Məhkəmə qərarları › İş №2(103)-11679/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11679/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11679/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı X3 qarşı “borcun ödənilməsi” tələbinə dair işə baxılmasının ərazi aidiyyətinin mübahisələndirilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadına əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Muradov X2 Rayon Məhkəməsinə müraciət edərək X1 1500 manat borc məbləğinin və 20 manat dövlət rüsumunun xeyrinə tutulması barədə əmr çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin 08 iyul 2021-ci il tarixli əmri ilə ərizə təmin olunmuşdur. Sonradan borclunun etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmiş, Xocavənd Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli qərardadı ilə isə cavabdehin Bakı şəhərinin Xətai rayonunda qeydiyyatda olduğu əsas göstərilməklə işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi özünün 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, cavabdeh Vasif Müzəffərov Bakı şəhərinin Yasamal rayonu ərazisində rəsmi qeydiyyatdadır və onun hərbu qulluqçu kimi, xidmət etdiyi hərbi hissənin yerləşdiyi yer üzrə qeydiyyata alınmış olduğuna dair hər hansı sübut mövcud deyildir. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddia ərizəsi aidiyyat qaydalarına riayət edilməməklə Xocavənd Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş, sonradan həmin məhkəmə MPM-in 35-ci maddəsinə istinadla işi baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ” və “şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasının yolverilməzliyi” konstitusion prinsiplərdir (Konstitusiyanın 62-ci maddəsi) və bu kontekstdə qeyd olunmalıdır ki, aidiyyat qaydalarına əməl edilmədən aparılan istənilən prosessual addım qanunsuz olmaqla məhkəmə aktının ləğvi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar