Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-117/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı İKB ASC-nin (indiki adı "xxxx" ASC) nümayəndəsi X2 və Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İKB ASC-nin ("xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh4-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-2319/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB (indiki adı "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh4-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Gəncə filialı ilə Cavabdeh1 arasında 16.05.2013-cü il tarixli 10-S-l-0-698-13 № li kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə istehlak məqsədilə illik 19% dərəcəsi ilə 36 ay müddətinə 600000 manat məbləğində kredit vermişdir. Kreditin ödənişinin təminatı kimi Cavabdeh4 ilə bağlanmış 16.05.2013-cü il tarixli 10-S-l-0-698-13 №li sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus nominal dəyəri 2 manat olan 231398 ədəd sənədsiz adi adlı (N9-0********) səhmlərdən 229798 ədəd Cavabdeh4-nin səhmləri Azərbaycan Respublikası Milli Depozit Mərkəzi QTSC-də saxlanılmaqla İddiaçı İKBnin xeyrinə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh4 ilə 16.06.2013-cü il tarixli 10-S-l-0-698-13 nömrəli və Cavabdeh3 ilə 16.06.2013-cü il tarixli 10-S-1-0-698-13 №-li zaminlik müqavilələri bağlanmış və bu müqavilələrə əsasən zaminlər Cavabdeh4 və Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. Digər Cavabdeh2 isə girov qoyulmuş səhmlərin sahibi Cavabdeh1 həyat yoldaşıdır. Ona görə də o, cavabdeh kimi işə cəlb olunmuşdur. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 4, 149-150-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı ilə Cavabdeh1 arasında 16.05.2013-cü il tarixli 10-S-1-0-698-13 №-li kredit müqaviləsindən irəli gələn 12 yanvar 2016-cı il tarixinədək hesablanmış 579778 manat əsas borc, 266610 manat faiz borcu, 173934 manat dəbbə borcu, cəmi ******* manat borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 Qabil oğlundan və Cavabdeh4-dən iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi 16.05.2013-cü il tarixli, 10-S-l-0-698-L3 №-li sonrakı girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus nominal dəyəri 2 manat olan 231398 ədəd sənədsiz adi adlı (N-0********) səhmlərdən 229798 ədəd Cavabdeh4-nin səhmlərinə yönəldilməsi, səhmlərin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsaitin İddiaçı İKB-nin xeyrinə ödənilməsi, girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh1, Cavabdeh3 Qabil oğlunun və Cavabdeh4-nin digər əmlaklarına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı tərəf Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, digər tələblər olduğu kimi saxlanılmaqla İddiaçı ilə Cavabdeh1 arasında 16.05.2013-cü il tarixli 10- S-1-0-698-13 №-li kredit müqaviləsindən irəli gələn 24 may 2016-cı il tarixinədək hesablanmış 579778 manat əsas borc, 247408,32 manat faiz borcu, 28422,75 manat dəbbə borcu, cəmi 855609,85 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 Qabil oğlundan və Cavabdeh4-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-2319/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə 579778,78 manat əsas borc, 247408,32 manat faiz borcu, 1000 manat cərimə olmaqla, cəmi 828187,1 manat pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin Cavabdeh1 məxsus nominal dəyəri 2 manat olan 231398 ədəd adsız adi adlı (N9-0********) səhmlərdən 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracda satılması, səhmlərin satışından əldə olunmuş vəsaitin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, səhmlərin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh1 verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 Qabil oğlundan və "xxxx" ASC-dən müştərək qaydada tutularaq İddiaçı İKB-nin hesabına ödənilməsi, iddianın qalan 27422,75 manat dəbbə (cərimə) pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh1, Cavabdeh3 Qabil oğlunun və Cavabdeh4-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi, İddiaçı İKB tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 97%-i, yəni 29 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, qalan 3 %-i, yəni 1 manatın isə iddiaçıya aid edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, qətnamənin “iddia qalan 27422,75 manat dəbbə (cərimə) pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh1, Cavabdeh3 Qabil oğlunun və Cavabdeh4-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilsin” hissəsində dəyişdirilmədən saxlanılmaqla qalan hissədə qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən səhmlərin hal-hazırkı qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası, faiz borcunun hesablanması üçün isə məhkəmə mühasibatlıq ekspertizası keçirilməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 dekabr 2018-ci il tarixli 2(103)-984/2018 saylı qətnaməsi ilə hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-2319/2017 saylı qətnaməsi Cavabdeh1 aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli 2(102)-3427/19 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, cavabdehin səhmlərinin nominal dəyərinin 2 AZN müəyyən edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, əsaslandırılmadan qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, səhmlərin nominal dəyəri yox, real bazar dəyəri müəyyən edilməlidir. Bu məqsədlə ASC-nin aktivləri müəyyən edilməli, ona münasibətdə hər bir səhmin dəyəri müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi Vəkil izahatında göstərdi ki, təmsil etdiyi Cavabdeh1 təsisçisi olduğu Cavabdeh4-nin 1 ədəd səhminin nominal dəyərinin 2 manat olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır. Cavabdeh4 respublikamızda fəaliyyət göstərən rentabelli müəssisələrdən biri olub 11 fevral 2019-cu il tarixinə aktivlərinin bazar dəyəri 37400000 manatdır. ASC-nin aktivləri hər hansı bir iqtisadi köhnəlmədən azaddır. Müəssisənin 1 ədəd səhminin real bazar dəyəri 139,77 manat təşkil edir. Bundan əlavə, Cavabdeh1 kredit müqaviləsinin müddətinin başa çatdığı 16 may 2016-cı il tarixinə faiz borcu düzgün müəyyən edilməmiş, borcun məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. Buna görə də müvafiq ekspertizalar keçirilməklə obyektiv qərar qəbul edilməsini xahiş edir. İddiaçı İKB ASC-nin (indiki adı "xxxx" ASC) nümayəndəsi Xəqani Hüseynov apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, Cavabdeh1 iddiaçı banka olan kredit borcunun məbləği və girov predmeti olan səhmlərin ilkin satış qiyməti birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən olunmuşdur. Bununla belə hesab edir ki, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunmuş Cavabdeh4-nin 1 ədəd səhminin real bazar dəyərinin 139,77 manat olması real deyil. Buna görə də girov predmeti olan səhmlərin real dəyərinin müəyyən edilməsi üçün təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə müvafiq qətnamə qəbul edilməsini xahiş edir. Digər cavabdehlər Cavabdeh4-yə, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı "xxxx" ASC-nin və Cavabdeh1 nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyinə görə apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-2319/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929,46 manat, cəmi borcun məbləği 812708,24 manat müəyyən edilməli, qətnamənin nəticə hissəsində girov predmeti olan Cavabdeh1 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunmalı, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməlidir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator qətnamənin faiz borcu və girov predmeti olan səhmlərin ilkin satış qiyməti ilə bağlı hissəsini mübahisələndirmişdir. Mülki işin materiallarından görünür ki, İddiaçı Gəncə filialı ilə Cavabdeh1 arasında 16.05.2013-cü il tarixli 10-S-l-0-698-13 №-li kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə istehlak məqsədilə illik 19% dərəcəsi ilə 36 ay müddətinə 600000 manat məbləğində kredit vermişdir. Kreditin ödənişinin təminatı kimi Cavabdeh4 ilə bağlanmış 16.05.2013-cü il tarixli 10-S-l-0-698-13 №-li sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus nominal dəyəri 2 manat olan 231398 ədəd sənədsiz adi adlı (N9- 0********) səhmlərdən 229798 ədəd Cavabdeh4-nin səhmləri Azərbaycan Respublikası Milli Depozit Mərkəzi QTSC-də saxlanılmaqla İddiaçı İKB-nin xeyrinə yüklü edilmişdir. Qiymətli kağız buraxılışının qeydiyyatı: QKDK1010377K, 18.04.2002/. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh4 ilə 16.06.2013-cü il tarixli 10-S-l-0-698- 13 nömrəli və Cavabdeh3 ilə 16.06.2013-cü il tarixli 10-S-1-0-698-13 №-li zaminlik müqavilələri bağlanmış və bu müqavilələrə əsasən zaminlər Cavabdeh4 və Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. Digər Cavabdeh2 isə cavabdeh girov qoyulmuş səhmlərin sahibi Cavabdeh1 həyat yoldaşıdır. Ona görə də o, cavabdeh kimi işə cəlb olunmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən, iddiaçı Bank məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı İKB ASC-nin məhkəməyə verdiyi 24.05.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin banka 24.05.2016-cı il tarixinə 579778 manat əsas borc, 247408,32 manat faiz borcu, 28422,75 manat dəbbə borcu, cəmi 855609,85 manat borcu vardır. (i.v.161) Girov predmeti olan səhmlərə tutmanın yönəldilməsi haqqında bankın bildirişi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Bütün qiymətli kağızların girovunun rəsmi reyestrində qeydə alınmışdır. Bundan əvvəl apellyasiya qaydasında işə baxılarkən girov predmeti olan səhmlərin nominal dəyərinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 8 noyabr 2018-ci il tarixli 6722 saylı rəyinə əsasən Cavabdeh4-nin səhmlərinin birinin nominal dəyərinin 2 AZN olması nəzərə alınmaqla Cavabdeh1 məxsus 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədəd Cavabdeh4nin səhmlərinin hal-hazırda nominal dəyərinin 459596 manat olması müəyyən edilir. Həmin rəy Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 27.04.2018-ci il tarixli 04-509 saylı məktubunda qeyd olunan MDM-in uçot sistemi üzrə Cavabdeh4-nin səhmlərinin AZ********** dövlət qeydiyyat nömrəli, növü adi sənədsiz adlı səhmin nominal dəyərinin 2 AZN olması barədə məlumatlara əsaslanmaqla verilmiş, səhmlərin ümumi nominal dəyəri adi riyazi hesablama yolu ilə verilmiş, bu sahədə xüsusi biliklərdən istifadə edilməmişdir. İşə təkrar apellyasiya icraatı qaydasında baxılarkən səhmlərin real bazar dəyərinin müəyyən edilməsi üçün əlavə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 13 aprel 2020-ci il tarixli 4966 saylı rəyinə əsasən Cavabdeh4-yə məxsus 1 ədəd səhmin real bazar dəyərinin 139,77 AZN olması nəzərə alınmaqla Cavabdeh1 məxsus 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədəd səhmlərin real bazar dəyəri (Cavabdeh4-yə məxsus olan aktivlərin dəyəri nəzərə alınmaqla) 32118866,5 manat təşkil edir. Rəy belə əsaslandırılmışdır ki, müəssisənin aktivlərinin 11 fevral 2019-cu il tarixə olan bazar dəyəri 37400000 manat təşkil etdiyi əsas götürülməklə 1 ədəd sənədsiz adi adlı səhmin real bazar dəyəri 139,77 manat təşkil edir. (37400000 : 267571=139,77) “X5” MMC tərəfindən verilmiş Cavabdeh4-nin aktivlərinin bazar qiymətinin təhlilinə dair 11 fevral 2019-cu il tarixli hesabata əsasən, ASC-nin aktivləri hər hansı bir iqtisadi köhnəlmədən azad olmaqla onların dəyəri 11 fevral 2019-cu il tarixindən etibarən 37400000 manat səviyyəsində qiymətləndirilir. Müəssisənin aktivlərinə dəyəri 18000000 manat olan torpaq sahəsi, dəyəri 16860000 manat olan tikililər və dəyəri ******* manat olan avadanlıqlar daxildir. Təkrar apellyasiya icraatı zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 02.02.2021-ci il tarixli 9/3609 saylı rəyinə əsasən, Cavabdeh1 ilə İddiaçı KB ASC arasında bağlanmış 16.05.2013-cü il tarixli 10-S-1-698-13 saylı kredit müqaviləsi üzrə borcalanın banka olan kredit borcu kredit müqaviləsinin müddətinin başa çatdığı 16.05.2016cı il tarixinə əsas borc üzrə 579778,58 manat, faiz borcu üzrə 231929,46 manat, sonuncu ödəniş tarixi olan 07.08.2020-ci il tarixinə əsas borc üzrə 452166,77 manat, faiz borcu üzrə 0 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının 30.06.2021-ci il tarixli 9/4232 saylı rəyinə əsasən, Cavabdeh1 ilə İddiaçı KB ASC arasında bağlanmış 16.05.2013cü il tarixli 10-S-1-698-13 saylı kredit müqaviləsi üzrə borcalanın banka olan kredit borcu kredit müqaviləsinin müddətinin başa çatdığı 16.05.2016-cı il tarixinə əsas borc üzrə 579778,58 manat, faiz borcu üzrə 231929,46 manat, cəmi borcu 811708,04 manat məbləğində müəyyən olunur. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən İddiaçı İKB ASC-yə 16.05.2016-cı il tarixdən 07.08.2020-ci il tarixədək 480000 manat məbləğində ödəniş aparılmışdır. Hesabdan çıxarış məlumatlarına əsasən qeyd olunan ödənişlər əsas borcdan silinmişdir. Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış həmin kredit müqaviləsi üzrə borcalanın ekspert rəyinin tərtib edildiyi 30.06.2021-ci il tarixə banka ödənilməli olan kredit borcu əsas borc üzrə 99778,58 manat (579778,58-480000), faiz borcu üzrə 231929,46 manat, cəmi kredit borcu 331708,04 manat müəyyən olunur. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)- 2319/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı KB ASC arasında bağlanmış 16.05.2013-cü il tarixli 10-S-1-698-13 saylı kredit müqaviləsi üzrə borcalanın banka olan faiz borcunun məbləği 247408,32 manat manat müəyyən edilsə də, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq və təkrar məhkəmə mühasibatlıq ekspertizalarının rəylərinə əsasən, kredit müqaviləsinin müddətinin başa çatdığı 16.05.2016-cı il tarixinə Cavabdeh1 həmin banka faiz borcunun məbləğinin 231929,46 manat təşkil etməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müvafiq məhkəmə mühasibatlıq ekspertizası keçirib faiz borcunun məbləğini müəyyən etmədən, iddiaçı bankın 24.05.2016-cı il tarixinə, yəni müqavilə müddəti başa çatandan 8 gün sonrakı tarixə tərtib olunmuş maliyyə arayışına əsaslanaraq faiz borcunun məbləğini 247408,32 manat müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929,46 manat, cəmi borcun məbləği isə 812708,24 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh1 tərəfindən həmin kredit müqaviləsi üzrə İddiaçı İKB ASC-yə 16.05.2016-cı il tarixdən 07.08.2020-ci il tarixədək ödənilmiş 480000 manat məbləğində pul vəsaiti qətnamənin icrası zamanı nəzərə alınmalıdır. Girov predmeti olan səhmlərin ilkin satış qiyməti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Qeyd olunduğu kimi, Cavabdeh4-yə məxsus 1 ədəd səhmin nominal dəyərinin 2 AZN olması barədə məhkəmə mühasibatlıq ekspertizasının 8 noyabr 2018-ci il tarixli 6722 saylı rəyi kifayət qədər əsaslandırılmadan verildiyindən, sübut kimi qəbul oluna bilməz. Həmin rəyin kifayət qədər əsaslandırılmadan verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 may 2019-cu il tarixli qərarında da öz əksini tapmışdır. İş materiallarında Cavabdeh4-yə məxsus 1 ədəd səhmin real bazar dəyəri barədə yeganə mötəbər sübut Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 13 aprel 2020-ci il tarixli 4966 saylı rəyidir ki, həmin rəylə 1 ədəd səhmin dəyərinin 139,77 manat olması müəyyən edilmişdir. Həmin rəydə 1 səhmə düşən kapitalın (xalis aktivin) dəyəri müəssisənin aktivlərinin dəyərinin səhmlərin sayına bölünməsi yolu ilə müəyyən edilmişdir. (37400000 manat : 267571 ədəd səhm=139,77 manat) Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 13 aprel 2020-ci il tarixli 4966 saylı rəyi kifayət qədər əsaslandırıldığından, mötəbər sübut kimi qəbul edilə bilər. Lakin məhkəmə kollegiyası hesab edir ki, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Hazırkı iş üzrə səhmlər ipoteka predmeti yox, daşınar əmlak kimi girov predmeti olduğundan, qanunvericilikdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında girov predmetinin ilkin satış qiymətinin göstərilməsi kimi mütləq göstəriş yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, girov predmeti olan səhmlərin açıq hərraca çıxarılması tarixi qeyri-müəyyən olduğundan və bazar iqtisadiyyatı şəraitində səhmlərin qiymətinin qalxıb-enməsi labüd proses olduğundan, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiymətinin göstərilməsi məqsədəmüvafiq deyil. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)- 2319/2017 saylı qətnaməsi Cavabdeh1 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində ləğv edilməli, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa), ipoteka isə daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-2319/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ("xxxx" ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929,46 manat, cəmi borcun məbləği 812708,24 manat müəyyən edilsin. Girov predmeti olan Cavabdeh1 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunsun, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 420 manat pul Cavabdeh1, təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 150 manat pul iddiaçı "xxxx" ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-117/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-117/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver