Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11796/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2477/2020 saylı iş üzrə qəbul etdiyi 19 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(005)- 2477/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı İddiaçı1 ilə Cavabdeh1 arasında 11 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş 09 may 2020-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi etibarsız hesab edilməsi və onun yaratdığı nəticələrin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən 26 noyabr 2021-ci il tarixdə daxil olmuş məktubda, iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(005)-2477/2020 nömrəli qərardadından Cavabdeh2 şikayət ilə müraciət etdiyi bildirilmiş və şikayətin mümkünlüyü məsələsinə baxlması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Apellyasiya baxışı zamanı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiyinə görə, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən şikayətə münasibət bildirilməsi Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2477/2020 saylı iş üzrə qəbul etdiyi 19 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh2 verdiyi şikayətə Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən münasibət bildiriməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-11796/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11796/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver