Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11938/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Əsgərov Qürbət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(004)-6270/2021 saylı qərardadından cavabdehin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzildən su sızması nəticəsində İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, Hüseyn Cavid prospekti, Bina Q ünvanında yerləşən ümumi sahəsi 164.4 kv.m olan qeyri-yaşayış sahəsinə dəymiş maddi ziyanın-4112 manat məbləğində pulun cavabdehdən tutularaq 2182 manat məbləğində hissəsinin İddiaçı2, 1930 manatlıq hissəsinin və əlavə 300 manat qiymətləndirmə haqqının isə İddiaçı1 ödənilməsi və cavabdehin öz mənzilində olan su və kanalizasiya xətlərində olan nasazlıqların aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(004)- 6270/2021 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin olunmuş və rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Qərardaddan cavabdehin nümayəndəsi şikayət verərək, qərardadın icraatın dayandırılması hissəsində ləğv edilməsi və mülki iş üzrə məhkəmə baxışının davam etdirilməsini xahiş etmişdir. Şikayətə görə o, məhkəmə iclasında cavabdehin nümayəndəsi kimi iştirak edərək, iddianı etiraf etməmiş və onların evindən aşağıdakı mənzilə ümumiyyətlə suyun axıdılmamasını bildirsə də, məhkəmə bu halları araşdırmadan ekspertiza təyin etmiş və iş üzrə icraatı dayandırmışdır. Hesab edir ki, bu tam əsassızdır, icraatın dayandırılması və zərurət olmadan ekspertizanın təyin oluunması həm də işin uzadılması deməkdir. Cavabdehin şikayəti məhkəmənin 18.11.2021-ci il tarixli qərardadı təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, qanunvericilikdə ekspertiza təyin olunduğu halda iş üzrə icraatın dayandırılması imkanı nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə məhkəmə ekspertiza təyin edildiyindən icraatın dayandırılmasının zəruri olması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas tapmır. Şikayətdə isə icraatın dayandırılması barədə qərardadın ləğv edilməsini zəruri edən hər hansı əsas göstərilməmişdir. Şikayətdə qeyd olunan səbəblər qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, Kollegiya hesab edir ki, şikayət əsaslı deyil, qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(004)- 6270/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11938/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11938/2021
06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver