Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1175/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(001)-2840/2020 saylı qətnaməsindən iddiaçı ”zaq̇ ırəzA“ İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “təbii X1 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2.863,80 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2.893,80 manat pulun cavabdehdən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı 04 avqust 2017-ci il tarixli, AK-1/4393 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AQ**********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və “Qazdanistifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBnin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxışkeçirilərkən qaz sayğacına müdaxilə edərək cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən akt tərtib edilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 19.04.2017-ci il tarixli,0118224saylı akt əsasında 788,40 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 853,20 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 97,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 97,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 97,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylıakt əsasında 64,80 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 30.12.2019- cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 31.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 288 manat, cəmi 2.863,80 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standartqaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2.863,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2.863,80 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi bildirilmişdir. Qeyriqanuni qoşulma faktını təsbitləyən materiallar cavabdehin əməlinə hüquqi qiymət verilməsi məqsədilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Binəqədi rayon Polis İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində cavabdeh 26.09.2019-cu il tarixli, ******* saylı inzibati xəta haqqında protokollar əsasında təqsirkar şəxs kimi müəyyən edilmişdir. Həmin inzibati xəta haqqında protokollarda təqsirkar şəxs olan Cavabdeh təbii qazdan qeyriqanuni istifadə etdiyini etiraf etmişdir. İddiaçı İB-nin işçiləri tərəfindən qeyri-qanuni qoşulma haqqında tərtib edilmiş aktlar və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla təqsirli hərəkət ilə təbii qazdan qeyriqanuni istifadə edildiyi, bunun nəticəsində Birliyə maddi ziyan vurulması faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(001)-2840/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə ******* saylı, 30 sentyabr 2019-cu il tarixli akt əsasında hesablanmış 64,80 (altmış dörd manat, səksən qəpik) manat alınaraq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı ”zaq̇ ırəzA“ İB apellyasiya şikayəti verərək, onun təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğu üçün aşağıdakı əsaslara görə ləğv edilməlidir: Belə ki, Cavabdeh yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək təbii qazın verilməsi dayandırılmış, bu səbəbdəndə, itirilmiş qazın dəyərinə görə 2893,80 manat məbləğində pul hesablanaraq abonentdən tələb edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında 04 avqust 2017-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə” AK-1/4393 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 26 sentyabr 2019-cu il tarixli, ******* saylı Protokolundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 10 ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə halları müəyyən edilmiş, nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 26 sentyabr 2019-cu il tarixli, ******* nömrəli “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardadından görünür ki, Cavabdeh barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol/prokurorun qərarı və digər materiallar baxılması üçün aidiyyəti üzrə Bakı Azəriqaz İstehsalat Birliyinə göndərilmişdir. İddiaçı əməkdaşları İmamverdiyev Elşad, Baxşiyev Ariz və Ələkbərov Məhəddin tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” 30 sentyabr 2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Aktda istehlakçı Cavabdeh aktı imzalamasından imtina etməsi qeyd edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 sentyabr 2019-cu il tarixli icra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 10-da qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 60 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 648 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Sayğacdan əlavə qaz xəttinə qoşulma olduğunu təsdiq edən fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 10-da yerləşən istehlakçı Cavabdeh yaşadığı fərdi yaşayış evində istifadə olunan qaz xəttinə cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən növbəti texniki baxış keçirilən zaman sayğacdan əlavə qaz xəttinə qoşulma olduğu müəyyən edilərək bununla bağlı fotoşəkillər çəkilərək 30 sentyabr 2019-cu il tarixli akta əlavə edilmişdir. Abonent Cavabdeh məxsus **********00000 saylı Abonent saldosundan görünür ki, 2019-cu ilin sentyabr ayı üçün qazın sərfi 648 m3, qalıq və akta görə hesablanmış borc 64,80 manat təşkil edir. Məhkəmə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarının 1.3, 1.4, 2.5, 2.12, 3.4, 3.4.1, 3.4.4, 6.5, 6.6, 6.7-ci bəndələrinə istinad edərək, müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 10-da yerləşən istehlakçı Cavabdeh yaşadığı fərdi yaşayış evində istifadə olunan qaz xəttinə qaz sayğacı quraşdırılmış, həmin qaz sayğacına cavabdeh təşkilatın mütəxəssisləri və hüquq mühafizə orqanları tərəfindən baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmiş, bununla bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən 26 sentyabr 2019-cu il tarixdə Protokol tərtib edilərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edilmişdir. Daha sonra Birliyin əməkdaşları tərəfindən 30 sentyabr 2019-cu il tarixdə akt tərtib edilmiş, həmin akta əsasən cavabdehə 64,80 manat məbləğində borc hesablanmışdır. Məhkəmə həmçinin Mülki Məcəllənin 1096.1, 1097.1, 21-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Göründüyü kimi, iddiaçı qanunsuz qoşulma faktını aşkar edərək, hüquq mühafizə orqanlarına bu barədə məlumat vermiş, bununla da cavabdehin qaz xəttinə qanunsuz qoşulma faktı polis orqanın tərtib etdiyi protokolla, habelə Birliyin əməkdaşlarının tərtib etdikləri aktla öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə qeyd edilən aktı mötəbər hesab etmiş, iddia tələbinin “cavabdehin qeyri-qanuni olaraq qazdan istifadə etməsi ilə bağlı tərtib edilmiş 30 sentyabr 2019-cu il tarixli akta əsasən hesablanmış 64,80 manat məbləğində pulun tutulması” hissəsini əsaslı hesab edərək belə nəticəyə gəlmişdir ki, iddia bu hissədə təmin edilməli, Cavabdeh istehlak olunmuş təbii qaza görə 64,80 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbinin qalan hissələri, yəni 19.04.2017-ci il tarixli ******* saylı akt əsasında 788,40 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 853,20 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 97,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 31.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 288 manatın tutulması hissələrini isə məhkəmə əsassız hesab edərək, aşağıdakıları qeyd etmişdir. İşin mübahisəsiz olan hallarına əsasən qaz xətti istehlakçı Cavabdeh tərəfindən istifadə olunan evin daxilində deyil, hasarın çöl tərəfində, yəni ümumi istifadə olunan yoldan keçir, digər tərəfdən isə növbəti texniki baxışlar təşkilatın mütəxəssisləri tərəfindən istehlakçı Cavabdeh iştirakı olmadan keçirilmiş, aktlar istehlakçının iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırılmadan davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin qaz xəttinə qanunsuz qoşulduğunu sübut etməlidir. İddiaçı tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş aktlarla bağlı məhkəmə bir daha qeyd edir ki, həmin aktlar cavabdeh tərəfindən imzalanmamış, aktların bir nüsxəsi cavabdehə təqdim edilməmiş, istehlakçı iştirak etmədiyi halda aktın tərtib edilməsinə bitərəf şəxslər (hal şahidləri) dəvət edilməmiş, dəfələrlə qanunsuz qoşulma halları həqiqətəndə aşkar edildiyi halda hüquq-mühafizə orqanlarına müraciət olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin qanunsuz qoşulduğu bildirilən qaz xəttinin cavabdehin yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yoldan keçdiyini və bu səbəbdən cavabdehin qaz xəttini kənar müdaxilələrdən qorumasının qeyri-mümkün olması nəzərə alınaraq müdaxilənin məhz cavabdeh tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Apellyasiya mərhələsində təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29 mart 2021ci il tarixli, 10/1009 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan “Təbii X1nın pozulması haqqında” aktlara əsasən Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 10 ünvanında yerləşən fərdi yaşayış evinə sayğacdan kənar qoşulma halının olduğu müəyyən edilir. Ekspert tərəfindən ünvana baxış keçirilmədən, iş materiallarına görə rəy verildiyindən, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 10/4420 saylı rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, İ mədən, korpus 10 ünvanında yerləşən mübahisə predmeti olan yaşayış evinə çəkilmiş qaz xətlərinin yeri dəyişdirildiyi üçün, baxış zamanı faktiki vəziyyət və iş materiallarında olan fotoşəkillərin müqayisəli analizini aparmaqla qaz xəttinə sayğacdan kənar qoşulma halının olub-olmamasını müəyyən etmək mümkün olmadı. Həmin rəydən görünür ki, ekspert tərəfindən ünvana baxış keçirilmiş, sayğac zavod nömrəli olmaqla, açıq şəkildə quraşdırılmışdır. Üzərində hər hansı sınma və dağılma izləri yoxdur, blombu tam olaraq yerindədir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə apellyasiya mərhələsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatı dəyəri olan 200 manatın 190 manatı cavabdeh ”zaq̇ ırəzA“ İB-dən, 10 manatı iddiaçı Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ”zaq̇ ırəzA“ İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(001)-2840/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya mərhələsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatı dəyəri olan 200 (iki yüz) manatın 190 (yüz doxsan) manatı cavabdeh ”zaq̇ ırəzA“ İB-dən, 10 (on) manatı iddiaçı Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-1175/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1175/2021
24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver