Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11788/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2247/2021 saylı, 04 oktyabr 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış 04 dekabr 2019-cu il tarixli, BAKU1-40463-17844 saylı kredit müqaviləsinin (və onun tərkib hissəsi olan 04 dekabr 2019-cu il tarixli, BAKU1-40463-17844/1 və 06 dekabr 2019-cu il tarixli, BAKU1- 40463-17844/2 saylı razılaşmaların) ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 3 317.44 manat əsas borc, 598.47 manat məbləğində cari faiz borcu, 238.00 manat məbləğində cərimə olmaqla, cəmi 4 153, 91 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2247/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuşdur. Cavabdeh Z. Əliyev Qaradağ Rayon Məhkəməsinin 2(002)-2247/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı prosessual əsaslar olmadığından, həmçinin 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş həmin Məcəlləyə edilmiş ən son əlavə və dəyişikliklərə əsasən apellyasiya şikayəti müəyyən olunmuş formaya (Əlavə 2) əməl edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (Apellyasiya şikayətinin məzmunu) tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də həmin Məcəllənin 363.1.5ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti qaytarılır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.). Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılaraq həll edilməsi üçün Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2247/2021 saylı, 04 oktyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılaraq həll edilməsi üçün Qaradağ Rayon Məhkəməsinə göndərilsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev BAKİ APELLYASİYA MƏHKƏMƏSİ AZ 1073, Bakı şəhəri Zahid Xəlilov küç., 540-ci məhəllə. Tel: (99412) 538-16-08, 538-19-02, 439-75-99. Faks: (99412) 510 53 48 http://www.bakuappealcourt.gov.az E-mail: mailto:contact@bakuappealcourt.gov.azElektron ünvan 2(103)-11788/2021 22 noyabr 2021-ci il "xxxx" BOKT MMC-yə (AZ 1010, Bakı şəh., Nəsimi ray., 28 May küç., ev 71-77) Cavabdeh (Bakı şəh., Qaradağ ray., Sahil qəs., V.Ələkbərov küç., ev 1, m.27) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11788/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad HAKİM: İKRAM ŞİRİNOV 2(103)-11788/2021 22 noyabr 2021-ci il "xxxx" BOKT MMC-yə (AZ 1010, Bakı şəh., Nəsimi ray., 28 May küç., ev 71-77) Cavabdeh (Bakı şəh., Qaradağ ray., Sahil qəs., V.Ələkbərov küç., ev 1, m.27) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11788/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad HAKİM: İKRAM ŞİRİNOV
Məhkəmə qərarları › İş №2(103)-11788/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11788/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver