Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1177/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Yeni Ailə" Mənzil Tikinti Kooperativinə qarşı mülki iş (Açar sözlər: «zərərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-101/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən, sahəsi 331,3 kv m. olan 3 saylı və sahəsi 229,2 kvm olan 14 saylı qeyri-yaşayış sahələri Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən sökülmüşdür.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4018/2019 saylı İş üzrə qəbul etdiyi 13 sentyabr 2019-cu il tarixli qətnaməsi “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və 56000 əldən çıxmış faydanın ödənilməsi vəzifəsinin MTK-ya həvalə olunması” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmuş və həmin tələblərin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır. "xxxx"Mənzil Tikinti Kooperativinin Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospektindəki 24 ünvanda yerləşən İddiaçı məxsus əmlakları sökməsinin qanunsuz hesab edilməsi, CavabdehMənzil Tikinti Kooperativindən əldən çıxmış faydanın əvəzi qismində 15467 manat pulun İddiaçı xeyrinə tutulması, qalan hissədə qətnamənin dəyişdirilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 4.935.440 manat kompensasiyanın 1-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 163935 manat vəsaitin, 2-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 75635 manat vəsaitin, 30000 manat mənəvi zərərin, 1000 manat hüquqi xidmət xərcinin və 30 manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 dekabr 2018-ci il tarixli və 27 dekabr 2018-ci il tarixli çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən, sahəsi 331,3 kvm. olan 3 saylı və sahəsi 229,2 kvm olan 14 saylı qeyri-yaşayış sahələrinin mülkiyyətçisidir. Əmlakları binanın 1-ci və 2-ci mərtəbəsində yerləşirdi. İddiaçı 14 saylı əmlakını 20 iyun 2012-ci il tarixli icarə müqaviləsi ilə aylıq 1450 manat icarə haqqı razılaşdırılmaqla “Bakinity Distribution" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə vermişdir. Ancaq 2019-cu ilin əvvəllərindən başlayaraq əmlakların olduğu binada cavabdeh tərəfindən qanunsuz olaraq söküntü işlərinə başlanmışdır. Belə vəziyyətdə iddiaçı əmlakı icarəyə verdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin orada fəaliyyət göstərməsi mümkün olmadığından Cəmiyyət 2019-cu ilin mart ayından onunla icarə münasibətlərinə xitam vermişdir. Bununla da cavabdeh təşkilatın qanunsuz hərəkətləri nəticəsində iddiaçı əmlakından fayda götürmək imkanından məhrum edilmişdir. Əmlaklarına qanunsuz müdaxilənin və mülkiyyət toxunulmazlığı hüququmun kobud şəkildə pozulmasının dayandırılması tələbi ilə cavabdehə müraciətlər nəticəsiz qalmış, cavabdeh hər dəfə bu etirazlara cavab olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2019- cu il tarixli, 482 saylı qərarı ilə ləğv edilmiş, hazırda qüvvədə olmayan “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını əlində bayraq tutaraq, mülkiyyətçinin razılığının olubolmamasından asılı olmayaraq, söküntünü dayandırmayacağını və əmlakları uçurdaraq tikinti işlərinə davam edəcəyini bildirmişdir. Halbuki cavabdehin də istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarında mülkiyyətçi ilə razılıq əldə etməyin ilkin şərt olması göstərilmişdir. Cavabdeh Kooperativ Azərbaycan Respublikasının Konstitusiyasının, qanunvericilik aktlarının, beynəlxalq hüquq normalarının tələblərini heçə sayaraq iddiaçının saysız etirazlarına, icra hakimiyyəti orqanına, polis və prokurorluq orqanlarına çoxsaylı şikayətlərinə baxmayaraq, öz qanunsuz əməllərini dayandırmamışdır. İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “Mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 884/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə “Yeni Ailə" Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda ona məxsus 3 saylı və 14 saylı əmlakların sökməsi qanunsuz hesab edilmiş,əldən çıxmış faydanın əvəzi olaraq 15467 manat pulun cavabdeh “Yeni Ailə" Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə əldən çıxmış faydanı 15467 manat qiymətləndirərkən İddiaçı Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda 14 saylı əmlakının icarəyə verilməsinə dair "Bakinity Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı icarə müqaviləsinində göstərilən icarə haqqını əsas götirmiş, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçının əmlaklarına müdaxilələrin başlandığı 31 mart 2019-cu ildən etibarən işin məhkəmədə baxıldığı dövrə qədər keçən 10 ay 20 günlük müddət ərzində 15467 manat hesablamışdır (10 ay 20 gün x 1.450 manat). Məhkəmə əldən çıxmış fayda kimi göstərdiyi məbləği hesablayarkən sökülmüş digər əmlakıdan əldə edə biləcəyi faydanı nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)4834/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı,20 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh Kooperativin qanunsuz əməllərinin dayandırılmasının təmin edilməsini və cavabdeh barəsində qanuni tədbirlərin görülməsini xahiş etsə də, aidiyyəti orqanlar tərəfindən heç bir tədbirin görülməməsi və cavabdehin özbaşınalığının qarşısının alınmaması nəticəsində cavabdeh mülkiyyət toxunulmazlığı hüququnu kobud və aşkar şəkildə pozaraq iddiaçının əmlaklarını hər kəsin gözü qarşısında uçurmuş, yerlə-yeksan etmiş və bu qanunsuz əməlinin müqabilində ona heç bir kompensasiya verməmişdir. Azərbaycan Respublikasının qanunvericilik aktlarının və beynəlxalq hüquq normalarının tələblərinə, insan hüquqları üzrə Avropa Məhkəməsinin oxşar işlər üzrə formalaşdırdığı mövqeyə əsasən, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlakların qeyri-yaşayı sahələrinin onun iradəsi əleyhinə, qanuna zidd olaraq sökülməsi, mülkiyyətdən kobud şəkildə məhrum edilməsi cavabdehin üzərinə ona vurduğu aşkar zərərin əvəzinin ödənilməsi öhdəliyini qoyur.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvan 3 ünvanında yerləşən 3 və 14 saylı mənzillərə mövcud vəziyyətdə qeyri-yaşayış sahəsi olaraq mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 4 ünvanında yerləşən 3 və 14 saylı mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.m olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m sahəni əlavə etməklə, ümumi 566,7 kv.m mövcud sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edib 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2- 1(81)-4139/2018 saylı qərarla iddianı təmin edib. Qüvvəyə minmiş həmin qərar əsasında DƏDRX İddiaçı adına Bakı şəhəri Azadlıq pr-ti, 24 ünvanda 331,3 kv. metr ölçüdə qeyriyaşayış sahəsi olması barədə 19 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli və yenə həmin ünvanda 229,2 kv. metr ölçüdə qeyri- yaşayış sahəsi olması barədə 27 dekabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilib, xx.xx.2019-cu il tarixdə “Yeni Ailə" MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.1.0.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarının ləğv edilməsi, Cavabdeh MMCnin 3-cü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edib. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla Cavabdeh MMC-nin ərizəsini təmin edib, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə icraatı təzələyib. İcrada davam etdirilən həmin iş üzrə çıxarılan 30 oktyabr 2019-cu il tarixli, 21(81)-3012/2019 nömrəli qərarla İddiaçı iddiası rədd edilib. İddiaçı həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apeilyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(103)-652/2020 saylı qərarı ilə Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.İddiaçının kassasiya şikayəti əsasında işə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılıb və kollegiyanın xx.xx.2020-ci il tarixli, 21(102)-1530/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Beləliklə də, Bakı İnzibati-İqtisad Məhkəməsinin iş üzrə çıxardığı 30 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərarı qanuni qüvvəyə mindiyi üçün icra olunmasından ötrü Bakı İnzibati Məhkəməsinə göndərilib. Onu da qeyd edir ki, sözü gedən əmlaklar qanuni qüvvəsini almış qətnamələrə əsasən yaşayış sahəsi hesab olunur. Qarşı tərəf hansı səbəbə mülkiyyət sənədlərinin dəyişdirmək istəmir, bu məlumdur. Onun fikri odur ki, Cavabdeh MMC-yə qarşı əlavə əsassız iddialar qaldırısın, bu gün qaldırdığı iddia kimi. Nümayəndə özü də, məhkəmədə bildirdi ki, həmin sahələrin yaşayış sahəsi olmaması ilə bağlı qüvvədə olan məhkəmə qərarları vardır. Bundan başqa, İddiaçı Cavabdeh MTK-nə qarşı iddia tələbi ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 dekabr 2018-ci il tarixli ******* saylı çıxarışa və 27 dekabr 2018-ci il xli ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ünvanda yerləşən, sahəsi 331,3 kv.metr olan 3 saylı və sahəsi 229,2 kv.metr olan saylı qeyri-yaşayış sahələrinin mülkiyyətçisidir. Həmin əmlakların yerləşdiyi bina 2019-cu ilin mart ayının sonunda söküldüyü üçün ona məxsus əmlaklardan məhrum olmuşdur. Odur ki, onun razılığı olmadan sökülmüş əmlaklarına görə ümumilikdə ******* manat kompensasiya tələb edir. Bundan başqa, 1-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 163935 manat vəsaitin,2-ci mərtəbə üzrə əldən çıxmış fayda kimi 75635 manat vəsaitin,30000 manat mənəvi zərərin, 1000 manat hüquqi xidmət xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.İddiaçı ilə cavabdeh arasında bu əmlak mübahisəsi 4-cu ildir davam edir və əslinə qalsa bu mübahisəyə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(102)-1530/20 saylı Qərarı ilə son qoyulmuşdur. Həmin qərarı nəzərə alaraq mübahisənin həll olunması üçün iddiaçıya aşağıdakıları təklif etmişlər: Azadlıq prospekti 24/3 ünvandaki sökülmüş 110,5 kv.metr mənzilin əvəzində 110,5 kv.metr + 20% əlavə =132,6 kv.m, Azadlıq prospekti 24/14 ünvandakı sökülmüş 336,2 kv.metr mənzilin əvəzində: 336,2 kv.metr + 20% = 403,5 kv.metr., beləliklə, faktiki olaraq 446,7 kv.metr mənzilin əvəzində 536 kv.metr mənzil sahəsi təklif etmişlər. Mülkiyyət qeyri-yaşayış sahəsi olmadığına görə icarə haqqının əvəzinə hər il üçün aylıq 500 manat kirayə pulu olmaqla bir mənzil üçün 20 ay x 500 manata = 10000 manat, digər mənzil üçün 9 ay x 500 manat = 4500 manat olmaqla, cəmi 14500 manat kirayə haqqı. Hüquqi xidmət üçün çəkilən 1000 manat tələbi də qəbul edirlər.Əgər iddiaçı iddianın predmetini dəyişməsə iddianın əsaslandığı mülkiyyət sənədi ləğv edildiyi üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-101/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Fikrət Mirzəyev) ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə mülkiyyətində olan daşınmaz əmlakların qanunsuz sökülməsinə görə kompensasiya kimi 3.976.747,5 manat, ünvan 3 ünvanında 14 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 42500 manat, ünvan 3 ünvanında 3 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 58000 manat, vurulmuş mənəvi zərər görə 15000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat cəmi 4.092.277,5 manat pulun tutulması qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, əmlakların mülkiyyətçinin iradəsinin ziddinə,heç bir məhkəmə qərar olmadan qanunsuz sökülməsi mübahisə predmeti deyil və bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 24 ünvandaki,daşınmaz əmlaklardan birinin faktiki sahəsi 331.3 kv m. digərinin faktiki sahəsi isə 229.2 kv m., ümumilikdə 560.5 kv.m olmuşdur. İddiaçının çıxarışları ilə bağlı icrada dönüş edilməsinin qərara alınması iddiaçının əmlaklarının faktiki sahəsinin daha az olması və ya əmlakların yaşayış sahəsi kimi istifadə edilməsi demək deyil. Ekspertdən əmlakların faktiki ölşüləri daxilində yaşayış və ya qeyri yaşayış kateqoriyalarına ayırmadan dəyərinin müəyyən olunması tələb olunmuşdur və həmin rəy cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, əmlakların mülkiyyətçinin iradəsinin ziddinə, heç bir məhkəmə qərarı olmadan qanunsuz sökülməsi nəticəsində mülkiyyətçiyə 3976747.5 manat məbləğində maddi ziyan dəyməsi öz təsdiqini tapır. Məhkəmə iddiaçının müxtəilif internet saylarında olan elanlara istinad etməklə ona ******* manat ziyan dəyməsini və söküntü ərazisində 1 kv.metr əmlakın kirayə dəyərinin 15 manat təşkil etməsini göstərməsi ilə bağlı qeyd edir ki, həmin məlumatlar hər hansı rəsmi sənədlərlə təsdiqini tapmır və mötəbərliyi öz təsdiqini tapmır.Ona görə də ekspert rəyi ilə müəyyən olunmuş maddi ziyan məbləğini ağlabatan məbləğ hesab edir. Əmlakların sökülməsi nəticəsində İddiaçı Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda sahəsi 229.2 kvm.olan 14 saylı əmlakının icarəyə verilməsi ilə bağlı əldən çıxmış faydanın müəyyən olunması ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır və həmin əmlakın sökülməsi nəticəsində əldən çıxmış faydanın aylıq məbləği 1.450 manat müəyyən olunub. Buna görə cavabdehdən iddiaçının xeyrinə 10 ay 20 gün müddətinə 15467 manat əldən çıxmış fayda tutulması qət olunmuşdur. Əldən çıxmış fayda əmlakların qanunsuz söküldüyü tarixdən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixinədək müəyyən edilmişdir. Əgər nəzərə alınsa ki, qanunsuz sökülmə nəticəsində iddiaçıya həmin əmklaklara görə pul kompensasiyası və ya yeni yaşayış, yaxud qeyri yaşayış sahəsi hələ də verilməmişdir, onda əldən çıxmış faydanın məbləği hazırkı qətnamə çıxarılan tarixədək tələb oluna bilər.Yəni, 29 ay x 1450 manat= 42500. (İddiaçı 75635 manat tələb edir)Həmin işə baxılarkən iddiaçı sahəsi 331.3 kvm. olan 3 saylı əmlaka görə əldən çıxmış faydanın ödənilməsini tələb etməmişdir.Hazırda isə həmin əmlaka görə də əldən çıxmış fayda tələb edir. Məhkəmə qeyd olunan əmlakın 2019-cu ilin mart ayından söküldüyünü,sahəsinin daha çox olduğunu nəzərə alaraq hesab edir ki,3 saylı daşınmaz əmlak mülkiyyətçinin istifadəsində qalsaydı ondan da gəlir və bəhər götürə bilərdi. Lakin əmlakın söküülməsi nəticəsində bundan məhrum olmuşdur. Məhkəmə iddiaçının həmin sahəni rəsmi qaydada icarəyə vermədiyini nəzərə alaraq sahəsi 331.3 kvm olan 3 saylı daşınmaz əmlaka görə də aylıq əldən çıxmış məbləğinin 1450 manat hesablanmasını məqsədəuyğun hesab edir. Həmin daşınmaz əmlakın 2019-cu ilin mart ayından əmlakından istifadə etmək imkanından məhrum olduğunu nəzərə alınarsa 2022-ci ilin iyul ayına qədər olan dövr 40 aya bərabərdir. Məhkəmə 30000 mənəvi zərərin tələb olunması hissəsinə qiymət verərkən hesab edir ki,mülkiyyətçinin xüsusi mülkiyyətində olan əmlakdan zorakılıqla mərhum olunması,onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə qorunan mülkiyyət hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilir və bu müdaxilə nəticəsində istənilən şəxsin səhhətinə, psixikasına, həyat tərzinə mənəvi zərər vurulması, onun sarsıntılara məruz qalması realdır. Bununla yanaşı məhkəmə mənəvi zərin 15000 manat məbləğində müəyyən olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə, həmçinin hüquqi yardıma görə 1000 manat pulun tələb olunması hissəsində iddia tələbini əsassız hesab etmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulu cavabdehə aid etmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.2, 1096.1, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 119.1, 77.1, 77.3, 89.1, 89.3, 217.4-cü maddələri və «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
9. Qətnamədən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-463/2023 saylı, 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Günay Axundova və Cəmilə Musayeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “ünvan 3 ünvanında 3 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 58000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat:
11. Qətnamədən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3468/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh MTK-nın kassasiya şikayəti isə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-463/2023 nömrəli qətnaməsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4139/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı kompensasiya ödənilməsi hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-463/2023 nömrəli qətnaməsinin kassasiya şikayətləri ilə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Kassasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, yoxlanılan, iddianın təmin edilməmiş hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının kassasiya şikayəti üzrə yoxlanılan, iddianın təmin edilməmiş hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının kassasiya şikayəti üzrə yoxlanılan iddianın təmin edilməmiş hissəsində işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iddianın təmin edilməyən hissəsi üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sökülmüş daşınmaz əmlak sahələrinə görə kompensasiya ödənilməli olması ilə əlaqədar düzgün nəticəyə gəlmiş olsa da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4139/2018 nömrəli 12.10. 2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı ödənilməli olan kompensasiya məbləğinin hesablanmasında səhvə yol vermişdir. Belə ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki,1 saylı Bakı İnzibat- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarla İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: Cavabdeh və "xxxx" KB ASC-yə qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası təmin olunmuş, DƏDRX-dən İddiaçı mülkiyyətində Bakı şəhəri, Azadlıq prospekti, 24 ünvanda 331,3 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 19 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli və yenə həmin ünvanda 229,2 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 27 dekabr 2018- ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilib. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-cİ il tarixli, 2-1(81)-4139/2018 saylı qərarının ləğv edilməsi, Cavabdeh MMC-nin 3-cü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edib. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla Cavabdeh MMC-nin ərizəsini təmin edib, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə icraatı təzələyib. İcrada davam etdirilən həmin iş üzrə çıxarılan 30 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərarla İddiaçı iddiası rədd edilib. İddiaçı həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)- 652/2020 saylı qərarı İlə Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. İddiaçının kassasiya şikayəti əsasında işə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılıb və kollegiyanın xx.xx.2020-ci il tarixli, 2-1(102)-1530/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Eləcə də, iş işin mübahisəsiz halıdır ki, 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarına əsasən DƏDRX tərəfindən İddiaçı mülkiyyətində Bakı şəhəri, Azadlıq prospekti, 24 ünvanda 331,3 kv. metr ölçüdə qeyriyaşayış sahəsi olması barədə 19 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli və yenə həmin ünvanda 229,2 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 27 dekabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışlar verilməzdən əvvəl də göstərilən ünvanlarda İddiaçı mülkiyyətində mənzillər olmuş (ümumi sahə 446,7 kv.m), 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarına əsasən qeydiyyata alınmayan sahə də nəzərə alınmaqla İddiaçı daşınmaz əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi DƏDRX-yə həvalə olunmuş, həmin qərar icra olunaraq müvafiq çıxarışlar verilmiş, lakin sonradan 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 4139/2018 saylı qərarı ləğv edilmişdir. Demək ki, həmin qəraradək qeydiyyata alınmayan əmlak sahəsi elə yenə də özbaşına tikili statusunda qalmışdır. Belə olan təqdirdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4139/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı ödənilməli kompensasiya məbləğini müəyyənləşdirərkən mütənasiblik prinsipi baxımından, sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını araşdıraraq nəzərə almalı olduğu halda belə araşdırma aparmamışdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil4) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərir ki, birinci intansiya məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq meyarlarına cavab vermir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
15. Hazırki apellyasiya icraatında apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
16. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 isə cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və cavabdehin mübahisələndirdiyi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
18. Azərbaycan Respublikası Konstitusiyası:
Maddə 13 (İ-İİİ hissələr). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29 (İ-İİİ hissələr). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
24. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3468/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarına əsasən apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4139/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı kompensasiya ödənilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
25. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
26. Hazırki apellyasiya icraatının predmetini Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 3468/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarında göstərilən - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4139/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı kompensasiya ödənilməsi hissəsi təşkil etdiyindən həmin hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından ödənilməli kompensasiya məbləğinin miqdarı hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
27. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki apellyasiya icraatının predmeti olan - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)4139/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı kompensasiya ödənilməsi hissəsi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə tam aradan qalxmadığı üçün, alınmalı vəsaitin məbləği istisna olmaqla iddia haqlı sayılır.
28. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
29. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini, iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan, iddianın təmin edilən, yəni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4139/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı kompensasiya ödənilməsi hissəsindəki qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
30. Belə ki, birinci instansiyası məhkəməsi sökülmüş daşınmaz əmlak sahələrinə görə kompensasiya ödənilməli olması ilə əlaqədar düzgün nəticəyə gəlmiş olsa da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4139/2018 nömrəli 12.10. 2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı ödənilməli olan kompensasiya məbləğinin hesablanmasında səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarı ilə İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası təmin olunmuş, DƏDRX-dən İddiaçı mülkiyyətində Bakı şəhəri, Azadlıq prospekti, 24 ünvanda 331,3 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 19 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli və yenə həmin ünvanda 229,2 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 27 dekabr 2018- ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilib. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 4139/2018 saylı qərarının ləğv edilməsi, Cavabdeh MMC-nin 3-cü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş edib. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla Cavabdeh MMC-nin ərizəsini təmin edib, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə icraatı təzələyib. İcrada davam etdirilən həmin iş üzrə çıxarılan 30 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərarla İddiaçı iddiası rədd edilib. İddiaçı həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)- 652/2020 saylı qərarı ilə Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. İddiaçının kassasiya şikayəti əsasında işə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılıb və kollegiyanın xx.xx.2020-ci il tarixli, 2-1(102)- 1530/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb.
31. İşin mübahisəsiz halıdır ki, 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarına əsasən DƏDRX tərəfindən İddiaçı mülkiyyətində Bakı şəhəri, Azadlıq prospekti, 24 ünvanda 331,3 kv. metr ölçüdə qeyriyaşayış sahəsi olması barədə 19 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli və yenə həmin ünvanda 229,2 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi olması barədə 27 dekabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışlar verilməzdən əvvəl də göstərilən ünvanlarda İddiaçı mülkiyyətində mənzillər olmuş (ümumi sahə 446,7 kv.m), 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarına əsasən qeydiyyata alınmayan sahə də nəzərə alınmaqla İddiaçı daşınmaz əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi DƏDRX-ə həvalə olunmuş, həmin qərar icra olunaraq müvafiq çıxarışlar verilmiş, lakin sonradan 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 4139/2018 saylı qərarı ləğv edilmişdir. Demək ki, həmin qəraradək qeydiyyata alınmayan əmlak sahəsi elə yenə də özbaşına tikili statusunda qalmışdır.
32. Bu cür vəziyyətdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4139/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarınadək özbaşına tikili statusunda olmuş və həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak sahəsinə görə İddiaçı ödənilməli kompensasiya məbləğini müəyyənləşdirərkən mütənasiblik prinsipi baxımından, sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını araşdıraraq nəzərə almalı olduğu halda birinci instansiya məhkəməsi tərəfindən belə araşdırma aparmamışdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.
33. Göründüyü kimi, çıxarışlar verilməzdən əvvəl də göstərilən ünvanlarda İddiaçı mülkiyyətində mənzillər olmuş və ümumi sahə 446,7 kv.m olduğundan kompensasiya ödənilən 560,5 kv. metr sahədən həmin rəqəm çıxıldıqda (560,5-446,7=113,8) 113,8 kv. metr sahənin özbaşına tikili statusunda qaldığı müəyyən edilir. Həmin ölçüdə sahənin 1 kv. metrinə görə qeydə alınmış tikili ilə bərabər 7095 manat ödənilməsi isə hüquqdan suiistifadələrin artmasına səbəb olur, yəni özbaşına tikinti aparmış və aparmaq istəyən şəxslərə rəvac verə bilir ki, bu da yolverilməzdir. Üstəlik bu vəziyyət şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qanunvericiliyin bu sahədəki imperativ tələblərinə riayət edilməməsinə haqq qazandırılmasına şərait yaradır. Ona görə də ədalətlilik və mütənasiblk prinsipinə uyğun olaraq özbaşına tikili statusunda 113,8 kv. metr sahənin 1 kv. metrinə görə qeydə alınmış tikili ilə bərabər 7095 manat deyil, onun yarı məbləğinin(113,8 x 7095=807411:2=403 705,5) ödənilməsi mövcud məhkəmə təcrübəsinə uyğun sayılır. Ona görə də cavabdehdən iddiaçının xeyrinə mülkiyyətində olan daşınmaz əmlakların qanunsuz sökülməsinə görə kompensasiya kimi qət olunan 3.976.747,5 manat 403 705,5 manatadək azaldılmalı və 3 573 042 manat (3976747,5-403705,5=3573042) müəyyən edlməlidir. Qeyd olunan 3 573 042 manatın, əldən çıxmış fayda kimi 42500 manatın, vurulmuş mənəvi zərərə görə 15000 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın cəmi isə 3 630 572 manat təşkil etdiyindən, cavabdehdən 3 630 572 manat tutularaq iddiaçıya ödənilməlidir.
34. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-101/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan hissədə, yəni cavabdehdən tutulmalı kompensasiya məbləği hissəsində dəyişdirilməli və tutulmalı məbləğ azaldılaraq 3.573.042 (üç milyon beş yüz yetmiş üç min qırx iki) manat müəyyən edilməli, Cavabdehndən İddiaçı xeyrinə tutulmalı 3.573.042 (üç milyon beş yüz yetmiş üç min qırx iki) manat kompensasiya məbləğinin, ünvan 3 ünvanında 14 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 42500 manatın, 15.000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu əvəzinin cəmi isə 3.630.572(üç milyon, altı yüz otuz min, beş yüz yetmiş iki) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-101/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan hissədə, yəni cavabdehdən tutulmalı kompensasiya məbləği hissəsində dəyişdirilsin. Cavabdehndən tutulmalı kompensasiya məbləği azaldılaraq 3.573.042 (üç milyon, beş yüz yetmiş üç min, qırx iki) manat müəyyən edilsin. Cavabdehndən İddiaçı xeyrinə tutulmalı olan 3.573.042 (üç milyon beş yüz yetmiş üç min qırx iki) manat kompensasiya məbləğinin, ünvan 3 ünvanında 14 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 42500(qırx iki min, beş yüz) manatın, 15.000(on beş min) manat mənəvi ziyanın və 30(otuz) manat dövlət rüsumu əvəzinin cəmi isə 3.630.572(üç milyon, altı yüz otuz min, beş yüz yetmiş iki) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.