Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1168/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «pul tələbi, subyektiv hüquq») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6157/2024 saylı, 08 oktyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. X19 ilə İddiaçı xx.xx.2006-cı il tarixdə Ağdam rayon, Zəngişlı İcra Nümayəndəliyində 42 nömrəli akt qeyd ilə nikah bağlayıblar.
2. Bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X24 və xx.xx.2009-cu il təvəllüdlü X16 doğulmuşdur.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-244/2019 saylı, 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ramil Həsənov) iddia tələbinin təmin edilərək X19 ilə Ağamirova (Hüseynova) Gülnarə Yunis qızı arasında bağlanmış və Ağdam rayon icra Hakimiyyətinin Zəngişalı Ərazi Nümayəndəliyində 42 sayla qeydə alınmış xx.xx.2006-cı il tarixli nikahın pozulması; nikah pozulduqdan sonra 21 may 2008-ci ildə anadan olmuş X25 və 09 aprel 2009-cu ildə anadan olmuş X5 iddiaçı Ağamırova (Hüseynova) Gülnarə Yunis qızının yanında qalmaları; cavabdeh X6 xx.xx.2008-ci ildə anadan olmuş X13 və xx.xx.2009-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçı Ağamirova (Hüseynova) Gülnarə Yunis qızının xeyrinə hər ay hər uşağa 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması; qətnamənin alimentə dair hissəsinin dərhal icra ediməsi qət edilmişdir.
4. Luqansk Xalq Respublikasının Ədliyyə Nazirliyinin Luqansk şəhər Ədliyyə İdarəsinin Lenin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamədə göstərilib ki, xx.xx.1979-cu il təvəllüdlü X3 Federasiyası, Donetsk Xalq Respublikası, Artyomovsk şəhərində xx.xx.2022-ci il tarixə vəfat etmişdir.
5. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Bakı şəhər 30 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş etibarnamə ilə etibar edən X17 etibar edilən Cavabdeh1 onu Rusiya Federasiyasının bütün dövlət və qeyri dövlət orqanlarında, sığorta şirkətlərində, VVAQ orqanlarında, morqda, fiziki və hüquqi şəxslər qarşısında təmsil etməyi, mərhum qardaşı oğlu xx.xx.1979-cu il təvəllüdlü X8 cənazəsinin morqdan alınması, ölüm haqqında şəhadətnamə və tibbi arayışın alınması, cənazənin Azərbaycan Respublikasına göndərilməyi və bununla bağlı nümayəndə olması, bütün sənədləşdirmə işlərini aparmağı, sənədləri təqdim etməyi, almağı, aldığına dair imza etməyi, adından ödənişlər etməyi, ərizə verməyi, imza etməyi bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir.
6. xx.xx.2023-cü il tarixli Ağdam rayon dövlət notariat ofisi tərəfindən təsdiq edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilib ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri atası Cavabdeh2, anası X10, arvadı İddiaçı, oğlu X24, qızı X16 hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdırlar.
7. Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində izahatı alınmış Cavabdeh1 tərəfindən verilmiş izahatda göstərib ki, İddiaçı ölmüş xalası oğlunun keçmiş arvadı kimi tanıyır. Xalası oğlu X20 2022-ci ilin oktyabr ayında Rusiya-Ukrayna müharibəsində könüllü iştirak etmişdir. Döyüşlərin gedişində həlak olmuşdur. Rusiya Fedarasiyasının qanunvericiliyinə əsasən Anarın vəfatına görə ona kompensasiya verilmişdir. Anar döyüşlərə getməmişdən əvvəl müqavilə bağlamış və müqaviləyə əsasən başına gələcək bədbəxt hadisəyə görə Lidya adlı qadına və əmisi Rəhbərə məlumat verilməli idi. Bir müddət Anardan məlumat ala bilmədiklərinə görə Anarın atası əvvəllər Rusiyada oxuduğuna görə ali təhsilli olduğuna görə onun Rusiyaya gedib oğlu barəsində məlumat almasını istədi. Həmin vaxt Rəhbər ölkədən çıxa bilmədiyinə görə ona mülki etibarnamə verdi və Rusiya Fedarasiyasına getmişdir. Orada müəyyən müddət qaldıqdan sonra Anarın cənazəsini ona təhvil verdilər. Eyni zamanda öldüyünə görə orada yaşadığı Lidya adlı qadına 5 000 000 rubl vermişdilər. Lidya pulu Anarın valideynlərinə çatdırması üçün ona vermiş, o, da Bakıya gələrək, cənazəni və pulu Anarın atasına vermişdir.
8. xx.xx.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, X17 izahatında bildirmişdir ki, X20 onun ögey qardaşı Şükürün oğludur. X2 Gülnarə Yunis qızı ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və həmin nikahdan 2008-ci il təvəllüdlü oğlu və 2009-cu il təvəllüdlü qızları vardır. Təxminən 2014cü il tarixdən Anar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işləməyə getmişdir. Belə ki, Anar təxminən 2021-ci il tarixdə Rusiya Federasiyasında həbs olunmuşdur. Anar 2022-ci il tarixdə könüllü olaraq xidməti müqavilə ilə ordu sıralarına gedərək Rusiya- Ukrayna müharibəsində iştirak etmişdir. 2022-ci il oktyabr ayında Baxmut istiqamətində gedən şiddətli döyüşlərin birində Anar Ağamirli həlak olmuşdur. Anar həlak olduqdan sonra ona xidməti müqaviləsinə görə RF tərəfindən 5.000.000 (beş milyon) rubl, yəni 130 000 manat pul kompensayiyası ödənilmişdir. Belə ki, Anar müharibəyə getdikdə əgər öləcəyi təqdirdə Anara veriləcək həmin pulun ona verilməsi ilə bağlı iltizam vermişdir. Onun da işləri çox olduğuna görə həmin məbləğin alınması üçün o, Cavabdeh1 Abdi oğluna Bakı şəhəri, 30 saylı Notariat Kontorunda etibarnamə vermişdir, Həmin etibarnamə əsasında Xıdırov X15 gedərək 130000 manat məbləğində pul kompensasiyasını götürmüşdür. Bundan sonra, həmin pulun Anarın uşaqlarına, yəni ailəsinə verməsini tələb etmişdir. Lakin Cavabdeh1 həmin məbləği tələb etdikdə Salman müxtəlif bəhanələrlə onları aldatmağa başlamışdır. Ögey qardaşı Cavabdeh2 Seyidhüseyn oğlu və X29 oglu ona və X4 hədə qorxular gələrək pulu tələb etməməklərıni bildirir.
9. xx.xx.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı mərhum əri X20 2022-ci ildə Baxmut istiqamətində gedən döyüşlərdə həlak olduğundan Rusiya Federasiyası tərəfindən onlara verilən 130.000 manat pul kompensasiyasını sonuncunun ögey qardaşı X17 tərəfindən Cavabdeh1 Abdi oğluna verilmiş etibarnamə əsasında sonuncu həmin pulu Rusiya Federasiasından gedib götürülməsinə baxmayaraq, 130.000 manat pulu mərhum X8 arvadı İddiaçı təhvil verməməsi araşdırma zamanı tam sübuta yetirilsədə, lakin Cavabdeh1 əməlində həmin epizod mülki hüquqi xarakter daşıdığından, cinayət tərkibi olmadığından İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 5.000.000 (beş milyon) rubl, yəni 130.000 (2022-ci ilin məzənnəsinə əsasən) manat, gecikdirilmiş 2 illik müddət üçün 19.825 manat vəsaitin tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiada göstərilib ki, X7 ilə X20 xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə X24 və 09.04,2009-cu il tarixdə X21 doğulmuşdur. İddiaçı həyat yoldaşı X22 təxminən 2015-ci ildə X12-Peterburq şəhərinə işləməyə getmişdir, Anar Ağamirli 2022-ci ildə Rusiya Fedarasiyasında könüllü oluruq xidməti müqaviləsi ilə ordu sıralarına gedərək Rusiya-Ukrayna müharibəsində iştirak etmiş və 2022-ci ilin oktyabr ayında Baxmut istiqamətində gedən döyüşlərin birində həlak olmuşdur. X20 həlak olduqdan sonra ona xidmət müqaviləsinə əsasən Rusiya Fedarasiyası tərəfindən 5.000.000 (beş milyon) rubl, yəni 130.000 manat pul kompensasiyası ödənilmişdir. Həmin xidmət müqaviləsinə əsasən Anar həlak olacağı təqdirdə məbləğin alınması üçün onun əmisi X11 məlumat verilməli idi. Rusiya Federasiyası tərəfindən X11 məlumat verilmiş o, da, Anar Ağamirlinin xalası oğlu Cavabdeh1 etibarnamə verərək onun cənazəsinin və 5.000,000 (beş milyon) rubl, yəni 130.000 manat pul kompensasiyanının Azərbaycana gətirərək İddiaçı təhvil verilməsi barədə göstəriş vermişdir. Cavabdeh1 ona verilmiş etibarnamə əsasında Rusiya Fedarasiyasına gedərək Anar Ağamirlinin cənazəsini və 5.000.000 (beş milyon) rubl, yəni 130.000 manat pul kompensasiyanı Azərbaycana gətirmişdir. Bundan sonra İddiaçı dəfələrlə Cavabdeh1 müraciət edərək həmin pulun ona verilməsini tələb etdikdə o,müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Hazırda Gülnarə azyaşlı uşaqları saxlamaqda çətinlik çəkir. Qaynatası Cavabdeh2 ona hədə qorxu gələrək pulu tələb etməməyi bildirmişdir. İddiaçı Bakı şəhəri 32- Polis Bölməsinə müraciət edərək ona verilən 130.000 manat pul kompensasiyanın Cavabdeh1 tərəfindən dələduzluq yolu ələ keçirdiyini bildirmişdir. Bakı şəhəri 32-ci Polis Bölməsinə izahat verən Cavabdeh1 5.000.000 (beş milyon) rubl,yəni 130.000 manat pul kompensasiyanın onun tərəfindən götürldüyünü və Anarın atası Cavabdeh2 verdiyini etiraf etmişdir. Daha sonra material araşdırılması üçün Suraxanı Rayon Poliş İdarəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon İdarəsinin müstəntiqi X18 araşdırılan epizodun mülki xarakter daşıdığından, cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul etmişdir. Cavabdeh1 130.000 manat pul kompensasiyası Anar Ağamirlinin həyat yoldaşı İddiaçı verməli idi. Bütün işlərin görülməsi üçün 22 noyabr 2022-cİ il tarixdə X17 tərəfindən Cavabdeh1 etibarnamə ona görə vermişdir ki, həmin pulu İddiaçı təhvil versin. Lakin həmin pulu gətirib Cavabdeh2 vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2022-ci ilin noyabr ayından 5.000.000 (beş milyon) rubl, yəni 130.000 manat pulu İddiaçı verməməklə ona maddi ziyan vurmuşlar.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6157/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia tələbinin qismən təmin edilərək Cavabdeh2 3 000 000 (üç milyon) rubl (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş rus rublu manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaitinin alınaraq iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X19 ilə İddiaçı xx.xx.2006-cı il tarixdə Ağdam rayon, Zəngişanlı İ.N -də 42 nömrəli akt qeyd ilə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X24 və xx.xx.2009-cu il təvəllüdlü X21 dünyaya gəlmişdir. xx.xx.1979-cu il təvəllüdlü X3-Ukrayna müharibəsində könüllü şəkildə müqavilə əsasında iştirak etmiş və müharibə gedişində, Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Artyomovsk şəhərində xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Ağdam rayon dövlət notariat ofisi tərəfindən təsdiq edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri atası Cavabdeh2, anası X10, arvadı İddiaçı, oğlu X24, qızı X16 qanun üzrə vərəsələri qismində tanınaraq hər biri miras əmlakdan 1/5 hissədə irs almışdır. xx.xx.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı mərhum əri X20 2022-ci ildə Baxmut istiqamətində gedən döyüşlərdə həlak olduğundan Rusiya Federasiyası tərəfindən onlara verilən 130.000 manat pul kompensasiyasını sonuncunun ögey qardaşı X17 tərəfindən Cavabdeh1 Abdi oğluna verilmiş etibarnamə əsasında sonuncu həmin pulu Rusiya Federasiasından gedib götürülməsinə baxmayaraq, 130.000 manat pulu mərhum X8 arvadı İddiaçı təhvil verməməsi araşdırma zamanı tam sübuta yetirilsədə, lakin Cavabdeh1 əməlində həmin epizod mülki hüquqi xarakter daşıdığından, cinayət tərkibi olmadığından İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilmişdir. Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, xalası oğlu X20 2022-ci ilin oktyabr ayında RusiyaUkrayna müharibəsində könüllü iştirak etmişdir. Döyüşlərin gedişində həlak olmuşdur. Rusiya Fedarasiyasının qanunvericiliyinə əsasən Anarın vəfatına görə ona kompensasiya verilmişdir. Anar döyüşlərə getməmişdən əvvəl müqavilə bağlamış və müqaviləyə əsasən başına gələcək bədbəxt hadisəyə görə Lidya adlı qadına və əmisi Rəhbərə məlumat verilməli idi. Bir müddət Anardan məlumat ala bilmədiklərinə görə Anarın atası əvvəllər Rusiyada oxuduğuna görə ali təhsilli olduğuna görə onun Rusiyaya gedib oğlu barəsində məlumat almasını istədi. Həmin vaxt Rəhbər ölkədən çıxa bilmədiyinə görə ona mülki etibarnamə verdi və Rusiya Fedarasiyasına getmişdir. Orada müəyyən müddət qaldıqdan sonra Anarın cənazəsini ona təhvil verdilər. Eyni zamanda öldüyünə orada yaşadığı Lidya adlı qadına ******* rubl vermişdilər. Lidiya pulu Anarın valideynlərinə çatdırması üçün ona vermiş, o, da Bakıya gələrək, cənazəni və pulu Anarın atasına vermişdir. Belə ki, cavabdehlər etiraf etmişdirlər ki, 5.000.000 (beş milyon) rubl, yəni 130 000 manat pul kompensasiyası Cavabdeh1 almış və cənazə ilə birlikdə mərhumun atası Cavabdeh2 vermişdir. Cavabdehlər məhkəmənin hazırlıq iclasında mərhumun cənazəsinin axtarışı və yas mərasimi ilə bağlı xərclər çəkdiklərini bildirsələr də, məhkəməyə qeyd edilən xərclərlə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdirlər. Odur ki, cənazənin axtarışı və yas mərasimi üçün çəkilən xərcin məhz mərhumun ölümü səbəbindən verilmiş pul vəsaiti yoxsa onların şəxsi vəsaitləri hesabına çəkdikləri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edib ki, iddia Cavabdeh1 münasibətdə ona görə təmin edilməməlidir ki, mübahisəsiz qaydada məhkəmə iclasında müəyyən edilmişdir ki, o, pul vəsaitini ailə üzvünə çatdırılmasında vasitəsçilik etmiş və Lidiyadan aldığı pulu cənazə ilə birlikdə mərhumun atası Cavabdeh2 vermişdir. Bundan başqa müharibədə həlak olmuş şəxslərin ailəsinə pul kompensasiyasının ödənilməsində əsas məqsəd ailə üzvünün itkisi səbəbi ilə ailənin məruz qaldığı maddi mənəvi zərəri mümkün qədər azaltmaqdır. Müharibədə həlak olmuş şəxslərin ailələrinə olan birdəfəlik ödəniş, müavinət və s. kimi imtiyaz və yardımlar onların ailə üzvlərinə maddi-mənəvi dəstəyi təmin etməkdir. Belə ailələr üçün nəzərdə tutulan müavinət, imtiyaz və birdəfəlik ödənişlər öz mahiyyət və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, həlak olmuş şəxslərin ailəsinə ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün verilir. Bu imtiyaz və ödənişlər ilə bağlı haqların (hüquqların) heç biri şəxs həlak olmazdan əvvəlki dövrdə ona mənsub olmayıb ki, o, həlak olduqda onun əmlakında olsun və miras əmlak kimi onun vərəsələrinə qalsın. Qeyd olunanlara əsasən 5.000.000 (beş milyon) rubl məbləğində pul vəsaiti mərhum X8 atası Cavabdeh2, anası X10, arvadı İddiaçı, oğlu X24, qızı X16 da daxil omaqla, hər birinə münasibətdə 1/5 hissədə bölünməlidir. Habelə, X24 və X5 qanuni nümayəndələri anaları İddiaçı olduğundan, onlara çatacaq pul məbləği İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “gecikdirilmiş 2 illik müddət üçün 19.825 manat vəsaitin tutlması”na dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranan hazırki mübahisə öhdəlik münasibətlərindən irəli gəlməmişdir. Məhkəmə iddia tələblərinin 5.000.000 (beş milyon) rubl pul vəsaitinin 2022-ci ilin məzənnəsinə əsasən manatla alınması hissəsində hesab edir ki, əsassızdır. Belə ki, Mülki Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Məhkəmə bir daha qeyd edib ki, tərəflər arasındakı mübahisə mülki hüququn öhdəlik institutuna aid deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 10-cu bəndinə qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Odur ki, məhkəmə sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 3 000 000 rubl məbləğində pul vəsaiti alınaraq iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı ödənilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, işin həqiqi halında isə təxminən 2018-ci ildən etibarən İddiaçı ilə mərhum X20 faktiki nikahına xitam verilmiş, onlar həmin vaxtdan ayrı yaşamış, hətta A.Ağamirli İddiaçı məhkəmə qərarı ilə aliment belə ödəmişdir. Onlar arasında ümumiyyətlə nikah aktı formal olmuşdur. Məhkəmə isə qeyd edilənləri ümumiyyətlə araşdırmamış və normaların formal tətbiqi ilə kifayətlənmişdir. Məlumdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2019-cuil tarixli plenum qərarına əsasən Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir:- tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi;- ər-arvadın ayrı yaşamaları;- qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Göründüyü kimi, mövcud normalardan və Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqedən aydın olur ki, ər və ya arvadın rəsmi evlilikləri mövcud olsa belə, faktiki olaraq onların ayrı yaşaması, yəni birgə təsərrüfatlarını ayırması özlüyündə vərəsəlik hüququndan məhrum etmə əsası kimi müəyyən edilə bilər. Plenum qərarından görünür ki, göstərilən halları araşdırmaq və məsələyə hüquqi qiymət vermək bilavasitə məhkəmənin öhdəliyidir ki, indiki halda məhkəmə bu öhdəliyini icra etməmişdir. Məhkəmənin diqqətini bir məsələyə çəkmək istəyir ki, Cavabdeh2 77 yaşındadır. Məlumdur ki, bu yaşda olan biri üçün qəfil hal dəyişkənliyinin olması qaçılmazdır və bu bu yaşda olan insanın spesifikliyidir. Məhkəmə isə formal yanaşma sərgiləyərək onun polisdə verdiyi izahatları, hansıkı bu izahat məsələnin kriminal tərəfi üzrə alınmış izahatdır, əsas gətirməklə onun yuxarıda göstərdiyim məsələləri məhkəməyə bidirməsini təmin etmədən qətnamə qəbul etmişdir ki, bu da hesab edi ki, bilavasitə çəkişmə prinsipinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil.
15. İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı apellyasiya şikayətinə dair təqdim etdiyi yazılı etirazında apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib bildirmişdir ki, cavabdehin göstərdiyi hal həqiqətə uyğun deyil. Belə ki, Bakı şəhəri 32 Polis Bölməsinə izahat verən Cavabdeh1 5.000.000 (beş milyon) rubl, yəni 130.000 manat pul kompensasiyanın onun tərəfindən götürldüyünü və Cavabdeh2 verdiyini etiraf etmişdir. Xətai rayon məhkməsində mülki işin hazırlıq iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, pulu gətirib digər Cavabdeh2 vermiş və o, da pulu götürdüyünü, həmin pulun qalan hissəsinə Əmircan qəsbəsində ev aldığını bildirmişdir. Bundan başqa, Cavabdeh2 ilə övladı X24 arasında olan telefon danışığında Şükür pulu götürərək ev aldığını etiraf etmiş həmin səs yazıları məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli Ağdam rayon dövlət notariat ofisi tərəfındən təsdiq edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri atası Cavabdeh2, anası X10, arvadı İddiaçı, oğlu X24, qızı X16 qanun üzrə vərəsələri qismində tanınaraq hər biri miras əmlakdan 1/5 hissədə irs almışdır. Bundan başqa iş materiallarında olan, Bakı şəhər Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfındən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2(011)-6157/2024 saylı, xx.xx.2024- cü il tarixli məktuba cavab olaraq bildirmişlər ki, X20 ilə İddiaçınm nikahı Ağdam rayonu Zəngişanlı icra nümayəndəliyi tərəfindən 42 saylı xx.xx.2006-cı il tarixli aktla qeydiyyata alınmışdır, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdınlmış qeydiyyat inormasiya sistemində həmin şəxslərin nikahının pozulmasına dair məlumat aşkar edilməmişdir Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılaraq onun və övladlarının tələbinin əsası qanunvericiliklə nəzərdə tutulmuş qaydada kifayət qədər mötəbər dəlillərlə öz təsdiqini tapdığından məhkəmə tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd olunmuş dəlillər tamamilə əsassızdır və şikayət verilməsində məqsəd ona və övladlarına çatası pul məbləğinin verilməməsi üçün işin uzadılmasından ibarətdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
16. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti tutulmalı pul vəsaitinin məbləği hissəsində dəyişdirilməsi üçün əsasdır.
22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
24. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
25. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
26. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından tutulmalı pul vəsaitinin məbləği istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
27. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə tutulmalı pul vəsaitinin məbləği istisna olmaqla faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edilən hissədə haqlı sayılır.
28. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
29. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
30. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılsa da bu kifayət etməmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olsa da tam olmamışdır. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunduğundan, üstəlik qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edildiyindən qətnamə tutulmalı məbləğ hissəsində dəyişdirilməlidir.
31. Belə ki, İddiaçı hazırkı iddianı özünün adından da irəli sürməsi üçün subyektiv hüquqa malik olmalı idi. Yəni, onun mərhum X9 ölməsi ilə əlaqədar Rusiya Federasiyası tərəfindən verilmiş kompensasiya məbləğindən(sığorta ödənişindən) yetkinlik yaşına çatmamış iki övladı ilə yanaşı, özünə də pay tələb etməsi üçün subyektiv hüququ olmamışdır. Çünki Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-244/2019 saylı, 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbinin təmin edilərək X19 ilə arasında bağlanmış və Ağdam rayon icra Hakimiyyətinin Zəngişalı Ərazi Nümayəndəliyində 42 sayla qeydə alınmış xx.xx.2006-cı il tarixli nikahı pozulmuş, nikah pozulduqdan sonra 21 may 2008-ci ildə anadan olmuş X25 və 09 aprel 2009-cu ildə anadan olmuş X5 onun yanında qalmaları, cavabdeh X6 xx.xx.2008-ci ildə anadan olmuş X13 və xx.xx.2009-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçı Ağamirova (Hüseynova) Gülnarə Yunis qızının xeyrinə hər ay hər uşağa 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentə dair hissəsinin dərhal icra ediməsi qət edilmişdir. Göründüyü kimi, İddiaçı ilə mərhum Anar Ağamirov arasında sonuncu vəfat etdiyi 2022-ci ilin oktyabr ayında hər hansı bir qohumluq münasibəti qalmamışdır. Demək ki, İddiaçı mərhum Anar Ağamirovun ailə üzvü olmamışdır.
32. Buna görə də, mərhum X9 ölməsi ilə əlaqədar Rusiya Federasiyası tərəfindən verilmiş kompensasiya məbləğindən yetkinlik yaşına çatmamış iki övladı ilə yanaşı, özünə də pay tələb edərkən kompensasiyadan yararlanacaq şəxslər sırasında nikah pozulduğu üçün özünün olmadığını bilməmiş deyildi. Bu halları bildiyi halda məhkəməyə özünün adından müraciət etməkdə isə haqlı olmamışdır. Çünki mərhum X9 ölməsi ilə əlaqədar Rusiya Federasiyası tərəfindən verilmiş kompensasiya məbləğindən yararlanacaq şəxslər mərhumun övladları və valideynləri olmalıdır. İddiaçı nə vaxtsa mərhum Anar Ağamirovla nikahda olması isə ona sonuncunun ailə üzvü olmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etməyə əsas vermirdi. Ona görə də qətnamə ilə qət edilən məbləğ azaldılaraq tutulmalı məbləğ 2 500 000 (iki milyon beş yüz min) Rusiya rublu müəyyən edilməlidir.
33. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6157/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qətnaməsi tutulmalı məbləğ hissəsində dəyişdirilməli; Cavabdeh2 tutulmalı pulun məbləğ azaldılaraq 2 500 000 (iki milyon beş yüz min) Rusiya rublu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Rusiya rublunun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) müəyyən edilməli; qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6157/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qətnaməsi tutulmalı pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh2 tutulmalı pul məbləği azaldılaraq 2 500 000 (iki milyon beş yüz min) Rusiya rublu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Rusiya rublunun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.