Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1173/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili-nümayəndəsi Əhmədov Nəsib Ağa oğlunun iştirakı ilə, İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-212/2018 saylı işi üzrə 08 yanvar 2018-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı KB ASC-nin xeyrinə 12.04.2012-ci il tarixli UM-17/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08.05.2015-ci il tarixli 27UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 28.921,93 ABŞ dolları, faiz borcu üzrə 658,86 ABŞ dolları, cərimə borcu üzrə 819,45 ABŞ dolları, cəmi 30.400,24 ABŞ dolları; 25.11.2015-ci il tarixli 182UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 97.816,86 ABŞ dolları, faiz borcu üzrə 11.029,36 ABŞ dolları, cərimə borcu üzrə 1.333,42 ABŞ dolları, cəmi 110.179,64 ABŞ dolları məbləğində borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən 394a saylı bağ evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və ipoteka predmeti olan əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 08.05.2015-ci il tarixli 27UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 30.400,24 ABŞ dolları, 25.11.2015-ci il tarixli 182UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 110.179,64 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq İddiaçı KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 170.000 (bir yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən 394a saylı bağ evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin bağ evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(004)- 212/2018 nömrəli qətnaməsi ilə İddiaçı KB ASC-nin iddiası qismən təmin edilmiş, 08 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 28921 ABŞ dolları əsas borc, 658 ABŞ dolları faiz borcu, 819 ABŞ dolları cərimə borcu, cəmi 30400 ABŞ dolları, 25 noyabr 2015- ci il tarixli kredit müqaviləsinə əsasən 97816 ABŞ dolları əsas borc, 11029 ABŞ dolları faiz borcu, 1333 ABŞ dolları cərimə borcu, cəmi 110179 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən bağ evinə yönəldilməklə ipoteka predmetinin açıq hərracdan satılması, torpaq sahəsinin bazar dəyərinin 54000 manat, həmin torpaq sahəsi üzərində yerləşən bağ evinin bazar dəyərinin 210000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli, 2(004)-212/2018 saylı qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)- 5416/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli qətnaməsi - ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti və evin boşaldılması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 394a saylı bağ evinin ilkin satış qiyməti 210.000 manat müəyyən edilmiş, həmin əmlak açıq hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılması, qətnamənin apellyanta münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən 09.07.2019-cu il tarixdə Cavabdeh1 hüquqi varisi Maraqlı şəxs nümayəndəsi və vəkili Əhmədov Nəsib Ağa oğlu kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli 2(103)-5416/2018 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 hüquqi varisi Maraqlı şəxs nümayəndəsi və vəkili Əhmədov Nəsib Ağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07.11.2019-cu il tarixli 2(102)- 6685/2019 nömrəli qərarı ilə Cavabdeh1 hüquqi varisi Maraqlı şəxs nümayəndəsi və vəkili Əhmədov Nəsib Ağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli 2(103)-5416/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(004)- 212/2018 nömrəli qətnaməsi ilə razılaşmayan maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək, iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.08.2020-ci il tarixli 2(103)-5513/2020 nömrəli qərardadı ilə Cavabdeh1 hüquqi varisi Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli 2(004)-212/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(102)-460/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli 2(103)-5513/2020 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Cavabdehin hüquqi varisi Maraqlı şəxs apellyasiya şikayətinin mümkünlüyünə baxılması məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.06.2021-ci il tarixli 2(103)-4544/2021 nömrəli qərardadı ilə Cavabdeh1 qanun üzrə vərəsəsi Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli 2(004)-212/2018 nömrəli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilmiş, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Maraqlı şəxs apellyasiya şikayətinin verilməsi üçün buraxılan prosessual müddətin bərpasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh1 qanun üzrə vərəsəsi Maraqlı şəxs 24.08.2021-ci il tarixdə buraxılmış posessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-212/2018 nömrəli, 13.09.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, mərhum Cavabdeh1 qanun üzrə vərəsəsi Maraqlı şəxs iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli 2(004)212/2018 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti buraxmasının səbəbləri üzürlü hesab edilərək bərpa edilmiş, mərhum Cavabdeh1 qanun üzrə vərəsəsi Maraqlı şəxs iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli 2(004)-212/2018 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı KB ASC-nin nümayəndəsi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)212/2018 nömrəli, 13.09.2021-ci il tarixli qərardadının ləğv edilməsini, cavabdehin hüquqi varisinin apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsini və apelyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-212/2018 nömrəli, 25.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı KB ASC-nin nümayəndəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-212/2018 nömrəli, 13.09.2021-ci il tarixli qərardadından verdiyi şikayət ərizəsi təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.11.2021-ci il tarixli 2(103)-11400/2021 nömrəli qərardadı ilə İddiaçı KB ASC-nin şikayəti rədd olunmuş, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfinfən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 212/2018 saylı işi üzrə 08 yanvar 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işə yeni nömrə (hazırki iş) verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs vəkili-nümayəndəsi Əhmədov Nəsib Ağa oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Məmmədov apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin məhkəmə iclasında iştiraklarının təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 212/2018 saylı 08 yanvar 2018-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməklə ləğv edilməlidir. Belə ki, iş materiallarından və Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, borclu, eyni zamanda ipoteka qoyan Cavabdeh1 13 dekabr 2016-cı il tarixdə ölmüş, İddiaçı KB ASC isə 17 aprel 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 58.1-ci mаddəsinə əsаsən, mübаhisə еdilən hüquq münаsibətində və yа qətnаmə ilə müəyyən еdilən hüquq münаsibətində tərəflərdən biri sırаdаn çıхdıqdа (şəхs öldükdə və s.) məhkəmə həmin tərəfi оnun hüquq vаrisi ilə əvəz еtməyə yоl vеrir. Hüquq vаrisliyi prоsеsin hər hаnsı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci mаddəsinin tələbinə görə isə hüquq vаrisi prоsеsə dахil оlаnа qədər prоsеsdə еdilmiş bütün hərəkətlər, оnun əvəz еtdiyi şəхs üçün məcburi оlduğu kimi, hüquqi vаrisi üçün də məcburidir. Göründüyü kimi, qаnunun mənаsınа görə, prоsеssuаl hüquq vаrisliyinə yаlnız о hаldа yоl vеrilir ki, tərəf işə bахılаrkən sırаdаn çıхmış (hаzırki hаldа vəfаt еtmiş) оlsun. Cavabdeh1 оğlu isə İddiaçı KB ASC iddiа ilə məhkəməyə mürаciət еtməzdən əvvəl vəfаt еtmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı KB ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(004)-212/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli, 2(103)-5416/2018 nömrəli qətnaməsi ilə İddiaçı KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(004)-212/2018 nömrəli qətnaməsi ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti və evin boşadılması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 394a saylı bağ evinin ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılması, qətnamənin apelyatora münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi verilərək icraya yönəlmişdir. Hərracın yekunları barədə 21 yanvar 2019-cu il tarixli protokolla Cavabdeh1 məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 394 saylı bağ evi və 0,12 ha torpaq sahəsi 133875 manata İddiaçı ASC tərəfindən alınmışdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, iş üzrə qəbul edilmiş məhkəmə aktlarını nəzərə alaraq qeyd edir ki, mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli, 2(103)-5416/2018 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş və icra sənədi ipoteka hissəsində icra edilmiş, lakin borcun tutulması hissəsində icra edilmədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(004)-212/2018 nömrəli qətnaməsi borcun tutulması hissəsində ləğv edilməli, iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(004)-212/2018 nömrəli qətnaməsi üzrə borcun tutulmasının yönəldiyi şəxs vəfat etdiyindən, birinci instansiya məhkəməsinin ölmüş şəxsin barəsində yönələn iddia tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli qərarında mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd etmişdir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. ... Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsi Plenumunun “M.Həsənovanın şikayəti üzrə 2015-ci il 2 fevral tarixli” Qərarına əsasən məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli” Qərarına əsasən hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 387.2.8-ci maddəsinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 261, 387.2.8, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-212/2018 saylı işi üzrə 08 yanvar 2018-ci il tarixli qətnaməsi “borcun tutulması” hissəsində ləğv edilsin. İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata “borcun tutulması” hissəsində xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1173/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1173/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver