Məhkəmə qərarları › İş №2(103)-1191/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1191/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1191/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 və Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMM-nin Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-729/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı MMM-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh idarə etdiyi LEXSUS LX markalı nəqliyyat vasitəsi ilə 03 sentyabr 2020-ci il tarixdə saat 14:30 radələrində iddiaçının mülkiyyətində olan “Hyundai Elantra” markalı avtomobil ilə toqquşaraq iddiaçıya 23507.50 manat ziyan vurub.Həmin şəxsin barəsində Bakı şəhəri DYPİ tərəfindən TR ******* saylı xx.xx.2020- ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o,Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdehdən ziyanın ödənilməsi dəfələrlə tələb olunsa da, bunun heç bir nəticəsi olmayıb.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-729/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Sabir-98” MMM-nin xeyrinə dəymiş maddi ziyana görə 22883 manatın tutulması, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən: Fikrət Mirzəyev).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayət verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

5. Apellyasiya şikayətində qeyd edilmişdir ki, 03 sentyabr 2020-ci il tarixdəsaat 14:30 radələrində Cavabdeh idarə etdiyi LEXSUS LX markalı nəqliyyat vasitəsi ilə iddiaçı təşkilatın mülkiyyətində olan “Hyundai Elantra” markalıavtomobil arasında toqquşma baş vermişdir. Nəticədə hər iki avtomobil əzilmişdir. Bundan sonra Bakı şəhər DYPİ tərəfindən xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Cavabdeh İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası müqaviləsinə əsasən "xxxx" ASC iddiaçı təşkilatın mülkiyyətində olan “Hyundai Elantra” markalı avtomobilin zərərinin müəyyənləşdirmək üçün “Gold Avto servis”-ə müraciət etmiş və “Gold Avto servis” xx.xx.2020-ci il tarixli qüsur aktı tərtib edərək iddiaçı təşkilatın avtomobilinə dəymiş zərər 13 000 manat həcmində müəyyənləşdirmişdir. Daha sonra iddiaçı təşkilatın nümayəndəsi Adəm İsmayılov xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən Cavabdeh nəqliyyat vasitəsi ilə vurduğu zərərin əvəzi qismində 5000 manat məbləğində pulalmış və siğorta ödənişi ilə razılaşmışdır. Daha sonra İddiaçı MMM Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək dəymiş maddi ziyana görə Cavabdeh 23507.50 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı təşkilat "xxxx" ASC-dən almış olduğu 5000 manat pulu iddia ərizəsində göstərməmiş, avtomobili təmir etdirməsini məhkəmədən gizlətmiş, ona dəymiş zərəri şişirtmək üçün lazım olan detalların qiymətini artıq göstərmiş, təmirlə aradan qaldırılması mümkün olan detalların yenisinin qiymətini yazmış və zədələnməmiş detalları da əlavə etmişdir. Mülki iş Nizami Rayon Məhkəməsininhakimi cənab Fikrət Mirzəyevin icraatında olmuş və həmin məhkəmənin 2-2(007)-729/2021 saylı xx.xx.2021-ci il tarixli qətnnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı MMM-nin xeyrinə dəymişmaddi ziyana görə 22883 manat tutulması və Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Lakin nəzərinizə çatdırım ki, iddiaçı təşkilatın xeyrinə tutulan pul məbləği onun avtomobilinin bazar dəyəri ilə eynidir. Belə ki, turbo.az saytına daxil olduqda görərik ki, 2019-cu ilin Hyundai Elantra markalıavtomobillərinin satış qiyməti 20 000-30 000 manat civarındadır. Belə olan halda avtomobilin öz satış qiyməti həcmində zərərin dəyməsi olduqca absurddur. İddiaçı təşkilatın nümayəndəsi Adəm İsmayılovun imzalayaraq təsdiq etdiyi "xxxx" ASC-nin AKT3005-CML- 2324/2020 saylı siğorta aktının 4.1-ci bəndində bu siğorta aktı ilə müəyyən edilmiş siğorta ödənişi dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir və qeyd olunan zərərə dair siğortaçının heç bir borcu və öhdəliyi qalması müəyyən edilmişdir. Eləcə də həmin aktın imzalanma hissəsində iddiaçı təşkilatın nümayəndəsi hesablanmış 5000 manat siğorta ödənişi ilə razılaşdığını təsdiq etmişdir. Belə olan halda məhkəmə zərərin tam ödənilməsini müəyyən edərək iddia tələbini rədd etməli idi. Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından, faktiki olaraq yuxarıda qeyd olunan ünvanda yaşadığından məhkəmə bildirişi ona rəsmi qaydada çatdırılmamışdır. Lakin birinci instansiya məhkəməsi bildirişlərin cavabdehə çatdırılmasını qeyd edərək MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Halbuki məhkəmə bildirişləri Cavabdeh çatdırılmamış, nəticədə mülki işdə iştirakı təmin edilməmiş və Cavabdeh öz sübutlarını məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Bu səbəbdən də Cavabdeh sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim etmək məcburiyyətində qalmışdır. Azərbaycan respublikası MPM-nin 9.1-ci maddəsində göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verməmiş və son nəticədə çəkişmə prinsipi pozulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı təşkilatın təqdim etdiyi qüsur aktında göstərilmiş bütün detalların həqiqətən də zədələnib-zədələnməməsini, zədələnmiş detalların təmirlə bərpasının mümkün olubolmamasını araşdırmamışdır. Nəticədə iddiaçı təşkilatın verdiyi akt əsasında qiymətləndirmə keçirilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi cavabdehin mülki məsuliyyətinin icbari siğortası müqaviləsinin olub-olmamasını araşdırmamışdır. Nəticədə iddiaçı təşkilatın xeyrinə əlavə 5000 manat pul tutulmuşdur. Bundan başqa birinci insatnsiya məhkəməsi iddiaçı təşkilatın mülkiyyətində olan avtomobilin hadisədən sonra təmir olunub-olunmaması, əgər təmir olunubsa təmir üçün nəqədər pul xərclənməsi halını araşdırmamışdır. Halbuki həmin halların araşdırılması iş üçün olduqca vacib olmaqla dəymiş real zərərin həcminin müəyyən edilməsinə köməklik göstərəcəkdir. birinci instansiya məhkəməsi əsasız olaraq iddiaçı təşkilata dəymiş zərərin məbləğini 22.883 manat məbləğində müəyyənləşdirmişdir. Halbuki dəymiş zərərin məbləği mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021- ci il tarixli ekspert rəyi iddiaçı təşkilatın təqdim etdiyi qüsur aktı əsasında verilmişdir. Həmin qüsur aktında isə təmirlə aradan qaldırılması mümkün olan detalların yenisinin qiyməti yazılmış və zədələnməmiş detallar da əlavə edilmişdir. Halbuki "xxxx"ASC-nin təşəbbüsü ilə alınmış “Gold avto servis”-in xx.xx.2020-cı il tarixli qüsur aktında zədələnmiş detallar, onların bərpası xərcləri və qiyməti ətraflı şəkildə müəyyən edilmişdir. Eləcə də hadisədən sonra iddiaçı təşkilatın mülkiyyətində olan avtomobilin foto şəkillərindən də hansı detalların zədələnməsini, hansı detalların yenisi ilə əvəz edilməli olması, hansı detalların təmir edilməli olmasını müəyyən etmək mümkündür. Belə olan halda iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməli və ekspert qarşısında “Gold avto servis”-in xx.xx.2020-cı il tarixli qüsur aktı ilə göstərilmiş zədələnən detalların qiymətləri və təmir xərclərinin müəyyən edilməsi üçün sualları qoyulmalıdır. Eləcə də iş üzrə məhkəmə avtotexniki ekspertizası təyin olunmalı və ekspert qarşısında iddiaçı təşkilatın avtomobilinin hadisədən sonra olan şəkilləri əsasında hansı detalların zədələnməsinin, hansı detalların təmir edilərək bərpasının mümkün olmasının müəyyən edilməsi üçün suallar qoyulmalıdır. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Kollegiya iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdilər.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan Baki şəhəri DYPİ-nin polis baş leytenantı X2 tərtib etdiyi TR ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və digər sənədlərdən görünür ki, Cavabdeh idarə etdiyi LEXSUS LX minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 03 sentyabr 2020-ci il tarixdə saat 14:30 radələrində yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində Sabir-98” MMM-nin mülkiyyətində olan və İsmayılov Adəm tərəfindən idarə olunan “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir.

10. İş materiallarında olan AD seriyalı 860716 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Sabir-98” MMM-nin mülkiyyətindədir.

11. İş materiallarında olan AD seriyalı 459981 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, LEXSUS LX minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki,hadisə nəticəsində “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 22883.00 manat məbləğində ziyan dəymişdir. Apellyasiya baxışının həddləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.

17. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

18. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hüquqi dəyərləndirmə:

20. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək qeyd edir ki, İşin hallarından görünür ki, Cavabdeh idarə etdiyi LEXSUS LX minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 03 sentyabr 2020-ci il tarixdə saat 14:30 radələrində yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində Sabir-98” MMMnin mülkiyyətində olan və İsmayılov Adəm tərəfindən idarə olunan “Hyundai Elantra” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir.

21. Birinci instansiya məhkəməsi mübahisənin həllində birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekpsertiza rəyinə əsaslanmışdır. Kollegiya rəyi nərəzdən keçirərək hesab edir ki, həmin rəy mülki işin həllində sübut kimi əsas götürülməməlidir.

22. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

23. İş materiallarından görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası müqaviləsinə əsasən "xxxx" ASC iddiaçı təşkilatın mülkiyyətində olan “Hyundai Elantra” markalı avtomobilin zərərini müəyyənləşdirmək üçün “Gold Avto servis”-ə müraciət etmiş və “Gold Avto servis” xx.xx.2020-ci il tarixli qüsur aktı tərtib edərək, iddiaçı təşkilatın avtomobilinə dəymiş zərəri 13.000 manat həcmində müəyyənləşdirmişdir.

24. Lakin, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatı zamanı “Gold Avto servis”in xx.xx.2020-ci il tarixli qüsur aktı əsasında deyil, daha sonra verilmiş “Auto Azərbaycan”ın xx.xx.2020-ci il tarixli, AA040780 saylı qüsur aktı əsasında ekspert rəyi verilmişdir.

25. Kollegiya qeyd edir ki, sonuncu rəy “Gold Avto servis”in xx.xx.2020-ci il tarixli qüsur aktında müəyyən edilən məbləğdən kəskin surətdə fərqlənir. Bundan başqa, icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC iddiaçı təşkilatın mülkiyyətində olan avtomobilin zərərini müəyyənləşdirmək üçün “Gold Avto servis”-ə müraciət etmiş və dəymiş zərər müəyyənləşdirilərkən həmin akt əsas götürülmüşdür.

26. Qeyd edilənlərə əsasən, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, aktlar arasında kəskin fərq olması kollegiyada şübhə yaratmış və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. "xxxx" ASC iddiaçı təşkilatın mülkiyyətində olan avtomobilin zərərini müəyyənləşdirmək üçün “Gold Avto servis”-ə müraciət etdiyindən qərardadda “Gold Avto servis”in xx.xx.2020-ci il tarixli qüsur aktı əsasında rəy verilməsi göstərilmişdir.

27. Məhkəmə Ekspertizası Mərkəzinin 9/5538 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, “Hyundai Elantra” Markalı, 10AY085 dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan hissələrinin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16.622 manat məbləğində müəyyən edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı verilmiş ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, kollegiya hesab edir ki, həmin rəy digər sübutlarla yanaşı qiymətləndirilməklə, hazırki mübahisənin həllində əsas götürülməlidir.

29. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

30. Kollegiya iş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən qeyd edir ki, zərər dəymiş “Hyundai Elantra” Markalı, 10AY085 dövlət qeydiyyat nişanlı avtomobilə görə, İddiaçı MMM-ə 5000 manat məbləğində sığrota ödənişi ödənilmişdir. Lakin, işə baxan birinci instansiya məhkəməsi həmin ödənişi nəzərə almamış və müəyyən etdiyi zərərin məbləğindən çıxmamışdır. Kollegiya hesab edir ki, ödənilmiş 5000 manat məbləğində sığorta ödənişi ekspert rəyi ilə müəyyən edilən 16.622 manat məbləğdən çıxılaraq cavabdehdən iddiaçının xeyrinə 11.622 manat məbləğində pul tutulmalıdır.

31. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 11.622 manat məbləğində vəsait tutulmalıdır.

32. Kollegiya məhkəmə xərcinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Odur ki, hazırki işin həllində əsas götürülən ekspertiza tədqiqatının dəyəri olan 60 manatın 30 manat hissəsi iddiaçıya, 30 manat hissəsi ilə cavabdehə aid edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

37. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

38. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

39. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 11.622 manat məbləğində vəsait tutulmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 manatın 50%-i İddiaçı MMM-dən, 50% isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-729/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən edilsin. Cavabdeh 11.622 (on bir min altı yüz iyirmi iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMM-ə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pulun 30 (otuz) manatı İddiaçı MMM-ə, 30 (otuz) manatı Cavabdeh Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar