Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11805/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(001)-8633/2021 saylı qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(001)-8633/2021 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı X1 tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(001)-8633/2021 saylı qərardadından verilmiş şikayət, həmin şikayət məhkəmənin 17 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, məhkəmənin iddianın geri qaytarılması səbəbi kimi tərəflərin ilk öncə mediasiyaya müraciət etməli olduğu qənaəti, məhkəmənin özünündə istinad etdiyi Mediasiya haqqında Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr- nikahın davam etdirilməsi şərtləri; valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; uşağın yaşayış yerinin müəyyən edilməsi; uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Lakin, iddiaçı tərəfindən təqdim edilən iddia tələbinin predmetini mənzil və ondan istifadə qaydaları təşkil edir ki, bu da AR Mülki Məcəlləsi və Mənzil Məcəlləsi ilə tənzimlənən hüquq münasibətləri kateqoriyasına aiddir. Bundan əlavə iddiaçı özünün və cavabdehin şəxsiyyət vəsiqələrinin surətini tərəflərin qeydiyyatda olduğu ünvanı təsdiq edən sənəd kimi, müvafiq icra hakimiyyətindən, arayışı isə faktiki yaşadıqları ünvanı təsdiq edən sənəd kimi iddia ərizəsinə əlavə etmişdir və məhkəmə öz qərardadında məhz həmin sənədlərə istinad edir. Bu isə onu göstərir ki, iddiaçı nəinki ərizədə qeyd etmək, hətta buna dair sübutları öz ərizəsinə əlavə etmişdir. Həmçinin məhkəmənin qeyd etdiyi kimi iddianın əsasını təşkil edən hər hansı bir sübutun iddia ərizəsinə əlavə edilməməsi ərizənin geri qaytarılması üçün əsas ola bilməz. Bu cür sənədlərin olmaması gələcəkdə iddia tələbinin təmin edilib edilməməsi üçün əsas ola bilərdi. Vətəndaşın məhkəməyə müraciət etmək və ədalətli məhkəmə araşdırılması hüququnu bu əsasla əngəlləmək tamamilə qanunsuzdur. Belə ki, iddia tələbinin əsasını sübut edən sənədləri, sair maddi sübutları tərəflər məhkəmə araşdırması zamanı təqdim etmək hüququna malikdirlər. Məhkəmə işin düzgün və ədalətli həll edilməsində vacib əhəmiyyətə malik olan yuxarıda qeyd edilən halları dərindən araşdırmamış və buna səthi yanaşaraq düzgün olamayan qənaətə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(001)-8633/2021 saylı qərardadı qismən ləğv edilməli, mülki iş materialları rayon məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi, iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsində tərəflərin mediasiya prosesində iştiraklarına dair məlumat göstərilməmiş, iddiaçı tərəfindən iddia ərizəsində tərəflərin həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, habelə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməmişdir, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 6, 39 saylı mənzilin cavabdehin mülkiyyətində olduğunu bildirsə də, bununla bağlı sübutu ərizəyə əlavə etməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.6, 26.1, 28.1, 149.2.4-1, 150.0.8, 152.1.6-cı maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddiaçının ərizəsində tərəflərin mediasiya prosesində iştiraklarına dair məlumat göstərilməmişdir. Bu hissədə kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, hazırki iddianın predmetini mənzillə bağlı istifadə hüququnun tanınması təşkil edir ki, həmin tələbin qanuni əsası kimi, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsi və ya Mülki Məcəllənin müvafiq normalarına istinad olunmaqla tələbə qiymət verilməli olduğundan, mediasiya prosesində iştirak etməyə zərurət yaranmır. Buna görə də, qərardad qeyd olunan hissədə ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.2, 149.2.3-cü maddələrinə istinad edərək həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində tərəflərin həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı qeyd olunmamış, habelə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməmişdir. Bu hissədə kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154.1, 152.1.1-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 6, 39 saylı mənzilin cavabdehin mülkiyyətində olduğunu bildirsə də, bununla bağlı sübutu ərizəyə əlavə etməmişdir. Bu hissədə kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Prosessual Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 6, 39 saylı mənzilin cavabdehin mülkiyyətində olduğunu bildirsə də, bununla bağlı sübutun ərizəyə əlavə edilməməsi iddia ərizəsinin qaytarılması üçün əsas deyildir. Beləliklə kollegiya hesab edir ki, qərardad iddia ərizəsinin qaytarılması üçün əsas olaniddiaçının ərizəsində tərəflərin mediasiya prosesində iştiraklarına dair məlumat göstərilməməsi, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 6, 39 saylı mənzilin cavabdehin mülkiyyətində olduğunu bildirsə də, bununla bağlı sübutu ərizəyə əlavə etməməsi hissələrində ləğv edilməli, digər hissədə-iddiaçı tərəfindən iddia ərizəsində tərəflərin həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, habelə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 398.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(001)- 8633/2021 saylı qərardadı iddia ərizəsinin qaytarılması üçün əsas olan- iddiaçının ərizəsində tərəflərin mediasiya prosesində iştiraklarına dair məlumat göstərilməməsi, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 6, 39 saylı mənzilin cavabdehin mülkiyyətində olduğunu bildirsə də, bununla bağlı sübutu ərizəyə əlavə etməməsi hissələrində ləğv edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(001)-8633/2021 saylı qərardadı iddia ərizəsinin qaytarılması üçün əsas olan-iddiaçı tərəfindən iddia ərizəsində tərəflərin həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, habelə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya izah edilsin ki, qərardadın dəyişdirilməyən hissəsində Prosessual Qanunvericiliyin tələblərinə əməl etməklə, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-11805/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11805/2021
08.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver