Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11862/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(007)-1830/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-nə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 vəsatət verərək hazırkı iş üzrə işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki,iddia ərizəsində göstərilir ki,DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 dekabr 2018-ci il tarixli ******* saylı çıxarışa və 27 dekabr 2018-ci il tarixli ******* saylı çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu,Azadlıq prospekti 24 ünvanda yerləşən sahəsi 331,3 kv.m olan 3 saylı və sahəsi 229,2 kv.m olan 14 saylı qeyri-yaşayış sahələrinin mülkiyyətçisidir.Həmin əmlakların yerləşdiyi bina 2019cu ilin mart ayının sonunda söküldüyü üçün ona məxsus əmlaklardan məhrum olmuşdur.Odur ki,razılığı olmadan sökülmüş əmlaklarına görə ümumilikdə 2.661.332 manat kompensasiya tələb edir.Bunun 2.500.000 manatını Azadlıq prospekti 24 ünvanda yerləşən əmlakların sökülməsinə görə,99.390 manatı 3 saylı əmlakdan 20 ay ərzində əldə edəcəyi icarə haqqına görə,30.942 manatı 14 saylı əmlakdan 9 ay ərzində əldə edəcəyi icarə haqqına görə,1000 manatı çəkdiyi hüquqi xidmət xərclərinə görə,30000 manatı isə mənəvi zərərə görə tələb edir.İddiaçı ilə cavabdeh arasında bu əmlak mübahisəsi 2019-cu ildən davam edir və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli 2-1(102)-1530/20 saylı qərarı ilə mübahisəyə son qoyulmuşdur.Həmin qərar əsasında Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2- 1(81)-3012/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati Məhkəməsinin ləğv edilmiş 12.10.2018-ci il tarixli,2-(81)-4139/2018 nömrəli qərarının icrasına dönüş edilərək həmin qərar əsasında Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 Saylı Bakı ərazi İdarəsinin Bakı şəhəri Nəsimi rayonu,Azadlıq prospekti 24 ünvanına dair İddiaçı adına verilmiş 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* saylı və 27 dekabr 2018-ci il tarixli,RX seriyalı, ******* saylı çıxarışlar ləğv edilmişdir.Bu o deməkdir ki,iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın hüquqi əsasını təşkil edən yəni bir mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyil.1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin iş üzrə çıxardığı 30 oktyabr 2019-cu il tarixli 2- 1(81)-3012/2019 nömrəli qərarı qanuni qüvvəyə mindiyi üçün icra olunamasından ötrü . Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.Həmin qərarın icrası ilə əlaqədar ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərarı ilə ərizə təmin olunmuş və 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 12.10.2018-ci il tarixli,2-(81)-4139/2018 nömrəli qərarının icrasına dönüş edilərək həmin qərar əsasında Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 Saylı Bakı ərazi İdarəsinin Bakı şəhəri Nəsimi rayonu,Azadlıq prospekti 24 ünvanına dair İddiaçı adına verilmiş19 dekabr 2018-ci il tarixli RX seriyalı ******* saylı 27 dekabr 2018-ci il tarixli,RX seriyalı ******* saylı və çıxarışlar ləğv edilmişdir. İddiaçı bu qərardan apelyasiya şikayəti vermişdir. Həmin şikayətə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı prosessual qaydaların pozulması yəni iddiaçının iştirakı təmin edilmədən işə baxılması səbəbindən ləğv olunmuş yenidən iddiaçının iştirakı təmin olunmaqla baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır.Yuxarıda qeyd olunanlardan görünür ki, hazırkı işlə Bakı İnzibati Məhkəməsinin icraatında olan işlər biri digəri ilə əlaqədardır.Belə ki,hər iki halda iddianın predmetini Bakı şəhəri Nəsimi rayonu,Azadlıq prospekti 24 ünvanda yerləşən daşınmaz əmlak tşkil edir. Sadəcə olaraq iddiaçı öz ərizəsində əmlakının qeyri-yaşayış sahəsi olmaqla ölşüsünün 560,5 kv.m. olduğunu göstərir və bu zaman yuxarıda qeyd edildiyi kimi artıq ləğv olunmuş çıxarışlara əsaslanır.Belə bir vəziyyətdə obyektiv qərar çıxarılması mümkün deyil.Belə ki,bu halda məhkəmə öz qərarını verərkən artıq ləğv olunmuş hüquqi cəhətdən mövcud olmayan sənədlərə əsaslanmış olar.İş üzrə obyektiv qərar verilməsi Bakı İnzibati Məhkəməsinin icraatında olan iş üzrə veriləcək qərardan asılıdır. Qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(81)- 3012/2019 saylı mülki işə baxılıb qurtarana qədər hazırkı işin icraatının dayandırılmasını xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(007)- 1830/2021 saylı qərardadına əsasən, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(81)- 3012/2019 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək İddiaçı CavabdehMTK-nə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1830 saylı işin icraatı dayandırılmışdır. Qərardaddan İddiaçı şikayət vermiş və şikayətini onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında tərəflər arasında hər hansı bir mülki iş üoxdür. Tərəflər arasında olan mülki mübahisəyə artıq yekun vurulmuşdur. Hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olan iş isə icraya dönüşlə bağlı olmaqla, sırf texniki məsələnin həlli ilə bağlıdır və həmin işin hansı qaydada həll edilməsinin hazırki iddia tələbi ilə bağlılığı yoxdur. İddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanına qanunsuz olaraq sökülmüş əmlakına görə zərərin ödənilməsidir. Lakin birinci instansiya məhkəməsi cavabdehin vəsatətini təmin edərkən verilmiş vəsatətin iddia tələbi ilə əlaqədar lazımi qaydada aydınlaşdırmamış və Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin tələblərinin pozuntusuna yol vermişdir. Bu səbəbdən də şikayətin təmin edilməsi, qərardadın ləğv edilərək, icraatın dayandırılması barədə vəsatətin rədd edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh MTK-nın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən hakim Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Birinci instansiya məhkəməsi icraatın dayandırılması barədə cavabdehin vəsatətini təmin edərkən gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə mübahisələndirilən əmlakların hüquqi rejimi müəyyən olunmadan iddiaçıya dəymiş zərərin miqdarını müəyyən etmək mümkün deyil və bu səbəbdən də vəsatət təmin edilərək, hazırki iş üzrə icraat dayandırılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin qənaətini yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Belə ki, işin materialları, həmçinin iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində iki ədəd mənzil olmuş və həmin mənzillər qeyri-yaşayış sahəsi kimi istifadə edilmişdir. İddiaçı mülkiyyətində olan iki ədəd mənzildən qeyri-yaşayış sahəsi kimi hüquqi rejimin müəyyən edilməsi üçün inzibati məhkəməyə müraciət etmiş və inzibati məhkəmənin qərarı ilə iddia təmin olunmuş, həmin qərar əsasında iddiaçı 2018-ci il tarixdə qeyri-yaşayış sahəsi kimi çıxarış əldə etmiş və hazırda həmin inzibati məhkəmə aktı əsasında əldə etdiyi çıxarışlarda göstərilən qeyriyaşayış sahəsi həcmində cavabdehdən kompensasiya tələb edir. İddiaçıya məxsus çıxarışda göstərilən qeyri-yaşayış sahəsi (əvvəlki iki ədəd mənzil) cavabdeh tərəfindən sökülməsi və hazırda mövcud olmaması qanuni qüvvədə olan məhkəmə aktları ilə təsdiq olunmuşdur. Həmçinin müəyyən olunur ki, inzibati məhkəmə qərarı sonradan ləğv edilmişdir. Yəni iddiaçıya qeyri-yaşayış sahəsi kimi çıxarışlar verilməsinə əsas olan məhkəmə aktı ləğv olunmuşdur. Hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olan iş artıq başa çatmış mülki mübahisə üzrə icraya dönüşlə bağlıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırki iddia əmlakın vurulmuş zərər kimi ödənilməsindən ibarətdir. Zərərin məbləğinin müəyyən edilməsi icraya dönüş barədə hər hansı bir qərardadın qəbul edilməsindən asılı deyildir. Lakin birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına diqqət yetirməmişdir. Ona görə də kollegiya hesab edir ki, qərardad ləğv edilməli, icraatın dayandırılması barədə cavabdehin vəsatəti rədd edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(007)- 1830/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X1 Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(81)-3012/2019 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək İddiaçı CavabdehMTK-nə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1830 saylı işin icraatı dayandırılması barədə vəsatəti təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-11862/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11862/2021
14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver