Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11739/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Xəqani İmanovun, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqaviləsi üzrə borcun tutulması tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, tərəflərin arasında bağlanmış 24.01.2020-ci il tarixli, 5218739/KM1 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 14.204,22 manat, faiz borcu kimi 3.904,69 manat, cəmi 18.108,91 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və yeni qətnamə qəbul olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, krdit alan əsas borc üzrə ödəniş edib, lakin bank ödənişi əsas borca deyil, faizə silib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Xəqani İmanov apellyasiya şikayətinin əsassız olduğunu, Cavabdeh2 isə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında bağlanmış 24.01.2020-ci il tarixli, 5218739/KM1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh2 15.000 manat məbləğində kredit verib. Kredit 48 ay müddətində verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 23 faiz müəyyən olunub. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, Cavabdeh2 iddiaçının qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş borcu var. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pul tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Digər cavabdeh – zamin Cavabdeh1 apellyasiya şikayəti vermədiyindən qətnamənin ona aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11739/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11739/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver