Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1175/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Aşıqlar Birliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X8 İnstituna, X11 və Cavabdeh1nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və X12 cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: müəlliflik hüququnun müdafiəsi və dəymiş maddi zərərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, onun nümayəndələri və vəkilləri Vəkil3 və Vəkil2, Cavabdeh X9, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-168/2024 saylı iş üzrə 31 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2023-cü il tarixli 11- 4/2-B-2-xx-xx/2023 nömrəli vətəndaş İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, “Aşıq Valeh” (İqtisad Universiteti nəşriyyatı, © “İqtisad Universiteti”, 332 səhifə, 2007) (bundan sonra 1-ci kitab) və yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş eyniadlı ikinci kitab “Aşıq Valeh” (ADPU-nin mətbəəsi, © “Azərbaycan Dövlət Pedaqoji Universiteti”, “Şıxvəndli.H”, 348 səhifə, 2011) (bundan sonra 2-ci kitab) adlı kitablarla, tərtibatçı müəllifi Almara Nəbiyeva olan “Qarabağdan səfər etdim” (“Red line” mətbəəsi, © A.Valeh, 220 səhifə, 2022-ci il) (bundan sonra 3-cü kitab) adlı kitab müqaisə edilmişdir. Müqaisə nəticəsində müəyyən edilmişdir ki: - 1-ci və 2-ci kitabların mündəricatı Aşıq Valeh haqqında məlumat verən yazılar (“Aşıq Valeh sevgisi” və “Aşıq Valehin həyatı, dövrü və mühiti”) və “ön söz”lə başlayır. 3-cü kitabın mündəricatı isə “Ön söz” ilə başlayır və müqaisə olunan kitablarla məzmunu fərqlidir. - 1-ci, 2-ci və müqaisə olunan 3-cü kitabın mündəricatındakı şeirlər “Qoşmalarla” başlayır. 1-ci və 2-ci kitabla müqaisəyə əsasən 3-cü kitabda Qoşmalara daxil olan 7 şeirin adı dəyişdirilmiş, yeni 4 şeir əlavə olunmuş və şeirlərin sıralanması fərqlidir. - 3-cü kitabın mündəricatında Qoşmalardan sonra “Təcnislər gəlir”. 1-ci və 2-ci kitabda isə Təcnislər bölməsi yoxdur. 3-cü kitabda Təcnislərə daxil olan iki şeirin (“Söylər aman hey” və “Nə ələm indi”) adı dəyişdirilsə də, 2-ci kitabın Qoşmalar bölməsindəki son iki şeirlə eynidir (“Aman hey” və “İndi"). - Hər üç kitabın mündəricatında “Gəraylılar” bölməsi vardır. 1-ci və 2-ci kitabla müqaisədə 3-cü kitabda “Gəraylılar" bölməsinə daxil olan şeirlərin sıralanması fərqlidir və “Kağızı” şeirindən başqa digər 5 şeirin adları fərqlidir. - “Gəraylılar” bölməsindən sonra hər üç kitabda “Müxəmməslər”, “Müxtəlif şeirlər” və “Müstəzadlar” bölməsi eyni ardıcıllıqla gəlir. “Müxəmməslərdə daxil olan 5 şeirdən 4- nün sırası, adı eynidir və 1 yeni şeir əlavə olunmuşdur. “Müxtəlif şeirlər” bölməsinə daxil olan 4 şeirdən 3-nün adı və sırası eynidir. “Müstəzadlar" bölməsində isə 1 şeirin adı dəyişdirilərək istifadə olunmuşdur. - 3-cü kitabın “Əhvalatlar” bölməsində 1-ci və 2-ci kitabın “Əhvalatlar" bölməsindəki bir şeirdən (“Gəldim”) istifadə olunmuşdur. 3-cü kitabın “Deyişmələr” bölməsinə daxil olan 16 şeirdən 10-u 1-ci və 2-ci kitabdakı “Deyişmələr”ə daxil olan şeirlər ilə üst üstə düşsə də, sıralanma fərqlidir. 3-cü kitabın “Deyişmələr” bölməsinə 6 yeni şeir əlavə olunmuşdur. - 3-cü kitabın mündəricatının sonunda yer alan “Dastanlar” bölməsində 3 dastdandan biri 1-ci və 2-ci kitabdakı “Dastanlar” bölməsi ilə üst-üstə düşür və 2 yeni dastan əlavə olunmuşdur. - 1-ci və 2-ci kitabdan fərqli olaraq 3-cü kitabda “Bədiyyələr”, “Həcvlər” “X32” və “Əlavələr” bölməsi yoxdur. - Nəticə olaraq 1-ci və 2-ci kitabların tərtibatı ilə 3-cü kitabın tərtibatında, dizaynında və materialların düzümündə müəyyən fərqlər mövcuddur və tam üst-üstə düşmür. - Bildirilir ki, müraciətinizlə əlaqədar Almara Nəbiyeva 2023-cü il 28 mart tarixində Agentliyə dəvət edilmiş və izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, tərtibatçı müəllifi olduğu “Qarabağdan səfər etdim” adlı kitabını müxtəlif tətqiqatçıların əsərlərindən, X44 haqqında 1970-ci ildə çap olunmuş “Alçaqlı ucalı dağlar” kitabından, Mahmud Allahamanlının “Aşıq Valehin həyat yaradıcılığı” adlı dissertasiya işindən və 2014-cü ildə çap olunmuş Taleh Mirəliyevin “Haqq aşığı Vücudnamədən- cahannaməyə” adlı kitablardan istifadə olunmuşdur. Cavabdeh2 həmçinin qeyd etmişdir ki, adıçəkilən kitablardan, müxtəlif tətqiqatçıların və informator söyləyicilərin yaradıcılığından bəhrələnərək ərsəyə gətirdiyi “Qarabağdan səfər etdim” adlı kitabın tərtibatçı müəllifi olduğunu bildirmiş və İddiaçı müəlliflik hüququnu pozmamışdır. - Qanunun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən Topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. - Tərtibatçı topluya daxil ejilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Topluya daxil edilmiş əsərlərin müəllifləri, müəllif müqaviləsində başqa hallar nəzərdə tutulmadıqda, öz əsərlərindən istədikləri qaydada istifadə edə bilərlər. - Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur. - A.Vəliyeva “Qarabağdan səfər etdim” adlı kitabının tərtib olunmasında istifadə etdiyi mənbələri kitabın 212-ci səhifəsində yerləşən “İnformator-söyləyicilər haqqında məlumat” bölməsində göstərmişdir. H.Behbudova məxsus “Aşıq valeh” (1-ci və 2-ci kitab) adlı kitabın tərtib olunmasında istifadə olunan mənbələr, ədəbiyyat siyahısı göstərilməmişdir..
2. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən X22 verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, müəllifi olduğu və 2011-ci ildə “ADPU” nəşriyyatında çapdan çıxmış “Aşıq Valeh” adlı kitabın və müəllifi olduğu və 2007-ci ildə “İqtisad Universiteti” nəşriyyatında çapdan çıxmış “Aşıq Valeh” adlı kitabın istifadəsi ilə bağlı müstəsna hüquqlar müəllifə məxsusdur.
3. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmənin qərardadı əsasında verilmiş xx.xx.2024cü il tarixli 3-16-16/2-5/1660/2024 nömrəli ekspert rəyindən görünür ki, 2007-ci ildə “İqtisad Universiteti” mətbəəsində nəşr edilən, toplayan, tərtib edən, nəşrə hazırlayan, ön sözün müəllifi X13 “Aşıq Valeh” 1-ci kitab, 331 səhifədən ibarət, yumuşaq cildlə üzlənmiş kitab və 2011- ci ildə “Azərbaycan Dövlət Pedaqoji Universiteti” mətbəəsində nəşr edilən, toplayan, tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi X13 “Aşıq Valeh” 1-ci kitab, 345 səhifədən ibarət, bərk cildlə üzlənmiş kitabı 2022-ci ildə “Red N Line” mətbəəsində nəşr edilən, toplayıb tərtib edən, lüğət, izah və qeydlərin müəllifi X7 “Aşıq Valeh. Qarabağdan səfər etdim” (Aşıq Valehin 300 illik yubileyinə həsr olunub) kitabı yuxarıda adı çəkilən kitablarla müqayisə edilərək araşdırılmış, nəticə etibarı ilə hər üç kitabda X45 yaradıcılığı öz əksini tapmışdır. Hər iki müəllif müxtəlif dövrlərdə Aşıq Valehə məxsus materialları toplamışdır. Folklor araşdırmalarında toplanmış materiallara dəyişiklik etmək mümkün olmadığı üçün X17 da topladığı materialları olduğu kimi vermək məcburiyyətində qalmışdır. Araşdırma zamanı iddiaçı X22 məxsus elmi nəzəri fikirlər kitabda öz əksini tapmamışdır. Bu səbəbdən cavabdeh X7 toplayıb tərtib etdiyi, Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş “Aşıq Valeh. Qarabağdan səfər etdim” kitabında plagiat faktı aşkar edilməmişdir.
4. İş materiallarında olan BDU-nun magistratura, aspirantura və doktorantura şöbəsinin X11 verdiyi xx.xx.2003-cü il tarixli arayışdan görünür ki, Almara Nəbiyeva həqiqətən 1999-cu ildən BDU-nun Folklor kafedrasının dissertantıdır.
5. İş materiallarında olan Bakı Dövlət Universiteti üzrə xx.xx.2018-ci il tarixli əmrdən çıxarışının surətindən görünür ki, X19 xx.xx.2018-ci il tarixdən 5719.01 Folklorşünaslıq ixtisası üzrə Filologiya fakültəsi, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dövlət büdcəsi hesabına elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə doktorantı doktorantının doktorluq dissertasiya mövzusu “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” kimi təsdiq edilmişdir.
6. Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi şurasının Filologiya problemləri üzrə elmi şuranın xx.xx.2019-cu il tarixli 5 saylı iclasının protokolundan çıxarışın surətindən görünür ki, Bakı Dövlət Universitetinin doktorantı X19 üçün “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” filologiya üzrə elmlər doktorluğu dissertasiyası mövzusu təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər X11 qarşı “müəlliflik hüququnun pozulması ilə əlaqədar kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlir əvəzinə 100.000 manat kompensasiyanın İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, müəllifi olduğu “Aşıq Valeh” (İqtisadiyyat Universiteti Nəşriyyatı, 332 səhifə, 2007) və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş ikinci kitab “Aşıq Valeh” (ADPU-nin mətbəəsi, Şıxvəndilli H. 348 səhifə, 2011-ci il) kitablarını, rasmlərini cavabdeh, X19 öz nəşrlərinə əlavə etməklə onun müəlliflik hüququnu pozmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, onun kitabları və qarşı tərəfin ondan sonra nəşr etdiyi “Qarabağdan səfər etdim” (Red line mətbəəsi, A.Valeh, 220 səhifə, 2022-ci il) müqayisə edilərək məhkəmə tərəfindən ona müəllif kimi dəymiş ziyan hesablanaraq ödənilməlidir: 1) Qarabağdan səfər etdim kitabının ön səhifəsinin rəsmi ona aid olan kitab nəşrlərindən mənimsənilmişdir. 2) Qoşmalar hissəsində Dünya, Olar bir gün, Mən, Sambur, Keçibdir, Gəlibsiz, Nə dedi, Gəlsin, “Bir qız ilə bir gəlinin bəhsi var”, Olsun, Söhbət aç, Bükülmüş, Kim oldu, Yavaş yavaş, Dardadır, Haldayam, Oldum, Deyilmi, Daşmüşəm, Var, İstərəm, Olsun, Hardadır, Yoxdur, Ağlayır, İlqarınam, Gördünmü, Bağışla məni, Bürümüş, Çəkər, Görəsən, Yaxşıdır, Bəyənməz, Gəldim, Sevdiyim adlı və sair ümumilikdə 170 qoşmalar onun kitabında olan ilə eynidir. 3) Təcnislər - Söylər aman hey, Nə ələm indi də kitabından götürülmüşdür. 4) Gəraylılar- Hansına qurban mən olum, Səri, Mən gəldim, Kağızı, Halal eylə himmət eylə, Olan könül də onun kitabİndan götürülmüşdür. 5) Müxəmməslər - İsitmə, Öyrənmiş, Mollalar, Ey Zərnigar da ondan götürülüb əlavə edilmişdir. 6) Cahannamə, Olmasın, Vücudnamə, Dedi, Müstəzad (Dəxi nə demək), həmçinin deyişmələr (X50 Cəlalın deyişməsi, X50 Mahmudun deyişməsi, Ustad Səməd ilə Aşıq Valehin deyişməsi, X38 Valehin deyişməsi, Aşıq Valeh ilə Aşıq Feyruzun deyişməsi, Aşıq X30 deyişməsi, X29 deyişməsi, X47 Valehin deyişməsi, X48 Valehə məktubu, X39 cavabı) da onun kitablarındakılar ilə eynidir. 7) Zoğal əhvalatı da onun kitabından götürülmüşdür. 8) Valeh və Zərnigar dastanı da onun kitabından alınmışdır. 9) Cavabdehin əslən Qarabağ mədəni irsini görüb, orada yaşamaması hazırkı kitab “Qarabağdan səfər etdim” adı yazması şübhə yaradır. Qarşı tərəfin belə əsərləri yalnız Bakı Dövlət Universitetinin və digər dövlət kitabxanalarında onun nəşr etdiyi kitablardan mənimsəməsi kimi qiymətləndirilir. Bildirmək istəyir ki, qarşı tərəfin başqa nəşr edilmiş kitab nəşri mövcud deyildir. Hesab edir ki, onun uzun illərdir 20 ildir arxivlərdən və başqa-başqa mənbələrdən axtarıb toplamış, öz elindən obasından, təhsil aldığı təhsil müəssisəsindən Qarabağlı olaraq topladığı materiallardan çap etdiyi kitab nəşrindən müəlliflik hüququ ona məxsus əsərləri mənimsənilməsi qanunsuzdur. Bu təhqiqat işini ondan Aşıq Valehin kötükcəsi Abbas Əliyev xahiş etmişdir. O, onun ana qohumudur. İddiaçının etmiş olduğu müraciətə əsasən Əqli Mülkiyyət Agentliyinin xx.xx.2023-cü il tarixli 114/2-B-2 42 22/2023- saylı cavab məktubuna əsasən 3-cü kitabda Təcnislərə daxil olan son iki şeir eynidir, hər üç kitabda Gəraylılar bölməsi vardır, 3-cü kitabda şeirlərin sıralanması fərqlidir və Kağızı şeirindən başqa digər 5 şeirin adları fərqlidir, Müxəmməslər, Müxtəlif şeirlər, və Müstəzadlar bölməsi eyni ardıcıllıqla gəlir, Müxəmməslər-ə daxil olan 5 şeirdən 4-nün sırası adı və eynidir, “Müxtəlif şeirlər” bölməsinə daxil olan 4 şeirdən 3-nün adı və sırası eynidir, Müstəzadlar bölməsində isə 1 şeirinin adı dəyişdirilərək istifadə olunmuşdur. Həmçinin deyişmələrdə də 16 şeirdən 10-u üst üstə düşsə də, sıralanma fərqlidir, Dastandlarda isə 3 dastanlardan 1-i üst-üstə düşür.
9. Daha sonra xx.xx.2024-cü il tarixdə İddiaçı cavabdehlər X14, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X8 İnstitunu və Azərbaycan Aşıqlar Birliyini cəlb etməklə, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X6 müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlir əvəzinə 60.000 manat, cavabdeh X1 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Aşıqlar Birliyindən 20.000 manat, cavabdeh X1 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X8 İnstitundan 20.000 manat məbləğində kompensasiyanın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Eyni zamanda xx.xx.2024-cü il tarixdə İddiaçı cavabdehlər X14, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X8 İnstitunu, Azərbaycan Aşıqlar Birliyini və Cavabdeh1 cəlb etməklə, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X6 müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlir əvəzinə 40.000 manat, cavabdeh X1 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Aşıqlar Birliyindən 20.000 manat, cavabdeh X1 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X8 İnstitundan 20.000 manat, cavabdeh X1 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə Cavabdeh1ndən 20.000 manat məbləğində kompensasiyanın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki,xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Hikmət Babayev iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2(005)- 168/2024 saylı mülki iş üzrə cavabdeh X10 müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlir əvəzinə İddiaçı vurduğu maddi ziyana görə 60.000 manat, cavabdeh X2 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (defikt) hüquqla və ya qanunla müdafiə edilən İddiaçı birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ görə Azərbaycan Aşıqlar Birliyi 20.000 (iyirmi min) manat, cavabdeh X2 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delıkt) hüquqla və ya qanunla müdafiə edilən İddiaçı birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X8 İnstitutu 20.000 (iyirmi min) manat məbləğində kompensasiynın İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia edir ki, müəllifi olduğu "Aşıq Valeh" (İqtisadiyyat Universiteti Nəşriyyatı, 332 səhifə, 2007) və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş ikinci kitabı "Aşıq Valeh" (ADPU-nin mətbəəsi, Şıxvəndilli H. 348 səhifə, 2011-ci il) kitabları, rəsmləri cavabdeh X19 öz nəşrlərinə əlavə etməklə onun müəlliflik hüquqlarını pozmuş və cavabdeh bu barədə bir sıra sübut və dəlillər təqdim etmişdir. Cavabdeh X19 “Qarabağdan səfər etdim" adlı kitabında iddiaçının elmi tədqiqatlar nəticəsində əski əlifbası ilə türk və ərəb dillərində, eləcə də ərəb, fars, qədim türk dillərində olan əsərləri araşdırıb əldə etdiyi, müasir azərbaycan dilinə tərcümə edərək müəllifi olduğu ikinci nəşr "Aşıq Valeh" kitabından 84 (səksən dörd) başlıqlı Aşıq Valeh tərəfindən yazılmış və başqa kitablarda şeir, qəzəl, qoşma, gəraylı, təcnis, müxəmməs, həcvlər, deyişmələr, dastanlar və s. sənət əsərlərini qismən adlarını və sıralarını dəyişməklə öz kitabında nəşr etmişdir. Həmin əsərləri iddiaçı qədim azərbaycan türk dilindən müasir azərbaycan dilinə bir sıra müəlliflərin əsərlərindən, o cümlədən Məmməd Rahim və Süleyman Rüstəmin 1927- ci ildə nəşr edilmiş "Azərbaycan el şairləri" adlı kitabından qız və gəlinin bəhsi; dilbər; sambur; aşıq Məzənlə aşıq Valehin deyişməsi; aşıq Pərzadla aşıq Valehin deyişməsi; aşıq X30 deyişməsi; Zərnigarın aşıq Valehə kağızı; Dərbəndə gəl və s., tərcümə etmişdir. Bundan əlavə aşağıdakılara əsasən iddiaçının kitabları və cavabdeh A Nəbiyevanın iddiaçıdan sonra nəşr etdiyi "Qarabağdan səfər etdim" Redline mətbəəsi A.Valeh, 220 səhifə, 2022-ci il) müqayisə edilərək məhkəmə tərəfindən iddiaçıya müəllif kimi dəymiş ziyan hesablanaraq cavabdehlər tərəfindən ödənilməlidir. “Qarabağdan səfər etdim” kitabinin ön səhifəsinin rəsmi mənə aid olan kitab nəşrlərimdən mənimsənilmişdir. Qoşmalar hissəsində Dünya, Olar bir gün, Mən, Sambur, Keçibdir, Cəlibsiz, Nə dedi, Gəlsin, "Bir qız İlə bir gəlinin bəhsi var", Olsun, Söhbət aç, Bükülmüş, Kim oldu, Yavaş yavaş, Dardadır, Haldayam, Oldum, Deyilmi, Daşmüşərrı, Var, İstərəm, Olsun, Hardadır, Yoxdur, Ağlayır, İlqarınam, Gördünmü, Bağışla məni, Bürümüş, Çəkər, Görəsən, Yaxşıdır, Bəyənməz, Gəldim, Sevdiyim adlı və sair ümumilikdə 170 qoşmalar iddiaçının kitabımda olanlar ilə eynidir. Təcnislər - Söylər aman hey, Nə ələm indi-də iddiaçının kitabından götürülmüşdür. Gəraylılar- Hansına qurban mən olum, Səri, Mən gəldim, Kağızı, Halal eylə himmət eylə, Olan könül-də iddiaçının kitabından götürülmüşdür. Müxəmməslər - İsitmə, Öyrənmiş, Mollalar, Ey Zərnigar-da iddiaçının kitabından götürülüb əlavə edilmişdir. Cahannamə, Olmasın, Vücudnamə, Dedi, müstəzad ( Dəxi nə demək), həmçinin deyişmələr ( X50 Cəlalın deyişməsi, X50 Mahmudun deyişməsi, Ustad Səməd ilə Aşıq Valehin deyişməsi, X38 Avlehin deyişməsi, Aşıq Valeh ilə Aşıq Feyruznun deyişməsi, Aşıq X30 deyişməsi, X29 deyişməsi, X47 Valehin deyişməsi, X48 Valehə məktubu, X39 cavabi) də iddiaçının kitablarımdakılar ilə eynilik təşkil edir. Zoğal əhavalatı da iddiaçının kitabından götürülmüşdür. Valeh və Zəmigar dastanı da iddiaçının kitabından alınmışdır. Cavabdehin əslən Qarabağ mədəni irsini görüb, orada yaşamaması hazırkı kitab "Qarabağdan səfər etdim" adı yazması şübhə yaradır qarşı tərəfin belə əsərləri yalnız Baki Dövlət Universitetinin və digər dövlət kitabxanalarında iddiaçının nəşr etdiyi kitablarından mənimsəməsi kimi qiymətləndirilir. Bildirmək istəyir ki, Cavabdeh2 başqa nəşr edilmiş kitab nəşri mövcud deyildir. Hesab edir ki, iddiaçının uzun illərdir, daha doğrusu 20 ildir arxivlərdən və başqa başqa mənbələrdən axtarıb topladığı öz elindən obasından, təhsil aldığı təhsil müəssisəsindən Qarabağlı olaraq topladığı materiallardan çap etdiyi kitab nəşrindən müəlliflik hüququ iddiaçıya məxsus əsərləri mənimsənilməsi qanunsuzdur. Bu təhqiqat işini iddiaçıdan Aşıq Valehin kötücəsi Abbas Əliyev xahiş etmişdir. O, iddiaçının qohumumdur. Edilmiş müraciətə əsasən Əqli Mülkiyyət Aqentliyinin 18 aprel 2023-cü il, 114/2-B- 2 42 22/2023-saylı cavab məktubuna əsasən 3cü kitabda Təcnislərə daxil olan son iki şeir eynidir, hər üş kitabda Gəraylılar bölməsi vardır, 3-cü kitabda şeirlərin sıralanması fərqlidir və Kağızı şeirindən başqa digər 5 şeirin adları fərqlidir, Müxəmməslər, Müxtəlif şeirlər, və Müstəzadlar bölməsi eyni ardıcıllıqla gəlir, Müxəmməslər-ə daxil olan 5 şeirdən 4-nün sırası adı eynidir, "Müxtəlif şeirlər" bölməsinə daxil olan 4 şeirdən 3-nün adı və sırası eynidir, Müstəzadlar bölməsində isə 1 şeirinin adı dəyişdirilərək istifadə olunmuşdur. Həmçinin deyişmələrdə də 16 şeirdən 4-ü üst-üstə düşsə də sıralanma fərlidir, Dastandlarda isə 3 dastanlardan 1-i üst-üsta düşür. Həmçinin cavabdeh X19 müəllifi olduğu “Qarabağdan səfər etdim” adlı kitabının üz qabığında İddiaçı iddia edir kı, müəllifi olduğu "Aşıq Valeh" (İqtisadiyyat Universiteti Nəşriyyatı, 332 səhifə, 2007) və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş "Aşıq Valeh" (ADPU-nin mətbəəsi, Şıxvəndilli H. 348 səhifə, 2011-ci il) ikinci kitabının üz qabığındakı illüstrasiyanı dəyişdirmədən birbaşa köçürmüşdür. Halbuki, həmin rəsm əsəri Rəssamlar İttifaqının mərhum üzvü rəssam X20 (2016-cı ildə vəfat etmişdir) tərəfindən İddiaçı ödənişli sifarişi əsasında həmin kitab üçün çəkilmiş və bu rəsm əsəri başqa heç bir yerdə yoxdur. Bundan əlavə cavabdeh X9 müəllifi olduğu "Qarabağdan səfər etdim” adlı kitabına Azərbaycan Aşıqlar Birliyinin sədri mükafatı laureatı, professor X21 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X8 İnstitutunun filologiya uzrə fəlsəfə doktoru dosent X23 tərəfindən rəy venlrnışaır. Baxmayaraq ki, İddiaçı iddia edir ki, müəllifi olduğu Aşıq Valeh" (İqtisadiyyat Universiteti Nəşriyyatı, 332 səhifə, 2007) və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş "Aşıq Valeh" (ADPU-nin mətbəəsi, Şıxvəndilli H. 348' səni ə 2011-ci il) ikinci kitabının rəyçisi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X8 institutunun o zamankı direktoru, AMEA-nın müxbir üzvü filologiya elmlər doktoru professor Azad Nəbiyev rəy vermişdir və belə rəylər institutun fondunda rəsmi qeydə alınmalıdır, cavabdehin “Qarabağdan səfər etdim adlı kitabına rəy verilərkən Folklor İnstitutunun dosenti X23 tərəfindən nəzərə alınmamış, iddiaçının əsərinin təkrarlanması hallarına göz yumulmuşdur. Buna görə də, cavabdeh Folklor institutunun dosenti X23 Cavabdeh2 təqdim etdiyi kitabın İddiaçı kitabı ilə oxşarlığının yoxlaması zamanı iddiaçının əsərlərindən götürülmüş hissələrin texniki baxımdan aşkarlanmaması ehtimalı mövcuddur.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-168/2024 saylı iş üzrə 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) İddiaçı cavabdehlər Azərbaycan Aşıqlar Birliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X8 İnstituna, X11 və Cavabdeh1nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və X12 cəlb edilməklə) “müəlliflik hüququnun müdafiəsi və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, aparılmış məhkəmə-müəllifşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərcinin İddiaçı tutularaq (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3, 14.2.5, 21.1, 21.2-ci maddələrinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunun 4, 5, 6, 8, 10, 25, 27, 44, 45 və 47-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 30 iyul 2018-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi” nə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin 2023-cü il 29 mart tarixli 29 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Müəlllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin” Əsasnaməsinin 1.1, 3.1.3, 3.1.9, 3.1.10, 6.3.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80, 81, 88, 107,217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 1400 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsaslansa da nəzərə almamışdır ki, Agentlik məsələyə tam aydınlıq gətirə bilməmişdir. Belə ki, Agentlik yalnız vizual olaraq rəy vermiş, ümumi şeirlərin iddiaçıya məxsus kitabdan köçürülüb köçürülməməsinə münasibət bildirmədən yalnız, hansı şeirin hansı səhifə ilə üst-üstə düşməsinə münasibət bildirmişdir. Belə ki, İddiaçı kitabın tərtibatının fərqli olmasının mübahisənin həllinə aidiyyəti olmasını hesab etmir. Ön sözün fərqli olması isə təbii haldır. İddiaçının kitablarında önsözü X37 və Hüseyn İsmayılov yazdığı halda cavabdeh Almara Nəbiyevanın kitabının ön sözünü yazan isə Mahud Allahmanlı olduğu üçün önsözlərin fərqli olması başa düşüləndir. Həmçinin iddiaçı kitabın ön sözünü də, mübahisələndirmir. Bundan başqa, X18 izahat verərkən bildirmişdir ki, “tərtibatçı müəllifi olduğu “Qarabağdan səfər etdim” adlı kitabını müxtəlif tətqiqatçıların əsərlərindən, X44 haqqında 1970-ciildə çap olunmuş “Alçaqlı ucalı dağlar” kitabından, Mahmud Allahamanlının “Aşıq Valehin həyat yaradıcılığı” adlı dissertasiya işindən və 2014-cü ildə çap olunmuş Taleh Mirəliyevin “Haqq aşığı Vücudnamədən cahannaməyə” adlı kitablardan istifadə olunmuşdur. Cavabdeh2 həmçinin qeyd etmişdir ki, adı çəkilən kitablardan, müxtəlif tətqiqatçıların və informator söyləyicilərin yaradıcılığından bəhrələnərək ərsəyə gətirdiyi “Qarabağdan səfər etdim” adlı kitabın tərtibatçı müəllifi olduğunu bildirmiş və İddiaçı müəlliflik hüququnu pozmamışdır”. X49 haqqında 1970-ci ildə çap olunmuş “Alçaqlı ucalı dağlar” kitabında cəmi 68 başlıqda şeir, 2014-cü ildə çap olunmuş Taleh Mirəliyevin “Haqq aşığı Vücudnamədən cahannaməyə” adlı kitabda isə cəmi 26 başlıqda şeir çap olunmuşdur. 2014-cü ildə çap olunmuş Taleh Mirəliyevin “Haqq aşığı Vücudnamədən-cahannaməyə” adlı kitabda 26 başlıqda şeirdən cəmi 4 şeir Aşıq Valeh haqqında 1970-ci ildə çap olunmuş “Alçaqlı ucalı dağlar” kitabında verilmiş 68 başlıqda şeirdən fərqlənir. Yəni 22 başlıqda şeir eynidir. X44 haqqında 1970-ci ildə çap olunmuş “Alçaqlı ucalı dağlar” kitabında verilmiş 68 başlıqda şeirdən 30 başlıqda şeirdən artığı ümumiyyətlə cavabdeh Almara Nəbiyevanın “Qarabağdan səfər etdim” adlı kitabında verilmiş 77 başlıqda şeirdə yoxdur. Ümumilikdə isə cavabdeh Almara Nəbiyevanın kitabında verilmiş 77 başlıqda şeir iddiaçı HəsənBehbudzadənin kitablarından köçürülən şeirlərdir. Göstərilənlərdən aydın olur ki, Almara Nəbiyeva kitabında nəşr etdirdiyi şeirləri İddiaçı köçürmüşdür. Həmin əsərləri ki, iddiaçı qədim azərbaycan türk dilindən müasir azərbaycan dilinə bir sıra müəlliflərin əsərlərindən, o cümlədən Məmməd Rahim və Süleyman Rüstəmin 1927-ci ildə nəşr edilmiş "Azərbaycan el şairləri" adlı kitabından,elmi tədqiqatlar nəticəsində əski əlifbası ilə türk və ərəb dillərində, eləcə də ərəb, fars, qədim türk dillərində olan əsərləri araşdırıb əldə etdiyi, müasir azərbaycan dilinə tərcümə edərək müəllifi olduğu ikinci nəşr "Aşıq Valeh" kitabında mövcuddur. Həmin sübutlar məhkəmə tərəfindən nəzərə alınmamış, cavabdehin guya 1999-cu il tarixdən tədqiqat işi aparmasını bildirməsini isə cavabdeh tərəfindən hər hansısa bir sübut təqdim edilməmişdir. Bundan başqa, qətnamədə qeyd edilmişdir ki, hazırki mülki iş üzrə mübahisənin qanuni əsası kimi çıxış edə biləcək, Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AzərbaycanRespublikasının Qanununun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur. Məhkəmə hesab etmişdir ki, eyni bir şəxsin yaradıcılığına aid tərtib edilmiş kitablarda şeirlərin və digər əsərlərin müəyyən qədər üst-üstə düşməsi labüddür. Buna görə də, kitabda çox az sayda şeirlərin sırasının müəyyən qədər digər kitabdakı ilə eyni olması birincinin müəlliflik hüququnun pozulması qənaətinə gəlməyə yetərli deyildir. Yalnız İddiaçı 20 il ərzində arxivlərdən taparaq tərcümə etdirdiyi ancaq onun nəşri olan “Aşıq Valeh” kitabında olan “Dəxi nə bəzənmək”, “Olan könül məndə”, “Çəkər məndə”, Kür qırağında Rəhimxanın evindən çıxarkən Valehin baxçada Pərzadla söylədiyi “Çəkər”, “Yoxdur”,“Ağlayır”, “Ağlayır”, “İlqarın”, “Gördünmü”, “Bağışla məni”, “Bürümüş”,“Çəkər”, “Görəsən”, “Yaxşıdır”, “Bəyənməz”, “Sevdiyim”, “Söylər aman hey”, “Nəaləm indi”, “Ey Zərnigar”, “Bikar (bekar)”, “Dedi məndə” və başqa bu kimi 30-dan çox şeriləri cavabdeh iddiaçıdan köçürmüşdür. Çünki adları çəkilən və digər adları çəkilməyən şeirlər cavabdeh Almara Nəbiyevanın adlarını çəkdiyi müəlliflərin kitablarında yoxdur. Bundan başqa, digər müəllif Xaspoladın kitabında “Valeh ilə Zərnigarın deyişməsi” 6 bənd olduğu halda cavabdeh Almara Nəbiyevanın kitabında 7 bənddir. Bu isə bir daha sübut edir ki, həmin deyişməni də, iddiaçının kitabından (7 bənd) köçürmüşdür. İddiaçı isə həmin dastanı 60 müəllifin yazılarına istinad edərək, arxivlərdən toplayıb tərcümə etdirmişdir. Bundan başqa, qətnamədə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı isə iddiaçının və üçüncü şəxsin bildirdikləri kimi, kitabların üz qabığında olan illustrasiyanın Şamxəlil Məmmədov tərəfindən məhz iddiaçının ödənişi əsasında sonuncunun kitabı üçün çəkilməsi barədə dəlillərini təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim edilməmiş, beləliklə də iddiaçı sadəcə formal mülahizələrə əsaslandığından iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Milli İncəsənət Muzeyinin nəzdində fəaliyyət göstərən Dövlət Ekspert Komissiyasının 226 saylı, 23 oktyabr2024-cü il tarixli rəyi ilə “Aşıq Valeh “Qarabağdan səfər etdim” kitabının üz qabığında yerləşdirilmiş Aşıq Valeh illüstrasiyası ilə 2007-ci ildə nəşr edilmiş X16 “Aşıq Valeh (Bakı 2007) kitabının üz qabığında yerləşdirilmiş illüstrasiyaya uyğundur və eyni portretdir. “Qarabağdan səfər etdim” kitabının üz qabığındakı Aşıq Valeh portreti rəssam X15 tərəfindən yaradılmışdır” təsdiqini tapır. Bundan başqa, İddiaçı kitabların üz qabığının eyni olmasını, həmin şəkilin şəxsən öz vəsaiti hesabına X4 çəkməsini rəssamın oğlu Şamxəlil Məmmədov tərəfindən məhkəmədə ifadəsi, Rəssamlar ittifaqının rəyi ilə də, təsdiq edilmişdir. Lakin məhkəmə bunu sübut növü kimi qəbul etməmişdir. Həmçinin sübut kimi qəbul etməməsini isə əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi həmçinin prosessual hüquq normalarının ciddi şəkildə pozulması yolu ilə qətnamə çıxarmışdır. Belə ki, iddiaçı tərəfdən dəfələrlə verilmiş ekspertizanın, təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlərə məhkəmə tərəfindən ya münasibət bildirilməmiş, yada formal xarakter daşıyan qərardad qəbul edilərək imtina olunmuşdur. Bundan başqa, cavabdehlərdən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı X24 ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri X25 qardaşdır. İddiaçı bildirir ki, dəfələrlə məhkəməyə, hakimə etiraz etsə də, nəticəsi olmamışdır..
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndələri və vəkilləri Vəkil3 və Vəkil2 apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh X19 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
21. Maddə 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
22. Maddə 21. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun
23. Maddə 4. “pirat məhsul” - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri hesab olunur. “toplu“ - materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir.
24. Maddə 5.1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.
25. Maddə 6.1. Ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) müəlliflik hüququnun obyektləridir.
26. Maddə 8.1. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.
27. Maddə 10.1. Topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Toplulara daxil edilmiş əsərlərin müəllifləri, müəllif müqaviləsində başqa hallar nəzərdə tutulmadıqda, öz əsərlərindən istədikləri qaydada istifadə edə bilərlər. Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur.
28. Maddə 25.1. Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır.
29. Maddə 27. Əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidat sayılır. Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai varidata daxildir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınır və şəhadətnaməsi tərtib edilir. Şəhadətnamənin nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Şəhadətnamənin depozitarisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur). İctimai varidata keçmiş əsərlərdən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, müəllif qonorarı verilmədən, sərbəst istifadə oluna bilər. Lakin müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları gözlənilməlidir.
30. Maddə 44.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır.
31. Maddə 45.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
32. Maddə 47. Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki halda, İddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-168/2024 saylı iş üzrə 31 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2007 və 2011-ci illərdə “Aşıq Valeh” adlı iki kitab nəşr etdirir. Həmin kitablar Aşıq Valehin yaradıcılığını əks etdirən və ona məxsus olan şeirlər, müxəmməslər, müstəzadlar və sairdən ibarətdir. İddiaçı bildirir ki, o, həmin kitabları nəşr etdirməzdən 5-10 il qabaq Aşıq Valehin yaradıclığını araşdırmış və topluya çevirərək kitab halına gətirmişdir. Cavabdeh X19 isə 2022-ci ildə “Aşıq Valeh. Qarabağdan səfər etdim” yenə də Aşıq Valehin yaradıcılığını əks etdirən və ona məxsus olan şeirlər, müxəmməslər, müstəzadlar və sairdən ibarət kitab nəşr etdirir. İddiaçı hazırda cavabdehin nəşr etdirdiyi kitabın onun kitabı ilə (kitabın üz qabığında olan şəkil, kitabda öz əksini tapmış şeirlər və s.) eyni olmasını, yəni əslində onun kitabının plagiatı olduğunu əsas gətirərək, cavabdeh Almara Nəbiyevadan ona məxsus müəllif hüquqlarından istifadə etdiyi üçün və digər cavabdehlərdən isə həmin kitabın plagiat olduğu halda rəy verərək, çap etdirilməsinə razı olduqları üçün pul kompensasiyasının tutularaq ona ödənilməsini tələb edir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
46. İddiaçının ilk dəlili ondan ibarətdir ki, o, mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə müracitə etmiş və Agentlik tərəfindən ona ünvanlanan məktubda özünün tərtibatçı müəllifi olduğu kitablarla (2007 və 2008 “Aşıq Valeh” kitabları) cavabdehin tərtibatçı müəllifi olduğu kitabda (2022 “Aşıq Valeh. Qarabağdan səfər etdim”) eyniliklər göstərilmişdir və bu belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin kitabı onun kitablarından istifadə olunaraq ərsəyə gəlmiş, başqa sözlə isə cavabdehin kitabı piratdır.
47. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda mübahisəli kitabların müqayisəsi nəticəsində iddiaçı ilə cavabdehin kitablarında əksini tapan şeirlərin üst-üstə düşməsi müəyyən edilsə də, sıralanmasının fərqli olması, nəticə olaraq kitabların tərtibatında, dizaynında və materialların düzümündə müəyyən fərqlərin olması, tam üstüstə düşməməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə kitablar arasında olan eyniliklərlə yanaşı, fərqləndirici xüsusatlar da öz əksini tapdığından, iddiaçının həmin dəlili əsaslı sayıla bilməz.
48. Bundan başqa, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmədən öncə həmin halın araşdırılması üçün məhkəmə-müəllifşünaslıq ekspertizası təyin etmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş “Aşıq Valeh. Qarabağdan səfər etdim” kitabında plagiat faktı aşkar olunmur.
49. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin normalarına istinad edərək haqlı olaraq qeyd etmişdir ki, 18-19-cu əsrlərdə yaşamış Azərbaycan aşıq sairi olmuş Aşıq Valehin vaxtı ikən müəllifi olduğu şeirlər və digər əsərlər artıq onun ölümündən 70 ildən çox vaxt keçdiyindən, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən onun müəlliflik hüququnun qüvvədə olma müddəti qurtarmış və onun yaradıcılığı yenə qeyd edilən Qanunun 27-ci maddəsinə əsasən ictimai varidata keçmişdir. Göstərilən qanunvericilik müddəasında həmçinin müəyyən edilir ki, ictimai varidata keçmiş əsərlərdən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulan hallar istisna olmaqla (xüsusi ödənişlər müəyyənləşdirilə bilər) müəllif qonorarı verilmədən, sərbəst istifadə oluna bilər. Digər tərəfdən hazırki mülki iş üzrə mübahisənin qanuni əsası kimi çıxış edə biləcək, Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur. Cavabdeh2 da bir filoloq və öz sahəsi üzrə elmlər doktoru kimi qanunla müəyyən edilmiş qaydada artıq ictimai varidata daxil olmuş Aşıq Valeh yaradıcılığına məxsus olan əsərləri bir araya gətirib kitab halına salmış və çap etdirmişdir. Eyni bir şəxsin yaradıcılığına aid tərtib edilmiş kitablarda şeirlərin və digər əsərlərin müəyyən qədər üst-üstə düşməsi labüddür. Buna görə də, kitabda çox az sayda şeirlərin sırasının müəyyən qədər digər kitabdakı ilə eyni olması birincinin müəlliflik hüququnun pozulması qənaətinə gəlməyə yetərli deyildir.
50. İddiaçının digər dəlili ondan ibarətdir ki, Cavabdeh2 kitabının üz qabığında olan illustrasiya (rəsm) onun kitabının üz qabığındakı ilə eynidir, yəni plagiatdır. İddiaçı bildirir ki, həmin illustrasiya onun sifarişi əsasında Rəssamlar İttifaqının mərhum üzvü Şamxal Məmmədov tərəfindən onun “Aşıq Valeh” adlı kitabı üçün çəkilmişdir.
51. Birinci instansiya məhkəməsi iddiaçının göstərilən dəlilinə münasibətdə haqlı olaraq hesab etmişdir ki, kitabların üz qabığında olan illustrasiyanın Şamxal Məmmədov tərəfindən məhz iddiaçının ödənişi əsasında sonuncunun kitabı üçün çəkilməsi barədə dəlillərini təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim edilməmiş, beləliklə də iddiaçı sadəcə formal mülahizələrə əsaslandığından iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır.
52. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda gəldiyi nəticəni iddia ərizəsində göstərilən dəlillərin bu sahədə müəlliflik hüquqlarını tənzimləyən qanunvericilik müddəalarının dispozitiv şərtlərinin işin faktiki halları ilə uzlaşmalı olması zərurəti ilə əsaslandırmışdır. Nəticə etibarilə birinci instansiya məhkəməsi iddiaçının öz iddia tələbini əsaslandırarkən istinad etdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyini mötəbər sübut hesab etməməklə haqlı nəticəyə gəlmişdir.
53. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda aparılmış tədqiqatların nəticəsinə dair xx.xx.2024-cü il tarixli rəyini imzalayan şəxs Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri Əkrəm Bağırov olmuşdur. Sonuncu qeyd etmişdir ki, “......Aşıq Valeh yaradıcılığına aid şeir, qəzəl, qoşma, gəraylı, təcnis, müxəmməs, həcvlər, deyişmələr, dastanlar və s. sənət əsərlərinin adları və sıraları X9 müəllifi olduğu “Qarabağdan səfər etdim” adlı kitabında qismən dəyişdirilməklə elmi plagiata yol verilərək təkrarlanmışdır”. Məhkəmə, mütəxəssisin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, belə bir rəyin verilməsi barədə onun səlahiyyətli olması, o cümlədən plagiata yol verildiyi barədə gəldiyi nəticənin hüquqi əsasları müəyyən edilmir. Qeyd olunanlarla bağlı məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətini həyata keçirən bu sahədə ixtisaslaşan dövlət orqanı üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyidir.
54. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının 27 noyabr 1998-ci il tarixində qoşulduğu Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasında göstərilir ki, qorunma müddəti müəllifin bütün həyatı boyu və ölümündən sonrakı əlli ili təşkil edir. Bu müddət bitdikdən sonra əsərlər ictimai mülkiyyətə keçir və onları sərbəst şəkildə istifadə etmək mümkündür. Həm
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı həmin şeirlərin ilk dəfə özü tərəfindən çap edildiyini və ya toplandığını əsas gətirərək müstəsna hüquqlar tələb edə bilməz. İddiaçı şeirləri qədim mənbələrdən tərcümə etdiyini və topladığını bildirir. Burada əsas hüquqi məsələ, həmin tərcümənin və redaktə işinin müəlliflik hüququ ilə qorunub-qorunmamasıdır. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, əgər tərcümə yaradıcıdırsa, yəni sadəcə mətnin sözbəsöz çevrilməsi yox, orijinal ifadə tərzi, üslub və fərdi yanaşma ilə edilibsə, bu halda tərcüməyə müəlliflik hüququ aid edilə bilər. Lakin, əgər tərcümə sadəcə bir mənbədən götürülüb və sözbəsöz çevrilibsə, bu, yaradıcılıq fəaliyyəti hesab olunmamalıdır. Belə ki, müəlliflik hüququ yalnız yaradıcı ifadə formalarını qoruyur, məlumat və ideyaları yox. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi iş sadəcə arxiv materiallarının toplanması və mətnlərin orijinalına sadiq qalaraq təqdim edilməsi olub. Bu isə müstəqil müəlliflik hüququ yaratmır və üçüncü şəxslər həmin materialları istifadə etməkdə sərbəstdir. Müəlliflik hüququ yalnız orijinal ifadə tərzinə aiddir, faktlar və məlumatlar isə sərbəst şəkildə yayıla bilər. Məsələn, elmi məqalələr, tarixi hadisələr və ya ədəbi əsərlərin köhnə versiyalarını toplamaq və çap etmək, həmin məlumatlara müəlliflik hüququ qazandırmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müəlliflik hüququnun əsas məqsədi yaradıcıları qorumaq və onların orijinal işlərini icazəsiz istifadədən müdafiə etməkdir. Lakin eyni zamanda, ictimaiyyətin bədii və elmi irsə çıxışını məhdudlaşdırmamaq üçün müəyyən qaydalar tətbiq olunur. Əgər məhkəmə iddiaçının müəlliflik hüququ iddiasını qəbul etsəydi, bu, ictimai domenə daxil olan əsərlərin azad istifadəsini məhdudlaşdıra bilərdi.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı Aşıq Valeh portretinin rəssam X15 tərəfindən məhz iddiaçının sifairişi əsasında çəkildiyini sübut edən hər hansı bir dəlili təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
57. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə öz təşəbbüsü ilə ekspertiza təyin etmiş və onun əsasında 17 aprel 2024-cü il tarixli 5/1660 №-li ekspert rəyi iş materiallarına əlavə edilmişdir. Bundan sonra iddiaçının vəsatəti əsasında xx.xx.2024-cü il tarixdə təkrar ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi başqa ekspertə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli məktubu ilə ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqatın aparılmasının Məhkəmə Ekspertizası Mərkəzində ixtisaslaşdırılmış ekspert olmadığına görə mümkün olmadığı əsası ilə ekspertizanın aparılmasından imtina edilmişdir. İddiaçı tərəf 17 aprel 2024-cü il tarixli 5/1660 №-li ekspert rəyi ilə razılaşmayaraq yenidən ekspertizanın keçirilməsini vəsatətlərlə bildirsə də, ekspert rəyini təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli məsələ ilə bağlı müvafiq dövlət orqanlarının məhkəməyə cəlb edilərək, həmin dövlət orqanlarından mütəxəssis rəylərinin alınması üçün təkrar məhkəmə-müəllifşünaslıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Belə ki, həmin məsələyə dair iddiaçı tərəf özü də müvafiq yazılı dəlillər təqdim edə bilər.
58. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
59. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
62. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-168/2024 saylı iş üzrə 31 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.