Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11944/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(001)- 7967/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.12.2017-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə ümumilikdə 756 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh İsgəndərov Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(001)- 7967/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş dövlət rüsumu geri qaytarılmış, İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, Mülki Prosessaul Məcəllənin 269.3-cü maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmirlər. Kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş qəbzlərə əsasən 40 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən 15.04.2021-ci il tarixdə ödənilmişdir. Halbuki, hazırki iddia 30.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bu da öz növbəsində həmin qəbzin qeyd edilən iddiaya hər hansı aidiyyətinin olmadığı qənaətinə gəlməyə imkan verir. Hər bir halda, iddiaçı təxminən 5 aydan sonra belə bir iddia ilə məhkəməyə müraciət edəcəyini bilə bilməzdi. Başqa sözlə, iddia ərizəsinə əlavə edilmiş qəbzlərə əsasən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu hazırki iddia ilə bağlı ödənilmiş dövlət rüsumu deyil. Hüquqi nəticə etibarı ilə iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməmişdir və bu səbəbdən iddia ərizəsi dövlət rüsumu ödənilmədən verilmiş kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(001)- 7967/2021 nömrəli qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Kollegiya həmçinin qeyd edir ki, hazırki vəziyyətdə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçının qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(001)-7967/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11944/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11944/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver