Məhkəmə qərarları › İş №2(103)-11868/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11868/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11868/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-448/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.10.2019-cu il tarixli, XDEN-00024- 05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 19.08.2020-ci il tarixinə olan 30000 manat əsas borc, 5034.19 manat faiz borcu, 3219 manat dəbbə borcu, ümumilikdə 38253.19 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 ilə bağlanan 16.10.2019-cu il tarixli, XDENG-00024-05/19A saylı sonra ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 53.3 kv.m olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-447/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.10.2019-cu il tarixli, XDEN-00024-05/19A saylı kredit müqaviləsinin ləğv edilsin, həmin kredit müqaviləsi üzrə 30.000,00 manat əsas borc, 5034,19 manat faiz borcu, 100 manat dəbbə borcu, ümumilikdə 35.134,19 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və 0.40 manat bank xidməti haqqının, həmçinin 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulsun, tutma iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 ilə bağlanan 16.10.2019-cu il tarixli, XDENG-00024-05/19A saylı sonra ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 53.3 kv.m olan mənzilə yönəldilməsi; poteka predmeti 55.000,00 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən borc çıxılsın. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılsın. Satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi; Mənzilə tutma yönəldilərək satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 ünvan 1 ünvanında yerləşən, mənzildən istifadə hüquqlarına xitam verilsin və mənzil onlar tərəfindən boşaldılması; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci və 363.1.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən, o cümlədən elektron məhkəmə icraatı qaydasında elektron kabinet vasitəsilə verilmədiyindən qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-448/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366, 400, 402- 407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-448/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar