Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-118/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” MMC-yə qarşı (üçüncü şəxs: X1) “müqavilə öhdəliyinin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-732/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxx” MMC-yə qarşı iddiası qismən təmin edilmiş, tərəflər arasında Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsində yerləşən yeni yaşayış binası, D korpusu, 14-cü mərtəbə, 3 otaqdan ibarət sahəsi 155.02 kv.metr olan 28 saylı mənzilə dair xx xxxxxx 2011-ci il tarixdə bağlanmış 482 saylı müqavilənin ləğv edilməsi, cavabdehdən 124016 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,1 manat pulun və yetirilmiş mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı yazılı ərizə təqdim edərək, cavabdehə qarşı hazırkı iddiasından imtina etdiyini, ona dəymiş zərərin əvəzində pul ödənildiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı hazırkı iddia tələbindən imtinası qəbul edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-732/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “xxxxxxxxx” MMC-yə qarşı tərəflər arasında bağlanmış xx.xx.2011 tarixli, 482 saylı müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş mənzilin dəyəri olan 124016 manat vəsaitin, dəymiş maddi zərərin əvəzi olaraq ayrıca 62000 manatın, mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun, hüquqi xidmətə görə vəkilə ödənilən 150 manatın və ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxxxxxxx” MMC-dən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-118/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-118/2020
20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver