Məhkəmə qərarları › İş №2(103)-1176/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1176/2021

05.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1176/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması barədə” ilk iddiasına və iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı ilə Cavabdeh1 arasında nikah olub. Nikah xx.xx.2014-cü ildə bağlanıb. Onların 1 uşağı var, həmin uşaq xx.xx.2016-cı ildə doğulmuş Cavabdeh2dir. Cavabdeh1 nikahın pozulması üçün məhkəməyə iddia verib. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 valideynləridir. Tərəflərin arasındakı mübahisə Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev № 28, M2-də yerləşən 1 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil Cavabdeh3 mülkiyyətindədir, onun mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Tələb və onun həlli: İlk iddia ərizəsində tələb olunub ki, İddiaçı və onun azyaşlı övladı Cavabdeh2 mənzilə istifadə hüququ tanınsın. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, İddiaçı və onun övladı Cavabdeh2 mənzildən çıxarılsın, habelə İddiaçı məxsus olan 2 əşya – yataq dəsti və “LG” markalı televizor onun özünə təhvil verilməklə mənzil boşaldılsın. İlk tələb onunla əsaslandırılıb ki, İddiaçı ailə qurduğu gündən mənzilə gəlin köçüb, hazırda uşağı ilə birlikdə orada yaşayır, əri nikahın pozulması üçün məhkəməyə müraciət etdikdən sonra əks tərəf onu mənzildən çıxaracağı ilə hədələyir. Qarşılıqlı tələb onunla əsalandırılıb ki, İddiaçı və onun övladı Cavabdeh2 mənzildən istifadə hüququ yoxdur. Qətnamə ilə qət olunub ki, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun, İddiaçı və onun övladı Cavabdeh2 mənzildən çıxarılsın və mənzildə olan, İddiaçı məxsus 2 əşya – yataq dəsti və “LG” markalı televizor onun özünə təhvil verilməklə mənzil boşaldılsın. Qətnamə onunla əsaslandırılıb ki, İddiaçı və onun övladı Cavabdeh2 mənzildən istifadə hüququ yoxdur. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin olunsun, qarşılıqlı iddia rədd olunsun. Şikayət onunla əsaslandırılıb ki, nikahın pozulması barədə iş məhkəmənin icraatındadır, iş üzrə yekun qərar qəbul edilməyib, ailə münasibətlərinə xitam verilmədiyi üçün məhkəmə düzgün nəticəyə gəlməyib. Məhkəmə iclasında iştirak edən, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İddiaçı və onun azyaşlı övladı Cavabdeh2 mənzildən istifadə hüququ yoxdur. Belə ki, onlar mənzilin mülkiyyətçisinin ailə üzvləri deyillər. O cümlədən nikahın pozulubpozulmamasının hazırkı mübahisənin həllində əhəmiyyəti yoxdur, çünki İddiaçı əri mənzilin mülkiyyətçisi deyil. Ona görə də hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsindəki norma tətbiq edilə bilməz. İddiaçı və övladı Cavabdeh2 mənzildən istifadə hüququ Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən notariat qaydasında müqavilə bağlamaqla yarana bilərdi, lakin belə müqavilə bağlanmayıb. Mülkiyyətçi mənzilə hüququ olmayan şəxslərin və onların əşyalarının mənzildən çıxarılmasını tələb etmək səlahiyyətinə malikdir, bu səlahiyyət Mülki Məcəllənin 157-ci maddəsindəki normada müəyyən edilib. Beləliklə, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməklə, qarşılıqlı iddianı isə təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar