Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11663/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2021 saylı, 20 sentyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Binəqədi filialı Cavabdeh arasında bağlanmış 19 mart 2015-ci il tarixli, 225/f-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan 4059 ABŞ dolları əsas, 957.83 ABŞ dolları faiz və 1704.08 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6720.91 ABŞ dolları borcun və iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh “Bank”ın xeyrinə tutulması, həmin məbləğin 19 mart 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş, Cavabdeh məxsus olan MAZDA CX-9, Ban JMZTB89A800102268 ağ mirvari rəngli, buraxılış ili, 2009-cu il olan, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2021 saylı, 20 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci və 363.1.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən, o cümlədən elektron məhkəmə icraatı qaydasında elektron kabinet vasitəsilə verilmədiyindən qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366, 400, 402- 407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2021 saylı, 20 sentyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11663/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11663/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver