Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-119/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2017-ci il tarixli qətnamədən (İş № 2(008)-1230/2017) və iddiaçı Cavabdeh İddiaçı-yə qarşı “kredit və ipoteka müqavilələrin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2021-ci il tarixli qətnamədən (İş № 2(006)-4090/2021) Cavabdeh verdiyi apellyasiya şikayətlərinə, İddiaçı-nin tələb etmə hüququnu qəbul etmiş "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh vəkili (nümyəndəsi) Vəkil iştirakları ilə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Birinci iş” barədə məlumat: İddiaçı Bankın buna səlahiyyəti olan vəzifəli şəxsi Cavabdeh qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh arasında bağlanmış 17.01.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 28.500 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.400 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 360 ABŞ dolları, cəmi isə 30.260 ABŞ dollarının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - Cavabdeh məxsus olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaitin yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsini, həmin vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda qalan məbləğin Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, onunla Bankın “Qaradağ” filialı arasında bağlanmış 17.01.2013-cü il tarixli, 004 nömrəli “Kredit müqaviləsinə” əsasən illik 19 faiz dərəcəsi ilə Bankdan 32.900 ABŞ dolları məbləğində pulu, 36 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə borc götürmüşdür. Cavabdeh “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Cavabdeh ilə Bank arasında 17.01.2013-cü il tarixdə 002 saylı “İpoteka müqaviləsi” bağlanmışdır. Cavabdeh qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, Banka olan borcunun cüzi hissəsini ödəmiş, qalan borcu ödəməmişdir. Nəticədə Cavabdeh Banka 28.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 1.400 ABŞ dolları məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyin icra edilməməsini nəzərə almış Bank, onunla Cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə əsaslanaraq kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə Cavabdeh 360 ABŞ dolları məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank qeyd edilən məbləğlərin ödənilməsini Cavabdeh dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxılan zaman Cavabdeh iddia tələbinə etiraz edərək Sabunçu Rayon Məhkəməsinə bildirmişdir ki, onunla Bank arasında qeyd edilən müqavilələr bağlansa da, o, kredit götürməmiş, avtomobil almamış və avtomobili Bankın xeyrinə yüklü etməmişdir. Belə ki, kredit onun tanışı və Türkiyə Respublikasının vətəndaşı olan şəxs üçün götürülmüş, həmin şəxs yuxarıda qeyd edilən avtomobili almışdır. Lakin müqavilələr həmin şəxs ilə deyil onunla bağlanmışdır. Çünki başqa dövlətin vətəndaşına kredit verilmir. İşə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.03.2017-ci il tarixli qətnamə ilə (yanlışlığın aradan qaldırılması barədə 16.06.2017-ci il tarixli qərardad nəzərə alınmaqla) iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə Cavabdeh arasında bağlanmış 17.01.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 28.500 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faizi borcunun ödənilməsi məqsədi ilə 1.400 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 30 ABŞ dolları, cəmi 29.930 ABŞ dolları (rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsini, avtomobilin açıq hərracdan satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsini, bundan sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh ödənilməsini, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Məhkəmədən apellyasiya şikayəti verərək Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və Bankın ona qarşı irəli sürdüyü iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, kredit və ipoteka müqavilələri Cavabdeh ilə Bank arasında bağlansa da, kredit Cavabdeh tanışı və Türkiyə Respublikasının vətəndaşı olan şəxs üçün götürülmüş, həmin şəxs yuxarıda qeyd edilən avtomobili almışdır. Lakin müqavilələr həmin şəxs ilə deyil onunla bağlanmışdır. Çünki başqa dövlətin vətəndaşına kredit verilmir. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 14.11.2017-ci il tarixli qətnamə (İş № 2(103)-10639/2017) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 22.06.2020-ci il tarixli qərar (İş № 2(102)-2850/2020) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən, Cavabdeh apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında yenidən baxılır. “İkinci iş” barədə məlumat: İddiaçı Cavabdeh Banka qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Bank arasında 17.01.2013-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinin” və “İpoteka müqaviləsinin” etibarsız hesab edərək ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, 17.01.2013-cü il tarixdə cavabdeh Bank ilə “Kredit müqaviləsi” bağlamış və Bank tərəfindən ona kreditdən istifadəyə görə illik 19 faiz ödəməsi şərti ilə 36 ay müddətinə 32.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin təminatı olaraq adına qeydə alınmış “Toyota-Prado” markalı, **- RO-*** dövlət qeydiyyat nişanlı avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq Cavabdeh ilə Bank arasında 17.01.2013-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Avtomobilin ipoteka ilə yüklülüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən qeydiyyata alınmışdır. “Kredit müqaviləsi” üzrə borc qismən ödənildiyindən Bank iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin qətnaməsi ilə Bankın iddiasının qismən təmin edilməsi, “Kredit müqaviləsi” üzrə yaranmış cəmi 29.930 ABŞ dolları məbləğində borcun Cavabdeh Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Əslində isə Bankın həmin iddiası əsassızıdır. Çünki “İpoteka müqaviləsi” Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd olaraq notarial qaydada bağlanmamışdır. Bu hal Cavabdeh təxminən iki-üç ay bundan əvvəl (iddia ərizəsi 17.05.2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur) məlum olmuşdur. Bundan başqa Cavabdeh bildirir ki, onun məqsədi yuxarıda qeyd edilən avtomobilin alınmasından ibarət olmuşdur. Yəni o, dollarla hər hansısa bir məbləğdə pul götürməmiş, heç ona belə bir məbləğ də lazım deyildir. Göstərilənlərə əsasən Cavabdeh hesab edir ki, onunla Bank arasında bağlanmış kredit və ipoteka müqavilələri etibarsız hesab edilməlidir. İşə məhkəmə tərəfindən baxılan zaman Bankın nümayəndəsi iddia tələbinə etiraz edərək və “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Bank ilə Cavabdeh arasında bağlanmış 17.01.2013-cü il tarixli “Kredit müqaviləsi” və “İpoteka müqaviləsi” etibarsız deyil. Cavabdeh həmin müqavilələri bağlayaraq Bnkdan kredit almış və avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh 2013-cü ildə bağlanmış müqavilələrin etibarsızlığı barədə iddianı 2021-ci ildə irəli sürməklə iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən o hesab edir ki, Cavabdeh iddiası rədd edilməlidir. İşə baxmış Nəsimi Rayon Məhkəməsi qəbul etdiyi 09.02.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və Banka qarşı irəli sürdüyü iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi qətnamə qəbul edərkən ödənilən pul məbləğini, eləcə də faiz borcunun çoxluğunu və s. halları nəzərə almamışdır. İşlərin bir icraatda birləşdirilməsi: Yuxarıda qeyd edilən hər iki mülki iş, işlər üzrə qəbul edilmiş qətnamələrdən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bu işlərin olduğunu müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq olmasını nəzərə alaraq işləri bir icraatda birləşdirmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir necə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İşin baxılması ilə bağlı məlumat: Cavabdeh vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, hər iki iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdi və şikayətlərin məzmununa uyğun izahat verdi. Bankın tələb etmə hüququnu qəbul etmiş "xxxx" QSC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, hər iki iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və Rayon Məhkəmələri tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamələrinin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətləri təmin edilməməli, hər iki iş üzrə birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bankın “Qaradağ” filialı ilə Cavabdeh arasında bağlanmış 17.01.2013-cü il tarixli “Kredit müqaviləsindən” və işdə olan sənədlərdən görünür ki, Cavabdeh bu müqaviləyə əsasən illik 19 faiz dərəcəsi ilə Bankdan 32.900 ABŞ dolları məbləğində pulu, 36 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə borc götürmüşdür. Bankın “Qaradağ” filialı ilə Cavabdeh arasında bağlanmış 17.01.2013-cü il tarixli “İpoteka müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Avtomobilin ipoteka ilə yüklülüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İşdə olan sənədlərə əsasən işin halı kimi müəyyən edilir və Cavabdeh tərəfindən mübahisələndirilmir ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Banka olan borcunun az bir hissəsi ödənilmiş, borcun xeyli hissəsi isə ödəməmişdir. Bank tərəfindən Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş hesablamalardan görünür ki, qeyd edilən “Kredit müqaviləsi” üzrə 28.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 1.400 ABŞ dolları məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Kredit borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən hesablanmış cərimə (dəbbə) 360 ABŞ dolları məbləğindədir. İşdə olan sənədlərdən görünür ki, Bank qeyd edilən məbləğlərin ödənilməsini Cavabdeh dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh Banka qarşı sürdüyü iddia tələbində bildirir ki, onunla Bank arasında bağlanmış “İpoteka müqaviləsi” etibarsızdır. Çünki müqavilə Mülki Məcəllənin tələblərinə zidd olaraq notarial qaydada bağlanmamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələbinə görə, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Lakin Azərbaycan Respublikası Prezidentinin 11.04.2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının siyahısı”na və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” 15.03.1999cu il tarixli qərarına əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrində və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları ilə bağlı əqdlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində rəsmiləşdirilir və daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, avtomobilin “İpoteka müqaviləsinə” əsasən yüklülüyü həmin İdarə tərəfindən rəsmiləşdirilmiş və qeydiyyata alınmışdır. Bu baxımdan hesab edilməlidir ki, avtomobilə dair Bank ilə Cavabdeh arasında bağlanmış “İpoteka müqaviləsinin” notarial qaydada bağlanmasına zərurət olmamışdır. Başqa sözlə: Cavabdeh Banka qarşı irəli sürdüyü iddianın “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə” hissəsi əsassızdır; Nəsimi Rayon Məhkəməsi bu tələbi təmin etməməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir; Cavabdeh apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır – formal mülahizə xarakteri daşıyır. Cavabdeh Banka qarşı sürdüyü digər tələbi artıq yuxarıda qeyd edildiyi kimi “Kredit müqaviləsinin” etibarsızlığı barədədir. Cavabdeh bu tələbi onunla əsaslandırır ki, “Kredit müqaviləsi” ona görə etibarsızdır ki, o, dollarla hər hansı bir məbləğdə pulu kreditlə götürməmiş, heç ona belə bir məbləğ də lazım deyildir. Bu tələblə bağlı Məhkəmə qeyd edir ki, göstərilən əsasla müqavilənin etibarsız hesab edilməsi qanunverici tərəfindən nəzərdə tutulmamışdır; Mülki Məcəllədə müvafiq norma mövcud deyil. Apellyasiya baxışı zamanı isə “Kredit müqaviləsinin” Mülki Məcəllədə nəzərdə tutulmuş hallara görə etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədi. Ona görə də Məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olmayan iddia tələbi əsaslı hesab edilə bilməz və buna görə də hesab edilməlidir ki, Nəsimi Rayon Məhkəmə müzakirə edilən bu tələbi təmin etməməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir, Cavabdeh apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır – formal mülahizə xarakteri daşıyır. İddiaçı Cavabdeh ilə Bank arasında bağlanmış “Kredit müqaviləsinin” və “İpoteka müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsasların olmamasını nəzərə alan Məhkəmə hesab edir ki, Bank kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh onun xeyrinə tutulmasını və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan Cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və borcunu ödəməlidir. Bankın iddianın müzakirə edilən bu hissəsi əsaslıdır. Yuxarıda artıq qeyd edildiyi kimi, Bank tərəfindən Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş hesablamalardan görünür ki, qeyd edilən “Kredit müqaviləsi” üzrə 28.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 1.400 ABŞ dolları məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Kredit borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən hesablanmış cərimə (dəbbə) 360 ABŞ dolları məbləğindədir. Apellyasiya baxışı iclasında Cavabdeh vəkili (nümayəndəsi) borcun məbləğinin düzgün hesablanmadığını, sonradan edilmiş ödənişlərin də nəzərə alınmasını xahiş etsə də, bunu təsdiq edəcək sübutları təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan hesab edilməlidir ki, Sabunçu Rayon Məhkəməsi iddianın qismən təmin edilməsi, iddiaçı Bank ilə Cavabdeh arasında bağlanmış 17.01.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 28.500 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faizi borcunun ödənilməsi məqsədi ilə 1.400 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 30 ABŞ dolları, cəmi 29.930 ABŞ dolları (rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun Cavabdeh Bankın xeyrinə tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Bundan başqa Məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsi Bankın Cavabdeh ödənilməsini tələb etdiyi borcun ödənilməsi məqsədi ilə tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsini, avtomobilin açıq hərracdan satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsini, bundan sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh ödənilməsini qət etməkdə də haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Bundan başqa Məhkəmə bildirir ki, Bankın tələbinin ipoteka predmetinə yönəldilməsini istisna edən hər hansı bir hal apellyasiya baxışının nəticələri ilə müəyyən edilmədi. Cavabdeh “birinci iş” üzrə verdiyi apellyasiya şikayətində ifadə olunmuş mövqeyi ondan ibarətdir ki, onunla Bank arasında yuxarıda qeyd edilən müqavilələr bağlansa da, o, kredit götürməmiş, avtomobil almamış və avtomobili Bankın xeyrinə yüklü etməmişdir. Belə ki, kredit onun tanışı və Türkiyə Respublikasının vətəndaşı olan şəxs üçün götürülmüş, həmin şəxs yuxarıda qeyd edilən avtomobili almışdır. Lakin müqavilələr həmin şəxs ilə deyil onunla bağlanmışdır. Çünki başqa dövlətin vətəndaşına kredit verilmir. Məhkəmə Cavabdeh bu dəlili ilə bağlı qeyd edir ki, Bank ilə Cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” Cavabdeh göstərdiyi bu dəlilə əsasən etibarsız – uydurma hesab oluna bilməz. “Kredit müqaviləsi” bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Bank “Kredit müqaviləsi” üzrə pulu Cavabdeh adına satılmış avtomobilin dəyəri kimi Cavabdeh adından və artıq sonuncunun mülkiyyətində olan əşya (pul da əşyadır) kimi ödənilmişdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Bank ilə Cavabdeh “Kredit müqaviləsini” ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlamışlar: Bankın kredit vermək niyyəti olmuş və krediti vermiş, Cavabdeh kredit almaq niyyəti olmuş və krediti almışdır. Bundan sonra Cavabdeh həmin kredit məbləğini istər pul şəkilində, istər həmin pula əldə olunmuş əşya (hazırki halda – avtomobil) şəklində başqa şəxsə verməsi Banka və ümumiyyətlə müqavilənin hüquqi nəticələrinə aidiyyəti yoxdur. Odur ki göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Cavabdeh müzakirə edilən bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəmələri tərəfindən hazırki iş üzrə gəldikləri nəticələr qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki iş üzrə Cavabdeh verdikləri apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamələrin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəmələri tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2017-ci il tarixli qətnamə və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumları onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-119/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-119/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver