Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11642/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 Yagub oğlunun, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi, avtomobillərin qaytarılması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə işə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-185/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-185/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi, avtomobillərin qaytarılması tələbinə dair ilk iddiasının təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 45000 ABŞ dollar borc (ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə ilə manatla) Cavabdeh1 xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiasının qismən təmin edilməsi, İddiaçı “İnfiniti QX 70” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 21.500 ABŞ dollarına satışından qalan 3.500 ABŞ dolları əsas borcun, həmin avtomobilə görə aldığı 25.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 3 ay müddətində təşkil edən 2.500 ABŞ dolları, “Mercedes Benz” markalı CLA 250 minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə aldığı 23.000 ABŞ dolları məbləğində kredit üzrə aylıq 3 (üç) faizi 4 ay müddətində təşkil edən 2.760 ABŞ dolları, cəmi 5.260 ABŞ dolları məbləğində faiz borcu, 72050 ABŞ dolları avtomobillərin girovu ilə bağlı İddiaçı verilmiş əsas borc, 11890 ABŞ dolları faiz borcu (ödənildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə Azərbaycan manatı ilə) "xxxx" MMC-nin xeyrinə tutulması, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiasının qalan hissədə təmin edilməməs qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayət verərək qətnamənin ona aid hissədə qismən dəyişdirilməsini xahiş etmişdir. Qətnamədən, həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC şikayət verərək qətnamənin dəyişdirilərək, "xxxx" MMC-nin iddiasının tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 Yagub oğlu ərizə təqdim edərək şikayətdən imtina etdiklərini bildirib apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Apellyasiya baxışında iştirak edən Cavabdeh3 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin şikayətləri əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin şikayətlərinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 Yagub oğlunun şikayətlərdən imtinaları qəbul edilsin. Baxılan iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin apelyasiya şikayətlərinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11642/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11642/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver