz olaraq onun evinə hər hansı razılığı və ya icazəsi olmadan ondan xəbərsiz şəkildə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4nə qanunsuz şəkildə daxil olmasından və həmin bağ evində ona məxsus əmlakları talaması səbəbindən bununla bağlı vəkilinin təcili olaraq AR-nın DİN-nin 102 qaynar xəttinə müraciət etməsindən sonra məlum olmuşdur. Çünki ona qarşı qanunsuz əməllərə yol verən iştirakçıların digər aktiv üzvü olan X16 əvvəllər həmin bağ evində olarkən evdə olan ehtiyat açarları onun xəbəri olmadan götürərək, özündə saxlamış və daha sonra onun Azərbaycan Respublikasını tərk etməsindən istifadə edərək, qanunsuz şəkildə, gizli olaraq onun əmlakına daxil olmuşdur. Bu hadisəni isə o, bağ evində quraşdırdığı video-müşahidə kameraları vasitəsilə izləyərkən görmüş və dərhal vəkili ilə əlaqə saxlayaraq bu barədə məlumatı ona bildirmişdir. Daha sonra öncə qeyd olunanlara əsasən 11 iyun 2021-ci il tarixdə vəkili tərəfindən 102 qaynar xəttinə müraciət edilmişdir. Nəticədə 11 iyun 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin polis əməkdaşı ilə birlikdə həmin bağ evinə getmişlər. X16 bağ evində onun tərəfindən alınmış ərzaq məhsullarını götürdüyünü etiraf etsə də, həmçinin əsas bağ evindən çıxsa da, köməkçi tikilidən çıxmayaraq vəkilinə “siz məni buradan çıxara bilməzsiniz və bu torpaq ərəbin deyil ki, hələ bir onun haqqı da çatsın məni buradan çıxartsın” demişdir. X1 vəkilinə söylədikləri ilə bağlı onunla əlaqə saxladıqda və onda olan sənədləri yoxladıqda müəyyən olundu ki, ünvan 4nin yerləşdiyi 0.09 ha torpaq sahəsi Cavabdeh2 adında qalmaqda davam edir və Cavabdeh2 göstərilən 0.09 ha torpaq sahəsini onu aldadaraq yalnız onunla Bakı şəhəri 9 saylı Notariat ofisində 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsini bağlamaqla kifayətlənmişdir. Bununla da cavabdeh ona qeyd olunan 0.09 ha torpaq sahəsinin də guya onun adına rəsmiləşdirildiyini bildirmişdir. O, isə Cavabdeh2 inanmış və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı Notariat ofisində müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) elə məhz həmin icarə müqaviləsi ilə də həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. X16 qeyd olunan bağ evindən könüllü çıxmadığından bununla bağlı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X7 qeyd olunan bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırılmış və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(008)-5720/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin ərazinin polis sahə müvəkkili ilə birlikdə həmin bağ evinə getdikdə, əməkdaş da X7 həmin bağ evində heç bir hüquqi əsas olmadan və qanunsuz olaraq yaşamasını müəyyən edərək, göstərilən şəxs barəsində onun həmin bağ evində qeydiyyatsız yaşaması barədə AR İXM-nın 563.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra göstərilən şəxs barəsində xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən ona xəbərdarlıq növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, ona və "xxxx" MMC-yə ünvan 3nin yerləşdiyi 0.09 ha torpaq sahəsinin iddiaçı "xxxx" MMC-nin adına rəsmiləşmədiyi və cavabdehlər tərəfindən aldadıldığı məhz 11 iyun 2021-ci il tarixdə məlum olmuşdur. Yəni, vəkili X7 ona söylədikləri ilə bağlı onunla əlaqə saxladıqdan sonra və yalnız müvafiq sənədlər onun tərəfindən vəkilinə göndərildikdən sonra ünvan 4nin yerləşdiyi 0.09 ha torpaq sahəsinin Cavabdeh2 adında qalmaqda davam etdiyinin və cavabdehlərin onu aldadaraq onun pullarını mənimsədiklərinin vəkili tərəfindən müəyyən edilməsindən, daha sonra vəkilinin ona bu barədə məlumatı bildirdikdən sonra 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsi bağlanarkən onun Bakı şəhəri 9 saylı Notariat ofisi və digər cavabdehlər tərəfindən aldadıldığı ona məlum olmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, 29 iyun 2004-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti 11 aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Lakin göründüyü kimi, qeyd olunan icarə müqaviləsi 11 aydan çox olan müddətə (5 il müddətinə) bağlanmasına baxmayaraq icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, tərəfindən Dilrubə Həsənovanın qeyd olunan ərazidən çıxarılması tələbi ilə bağlı məhkəməyə müraciət edənə qədər və iddiaçı tərəfindən ona icarə haqqı uzun müddət ödənilməməsinə baxmayaraq, Cavabdeh2 qanunsuz yollarla rəsmiləşdirilən icarə müqaviləsinin icra olunmaması, yəni icarə haqqının ona ödənilməməsi ilə bağlı bircə dəfə olsun belə ona müraciət etməmişdir. Çünki Cavabdeh2 özü də çox gözəl şəkildə bilirdi ki, həmin müqavilə saxta sənəd olmaqla etibarsız əqddir və əgər ona icarə haqqının ödənilməsi ilə bağlı müraciət etsə idi, o, başına açılan qanunsuz hadisələrdən daha əvvəl məlumatlı olmuş olardı. Məhz bu səbəbdən o bununla bağlı ona müraciət etməmişdir.

16. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili, habelə Bakı şəhəri 9 saylı Notariat ofisinin vəkili Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçı cavabdehlərə qarşı qaldırdığı iddiada xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin tarixdə tərəflər arasında iki müqavilə imzalanmışdır. Bir müqavilə fərdi yaşayış evinin alqı-satqısı, digər isə torpaq sahəsinin icarəsi müqaviləsi olmuşdur. Lakin bir neçə il keçdikdən sonra iddiaçı güya ki, vacib əhəmiyyətli yanılmanın təsiri altında olduğuna görə icarə müqaviləsi deyil, məhz torpağın alqı-satqı müqaviləsinin həmin dövrdə mövcud olmayan, yəni dövlət qeydiyyatına alınmayan hüquqi şəxsin adına bağlanmasını zənn etmişdir. Halbuki, qeyd edilən hüquqi şəxs həmin vaxt mövcud olmamış və təbii ki, onun adına və ya xeyrinə hər hansı bir əqd bağlana bilməzdi. Belə ki, həmin hüquqi şəxsin hüquq qabiliyyəti olmamışdır. Digər tərəfdən isə əgər iddiaçı müqavilə bağladıqda özünün vacib əhəmiyyətli yanılmanın təsiri altında olmasına istinad edərsə, o zaman bu hal üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti üzürsüz olaraq ötürülmüşdür. Belə ki, Mülki Məcəlləyə əsasən belə müqavilə mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisələndirilə bilər. İddiaçı özünün izahatında bildirir ki, bağladığı müqavilənin alqı-satqı deyil, məhz icarə müqaviləsi olması ona 2021-ci ilin iyul ayından məlum olmuşdur. Bu əqdin mübahisələndirilməsi isə 2022-ci ilin mart ayında onun tərəfindən başlanılmışdır. Belə olan halda, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətlərdən daha artıq müddət keçmişdir. Beləliklə, iddiaçının gətirdiyi əsaslara görə iddia tələbləri ümumiyyətlə qanunsuz, uydurma və əsassızdır. Hesab edir ki, iddia təmin olunmamalıdır. Lakin iş üzrə qətnamə çıxarılan zaman məhkəmə iddianın təmin olunması qənaətinə gələcəyi təqdirdə iddia müddətinin keçməsini əsas tutaraq, iddianın tam həcmdə təmin olunmaması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1772/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Edrees Ali X31 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X22)

18. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən qeyd etmişdir ki, icarə müqaviləsinin bağlandığı gün, yəni xx.xx.2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsinə əsasən sonuncu mülkiyyətində olan bağ evini 120.000 manata iddiaçıya satmışdır. Bununla belə, onların arasında eyni gündə, eyni notariat ofisində iki müqavilə, torpaq sahəsinə dair icarə, bağ evinə dair isə alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasının mümkün olmaması iddiaçıya məlum olmuş, iddiaçı hər iki müqaviləni könüllü olaraq bağlamış, müqavilələr iddiaçının iradə ifadəsini əks etdirmişdir. İddiaçı icarə müqaviləsi bağlanan zaman tərcüməçi ilə təmin edilmədiyini, bununla da icarə müqaviləsini alqı-satqı müqaviləsi zənn etdiyini bildirsə də, bu fakt, yəni iddiaçının zənn etdiyi alqı-satqı müqaviləsinin əslində icarə müqaviləsi olmasının iddiaçıya məlum olmaması, müqavilənin məzmunun iddiaçıya tərcümə edilməməsi və bununla da sonuncunun məzmununu bilmədiyi müqaviləni imzalaması işin müəyyən edilmiş halları ilə təkzib olunmuşdur. Torpaq sahəsinin alınması üçün xx.xx.2017-ci il tarixində BƏƏ-dən bank vasitəsi ilə göndərilmiş 176.070,87 ABŞ dolları pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən xərclənməsinə dair iddiaçının dəlilləri də əsassız hesab edilmişdir. Belə ki, bu məbləğin torpaq sahəsinin alınması üçün göndərildiyi iddia edilsə də, alqı-satqı və icarə müqaviləsi bu pulun göndərilməsindən 1 il 8 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Bununla belə, pulun 1 il 8 gün əvvəl göndərilməsi sual doğurur. Bundan başqa pulun göndərildiyi vaxt cavabdehlərin iddiaçını tanıması, onların arasında hər hansı müqavilə münasibətlərinin olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə bu pulun göndərilməsindən 4 gün sonra X35 Noman adlı şəxsə Abşeron rayonu, Saray qəsəbəsində fərdi yaşayış evi alınmışdır. Cavabdeh3 da bu mövqeydən çıxış etmiş və məhkəmə işin hallarını nəzərə alıb, məhz onun bu barədə mövqeyini əsaslı hesab etmişdir. Həmçinin, məhkəmənin mövqeyinə əsasən iddiaçı icarə müqaviləsi bağlanan anda adına şirkətin qeydiyyatdan keçmədiyini bilmiş, özünün də qeyd etdiyi kimi əcnəbi olduğu üçün torpaq sahəsinin adına rəsmiləşdirilə bilməməsindən məlumatlı olduğu üçün torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasının mümkün olmadığını dərk etmiş, bu səbəbdən könüllü şəkildə torpaq sahəsinə dair icarə müqaviləsi bağlamışdır. Bununla da icarə müqaviləsi bağlanan anda özünün deməsinə görə hüquqlarının pozulmasından məlumatlı olmuş, icarə müqaviləsinin etibarsızlığını mübahisələndirmək hüququ da 28 sentyabr 2018-ci il tarixdən yaranmışdır. Lakin iddiaçı icarə müqaviləsinin etibarsız olması ilə bağlı tələbini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə olan halda, qüvvədə olan mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidlıiyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 339.3-cü, 339.6-cı, 347-ci, 354-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı X36 Alamer apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən iddiaçı tərəfindən pulun müqavilənin bağlanması ərəfəsində deyil, 1 il 8 gün əvvəl göndərdiyini qeyd etmiş, lakin bu pul vəsaitinin cavabdehlər üçün hədiyyə olmaması, həmçinin həmin pulun X34 Nomana məxsus olmaması (halbuki, bununla bağlı bu şəxs tərəfindən tərcümə və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizə də məhkəməyə təqdim edilmişdir), digər tərəfdən cavabdehlər tərəfindən hazırki vaxtadək həmin torpaq sahəsinin iddiaçının adına hansı əsaslarla rəsmiləşdirməməsi və nəhayət cavabdehlərin pulları mənimsəməsi ilə bağlı suallar yaranmamış, nəticədə bu hallar aydınlaşdırılmamışdır. X34 Noman tərəfindən cavabdehlər barəsində artıq Abşeron rayon Polis idarəsinə müvafiq ərizə ilə müraciət edilmiş və onlar barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanmasını xahiş etmişdir. Belə ki, cavabdehlər bu şəxsə qarşı Saray qəsəbəsidə olan bağ evi ilə bağlı 400.000 manatdan yuxarı dələduzluq cinayəti etmişlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iddiaçı X36 Alamerin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs X36 Alamer Bakı şəhəri 9 saylı Notariat ofisində olan zaman xarici vətəndaş olmağına və azərbaycan dilini bilməməyinə baxmayaraq tərcüməçi ilə təmin edilməmiş, imzaladığı sənədlərin məzmunu tərcümə edilməmiş və nəticədə, onun hüquqları kobud şəkildə pozulmuşdur. Qarşı tərəf iddia edir ki, Bakı şəhəri 9 saylı Notariat ofisində tərcüməçi olmuşdur və notariusun özü də xarici dili bilirdi. Əgər Bakı şəhəri 9 saylı Notariat ofisində müqavilə bağlanarkən tərcüməçi olmuşdursa, nə səbəbdən heç bir yerdə onun rəsmiləşdirmə prosesində iştirak etdiyi barədə hər hansı bir qeyd yoxdur və tərcüməçinin imzası da mövcud deyil. Bundan əlavə 11 iyun 2020-ci il tarixdə X17 mülkiyyətində olan torpaq sahəsinə qanunsuz olaraq bir şəxsin girdiyi barədə ona məlumat verir və o, müvəkkilindən mülkiyyət hüququnu təsdiq edən sənədləri tələb edəndə mübahisəli torpaq sahəsi ilə bağlı X36 Alamer ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin deyil, icarə müqaviləsinin olduğunu aşkar etmişdir. Bakı şəhəri 9 saylı Notarius ofisində kontorunun xüsusi notariusunun qanunsuz hərəkətləri nəticəsində X18 aldadılmışdır. O, birinci instansiya məhkəməsinə də Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusunun qanunsuz əməllərinə görə onun barəsində xüsusi qərardad qəbul edilməsi ilə bağlı vəsatət təqdim etmiş, lakin vəsatət heç bir əsaslandırma olmadan təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini və Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X15 barəsində xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasında cavabdeh, eyni zamanda digər cavabdehin nümayəndəsi olan Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 və Vəkil2 (eyni zamanda Bakı şəhəri 9 saylı Notariat ofisinin vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdikləri izahata uyğun izahat vermişlər. Eyni zamanda, Vəkil3 əlavə olaraq bildirmişdir ki, pul vəsaiti xx.xx.2017-ci il tarixdə X35 Noman vasitəsilə göndərilmişdir. Həmin göndərilmiş pulun müqabilində də 4 gün sonra Saray qəsəbəsində X35 Nomana fərdi yaşayış evi alınmışdır. Hazırda mübahisə predmeti olan müqavilə pulun göndərildiyi tarixdən 1 il 8 ay sonra, yəni xx.xx.2018-ci il tarixdə bağlanılmışdır. Müddətlərin xronoloji ardıcıllığına da nəzər salınsa aydın olur ki, göndərilən məbləğ mübahisəli müqavilə ilə tənzimlənən münasibətlərə aid deyil. Bundan əlavə, X36 Alamerin müqavilə bağlanarkən tərcüməçi ilə təmin olunmamasına gəldikdə isə əlaqəli mülki işə baxılarkən Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X15 izahat verərək, tərcüməçinin xarici vətəndaşın özü ilə gəldiyini bildirmişdir. Bundan əlavə mövcud qanunvericiliyə görə xarici vətəndaşın adına alqı-satqı müqaviləsi bağlanıla bilməz, xarici vətəndaşa məxsus hüquqi şəxs isə xx.xx.2018-ci ildə, yəni müqavilənin bağlanma tarixindən sonra qeydiyyatdan keçmişdir. Qeyd edilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasın xahiş etmişdilər.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər; 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər;

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 265.5-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iddiaçı 1) onunla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 94 saylı bağ evinin onun, 0,09 ha ölçüdə torpaq sahəsinin isə onun təsis etdiyi şirkətin adına rəsmiləşdirilməsi barədə şifahi razılığın olduğunu, lakin nəticədə yalnız evin alqı-satqı yolu ilə onun adına rəsmiləşdirildiyini, torpaq sahəsinin isə onun təsis etdiyi şirkətin adına rəsmiləşdirilmədiyini, bu məsələdə aldadıldığını və torpaq sahəsinin alqı-satqı müqaviləsi əvəzinə onunla icarə müqaviləsinin bağlandığını, 2) bu müqaviləni rəsmiləşdirən 9 saylı Notariat ofisi tərəfindən tərcüməçinin dəvət edilmədiyini, onun isə azərbaycan dilini bilmədiyini və nəticədə onunla icarə deyil, şirkəti ilə alqı-satqı müqaviləsi imzaladığını zənn etdiyini, 3) bununla bağlı aldadıldığının yalnız xx.xx.2021-ci il tarixdə müəyyən etdiyini (X16 adlı şəxsin onun mülkiyyətində olan evə qanunsuz daxil olduqdan sonra), 4) ötən dövr ərzində ondan icarə müqaviləsi üzrə ümumiyyətlə hər hansı icarə haqqının ödənilməsinin tələb edilmədiyini, icarə hüququnun dövlət qeydiyyatına alınmadığını, 5) evin və torpağın alınması üçün yaşadığı BƏƏ-dən bank vasitəsi ilə Cavabdeh3 ümumilikdə 176.070,87 ABŞ dolları məbləğində pul köçürdüyünü, cavabdehlərin həmin pulu mənimsədiklərini, 6) ona satılan evin daha ucuz qiymətə, yəni 32.000 manat pula alındığını, sonradan isə ona dəfələrlə yüksək məbləğə, yəni 120.000 manata və yalnız bağ evinin satıldığını bildirir.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisədən əvvəl iddiaçı ilə cavabdehlər arasında iki məhkəmə mübahisəsi olmuşdur. Belə ki, ilk öncə Cavabdeh2 iddiaçıya qarşı aralarında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının tutulması tələbini irəli sürmüşdür. Həmin icraat çərçivəsində iddiaçı iddiaya qarşı çıxaraq, icarə müqaviləsi ilə bağlı hazırda sərgilədiyi mövqeyi (icarə müqaviləsi bağlanan zaman tərcüməçi ilə təmin edilməmiş, həmin vaxt icarə deyil, alqı-satqı müqaviləsi imzaladığını düşünmüş, bu səbəbdən icarə haqqı ödəməmiş, həmin torpağın sonradan onun tərəfindən yaradılmış şirkətin adına rəsmiləşdirilməsinə dair aralarında razılıq olmuş, lakin nəticədə iddiaçı və onun atası tərəfindən aldadılmışdır). İş üzrə qəbul edilmiş və artıq qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış həmin icarə müqaviləsi ləğv edilmiş, 6.600 manat məbləğində icarə haqqının iddiaçıdan Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Bununla da məhkəmə həmin müqaviləni hüquqi nəticə etibarı ilə etibarlı müqavilə kimi qiymətləndirilmiş və həmin iş üzrə cavabdeh olan hazırki iddiaçının mövqeyini əsassız hesab etmişdir.

34. Bundan sonra isə iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya bu torpaq sahəsinə görə ödədiyi 233.971,12 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması tələbini irəli sürmüş və həmin icraat çərçivəsində də konkret olaraq, hazırki mövqeydən çıxış etmiş və hazırda icarə müqaviləsinin etibarsızlığının əsası kimi göstərdiyi halları eyniliklə həmin icraatda da göstərmişdir. Onun bu iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi (2(103)-3759/2022 saylı, xx.xx.2022-ci il tarixli) və Azərbaycan Respublikası Ali Məhkəməsi (2(102)-108/2023 saylı, xx.xx.2023-cü il tarixli) bu nəticə ilə razılaşmışdır. Bununla da iddiaçının irəli sürdüyü hər bir tələbə, o cümlədən tələblərə uyğun irəli sürdüyü dəlillərə hər üç instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, o cümlədən iddiaçı tərəfindən verildiyi iddia edilən pul məbləği üzrə tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin yarandığı qənaətinə gəlinmiş və öhdəliyin icra olunmaması nəticəsində bir tərəf əsassız varlandığından bu münasibətlər üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 2 illik iddia müddəti tətbiq edilmişdir. Həmçinin, iddiaçının iddia etdiyi şirkətin ("xxxx" MMC) alqı-satqı və icarə müqaviləsi bağlandığı xx.xx.2018-ci il tarixdən sonra, yəni xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı, belə olduğu halda, xx.xx.2018-ci il tarixdə bu şirkətlə torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasının mümkün olmadığı, iddiaçıya alqısatqı yolu ilə torpaq sahəsi əldə edə bilməməsinin, icarə müqaviləsi bağlanan zaman da şirkətin qeydə alınmamasının məlum olduğu, iddiaçının könüllü olaraq torpağa dair icarə müqaviləsi bağladığı qeyd edilmişdir. Eyni zamanda, məhkəmənin qənaəti olaraq, tərəflər arasında yalnız alqı-satqı və icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yarandığı və Cavabdeh2 həmin öhdəlik münasibətləri üzrə qanunla üzərinə düşən vəzifələri yerinə yetirdiyi vurğulanmışdır.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

36. Bununla belə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən mübahisələr üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(008)-5503/2021 saylı, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli, 2(008)- 537/2022 saylı qətnamələri hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, artıq müəyyən edildiyi kimi, iddiaçının hazırda etibarsızlığını mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin etibarlılığına həmin məhkəmə mübahisələri çərçivəsində hüquqi qiymət verilmiş və hər iki iş üzrə qəbul edilmiş və hazırda qüvvədə olan məhkəmə aktları ilə həmin müqavilənin etibarsız olması müəyyən edilməmişdir. Bu da hüquqi nəticə etibarı ilə iddianın rədd edilməsini şərtləndirir.

37. Məhkəmə kollegiyası artıq müəyyən edilmiş hallardan əlavə o halı da qeyd edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi deyil, alqı-satqı müqaviləsi bağladığı qənaətində olduğunu (belə düşündüyünü), lakin azərbaycan dilini bilməməsi və tərcüməçi ilə təmin edilməməsi səbəbindən aldadıldığını və nəticədə iradəsinə zidd olaraq, icarə müqaviləsi bağladığını bildirir. İddiaçının azərbaycan dilini bilməməsi mübahisə doğurmur, lakin sadə riyaziyyatı bilməsi, xüsusilə də “bir və “iki” rəqəmlərini tanıması birmənalıdır. Bununla belə, qanunvericiliyin tələbləri baxımından Azərbaycan Respublikasında öz adına alqı-satqı yolu ilə torpaq ala bilmədiyini və xx.xx.2018-ci il tarixdə şirkətinin hələki, dövlət qeydiyyatına alınmadığını bilən və gündəmdə yalnız bağ evinin alqı-satqısı müqaviləsinin bağlanması olduğu bir halda xx.xx.2018-ci il tarixdə aldatma yolu ilə belə, iddiaçının ikinci müqavilə imzalamasına təhrik etmək qeyri-mümkündür. Ən azı yalan məlumat olsa belə, ikinci müqavilənin mahiyyəti barədə iddiaçıya məlumat verilməli idi. Lakin həmin vəziyyətdə tərəflər arasında alqı-satqı və ya icarə münasibətlərindən başqa hər hansı bir hüquqi münasibətin yaranması (müzakirə olunması) qeyri-mümkün idi. Tərəflər özləri də aralarında hər hansı başqa münasibətlərin yarandığını bildirmir. Göstərilən bu hallar baxımından da məhkəmə kollegiyası hesab edir ki, icarə müqaviləsi məhz iddiaçının iradəsinin ifadəsidir və onun iradəsinə uyğun bağlanmışdır.

38. Məhkəmə kollegiyası iddiaçının mövqeyinə istinadən onu da qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi bağlamağı arzuladığını və razılaşdırdığını, məhz bu müqavilənin bağlanmasına razılıq verdiyini, xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi imzalayarkən məhz alqı-satqı müqaviləsi imzaladığını düşündüyünü bildirir ki, bu da xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən imzalanmış icarə müqaviləsinə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd kimi qiymət verməyə əsas yaradır. İddiaçı imzaladığı müqavilənin icarə müqaviləsi olduğunu xx.xx.2021-ci il tarixdə bildiyini qeyd edir. Lakin buna baxmayaraq, bu müqavilənin etibarsızlığını yalnız xx.xx.2022-ci il tarixdə mübahisələndirmiş, bununla da bu qəbildən olan müqavilələrin mübahisələndirilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Bu da öz növbəsində məhkəmə kollegiyasının preyudisiallıqla bağlı qənaəti olmadığı təqdirdə belə, iddianın bu əsasla, yəni 1 aylıq müddət tətbiq edilməklə rədd edilməsini şərtləndirir.

39. Məhkəmə kollegiyası cavabdehlərin əməllərində cinayət tərkibinin olması səbəbindən xüsusi qərardad çıxarmaqla, bu barədə aidiyyəti üzrə prokurora məlumat verilməsi ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, qeyd edilən hallar mülki xarakter daşıyır. Bu səbəbdən xüsusi qərardadın çıxarılması üçün hər hansı əsas yoxdur.

40. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Edrees Ali X31 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(005)- 1772/2022 saylı qətnaməsi iddiaçı Edrees Ali X31 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar