Məhkəmə qərarları › İş №2(103)-11913/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11913/2021

22.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11913/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 saylı iş üzrə qəbul etdiyi 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korperasisiyası” Açıq Səhmdar Cəmiyyətindən 20271 (iyirmi min iki yüz yetmiş bir) manat maddi ziyanın, ödənilmiş dövlət rüsumu 30-manatın, nümayəndə və vəkil üçün ödənilmiş 71 manat 50 qəpik pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 saylı iş üzrə qəbul etdiyi 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4.673,28 (dörd min altı yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) manat məbləğində maddi ziyan, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, hüquqi xidmətə görə 71,50 (yetmiş bir manat, əlli qəpik) məbləğində pulun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Nəirimanov Rayon Məhkəməsindən 26 noyabr 2021-ci il tarixdə daxil olmuş məktubda, iş üzrə qəbul edilmiş qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Apellyasiya baxışı zamanı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 saylı iş üzrə qəbul etdiyi 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar