Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1193/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6rşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4469/2024 saylı 26 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X10 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, bildirilmişdir ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin səbəbi və ya onun səbəblərindən birinin yolun texniki-istismar vəziyyəti ilə əlaqədar ehtimalı olduqda, DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iştirakı ilə yolun həmin hissəsində xidmət göstərən "xxxx" MMC-nin nümayəndələrinin birgə tərtib edilmiş aktı və avtomobilə dəymiş ziyanın məbləği barədə müvafiq lisenziyası olan ekspert rəyi təqdim olunduqdan sonra sözügedən avtomobilə dəymiş ziyanın ödənilməsi məsələsinə baxıla bilər xx.xx.2019-cu il tarixdə verilmiş Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X5 Rover Range Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobili X3 xx.xx.2026-ci il tarixədək 6 il 6 ay 27 gün müddətinə etibar edilmişdir.
2. İş materiallarında olan BB 456713 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Jetta” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur.
3. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində xidməti qrafikə əsasən xidmətdə olarkən Bakı-Quba yolunun 119-cu kmdə İddiaçı idarə etdiyi Volkswagen Jetta markalı, ** SB *** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Quba istiqamətində hərəkətdə olarkən, sürücünün verdiyi izahata istinadən yolun hərəkət hissəsində yaranmış çökəkliyə düşərək idarəetməni itirmiş, nəticədə maddi ziyanla nəticələnən YNH baş vermişdir.
4. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Volkswagen Jetta” minik markalı, **- SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən 1003 manat müqabilində təmir olunaraq İddiaçı təhvil verilmişdir.
5. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən *** ** ** BLACKHAWK STREET-H HH01 91V 2023 məhsul üçün (təkər) 150 manat məbləğində pul vəsaiti ödənilmişdir.
6. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Volkswagen Jetta” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 750 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 650 manat; Təmir-bərpa işlərinin qiyməti – 100 manat.
7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 35,05 manat məbləğində dövlət rüsumu ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh «Azərbaycan Avtobil Yolları Dövlət Agentliyi» X6rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsdən vurulmuş zərərin əvəzi olaraq 1153 manat pul məbləğinin, həmçinin 35.05 manat ödənilmiş məhkəmə rüsumunun, eləcə də hüquqi yardım xidmətləri üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının, ümumilikdə 1504.53 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində saat 23:30 radələrində ona məxsus “Volkswagen Jetta” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 119-cu kilometrliyində Quba şəhəri istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində yaranmış çökəkliyə düşərək idarəetməni itirmiş, nəticədə avtomobilə maddi ziyan vurulmaqla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nın 1-ci taqımı tərəfindən araşdırma aparılmış, hadisənin xüsusatları təhlil edilmişdir, yol nəqliyyat hadisəsinin sxemi çəkilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Volkswagen Jetta” markalı avtomobil zədələnmişdir. Ümumilikdə avtomobilə dəyən ziyan və ziyanın aradan qaldırılması üçün çəkilən xərclər 1153 manat olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi barədə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqdan sonra cavabdehin rəsmi nümayəndəsi tərəfindən rəsmi məlumat verilərək bildirilmişdir ki, yol nəqliyyat hadisəsi baş verən ərazidə problem aradan qaldırılıb və yolun hərəkət hissəsinə asfalt vurulmuşdur (KİV-lərin məlumatları əlavə edilib). Belə çıxır ki, iddiaçıya zərər vurulmasaydı, o, bu barədə kütləvi informasiya vasitələri ilə məlumat verməsəydi, Bakı-Quba yolunun 119-cu kilometrliyində, yolun hərəkət hissəsində təhlükəli vəziyyət olduğu kimi qalacaqdı və daha ağır yol nəqliyyat hadisələri ilə nəticələnə bilərdi. Avtomobilin təmir edilməsinə xərclənən vəsaitin cavabdehdən tələb olunması üçün müraciət olunmuş, cavabdeh tərəfindən 16 aprel 2024ci il ərzində qeyri-müəyyən cavab verilərək iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsindən boyun qaçırılmışdır. Hesab edirlər ki, cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyİ" publik hüquqi şəxs mülki məsulliyyət daşıyır və 1153 manat məbləğində olan zərərin əvəzinin ödənilməsi tələbi məhz həmin publik hüquqi şəxsə qoyulmalıdır.
10. Daha sonra iddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsdən vurulmuş maddi zərərin əvəzi olaraq 1153 manat və mənəvi zərər görə təzminatın əvəzi olaraq 5000 manat pul məbləğinin, həmçinin 35,05 manat ödənilmiş məhkəmə rüsumunun, eləcə də hüquqi yardım xidmətləri üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının, ümumilikdə 6504,53 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh məhkəmə baxışınadək yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məxsus olan avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 1153 manat pul məbləğinin, həmçinin 35,5 manat ödənilmiş məhkəmə rüsumunun, eləcə də hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının, ümumilikdə 1504,53 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, 24 yanvar 2024-cü il tarixində təxminən saat 23:30 radələrində mülkiyyətində olan “Volkswagen-Jetta” markalı ** SB *** nömrə nişanlı avtomobil ilə Bakı-Quba yolunun 119-cu kilometrliyində Quba rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində idarəetməni itirmiş, nəticədə avtomobilə ziyan dəymişdir. Səbəb isə cavabdehin təqsiri ucbatından baş vermişdir. Hesab edirlər ki, iddia tələbi əsassızdır. İş materiallarından, eləcə də iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmur. İddia ərizəsində iddiaçı zərərin vurulmasına səbəb olmuş cavabdehin təqsirsizliyi kimi onun tərəfindən yolda təmir zamanı xəbərdarlıq nişanlarının olmamasına istinad etmişdir. İddiaçı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, daim dəyişən yol şəraitinə nəzarət etməli, fikrini yoldan yayındırmamalı, nəqliyyat vasitəsinin hərəkət hissəsi ilə təhlükəsiz hərəkətini təmin etməli, hərəkət üçün təhlükə şəraiti yaratmamalı, yol və meteoroloji şəraiti nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli kimi tədbirlər görməli olduğu halda bu tədbirlərə rayət etməmiş, diqqətsizliyindən avtomobilin idarəetməsini itirərək yoldan çıxıb yol zolağında düzülmüş beton konstruksiyalı olan bloklarla toqquşmuş və nəticədə ehtiyatsızlıqdan özü xəsarət almış, habelə avtomobilinə də zərər dəymişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etmiş, müvafiq araşdırma aparılmış, lakin araşdırmanın nəticəsi olmuş və araşdırma ancaq iddiaçının izahatına əsaslanmışdır. Beləliklə, yol nəqliyyat hadisəsinin baş vermə səbəbinin məhz cavabdehin təqsirli hərəkətsizliyinin olması öz təsdiqini tapmadığından, iddiaçının cavabdehdən zərərin əvəzinin tutulması tələbinin təmin edilməsi tələbi əsassızdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan X1rşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4469/2024 saylı 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın qismən təmin edilməsi, cavabdeh «Azərbaycan Avtobil Yolları Dövlət Agentliyi» X8 maddi zərərin əvəzi olaraq 900 (doqquz yüz) manat məbləğində pul vəsaitinin və 33 (otuz üç) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin cavabdeh «Azərbaycan Avtobil Yolları Dövlət Agentliyi» X8 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X10 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunan hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qanunsuz və əsassız olmaqla yanaşı, hər hansı bir araşdırma aparılmadığından və ümumi sözlərlə əsaslandırılmağa çalışıldığından ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. İş materiallarından, eləcə də, iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmur. İddia ərizəsində iddiaçı ona zərərin vurulmasına səbəb olmuş cavabdehin təqsirsizliyi kimi onun tərəfindən yolda təmir zamanı xəbərdarlıq nişanlarının olmamasına istinad etmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsinin səbəbi əslində cavabdehin hərəkətsizliyi deyil, iddiaçının özünün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması olmuşdur. Belə ki, iddiaçı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, daim dəyişən yol şəraitinə nəzarət etməli, fikrini yoldan yayındırmamalı, nəqliyyat vasitəsinin hərəkət hissəsi ilə təhlükəsiz hərəkətini təmin etməli, hərəkət üçün təhlükə şəraiti yaratmamalı, yol və meteoroloji şəraiti nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli-kimi tədbirlər görməli olduğu halda bu tədbirlərə riayət etməmiş, diqqətsizliyindən avtomobilin idarəetməsini itirərək yoldan çıxıb yol zolağında düzülmüş beton konstruksiyalı olan bloklarla toqquşmuş və nəticədə ehtiyatsızlıqdan özü xəsarət almış, habelə avtomobilinə də zərər dəymişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etmiş, müvafiq araşdırma aparılmış, lakin araşdırmanın nəticəsi olmuş və araşdırma ancaq iddiaçının izahatına əsaslanmışdır. Halbuki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası qanunun 52-ci maddəsinə əsasən avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi və ya onun səbəblərindən birinin yolun texniki-istismar vəziyyəti ilə bağlılığı ehtimalı olduqda, hadisə müvafiq yol təsərrüfatı orqanlarının rəsmi nümayəndəsinin iştirakı ilə araşdırılmalıdır. Beləliklə, yol nəqliyyat hadisəsinin baş vermə səbəbinin məhz cavabdehin təqsirli hərəkətsizliyinin olması öz təsdiqini tapmadığından, iddiaçının cavabdehdən zərərin əvəzinin tutulması tələbinin təmin edilməsi tələbi əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
18. Maddə 21.1 hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
21. Maddə 1097 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir;
22. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
25. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
26. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda qətnaməni cavabdeh mübahisələndirdiyindən, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən qətnamə apellyasiya şikayəti həddində, yəni iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4469/2024 saylı 26 noyabr 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.
38. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
41. Belə ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
42. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə özünə məxsus “Volkswagen Jetta” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı-Quba yolunun 119-cu kilometrliyində Quba şəhəri istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində yaranmış çökəkliyə düşərək idarəetməni itirmiş, nəticədə avtomobilə ziyan dəymişdir. Göründüyü kimi, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Cavabdehə ziyanın ödənilməsi barədə rəsmi məlumatlar verilməsinə baxmayaraq, onun tərəfindən zərərin əvəzinin ödənilməsi təmin olunmamışdır.
43. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən və ödəniş qəbzinin surətindən görünür ki, iddiaçıya dəymiş maddi ziyan 900 (750+150) manat məbləğində olması sübuta yetirilir.
44. Göründüyü kimi, hazırki halda ziyanın cavabdehin hərəkətsizliyi nəticəsində vurulması sübuta yetirildiyindən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4469/2024 saylı 26 noyabr 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasassiya şikayəti verilə bilməz.