Məhkəmə qərarları › İş №2(103)-11640/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11640/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11640/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadından tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Birinci mülki iş üzrə: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Almaniya Respublikasında yaşayarkən iddiaçı şəxsdən aldığı və onun tərəfindən ödənilmiş 1.427.364 (bir milyon dörd yüz iyirmi yeddi min üç yüz altmış dörd) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İkinci mülki iş üzrə: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəmi 5.511.983 (beş milyon beş yüz on bir min doqquz yüz səksən üç) manat, Cavabdeh 8.252.479 (səkkiz milyon iki yüz əlli iki min dörd yüz yetmiş doqquz) manat olmaqla, cəmi 13.764.462 (on üç milyon yeddi yüz altmış dörd min dörd yüz altmış iki) manat məbləğində borcun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(005)- 2664/2020 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Daha sonra İddiaçı iddianın təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin böyüklüyü, onun əsaslı olduğundan qətnamənin təmin olunacağı zaman onun icrasının gələcəkdə çətin olacağını və ya heç olmayacağını, eləcə də məhkəmə prosesi zamanı əmlakların başqa şəxslərin adına sənədləşdirəcəyi ehtimalını nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli ünvanda yerləşən 7 nömrəli mağaza, ünvan 2rəli mənzil, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 85 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsi, ünvan 4 ev 45, 17 nömrəli mənzil, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 81A nömrəli ünvanda yerləşən 36/37 nömrəli mağaza, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 59A, 122 nömrəli mənzil, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 85, 16 və 17 nömrəli mənzillər üzərinə sözügedən iddialar üzrə işə mahiyyəti üzrə baxılıb qərar verilənə qədər həbs qoyulması və həmin müddət ərzində hər hansı sənədləşmənin aparılmasının qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(005)- 2521/2020 nömrəli qərardadı ilə müvafiq ərizə qismən təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli ünvanda yerləşən 7 nömrəli mağazanın, ünvan 2rəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 85 nömrəli ünvanda yerləşən 66,2 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin, ünvan 4 ev 45, 17 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 81A nömrəli ünvanda yerləşən 36/37 nömrəli mağazanın, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 59A, 122 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 85, 16 və 17 nömrəli qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(005)- 211/2021 nömrəli qətnaməsinə əsasən hər iki iddia ərizəsi rədd edilmişdir. Daha sonra Cavabdeh məhkəməyə müraciət edərək, iddianın təmin tədbirinin ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq, 30 sentyabr 2020-ci il tarixli 2(005)- 2521/2020 saylı qərardadı ilə qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin eyni saylı, 11 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və onun nümayəndsi və vəkili A.Qazıyeva ayrı-ayrılıqda şikayəti müdafiə edərək, rayon məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul olunarkən prosessual pozuntuya yol verildiyini, qətnamədən şikayət verilməsinin nəzərə alınmadığını bildirərək şikayətin təmin edilməsini xahiş etdilər. Şikayətə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mülki iş üzrə ərizəyə ilkin baxılan vaxt qüvvədə69537257 olmuş Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Həmçinin də, MPM-nin 162-ci maddəsində müvəqqəti təminat tədbirinin ləğvinin əsasları müəyyən olunmuşdur. Məcəllənin 162.3-cü maddəsinin ikinci cümləsinin tələbinə əsasən məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxardıqdan sonra, müvəqqəti təminat tədbirinin ləgv edilməsi haqqında qərardad çıxara bilər. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya bildirir ki, rayon məhkəməsinin 22.10.2001-ci il tarixli qərardadı qanunidir, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar