Məhkəmə qərarları › İş №2(103)-11838/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11838/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11838/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(004)-1943/2021 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə 09.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən yaşayış evinin 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən mənzilin təmirinə çəkilən 60000 manat məbləğində xərcin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(004)- 1943/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti 19.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(004)-1943/2021 saylı qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(004)- 1943/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməməsi və apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılır ki, qətnamə rəsmi qaydada 10.09.2021-ci il tarixdə təhvil verildiyindən qətnamədən apellyasiya şikayətinin verilmə müddətinin son günü 10.10.2021-ci il tarixində bitir. Ayın 10-nu qeyri-iş gününə, yəni bazar gününə təsadüf etdiyi üçün şikayətin verilmə müddətinin son günü 11.10.2021- ci il tarixə düşür. Şikayət iki gün gecikdirilərək 14.10.2021-ci il tarixində poçt vasitəsilə verilmişdir. Müddətin gecikdirilməsinə isə cavabdehin yaxın qohumunun “COVİD-19” xəstəliyindən vəfat etməsi, onun isə məhkəmə proseslərinin olması səbəb olmuşdur. Bu səbəbdən başları qarışıq olmuş və şikayəti iki gün gecikdirmişlər. Beləliklə, yuxarıda göstərilən halları üzrlü səbəb hesab etməklə qətnamədən apellyasiya şikayətinin verilmə müddətinin bərpası mümkündür. Qeyd olunan şikayət məhkəmənin 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(004)-1943/2021 saylı qərardadı ləğv edilməli, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(004)- 1943/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizənin təmin olunmaması qənaətinə gələrkən, qeyd etmişdir ki, cavabdeh tərəfindən qətnamədən şikayət müddəti ötürülmüş, lakin bunun üzrlü səbəbləri barəsində məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, apellyasiya şikayəti 11 oktyabr 2021-ci il tarixdə verilməli olduğu halda, 14 oktyabr 2021-ci il tarixdə verilmişdir. Kollegiya cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, (COVİD-19) infeksiyasının yayılması ilə bağlı cavabdehin yaxın qohumunun vəfat etməsi, onun vəkilinin başqa proseslərdə olması, müddətin çox qısa müddət ötürülməsi hüquqdan sui-istifadə halı kimi qiymətləndirilməməli, müddət üzürlü hesab edilərək bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(004)- 1943/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(004)- 1943/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilsin, müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar